Siyasi İslahatlar – 4

Əvvəli

-Cəmiyyətin hamılıqla siyasiləşməsinin hansı faciəli nəticələrə gətirib çıxardığını hamı bilir. Bu cür ellliklə siyasiləşmə Almaniyada Hitlerin hakimiyyətə gəlişinə və faşizmin formalaşmasına səbəb oldu;

-Azərbaycan xalqının indiki səviyyəsi nə 1787-ci ildəki Amerika, nə də 1853-cü ildəki Argentina xalqının səviyyəsindən aşağı deyil. O xalqlar demokratiyaya mərhələ-mərhələ yox, bütünlüklə keçid kursuyla gəlib çıxmışlar. Biz də bu yolu getməliyik

Azərbaycan parlamentinin strukturu məsələsi xarici ölkə nümayəndəliklərinin də diqqətini özünə çəkirdi və görüşlərimdə onları bu zərurətə inandırmağa çalışırdım. 1994-cü ilin 12 noyabrında Böyük Britaniya XİN-in baş məsləhətçisi Rocer Bonu və nazirliyin Zaqafqaziya-Orta Asiya idarəsinin rəisi Linda Daffildi, 1995-ci ilin 28 martında Almaniya XİN-in Şərqi Avropa şöbəsi müdirinin müavini Fon Ştudnisi, 1995-ci ilin 5 aprelində ABŞ Milli Demokratiya İnstitutunun direktoru Nelson Ledskini qəbul edərkən ikipalatalı parlamentin zəruriliyi barədə geniş fikir mübadiləsi apardıq. Hətta gətirilən arqumentlər xarici vətəndaşlarda o qədər inam yaratmışdı ki, N.Ledski “Siz demokratik prosesləri bilən və buna əməl etmək istəyən demokratik bir parlament spikerisiniz”, – dedi. Çox təəssüf ki, demokratik seçkini xilas etmək üçün şəraitin diktə etdiyi bi yeganə imkan siyasi müxalifət və hakim komandada əksəriyyət tərəfindən lazımi müdafiə tapa bilmədi və tapa da bilməzdi. Faktiki olaraq, siyasi hakimiyyətin təmsilçisi və iqtidar nümayəndəsi olduğum üçün müxalifət düşərgəsi məni müdafiə etmədi. Hakim komandada əksəriyyət isə hətta istəməsə belə, H.Əliyevin iradəsinə uyğunlaşmaq məcburiyyətindəydi.  Lakin reallıq və intuitiv əsaslar məndə bir inam yaratmışdı ki, hansısa yolla parlament seçkilərini saxtalaşdırmaq niyyətlərinin qarşısını ala bilməsək, bu parlament bizi ləyaqətli şəxslər istisna olmaqla, 1995-2000-ci illərdə H.Əliyevin klan-mafiya qruplaşmalarının xalqa qarşı edəcəyi cinayətlərin fəal yardımçılarından birinə və parlamentarizm tarixində ləkəyə çevriləcək.

Seçkilərdən sonra müəyyən müddət qeyri-legitim parlamentə rəhbərlik etsəm də, onun saxta olduğunu bilir və bu haqda aşkar bəyanatlar verirdim. Mənim üçün parlament seçkilərinin demokratik keçirilməsi uğrunda mübarizə lazımi nəticə vermədiyi üçün o, yeni şəraitdə saxta parlamentə və H.Əliyevin saxtakarlıq siyasətinə qarşı mübarizəyə çevrilmişdi. Bu mövqeyim aşkar ifadə olunduqca, çoxlu tərəfdarlarımın olması aydınlaşırdı. 1996-cı il avqustun 8-də  Böyük Britaniyanın səfiri Tomas Yanqı qəbul edərkən, onun “Deputatların neçə faizi reformistdir?” sualına cavab olaraq, bildirdim ki, parlamentdə cəmi 10 faiz, yəni 10-12 nəfər reformist var. Sözsüz ki, bu, parlamentin xarakteri barədə beynəlxalq dairələrə verilən açıq mesaj idi və müxalifətdən fərqli olaraq, hakimiyyətdə ikinci postu tutan şəxsin dilindən deyilməsi parlamentin saxta olduğuna beynəlxalq inamı xeyli möhkəmləndirirdi.

Nail olmaq istədiyim ciddi məsələlərdən biri parlament seçkilərinin yarı – proporsional, yarı – mojaritar olmaqla, qarışıq sistem üzrə yox, yalnız mojaritar qaydada keçirilməsindən ibarət idi. 1995-ci il 26 iyul tarixli müşavirədə fikrimi əsaslandırmaq üçün bir neçə arqument sadaladım: “… Əvvəla, proporsional sistem üzrə seçki, müəyyən mənada, diskriminasiya deməkdir. Məlumdur ki, partiyalarda Ədliyyə Nazirliyinin məlumatına görə, 400 min nəfər cəmləşib. Seçkilərin proporsional, yəni partiyalar prinsipi ilə həyata keçirilməsi o deməkdir ki, seçicilərin yalnız bir hissəsi seçkiyə qatıla bilir, daha doğrusu, 400 mini iştirak edir, digər böyük hissəsi isə bu sistemlə seçilmək hüququndan məhrum olur. Ikincisi, proporsional sistemdə bütün seçicilərin təmsil olunduğu seçki keçirilməsi bütün cəmiyyətin siyasiləşməsi deməkdir. Cəmiyyətin hamılıqla siyasiləşməsinin hansı faciəli nəticələrə gətirib çıxardığını hamı bilir. Bu cür ellliklə siyasiləşmə Almaniyada Hitlerin hakimiyyətə gəlişinə və faşizmin formalaşmasına səbəb oldu.

Yalnız mojaritar qayda üzrə seçkilərə üstünlük verərkən, həm də seçkilərin saxtalaşdırılmasının qarşısını müəyyən qədər almağa çalışırdım. Təkrar edirəm: H.Əliyevin seçkiləri saxtalaşdıracağı aydın idi! Proporsional qaydada seçkilər ona saxtakarlıq üçün bir qədər də geniş imkan yaradırdı. Belə ki, H.Əliyev süni şəkildə YAP-ın ən nüfuzlu partiya olduğunu nümayiş etdirmək üçün daha dərin saxtakarlığa əl atmalı, bu sistem üzrə müəyyən olunmuş mandatların daha çox YAP-ın siyahısına verilməsinə çalışmalı idi. Bunu görürdüm ki, müxalifətin proporsional qaydada uğur qazanmaq şansı mojaritar sistemdən xeyli aşağıdır.

Başa düşürdüm ki, proporsional sistem seçkiqabağı təbliğat və reklam imkanları açmaqla siyasi partiyaların inkişafına böyük təkan verə bilərdi. Mojaritar qaydanın tətbiq olunması partiyaları bu imkandan məhrum edirdi. Lakin bunu kompensasiya etmək üçün siyasi partiyalara bir sıra güzəştlərin edilməsi və qanunda dəyişikliklərin aparılması təklifini verdim. Bu təkliflərin biri siyasi partiyanın qeydiyyata alınması üçün qanuni normaya çevrilmiş “ən azı, 1000 nəfər üzvün olması” maddəsinin qanundan çıxarılması idi. Fikrimcə, bu, partiyaların qeydiyyatı yollarında süni maneələr yaratmaq cəhdindən başqa bir şey deyildi. Cəmiyyətdə elə partiyalar ola bilər ki, böyük nüfuz sahibi olsun, yığcam komanda şəklində fəaliyyət göstərərək kütləviliyə meyl göstərməsin və bir neçə yüz üzvlə kifayətlənsin.

Təkliflərdən biri də proporsional seçki sistemi tərəfdarlarının qalib gəldiyi təqdirdə, siyasi partiyaların seçkiyə qatılmaq üçün 50 min imza toplaması kimi normanın götürülməsindən ibarət idi. Bəziləri bu həddin 25 min nəfərə endirilməsini istəyirdilər. Mənim mövqeyim bu idi ki, imza toplanması ya ümumiyyətlə ləğv olunmalı, ya da rəmzi xarakter daşımalıdır. 26 iyun 1995-ci il tarixli müşavirədəki çıxışımda açıq bildirdim ki, bu qədər imzanı yalnız 3-4 partiya toplaya bilər və bu normanı saxlamaqla, biz bəribaşdan bir neçə partiyadan başqa, qalanların seçkidə iştirak imkanlarını məhdudlaşdırırıq. Təəssüf ki, imza toplanmasının ləğvinə nail ola bilmədik.

12 oktyabr 1995-ci il tarixli müşavirədə Konstitusiyaya Baş nazirlə bağlı bir neçə maddənin salınmasını təklif etdim. Bildirdim ki, heç cür imkan verilməməlidir ki, sabah ölkə vətəndaşlığını qəbul edən şəxsin dərhal Baş nazir olmaq hüququ olsun. Deputatlara, prezidentə müəyyən məhdudiyyətlər qoyulduğu kimi, Baş nazirə də senzlər təbiq olunmalıdır. Fikrimcə, Azərbaycanda 5 il yaşayıb, yaşı 30-a çatmış şəxslərin Baş nazir ola bilmək hüququ Konstitusiyada təsbit olunsaydı, daha yaxşı nəticələr verə bilərdi. Təəssüf ki, bu təklifi reallaşdırmaq mümkün olmadı. Bununla yanaşı, deputatların Milli Məclisin yığıncağındakı çıxışları üçün məsuliyyət daşımaqdan azad olunması barədə müddəanın qəbuluna nail oldum. Əgər bu, qəbul edilməsəydi, parlament və ayrı-ayrı millət vəkilləri daim özlərini görünməz bir təzyiq altında hiss edə bilərdilər ki, bu da parlamentin onsuz da az olan müstəqilliyinə daha sarsıdıcı zərbə vurardı.

Milli Məclisin öz təşəbbüsü ilə sessiya çağırmaq hüququnun tanınmasını parlamentin müstəqilliyini artırmaq istiqamətində əldə edilmiş ciddi uğur sayıram. 1995-ci il 17 oktyabr müşavirəsində bu barədə qaldırdığım təklifin Konstitusiya layihəsinə salınmasına nail ola bildik.

Bir-birini əvəz edən hakimiyyətlərin qisasçılıq fəaliyyətlərinin qarşısını Konstitusiya qaydasında almağın yolları məni həmişə düşündürüb. Bu, hakimiyyətlərin diqqətini əsas məsələdən yayındıraraq, ölkəmizin vəziyyətini zaman-zaman ağırlaşdırıb. Bunun qarşısını almaq üçün 12 oktyabr 1995-ci il tarixli müşavirədə təklif etdim ki, eks-prezidentlərin ömürlük Konstitusiya Məhkəməsinin üzvü kimi tanınmasının Konstitusiya normasına çevrilməsi pis olmazdı. Bu vasitə ilə ölkədə prezidentlik üsul-idarəsinin nüfuzunu və əhalinin ona inamını da bir qədər artırmaq olardı. Təəssüf ki, prinsipial əhəmiyyət daşıyan həmin təklifi reallaşdıra bilmədim. Çünki özündən əvvəlki prezidentlərə qisasçılıq niyyəti ilə yanaşan H.Əliyev bu maddənin Konstitusiyaya salınmasına heç cür razı deyildi.

H.Əliyevin ictimai fikrə yeritmək istədiyi belə bir tezisə qarşı da həmişə mübarizə aparmışam. Həmin tezis belə idi: “Biz demokratiyaya mərhələ-mərhələ keçməliyik. Bu onillikdə demokratiyanın bir hissəsini, ikinci onillikdə isə digər hissəsini həyata keçirək”. 26 iyul 1995-ci il tarixli müşavirədə kəskin şəkildə bildirdim ki, “bu qaydada demokratik ölkə yaratmaq mümkün deyil. Azərbaycan xalqının indiki səviyyəsi nə 1787-ci ildəki Amerika, nə də 1853-cü ildəki Argentina xalqının səviyyəsindən aşağı deyil. O xalqlar demokratiyaya mərhələ-mərhələ yox, bütünlüklə keçid kursuyla gəlib çıxmışlar. Biz də bu yolu getməliyik”.

Hətta 1995-ci ilin 13 dekabrında Yunanıstanın Azərbaycandakı səfiri Panayotis Karakasisi qəbul edərkən, ona da bəyan etdim ki, demokratiyanı mərhələ-mərhələ həyata keçirmək olmaz, 70 il diktatura şəraitində yaşamış insana azadlıq mərhələ-mərhələ verilə bilməz, o, tam şəkildə təqdim olunmalıdır…

Ardı Var

“Diktatorla Üz-Üzə” Kitabından (2001)

 

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

3 Cavab to “Siyasi İslahatlar – 4”

  1. Resul m, size bir sualim var. Facebook sehifenize yazdim cavab ala bilmedim. Eks-prezident Ayaz Mütəllibov haqda fikirlərinizi bilmək istərdim. Mümkünsə ətraflı…
    Öncədən təşəkkür edirəm.

Geri izləmələr/Geri bildirişlər

  1. İqtisadi İslahatlar – 1 | RƏSUL QULİYEV - RASUL GULIYEV - Fevral 28, 2013

    […] Əvvəli […]

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: