“Seçkilərin qeyri-demokratik keçirilməsi Qarabağın birdəfəlik itirilməsi deməkdir”

-“Xalqın malını yemək olmaz” şüarını indi “Xalqın malını yemək lazımdır” ideyasına çevrilib

-Qarabağ uğrunda müharibədə həlak və əlil olanların özlərini ailələrini unudanlar necə keçmiş tariximizi unutmayacaqlar?

ACP lideri, eks-spiker Avrasiya.net-ə müsahibə verib.

 

– Ermənistanda prezident seçkiləri keçirildi, artıq nəticələr məlumdur. Gürcüstan və Azərbaycanda isə bu proses oktyabrda planlaşdırılır. Əgər bu iki respublikada da vəziyyət dəyişməzsə növbəti 5 ildən nə gözləyə bilərik?

– Ermənistanda seçkilrərin demokratik standartlara uyğun keçdiyini qeyd edən beynəlxalq təşkilatların və ABŞ Dövlət Departamentinin bu mövqeyi qonşu ölkəni Qərb sivilizasiyasına bir qədər də yaxınlaşdırdı. Bu artıq keçirilən 3 seçkidir ki beynəlxalq standartlara standartlara uyğun hesab edilib. Azərbaycan isə hələ də Zaqafqaziyanın qırmızı adası olaraq qalır.  21-ci əsrdəyik, ölkəmiz isə hələ də bolşevik təfəkkürlülər tərəfindən idarə edilir. Keçmiş sovet sistemindən miras qalan idarəçilik tərzi eyni olsa da, problemlərə yanaşma fəlsəfəmiz o dövrdəkindən köklü şəkildə dəyişilib və daha da mürtəce xarakter alıb. Bolşeviklərin dövründə  “hamı eyni səviyyədə yaşamalıdır” ideyası vardı. Bu prinsip indi  “bizdən başqa hamı eyni yaşamalıdır” tezisi ilə əvəz olunub. O dövrün əsas prinsipi “Xalqın malını yemək olmaz” şüarını indi “Xalqın malını yemək lazımdır” ideyasına çevrilib.  1937-cu illərin “səsini çıxaranı repressiya etmək lazımdır” fəlsəfəsi eyni olaraq qalır. Belə bir şəraitdə Azərbaycan hökümətinin öz xoşuna azad seçkilər keçirəcəyinə inananlar dünyanın ən sadəlövh adamlarıdır. Başqa ölkələrin höküməti azad seçkilər keçirməyə məcbur edəcəyinə inanlar da həmçinin… Bizim üçün ən təhlükəli perspektiv bundan ibarətdir ki, dünya Ermənistandakı seçkilərin azad keçirildiyini elan etdiyi bir zamanda, Azərbaycanda seçkilərin qeyri-demokratik keçrilməsi Qarabağın birdəfəlik itirilməsinə gətirib çıxara bilər. Çünki indi dünyanın heç bir sivil ölkəsində anti-demokratik quruluşlar dəstəklənmir və beynəlxalq səviyyəli problemlər adətən daha demokratik təsir bağışlayan qüvvələrin xeyrinə həll olunur. Təəssüf ki, Azərbaycan indiyə qədər bu kimi məsələlərdə həmişə Ermənistandan geri qalıb və problemlərin indiki vəziyyətə gəlməsində bu yanaşmalar mühüm rol oynayıb.

 

– Sarkisyanın yenidən prezident seçildiyi və Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş qət etməyən iqtidara öz siyasətində hansı dəyişiklər aparmağı tövsiyyə edərdiniz?

– İqtidar öz şəxsi mənafelərini milli maraqlardan üstün tutur və onları torpaqlarımızın qaytarılmasına qurban vermək niyyətində deyildir və heç vaxt bu niyyətdə olmayacaq. Çünki onlar Bakı şəhəri və Xəzər dənizindəki neft yataqlarından başqa heç bir şeylə maraqlıanmırlar. Onları itirməmək üçün xalqına qarşı istənilən cinayətə gedərlər. Xalqımız da xoşbəxt həyatına yuxularda çatmağa üstünlük verir, azadlıq uğrunda vuruşmaq istəmir. Hakimiyyətə və xalqımıza məsləhət verərdim ki, öz ənənəvi mövqelərindən geri çəkilsinlər. Ölkə demokratikləşsin. Biz yalnız bu cür beynəlxalq təzyiqlərdən və onun gətirəcəyi ağır böhranlardan xilas ola bilərik.

 

-Qərbə inteqrasiya yolunu tutan Azərbaycanın Rusiya və İranla münasibətlərini korlamasının bizə nə kimi mənfi təsirləri ola bilər?

 – Bəzilərindən fərqli olaraq düşünmürəm ki, hökümət bilərəkdən belə siyasət yeridir. Azərbaycanın gələcəyini iki böyük qonşusu – Rusiya və İranla düşmənçilik üzərində qurmaq istəyənlər sadəcə olaraq ağıllarını itirmiş insanlar ola bilərlər. Görünür onlar bu mövqeni tutmaqla düşünürlər ki, xalqdan oğurlayıb xarici banklara , əmlaklara qoyduqları pulları beynəlxalq sanksiyalardan xilas edəcəklər. Amma bunun müqabilində qonşu ölkələrin əleyninə formalaşdırılan siyasət ölkəmizə yaxşı heç nə vəd etmir.

 

– Elşad Abdullayevin videolarında məmurların ifşası hakimiyyətin korrupsiyaya qarşı mübarizəsinin şoudan ibarət olduğunu deməyə əsas verirmi?

– Hansı korrupsiyaya mübarizədən söhbət gedə bilər. Bir ölkədə korrupsiya və rüşvətə Prezident başçılıq edirsə, orada hansısa mübarizə mümkündürmü? Prezident  mübarizə aparmaq istəyirsə ilk əvvəl özü bu əməlinə xitam verməlidir.

 

– Milli Məclisdə məmur və deputatların gizli çəkilişlərinin həyata keçirilməsini qadağan edəcək qanun layihəsi hazırlanır. Bu nə deməkdir? Niyə görə məhz E.Abdullayevin videolarından sonra bu barədə düşünüldü?

– Ağılsız qanundur, işləməz. Əksinə bir çoxlarını gizli videolar çəkib kimlərisə şantaj etməyə, alınmasa başqa ad altında yaymağa sövq etdirəcək. Bu məsələlər inzibati yolla həll oluna bilməz.

 

– Sovetlər dövrünün tarixi günlərindən biri də 23 fevral idi. İctimaiyyət arasında buna kişilər bayramı da deyilirdi. Bu bayram yaddan çıxıbsa bəs Azərbaycanda kişilər bayramı hansı günə təsadüf olunmalıdır? 26 iyun Silahlı Qüvvələrimizin yarandığı gün, yoxsa Qarabağımızın azad ediləcəyi gün?

 –  23 Fevral Qırmızı Ordunun yarandığı gündür, o bizim bayramımız ola bilməz.  Heç Rusiyanın da bayramı deyildir, bolşeviklərin bayramıdır. Həmin yaranmış Qırmızı Ordu faktiki Rusiyanın 300 il müddətində yaratdığı intlektual genofonu məhv edib. Ancaq məsələ ondadır ki, Sovet İttifaqı bu ordu adı altında Hitler faşizminə qarşı ölüm, dirim müharibəsi aparıb və azərbaycanlılar da o ordunun tərkib hissəsi olub. Azərbaycanlılar müharibədə 400 minə yaxın qurban veriblər. Sözsüz ki, biz müharibədə qələbə naminə fədakarlıq göstərən insanları heç vaxt unutmamalıyıq. Düzdür, bu, Azərbaycan üçün qeyri-ciddi görsənir, çünki yaxın tariximizdə Qarabağ uğrunda müharibədə həlak və əlil olanların özlərini ailələrini unudanlar necə keçmiş tariximizi unutmayacaqlar?

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Bir Cavab to ““Seçkilərin qeyri-demokratik keçirilməsi Qarabağın birdəfəlik itirilməsi deməkdir””

  1. Resul bey six xalga lazimsiniz.Aliyevler sizin dirnaginizada deymez..Harinlanmish memurlar(yap)xalga meydan oxuyur.haggl taptalayirlar,hagsizdiga al calirlar.Bu be vaxta mini davam edecek?

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: