“Bunun üçün idimi göstərdiyimiz çabalar, müdafiə etdiyimiz müstəqillik ?..”

“Xalqımız bu iqtidarı 1993-cü ildə həyat əhəmiyyətli problemimiz olan Qarabağ problemini həll etmək  üçün taxt-taca gətirdi. Nəticə: torpaqlarımızın 20 faizi düşmənə verildi və hələ ki, bir qarışı belə geri alınmadı”

“Azərbaycanın humanitar yardım göstərdiyi və ərazilərində qurub-yaratdığı ölkələrin siyahısı gündən-günə artır, dədə-babalarımızın bizə miras qoyduğu doğma torpaqlarımızda isə ermənilər qurub-yaradır”

“Dəyişiklik əldə etmək üçün sistem və işə münasibət dəyişilməlidir”

“Rəsul Quliyevin iş qəbiliyyətinə, çevik idarəetmə məharətinə bələdəm və onları yüksək qiymətləndirirəm”

“Ailəmiz 45 ildən artıqdır ki, repressiya altındadır”

 

SABİQ  MİLLƏT  VƏKİLİ  GÜLNAR  ŞIX-ƏLİ QIZININ “AzPolitika.com” internet qəzetinə verdiyi müsahibəni təqdim edirik:

 

-Hazırkı ictimai-siyasi durumu necə qiymətləndirirsiniz? Bölgələrdəki etiraz aksiyalarından sonra Prezidentin icra başçılarını dəyişməsi sizcə vəziyyəti düzəldə biləcəkmi?

– Mövcud ictimai-siyasi durum əfsus ki, idealdan çox-çox uzaqdır. Amma biz yaranan vəziyyətə qiymət vermək üçün mülayimlik göstərərək güzəştə getsək belə, yenə “kafi” olduğunu deyə bilmərik.  Bölgələrdə  baş verənlər təbii ki,  etiraz əlamətidir. İnsanların illərlə dərdlərinə qapılması nəticəsinin bariz nümunəsidir.

O ki qaldı bu günlərdə baş verən kadr dəyişikliklərinə bu məsələ daha çox kompaniya xarakteri daşıyır və mənə L.İ.Brejnevin Bakıya gəlişlərindən qabaq təmizlik işlərinin aparılmasını xatırladır. Yüksək qonağın gedişindən sonra xalqımıza qalan asfaltın üzərinə yağlı boya ilə çəkilmiş və illərlə silinməyən  güllər və ərzaq talonları idi. Bir sözlə, üstdən bəzək,..

Adı çəkilən başçılar rəhbərlik etdikləri rayonların ərazilərində əldə etdikləri malı-mülkü bir günə “qazanmamışdılar” axı… Bu gün müəyyən hadisələrdən sonra bəlli olur ki,  icra başçısının işi tam yararsız imiş. Buradan belə bir nəticə çıxarmaq olar: ya ölkə rəhbərləri rayonlara başçı kimi təyin etdikləri adamların əməllərindən xəbərdar deyillər, ya da ki, xəbərləri ola-ola bu dərəbəyliyə göz yumublar.  Bunların  heç biri iqtidara baş ucalığı gətirmir.

Yaranmış durğunluq vəziyyətində başçıları dəyişməklə heç bir şey dəyişməyəcək. Çünki dəyişiklik əldə etmək üçün sistem və işə münasibət dəyişilməlidir;  ölkəmizdə nəzarət və tələbkarlıq kompaniya şəkli daşımamalıdır; səriştəsizliyə və israfçılığa son qoyulmasına heç olmasa cəhd göstərilməlidir, peşəkarlığa üstünlük verilməlidir və ən əsası Qanunun aliliyi bərqərar olmalıdır. Məhz  bu dediklərimin vəhdəti  bu ölkəni yerində dayanıb fırlanmaqdan xilas edə bilər. Mən indi dediyim sözü illər öncə də demişdim, lakin heç bir şey dəyişmədiyi üçün bir də təkrar etməyi lazım bilirəm. Bu gün ətrafıma baxdıqda L.İ. Brejnev zamanının  durğunluğunun dinamikası üçün darıxıram. Bunun üçün idi mi göstərdiyimiz çabalar, müdafiə etdiyimiz müstəqillik ?..

 

– Ramiz Mehdiyev deyir ki, 2020-ci ilə qədər inkişaf konsepsiyası nəzərdə tutulub. Açıq şəkildə İ.Əliyevin 2020-ci ilə qədər Prezident olacağını bildirmişdi. Sizcə bu açıqlamaların arxasında nə dayanır?

-O bununla bizə bildirir ki,  mövcud Prezident üçüncü müddətə seçiləcək. Əgər adı çəkilən ölkənin inkişaf konsepsiyası büdcə puluna məmurlara bahalı avtomobillərin alınmasını və bu kimi xərcləri nəzərdə tutursa, hesab edirəm ki,  belə bir “inkişafın” xalqımızın rifahı ilə heç bir əlaqəsi yoxdur.

 

-Müxalifətin seçki ilində birləşməsi üçün müxtəlif təkliflər verilir. Sizcə Ziyalılar Forumu müxalifətin birliyinə nail ola biləcəkmi?

– Buna inanmasaq iş görməyinə dəyməz. Bu işdə hamı, yəni hərə bir yandan var gücünü əsirgəməməlidir. Bütün müxalif qüvvələr bu işi görmək üçün Qanun çərçivəsində hərəkət etməlidirlər.

 

-Artıq bir neçə aydır ki, Rəsul Quliyevin hüquqlarının müdafiə komitəsi yaradılıb. Bu komitəyə müxalif düşərgənin verdiyi dəstək Sizcə yetərlidirmi?

– Belə bir komitənin yaradılmasını alqışlayıram və  çox şadam ki,  adı çəkilən komitəyə  Azərbaycanın Müstəqillik Aktının müəllifi,  tarixçi-professor Hacibaba Əzimov başçılıq edir. Bu çox lazımlı bir işdir. Çünki Allahın bizə bəxş etdiyi Vətəni kimsə əlimizdən ala bilməz. Müxalif qüvvələrin bu günə qədər bu sahədə atdıqları addımlardan tam şəkildə xəbərim yoxdur. Hesab edirəm ki, görülən işə  qiyməti Rəsul Quliyev Vətənə qayıtdıqdan sonra vermək olar.

 

-Rəsul Quliyevin bu illər ərzində ölkədə olmamasından Azərbaycan nə itirdi? Əgər ölkədə olsaydı hansı dəyişikliklər olardı?

-Mən Rəsul müəllimlə 1993-cü ildən  Milli Məclisdə birgə işimiz əsnasında müntəzəm olaraq təmasda olmuşam. Onun iş qəbiliyyətinə, çevik idarəetmə məharətinə bələdəm və onları yüksək qiymətləndirirəm. Lakin bunları çox çalışdıqda bəlkə də başqaları da əldə edə bilər. Lakin Rəsul Quliyevdə olan əsl mənada demokratik ruh və başqaları üçün layiqli həyat tərzi yaratmaq  istəyi nadir insanlarda olur.

Dediklərimə arxalanaraq deyə bilərəm ki, Rəsul Quliyevin  Azərbaycanda olması ölkəmizə ancaq xeyir verərdi. Buna real qiymət verə bilməyənlərə isə demək istərdim ki,  Azərbaycan demokratiyasının imici  Rəsul Quliyevin xaricdə siyasi mühacir həyatı yaşamasından daha çox zərər çəkib, nəinki onun Vətəndə qalıb işləməsindən.

 

-Müxalif düşərgənin mövcud rejimin müxalifəti olmağı qəbul etdiyi halda demokratik hakimiyyətdə hər-hansı yer tutmamağı həzm etməmək duyğusu haradan qaynaqlanır

–  Haradan qaynaqlanır? Təbii ki, ambisiyalardan. Əfsus ki, ambisiyalar hər zaman əsaslı olmur. Ambisiya özü-özlüyündə gözəl bir məfhumdur. Ancaq söhbət sağlam ambisiyalardan gedəndə və ortaya Vətən azadlığı və demokratiyanı qorumaq məqsəd  qoyulmayanda. Onu da deyim ki, adətən xəstə ambisiyalı adamlar haqlı olduqlarına dərindən inanaraq, inadcıllıq göstərirlər.

 

-Ayrı-ayrılıqda İctimai Palata, Məşvərət Məclisi, Ziyalılar Forumu və digər təşkilatlar Prezident seçkilərinə çox ciddi şəkildə hazırlaşır. Siz bu qurumların fəaliyyətindən nələr gözləyirsiniz?

–Yüksək aktivləşmə, birlik, iradə və hər şeydən öncə İNAM. Bunların vəhdəti olmasa, zəhmətimiz hədər gedə bilər.

 

-Qalmaqallı mandat alveri ilə bağlı nə düşünürsünüz? Artıq Gülər Əhmədova da həbs olunub. Sizcə bu son illərin saxtakarlığıdır, yoxsa rüşvətlə mandat almaq bütün dönəmlərdə olub?

–Mən iqtidardan çox uzaq bir adam olduğum üçün bu məsələnin nə vaxt başladığını dəqiq deyə bilmərəm. Mənim onların mətbəxindən heç xəbərim yoxdur. Xəbərim olmayan bir məsələni isə dilə gətirmərəm. İnanmaq istəyirəm ki, istintaq və məhkəmə qərəzsiz olaraq bu işi yekunlaşdıracaq. Və təbii ki, baş verənlər mənə çox pis təsir edir. Çünki Milli Məclis ölkəmizin ictimai-siyasi həyatının əsas damarıdır. Demək olar ki, güvəndiyimiz dağlardır. Belə bir mötəbər yeri gündəlik çirkaba bulaşdırmaq  məncə qəbahətdir. Həm Vətən, həm xalq, həm də gələcəyimiz qarşısında.

 

-Son günlər gündəmin əsas müzakirə olunan mövzularından biri də Əkrəm Əylislinin “Daş yuxular” romanıdır. Bu romana qarşı münasibət də birmənalı deyil. Bu barədə fikrinizi bilmək maraqlı olardı.

– Mən bununla bağlı  fikrimi 2013-cü il fevralın 11-də  “Yeni Müsavat” onlayn ictimai-siyasi qəzetinin  Gülnar Şıx-Əli qızı imzası ilə “Vətənə xəyanət dərsi” başlığı altında yerləşdirdiyi  məqaləmdə  bildirmişəm. Bir daha vurğulamaq istəyirəm ki, Vətəninə sadiq olan bir kəs heç bir zaman xəyanətkarlığa yol verərək, Vətən xaini olmazdı. Nə mən, nə də ki ailəmiz ona bu işdə bəraət qazandıra bilmərik.

Lakin hər bir pis əməldə də insan xeyir axtarmağa çalışır. Bu yazı bir daha millətimizin qəzəbinin vəhdətinə təkan oldu: həm düşmənə, həm də yazının müəllifinə qarşı.

 

– Gülnar xanım, şəxsən Siz Qarabağ probleminin həllini nədə görürsünüz?

-Bu müsahibədə mənə verilən suallarda Prezident seçkiləri ön plana çəkilir. Lakin mən hesab edirəm ki, bu ikinci məsələdir. Birinci həlli vacib olan məsələ və problem – Qarabağ problemidir.

Sözün doğrusu, mən çox istərdim ki, ölkəmizdəki məmurlar gəlir gətirən obyektlərə bənzəyən vəzifələrini, monopoliyalarını qoruduqları və onların uğrunda fədakarlıqla, candan keçərək göstərdikləri mübarizə cəhdlərinin 10 faizini Qarabağ uğrunda mübarizəyə sərf edəydilər və Azərbaycan hesabına qazandıqları pullardan vaxtaşırı ayıraydılar ki,  bu məsələ qansız-qadasız həllini tapaydı.

Xalqımız bu iqtidarı 1993-cü ildə həyat əhəmiyyətli problemimiz olan Qarabağ problemini həll etmək  üçün taxt-taca gətirdi. Nəticə: torpaqlarımızın 20 faizi düşmənə verildi və hələ ki, bir qarışı belə geri alınmadı.

Bu gün onun şahidiyik ki, Azərbaycanın humanitar yardım göstərdiyi və ərazilərində qurub-yaratdığı ölkələrin siyahısı gündən-günə artır, dədə-babalarımızın bizə miras qoyduğu doğma torpaqlarımızda isə ermənilər qurub-yaradır. Beləliklə dünya təcrübəsi üçün xoşa gəlməz və yararsız bir presedent  yaranır.

Bizim, yəni Şıx-Əli Qurbanovun ailəsinə bu ölkədə olunan haqsızlıq çoxlarına məlumdur. Bu barədə danışmaqdan keçib. Lakin inandırıram Sizi ki, əgər mövcud iqtidar bizim Vətənimizin verilən  torpaqlarını  geri alsaydı və bununla da haqq-ədalət bərqərar olsaydı; əgər biz xalqımızın firavan yaşadığını görsəydik, bizim ailəmiz  buna təbii ki, ürəkdən  sevinərdi və 45 ildən artıq repressiya altında olmağımıza baxmayaraq, deyərdik ki, qoy elə Azərbaycanda incidilən bir biz olaq. Amma həqiqətdə  bu  arzuladıqlarımız yoxdur. Və bu çox qəmli bir haldır.

İstədiyimizə nail olmaq üçün,  ədalətli, demokratik ölkədə yaşamaq üçün xalqımız papağını qabağına qoyub yaxşıca fikirləşməlidir.

X. Eynulla

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: