-Prezident korrupsiya və rüşvətlə yığdığı pulları deklarasiya edib bu qazancının vergisini ödəsin. Bu daha ədalətli olar;
Əziz oxucu! Ümidvarıq ki, sizi maraqlandıran bir sıra sualların ən gözəl cavabını bu gündən etibarən fəaliyyətə başlayan rubrikamızda tapa biləcəksiniz. Beləliklə ilk sual.
-Salam, Rəsul müəllim. Məni bir məsələ çox maraqlandırır. Sizcə, ölkə başçısının aylıq əməkhaqqısı nə qədərdir? Bunu ona görə soruşuram ki, son vaxtlar ölkə telekanalları İlham Əliyevin hümanizmindən danışarkən, əsasən onun öz maaşına edilmiş artımdan imtina etməsini önə çəkirlər. Necə hesab edirsiniz, doğrudanmı, İlham Əliyev aylıq maaşla dolanırdı ki, onun maaşının artırılmasından imtina etməsi ölkə başçısının təvazökarlıq nümunəsi kimi qəbul olunur?
-Bilirsiniz, bu gün ən yuxarı prezident maaşı ABŞ-dadır. Prezidentin maaşı baza götürülüb o biri dövlət işçilərinin maaşı müəyyənləşdirilir.Məsələn ABŞ prezidentinin illik maaşı 400 min dollardır, senatorların maaşı onun 70 faizini təşkil edir, yəni, 280 mindir. Bu rəqəm adətən ölkədə olan orta əmək haqqının 10-12 misli səviyyəsində formalaşdırılır. Məsələn RF-da orta əmək haqqı 600 dollardırsa, Prezidentin maaşı ildə 60 min dollardır. Sivil ölkələrdə maaş bu prinsiplə formalşır.
Normal ölkələrin hamısında prezident işdən gedəndə borcun içərisində olur. Məsələn, Klinton işdən gedəndə onun 5 milyon dollardan çox borcu var idi. Eynilə, Çörçillin hakimiyyətdən getdiyi 1945-ci ildə borcu 1 milyona idi. Bu borcun necə əmələ gəlməsinin izahı çox asandır. Cünki onların maaşları xərclərini ödəmək imkanına malik deyildi. Həmin borcları onlar işdən getdikdən sonra çox qısa bir müddətə qaytarırlar, məsələn Çörçil və Klintonun yazdıqları kitablara görə qazancları bir neçə 10 milyon dollardan yuxarı olub. Klintonun bir saatlıq məruzəsinə 100 min dollar pul verirlər.
Bizim prezidentin maaşı ildə 20 mindən artıq olmamalıdır. İndi o özünə nə qədər maaş yazır, bilmirəm. O, maaşına edilən əlavədən imtina edirsə, nəyin hesabına yaşadığını izah etməlidir. Çünki yalnız xaricdə olan çoxsaylı əmlaklarını saxlamağa ona ildə azı 10 milyon dollar pul lazımdır. Prezident izah edə bilərmi bu mülkləri hansı vəasitlərin hesabına əldə edib? Fikrimcə, edə bilməz. Mən onun işini asanlaşdırmaq üçün bəzi təkliflər vermək istəyirəm. Heç olmasa, Prezident korrupsiya və rüşvətlə yığdığı pulları deklarasiya edib bu qazancının vergisini ödəsin. Bu daha ədalətli olar. Prezidentin korrupsiya və rüşvətdən qazandığı pullardan verilən vergi bütün təhsil sistemində işləyən yarım milyondan çox vətəndaşların toplam aldıqları maaşdan azı 2 dəfə çox olar.
Salam,Rəsul müəllim.Saakaşvilinin Azərbaycana gəlişini,cafəşanlıqla Əliyev iqtidarını Rusiya təhlükəsindən xəbərdarlıq şəklində açıqlama verməsini siz necə izah edə bilərsiniz?Ümumiyyətlə, Rusiyanın indiki rejimi devirmək planı varmı? Hörmətlə,Mehdi
Resul muellim skypedan da yazilan suala cavab verirsinizmi?