İqtisadi İslahatlar – 1

Əvvəli

Zəngin Azərbaycan Uğrunda 

“Azərbaycan xalqının bu şəraitdə yaşamasına imkan vermək olmaz, o, buna layiq deyil”.

(Milli Məclisin 1994-cü il 14 dekabr tarixli iclasındakı çıxışdan)

Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirmək üçün, ilk növbədə, ölkənin iqtisadiyyatı ilə məşğul olmalı və qüdrətli iqtisadiyyata söykənən bir dövlət qurmalıyıq. Bu gün Azərbaycan iqtisadiyyatı iflic vəziyyətdədir. Burada gizlədilməli məsələ yoxdur. Bu günə düşməyin əsas səbəblərini bilmədən, vəziyyəti təhlil etmədən, düzgün qərar çıxarmaq mümkün deyil. Son bir neçə ilin iqtisadi göstəricilərinin ardıcıl və müqayisəli təhlili belə bir qənaət yaradır ki, Azərbaycan iqtisadiyyatının dağılmasının özünəməxsus dinamikası olub.

Bunu bir neçə rəqəmlə göstərmək olar. Məlumdur ki, bir neçə bəzi məhsullar birlikdə Azərbaycanın milli məhsulunun 95 faizini təşkil edir. Yəni, istehsal olunan milli məhsulun 95 faizi bu növdən olan məhsulların payına düşür. Bunlar neft, pambıq, üzüm, taxıl, tütün, alüminium, metal, şampan şərabı, müəyyən kimyəvi maddələr, sulfat turşusu, sulfanol, polietilen, kauçuk – 15 adlı məhsullardır. 1985-ci ildə bu məhsulların ümumi istehsalı Azərbaycanda 3143 milyon 8 min ABŞ dolları, yaxud da 125 trilyon 724 milyard 32 milyon manat təşkil edib. 1994-cü ildə bu rəqəm 851 milyon 364 min ABŞ dollarına düşüb. Əgər manatla götürsək, 1 trilyon 21 milyard 364 milyon deməkdir. Bu, respublika iqtisadiyyatı üçün çox dəhşətli bir tənəzzüldür.

Başqa bir misal: 1990-cı ildə adambaşına 300 dollarlıq məhsul istehsal olunurdu. Bu gün həmin rəqəm 136 dollar səviyyəsindədir. Lakin bu, heç də o demək deyildir ki, bu göstərici elə 1994-cü ildə aşağı düşmüşdür. Xeyr! O, tədricən azalaraq 1991-ci ildə 276 dollar, 1992-ci ildə 223 dollar, 1993-cü ildə 175 dollar təşkil etmişdir. Əgər 1990-cı ildə bir istehsalçı 1713 dollarlıq məhsul istehsal etmişdirsə, bu rəqəm 1994-cü ildə 786 dollara enmişdir.

Bu rəqəmlər onu göstərir ki, Azərbaycan xalqının yaşayış səviyyəsi 1990-cı ilə nisbətən 1994-cü ildə 3 dəfə aşağı düşübdür. 136 dollar, yaxud adambaşına 540 min manat istehsal nə deməkdir? Bu, istehsal olunan milli məhsulun adambaşına qiymətidir. Əgər biz saysaq ki, bunun 20 faizi əmək haqqı ola bilər, belə çıxır ki, hər ay Azərbaycanda 2 dollardan artıq əmək haqqı almaq mümkün deyil. 2 dollardan artıq əmək haqqı verilərsə, bu, büdcənin kəsiri hesabına başa gəlmiş olacaq. Bu, acı bir həqiqətdir.

İndi iqtisadi tənəzzülün səbəbləri barədə danışmaq istəyirəm. Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəbləri izah etmədən, ancaq subyektiv məsələlərlə məşğul olsaq, onda biz heç vaxt nə düzgün analiz verə, nə də xalqı bu vəziyyətdən çıxara bilərik. Gərək, bunun obyektiv səbəblərini öyrənək. Çünki iqtisadiyyatın bu vəziyyətə düşməsində obyektiv səbəblərin rolu 80 faizdirsə, subyektiv səbəblər 20 faizdir. Birinci növbədə, obyektiv saydığımız həmin 80 faizin qabağını almaq lazımdır.

Böhranın və islahatların ləngidilməsinin əsas obyektiv səbəbləri aşağıdakılardır:

keçmişdən miras qalmış çatışmazlıqlar və mövcud iqtisadi əlaqələrin pozulması;

–  iqtisadi siyasətdə buraxılan səhvlər;

iqtisadi problemlərdən diqqəti yayındıran və islahatlar məcrasında bütün sağlam ictimai qüvvələrin birləşməsinə mane olan siyasi qarşıdurma.

Ən əsas səbəbi 1990-cı ildən bu günə qədər Azərbaycanda qeyri-demokratik və qeyri-konstitusion formalarda gedən hakimiyyət davasında görürəm. Azərbaycanda hakimiyyətə gəlməkdə ənənə şəklini almış “hərbi çevrilişlər yolu” bu məsələdə xüsusilə dağıdıcı təsir göstərib. Azərbaycanın bütün iqtisadiyyatını bərbad vəziyyətə salan əsas obyektiv amillərdən biri budur.

(Bu sözləri hələ 1994-cü ildə söyləyərkən, H.Əliyevin özünün də qeyri-konstitusion və çevriliş yolu ilə hakimiyyətə gəldiyini nəzərdə tuturdum. İlkin dövrdə onun əsas diqqətini birlikdə çevriliş etdikləri köhnə əlaltılarını sıradan çıxarmağa və düşmənlərindən qisas almağa yönəltməsi ölkənin onsuz da ağır olan vəziyyətini daha böhranlı həddə salmışdır – R.Q.)

Əlbəttə, müharibə faktorunu da kənara qoya bilmərik. Bu, obyektiv səbəblərdən biridir. Ona görə ki, birincisi, 20 faiz torpaqlarımızın işğal olunması, sözsüz, müəyyən qədər maddi ehtiyatlarımızın əldən çıxmasına səbəb olub. İkincisi, müharibə etmək asan deyil. Müharibə etmək üçün silah-sursat, texnika almalısan. Bu, müəyyən maliyyə itkiləri deməkdir, üstəlik, əmək qabiliyyətli insanlarımız da itirilir ki, bunun özü də Azərbaycan iqtisadiyyatına böyük zərbədir.

İdarəetmədə buraxılan səhvlər də iqtisadi böhranı dərinləşdirmişdir. Düzgün olmayan xarici iqtisadi siyasət nəticəsində Azərbaycan Respublikasının istehsalçılarının bazarı əldən çıxıb. Ona görə yox ki, başqa ölkələrin alıcılıq qabiliyyəti itirilib, biz bazarları əldən çıxarmışıq. Xeyr! Bunun əsas səbəbi, göstərildiyi kimi, Azərbaycan Respublikasında bu sahədə aparılan siyasətin yarıtmaz olmasıdır. Mənfi təsirlər ən çox kimya və maşınqayırma sənayesində özünü göstərdi. Məlumdur ki, Azərbaycan Respublikasının neft, maşın avadanlığı buraxan zavodları Rusiya və başqa neft çıxaran ölkələrin avadanlıqlara tələbatının 80 faizini təmin edirdi. Təəssüflər olsun ki, həm Xarici İqtisadi Əlaqələr Nazirliyi, həm də gömrük orqanları tərəfindən elə baryerlər yaradıldı ki, Azərbaycan müəssisələri başqa ölkələrin qarşılıqlı müqavilə əlaqəsi olan müəssisələri qarşısında öz vədlərini, borclarını yerinə yetirə bilmədilər. Buna görə də həmin ölkələrdə, o cümlədən Rusiyada olan müəssisələr özlərinə başqa partnyorlar axtarmaq məcburiyyətində qaldılar. Bizimkilər isə o vaxt ayıldılar ki, bazarlar əldən çıxıb, heç yerdə mal sata bilmirlər. Azərbaycanın kimya sənayesi də Rusiyada olan bütün bazarlarını itirdi. Rusiya Federasiyasının yuyucu toz buraxan zavodlarının hamısı Azərbaycan Respublikası kimya sənayesinin bazasında yaranmışdı. 1991-ci ildən başlayaraq aparılan yanlış siyasət gətirib ona çıxardı ki, Azərbaycan Respublikasında istehsal olunan sulfanol öz alıcısını tapa bilmədi.

Kənd təsərrüfatı məhsulları istehsalı sahəsində də vəziyyət belə acınacaqlıdır. Meyvə-tərəvəzin sərbəst satışının qarşısına hər tərəfdən, elə bu günün özündə də açıq və ya gizli müqavimət və baryerlər qoyulur. Meyvə-tərəvəzi xarici bazarlara çıxara bilmirik. Tütünün, çayın qabağına da baryerlər qoyulur. Bunların hamısı gətirib ona çıxardı ki, Azərbaycan Respublikası istehsalçılarının satış bazarları tamamilə itirildi. Təəssüflər olsun ki, həmin düzgün olmayan siyasət bu gün də davam edir. Baxmayaraq ki, Azərbaycan Respublikasının Milli Məclisi iqtisadiyyatı liberallaşdırmaq üçün onlarla qanun və qərarlar qəbul edibdir. İstehsalı qaldırmaq üçün, birinci növbədə, gərək istehsal elədiyin malı sata biləsən. Əgər söhbət müəssisələrimizlə əlaqədə olan Rusiyadakı müəssisələrin alıcılıq qabiliyyətinin aşağı olmasından düşərsə, sual olunur: onda bəs, kondisioneri niyə sata bilmirik? Onu ki, əsasən müəssisələr yox, insanlar alır. Kondisionerlər bazarı olan bütün Orta Asiya əlimizdən çıxıb. Çünki burada o qədər baryerlər qoyuldu ki, kondisionerləri ora aparmaq mümkün olmadı. Təəssüf ki, bu siyasət yenə davam edir.

Bazarlarını tamamilə itirən müəssisələrimiz indi təzədən istehsal etmək istəyirlər, lakin heç kim məhsullarını almır. Çünki keyfiyyət o səviyyədədir ki, nə dünya bazarına çıxa bilir, nə də ki, keçmiş ənənəvi bazarları qalıb. Bütün bunların nəticəsində kimya sənayesi istehsal gücünün cəmi 20, maşınqayırma 15 faizi ilə işləyir.

Lakin bunların hamısına baxmayaraq, hesab edirəm ki, Azərbaycan xalqının bu şəraitdə yaşamasına imkan vermək olmaz və o, buna layiq deyil.

Ölkənin maliyyə sistemi bərbad bir vəziyyətdədir. Azərbaycanda müəssisələr arasında birlikdə götürəndə 2 trilyon manatlıq debitor borcları var. Əgər hazırkı şəraitdə Azərbaycan Respublikasının büdcəsi 1 trilyon 300-400 milyard manat səviyyəsindədirsə, müəssisələr arasında borc 2 trilyonu keçibsə, hansı normal maliyyə sistemindən danışmaq mümkündür?! Azərbaycanda, ümumiyyətlə, istehsalçılar arasında iqtisadi əlaqələr, obrazlı desək, “ibtidai icma quruluşu” səviyyəsindədir.

Bu vəziyyətdən çıxmamış dinamik iqtisadiyyata necə nail olmaq mümkündür? Bütün müəssisələr belə iflic vəziyyətdə olduğu halda, Azərbaycan iqtisadiyyatını necə idarə etmək olar?

Bəziləri xarici yardımlara böyük ümid bəsləyirlər. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu müəyyən dərəcədə Azərbaycan Respublikasına kömək edir. Onların kömək etməkdə əsas məqsədi odur ki, Azərbaycan bir sistemdən, yəni, iqtisadiyyatda diktatura sistemindən bazar iqtisadiyyatına keçidi təmin edə bilsin, sosial cəhətdən vəziyyəti ağır olan insanlar təbəqəsini bir qədər dəstəkləsinlər ki, Azərbaycanda bu iş getsin. Əgər iqtisadi məsələlər həll olunmursa, onda Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının verdiyi kreditlər qurtaran anda Azərbaycanda fəlakət olacaq.

Azərbaycan Respublikasının xarici borcları hazırda üst-üstə götürsək, 700 milyon dollara gəlib çatır. Yaxşı, 300-400 milyon dollar səviyyəsində ixracata malik bir ölkənin 700 milyondan artıq borcu ola bilərmi? Bu borclar Azərbaycana nə verəcək? Borclar hazırkı çətin vəziyyəti bu gündən çıxarıb 4-5 ildən sonraya keçirir. İndi düşünün ki, 4-5 ildən sonra Azərbaycanın vəziyyəti necə olacaq?

(O zaman H.Əliyevin xarici borcları artırmaq istiqamətində fəaliyyətinin hansı faciəli nəticələrə gətirib çıxaracağını görürdüm. Mənim müşahidələrimə görə o, xarici borcları ölkədə müvəqqəti maliyyə sabitliyi yaratmaq vasitəsi sayırdı, eyni zamanda heç bir istehsal, əziyyət olmadan pul mənimsəməyin yeni kanalını yaradırdı. Bu gün, yəni, 2001-ci ildə Azərbaycanın dövlət borclarının 2 milyard dollara yaxınlaşması mənim hələ 95-ci ildə ciddi narahatlıq keçirməyimin əsaslı olduğunu göstərir. Əgər vaxtında bunun qarşısı alınsaydı, indi xarici borclar məsələsində belə faciəli vəziyyətlə üzləşməzdik. – R.Q.)

Müstəqilliyimizin bərqərar olunmasında və iqtisadiyyatın dirçəldilməsində aldığımız humanitar yardımlar müsbət və mənfi olmaqla ikili rol oynayır. Humanitar yardım almaq insanların bir hissəsini işdən tamamilə təcrid edir, həmin insanlara dilənçilik, ələbaxımlılıq psixologiyası aşılayır. Milləti bu vəziyyətə gətirib çıxarmaq olmaz. Böyük bir fəxrlə deyirik ki, 50-60 milyon dollar humanitar yardım alırıq. Amma özümüzün apardığımız siyasətin nəticəsində ildə 100 milyonlarla dollar itiririk. Məsələn, bizim hamımıza məlumdur ki, 1994-cü ildə də, 1993-cü ildə də, 1992-ci ildə də hər il Azərbaycanda 100-200 min ton meyvə itib, xarab olub, satışa çıxarılmayıb. Bütün bunlar təsərrüfatsızlığın və siyasətsizliyin nəticəsində olub. Tütünün qarşısında – baryer, neft məhsulları qarşısında – baryer, maşınqayırma avadanlığı qarşısında – baryer… Bu siyahını uzatmaq da olar. Lakin müxtəlif məhsulların realizasiyası yolundakı maneələr üst-üstə yığılanda, 200 milyon dollardan çox ziyan vurub. Bütün bunlardan sonra təyin etmək olur ki, Azərbaycanın 1989-cu ildəki 650 milyon dollar ixrac potensialı niyə indi 180 milyon dollar səviyyəsinə düşüb.

Əgər Azərbaycanın daxilində vəziyyəti düzəltməsək, xaricdən alınan borcların ölkənin nə gələcəyinə, nə də bu gününə köməyi ola bilməz.

Özünün sosial-iqtisadi nəticələrinə görə iqtisadi böhranın ən kəskin və təhlükəli cəhəti investisiya fəallığının azalmasıdır. Təkcə son dörd il ərzində iqtisadiyyata investisiya qoyuluşunun həcmi 6,5 dəfədən çox azalmışdır və bu gün 1990-cı il səviyyəsinə nisbətdə 15 faizə yaxın təşkil edir. Belə vəziyyətdə nəinki iqtisadiyyatda struktur islahatlarına, heç istehsalın sadəcə artımına da nail olmaq mümkün deyil. Lakin problem daha dərin və mürəkkəbdir. Artıq bu gün əsas istehsal fondlarının aşınması 40 faizə, yəni, elə bir həddə yaxınlaşmışdır ki, bu həddən sonra ölkənin istehsal potensialının fiziki məhvi başlanır. Cəmiyyət qəza və fəlakətlər təhlükəsinin artdığına şahiddir.

Əsas fondlar müntəzəm surətdə “yeyilir”. Amortizasiya investisiyaların ən mühüm və etibarlı mənbəyi olmaq keyfiyyətini itirmişdir və hətta əsas fondların yenidən bərpasını belə, təmin etmək iqtidarında deyildir. Ziyanla işləyən və aşağı rentabelli müəssisələrin sayı sürətlə artmaqdadır.

Böhrandan çıxmaq, iqtisadiyyatı sabitləşdirmək və inkişaf etdirmək, iqtisadiyyatda demokratik əsasların möhkəmləndirilməsi, liberallaşdırılması üçün əsaslı islahatlar həyata keçirilməlidir…

Ardı Var

“Diktatorla Üz-Üzə” Kitabından (2001)

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Geri izləmələr/Geri bildirişlər

  1. “GÜCLÜ İQTİSADİ BAZASI OLMAYAN ÖLKƏDƏ DEMOKRATİYA OLA BİLMƏZ” | RƏSUL QULİYEV - RASUL GULIYEV - Mart 12, 2013

    […] Əvvəli […]

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: