18 illik Resept və ya Quldarlığa Aparan Yol

Heydər Oğuz

-21-ci əsrin əvvəllindən etibarən Azərbaycan Quldarlığı quruldu;

-Təkcə məzlum əhalimizi deyil, həm də ölkə rəhbərlərimizi qula, məmləkətimizi isə müstəmləkəyə çevirilməsinin əsas səbəbi məhz hələ 18 il bundan əvvəl ortaya qoyulan inkişaf və tərəqqi reseptindən imtina edilməsi idi;

Eks-spiker Rəsul Quliyevin 1995-ci ildə dövlət büdcəsinin müzakirəsi zamanı etdiyi çıxışı izlədim. Etiraf edim ki, uzun müddətdir, Rəsul Quliyevi tanıdığıma, onunla yaxın münasibətdə olmağıma baxmayaraq bu çıxış mənim üçün yenilik idi. Bu da təbii ki, səbəbsiz deyildi. Çıxışın edildiyi 1995-ci ildə mən Türkiyədə oxuyurdum. Dolayısıyla, ölkəmizdə baş verən bir çox hadisələrdən ya ümumiyyətlə, xəbərim olmur, ya da kiçik informasiyalar halında nələrsə eşidirdim.

O vaxt hələ tanımadığım Milli Məclis rəhbərinin vaxtaşırı kütləvi informasiyalar vasitəsilə hakimiyyətin siyasətini tənqid etdiyi xəbərləri bizə də gəlirdi. Bir çoxumuz eşitdiklərimizə qeyri-adi hal kimi baxsaq da, əksər hallarda buna sevinirdik. Axır ki, ölkəmizin demokratiya yoluna qədəm qoyduğuna inanır, dəyişim prosesinin yuxarıdan başladığını və nəticədə qarşısıalınmaz prosesə çevriləcəyini düşünürdük. Daha sonra Milli Məclis sədrinin istefa verdiyi xəbərləri gəlincə, demokratikləşmə prosesinin daha iti sürət alacağına inamımız güclənirdi. Mən də vətənini sevən bir insan kimi bu cür sevinənlər sırasında idim.

Məmləkətə qayıtdıqdan sonra demokratik Azərbaycanımızın ilk xəbərçisi kimi baxdığım Rəsul Quliyevin mənə doğma olan insanlarla yaxın münasibətlərini eşidib daha da sevinmişdim. Mənim üçün uşaqlıq illərindən çevrəsində böyüdüyüm S. Cəlaloğlu ilə Türkiyədə oxuyarkən demokratikləşmə ümidi kimi baxdığım Rəsul Quliyevin yaxınlığından daha gözəl nə ola bilərdi ki?  Siyasi dünyagörüşümün formalaşmasında əvəzsiz xidmətləri olmuş ADP-yə yönəlməmdə heç bir tərəddüd hissinə qapılmamağımın başlıca səbəbi də məhz bununla bağlı idi. O dövrün ən tanınmış mətbuat orqanı olan “Hürriyyət” qəzetində siyasi publisistikanın sirlərini öyrənə-öyrənə başladığım jurnalistik fəaliyyətim mənə bu adamı daha yaxından tanımaq fürsəti verdi.

Eks-spikerə bəslədiyim ümiddə yanılmadığımı anlamışdım. O, həqiqətən də mənəvi ruh etibarilə də demokratik xarakterə malik idi. Digər siyasi liderdən fərqli olaraq qarşısındakını eşidir, özəl təşəbbüsləri yüksək qiymətləndirir  və bacardığı qədər ona dəstək verməyə çalışırdı.

Buna nail ola bilirdimi? Bax, bu artıq imkan məhdudiyyəti ilə bağlı hadisədir və mən heç vaxt imkanı çatmadığı olaya görə kimisə qınamağın tərəfdarı olmamışam. Çünkü Allahın belə öz müqəddəs kitabında heç bir qula çəkə bilməyəcəyi yükü yükləməyəcəyini söylədiyini bilirəm. Biz də insana edə bildiyinə görə deyil, etmək istədiyinə, niyyətinə görə qiymət verməliyik. Hardasa 18 il sonra izləmək şansına malik olduğum həmin tarixi video-görüntü də mənim üçün Rəsul Quliyevin niyyətinə qiymət verməyə yarayan əsas arqumentə, sənədə çevrildi.

Hələ 18 il bundan əvvəlki Rəsul Quliyevin düşüncələrini eşitdikcə onun bəzi siyasilər kimi zorən demokrat olmadığının, elə ölkənin əsas füquru olduğu dövrlərdə belə ölkəmizin taleyinə biganə qalmadığının şahidi olursan. ACP lideri indi olduğu kimi 18 il bundan əvvəl də ölkəmizin xoşbəxtliyini onun iqtisadi inkişafında görür, ən əsası isə bunun konkret və aydın yolunu göstərirdi. O vaxt da Rəsul Quliyevə görə Azərbaycanın qarşısında iki yolu vardı. Bunlardan biri demokratik inkişaf xətti tutaraq kənd təsərrüfatından sənayeyə qədər bütün sahələri inkişaf etdirmək, dünyanın aparıcı dövlətləriylə eyni səviyyəyə gəlmək, əhalinin maddi rifah halını yüksəldərək həm də onun ömrünün uzatmağa çalışmaq, ya da dikturaya meyllənmək və hər cür tərəqqi potensialı olan Vətənimizin bütün perspektivlərini alt-üst etmək, onu dünyanın ən bədbəxt ölkəsinə çevrmək idi. Nə yazıq ki, Rəsul Quliyevin 18 il bundan əvvəl söylədiyi həmin inkişaf və tərəqqi reseptlərindən nəsibini ala bilməyən ölkəmiz indi getdikcə daha sürətlə sözügedən çıxışdakı tablonun qara xətlərlə cızılan digər tərəfinə doğru irəliləyir.

Eks-spikerin ən yüksək kürsüdən səsləndirdiyi bu sözlərinə qulaq asdıqca onun niyə hakimiyyət kürsüsündən uzaqlaşdırıldığını anlayırsan. Ölkəmizə xoşbəxtlik deyil, öz sülalə hakimiyyətinə təhkimçiliyi gətirməyə çalışanlar əlbəttə ki, ilk növbədə bu siyasətin mahiyyətini dərindən anlaya bilənləri zərərsizləşdirməli idilər. Zərərsizləşdirməli idilər ki, quracaqları səltənətlərinə “dur” deyən olmasın, qəflət yuxusuna verdikləri xalqı oynatmaq istəyən hansısa Allah bəndəsi sabah onların əl-ayaqlarına dolaşmasım. Bu mənada Rəsul Quliyevsiz hakimiyyət əslində Azərbaycan xalqının əlinə-qoluna vurulan əsarət buxovunun başlanğıc nöqtəsi idi.

18 il bundan əvvəl lentə alınmış bu video-görüntüdə tez-tez ekranlara yansıyan tanış simalar da var. İndiki Milli Məclisin toplantı salonlarında yenə həmin şəxslər görünürlər. Dünən Rəsul Quliyevə ağızlarını ayıraraq qulaq asan həmin millət vəkilləri bu gün Oqtay Əsədovun çıxışlarını eyni həyəcanla dinləyirlər. O günkündən fərqli olaraq bu günkü parlamentdən ancaq mürtəce səslər çıxır, gah hakim zümrəni mitinqçilərdən qorumaq üçün söz və sərbəst toplaşmaq azadlığını məhdudlaşdıran cəza qanunları yekdilliklə qəbul olunur, gah özünü yaxşı aparmayan müxalifət və ya hansısa beynəlxalq təşkilatı qınayan bəyanatlar səslənir, gah da siyasi iradənin icazə verdiyi qədər kommunal təsərrüfat məsələləri və ya hansısa aztəminatlı ailələrin pensiyalarına niyə 50 qəpiklik əlavələr olunmadığı tənqid olunur. Və bu dişsiz tənqidlər elə ürkək şəkildə dilə gətirilir ki, sanki erməni əsirliyində olan bir vətəndaşımız düşməndən içməyə su istəyir.

Ölkə başçımız xarici səfərlərdə olarkən parlamentdə 10 müxalifət partiyasının təmsil olunduğundan danışır. Milli Məclisin 20 ildir, dəyişilməyən simaları isə dünyanın ən “uzunömürlü” deputatları kimi hər gün neçə qanunun müzakirəsində “iştirak” edir və sonra onun qəbul olunması üçün əl qaldırırlar. Lakin indiyə qədər onlardan hansısa birinin qanun layihəsi hazırlamaq təşəbbüsünə belə rast gəlinməyib. Hakimiyyətin icra qolunun hazırlayıb təqdim etdiyi layihələri sadəcə təsdiqləməklə məşğul olan Milli Məclisimiz parlamentdən daha çox iri notarial kontora oxşayır və hətta ondan daha aşağı bir səlahiyyətə sahibdir. Çünki istənilən notariusun imzayla təsdiqlədiyi sənədin həqiqiliyini yoxlamaq kimi bir səlahiyyəti var. Bizim Milli Məclisin üzvlərinin isə bu təşəbbüsü göstərməsini düşünmək belə adama fanatastik gəlir. Halbuki orada təmsil olunan deputatların əksəriyyəti elə Rəsul Quliyevin 1995-ci ildəki məlum çıxışını etdiyi zaman heyrətlə onun ağzına baxan həmin insanlardır. Deməli, Milli Məclisin indi notarial kontora çevrilməsinin ən böyük səbəbini həmin deputatlardan daha çox, parlamentə rəhbərlik edənlərin keyfiyyətində axtarmaq lazımdır.

Təbii ki, Rəsul Quliyevin hakimiyyətdən uzaqlaşdırılmasının zərbəsi təkcə parlamentçilik ənənəsimizə də dəymədi. Bütün iqtisadi sistemimizdən tutmuş sosial həyatımıza qədər hər yerdə öz ağır nəticələrini göstərdi. 1995-ci ildə ölkəmizin hərtərəfli iqtisadi inkişafını planlaşdıran və bunun ən kiçik detallarına qədər yollarını göstərən eks-spikerin hələ o zaman dilə gətirdiyi özəl təşəbbüslərin kreditlərlə dəstəklənməsi təklifi bir kənara atıldı, neft sektorundan əldə olunan gəlirlərlə ölkənin bütün sahələri bir neçə iri məmurun inhisarına verildi. Rayonlarımızdan tutmuş iqtisadi perspektivlərimizə qədər bütün imkanlarımız qurdlar sürfəsində bölüşdürüldü, dünyaya kreditlər verən ölkəmizdə dünyanın ən ağır kredit şərtləri tədbiq olundu. Kreditlər isə hansısa iqtisadi təşəbbüskarlığın inkişafına deyil, iri məmurların nəzarətində olan maşın alverinə, məişət avadanlığının alınmasına yönləndirildi.

Beləcə, ölkə əhalisi bir ovuc iri məmurun sözün həqiqi mənasında təhkimlisinə, köləsinə çevrildi. Hətta ən qədim dövrlərdə belə quldarlıq quruluşundan imtina edən ölkəmizdə 21-ci əsrin əvvəllindən etibarən Azərbaycan Quldarlığı quruldu. Bu quldarlıq sisteminin nəticəsində əhalimiz ölkə rəhbərlərinin qulu olduğu kimi, ölkə rəhbərlərimiz də sivil dünyanın müasir tələblərinə qarşı getdiyi üçün xaricilərin yanında gözükölgəli duruma düşdülər, xalqımızın amansızcasına istismarına yaşıl işıq yandırmaları üçün xaricilərə kürü, bahalı hədiyyələr, sərvətlər daşıyan novruzəlilərə çevrildilər. Və Yaxın Şərq diktatorlarının aqibətində gördüyümüz kimi nə vaxtsa bu “kürü” siyasətindən təngə gələcək əcnəbi ağalarının onlardan üz döndərməsindən çəkinə-çəkinə yaşayan kölələr kimi son günlərini gözləməyə məhkum oldular.

Bəli, təkcə məzlum əhalimizi deyil, həm də ölkə rəhbərlərimizi qula, məmləkətimizi isə müstəmləkəyə çevirilməsinin əsas səbəbi məhz hələ 18 il bundan əvvəl ortaya qoyulan inkişaf və tərəqqi reseptindən imtina edilməsi idi.

 

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: