“Güclü İqtisadi Bazası Olmayan Ölkədə Demokratiya Ola Bilməz”

Əvvəli

“Yoldan dönməmək üçün, gərək, adamın yolu ola”

 (Milli Məclisin 1994-cü il 25 may və 19 iyul tarixli iclaslarındakı çıxışlardan)

-Öz mülkiyyəti olmayan və ya mülkiyyətə sahiblikdə sərbəstlik hiss etməyən şəxs azad ola bilməz.

İqtisadi baza olmayan ölkədə demokratiya ola bilməz.

-Dövlət mülkiyyəti nə qədər bir əldə mərkəzləşdirilir və təmərküzləşdirilirsə, o qədər də dövlətin təmayülü, meyli diktatura istiqamətinə yönəlir.

-Müflisləşmə bazar iqtisadiyyatının ən kəskin qılıncıdır ki, həmişə müəssisələr onun qarşısında diz çökürlər, məcbur olurlar ki, ağılla işləsinlər.

Dövlətimizin strateji kursu ondan ibarətdir ki, biz demokratik, hüquqi cəmiyyət qurmaq istəyirik. Demokratik, hüquqi dövləti qurmağın bir neçə bazası var. Bu baza olmasa, heç vaxt arzu olunan dövlət qurula bilməz. Bunlardan ən əsası iqtisadi bazadır və o, müəyyən bir həddə çatmasa, orada demokratik quruluşu qurmaq mümkün deyil. İqtisadi baza olmayan ölkədə demokratiya ola bilməz.

Dünya təcrübəsi göstərir ki, iqtisadi inkişaf olmayan yerdə demokratiya xülyadan başqa bir şey deyil və ancaq xalqın demokratiyaya olan ümidlərini qırmaq vasitəsidir. Yalnız iqtisadi tərəqqi iqtisadi plüralizmə və demokratiyaya zəmin yaradaraq sosial inkişafa səbəb olur (Mən bilirdim ki, H.Əliyev o zamandan ölkəni iqtisadi fəlakətə sürükləyir ki, demokratiyanı gözdən salsın və dünyanı inandırsın ki, bu xalq demokratiya üçün yetişməyib – R.Q).

Dünyada iqtisadiyyatı zəif inkişaf etmiş elə bir ölkə tapılmaz ki, orada əsil demokratiya mövcud olsun və insan hüquqlarına riayət edilsin. Adətən, belə ölkələrdə avtoritarizm, inzibati amirlik və bürokratizm var gücü ilə təzahür edir.

İndiki, sosializmdən sonrakı dövrdə – iqtisadi böhranın, istehsalın azalmasının və əməyə həvəsin zəifləməsinin müşahidə olunduğu bir zamanda, çoxları iqtisadiyyatın əsas sahələrində problemlərin sırf inzibati amirlik metodları ilə həllini müdafiə edir ki, bu da tamamilə səhv fikirdir. Müasir şəraitdə iqtisadi dirçəlişi yalnız azadlığa arxalanaraq əldə etmək olar.

(Bilirdim ki, tam iqtisadi azadlıq barədə bu fikirlərim H.Əliyevin strateji niyyətləri ilə ziddiyyətə girir. H.Əliyev iqtisadiyyatı mümkün qədər inhisara almaq, bunun hesabına insanları iqtisadi əsarət altına salmaqla azad düşüncədən məhrum etmək və tam müti bir kütlə yaratmaq kursu götürmüşdü. Başa düşürdüm ki, onu bu niyyətindən çəkindirmək qeyri-mümkündür. Lakin iqtisadi tərəqqidə sərbəstliyin, həqiqi liberallığın nə qədər dəyərli olduğunu heç olmasa ictimai fikrə yeritmək istəyirdim –R.Q.)

İqtisadi azadlığın əsasında isə insanın xüsusi mülkiyyət  və ya başqa sözlə desək, öz sərmayəsi əsasında ictimai istehsalda iştirakı durur. Təcrübə göstərir ki, öz mülkiyyəti olmayan və ya mülkiyyətə sahiblikdə sərbəstlik hiss etməyən şəxs azad ola bilməz.

İqtisadi azadlıq qanunvericilikdə qadağan olunmuş fəaliyyət növlərindən (silah, keyfiyyətsiz məhsul istehsalı, iqtisadi fəlakətə səbəb olan istehsal və i.a.) savayı, sahibkarlıq fəaliyyətinin bütün növləri ilə maneəsiz məşğul olmaq və öz əməyinin nəticələrindən sərbəst istifadə etmək imkanının olmasını nəzərdə tutur.

İqtisadiyyatı üç cür idarə etmək olar: diktatura yolu; diktatura və sosializm yolu bir yerdə – belə deyək ki, bu, Şərqi Avropada tətbiq olunmuş bir yol idi və bazar iqtisadiyyatı yolu. Bunun daha başqa yolları yoxdur. Onların hərəsinin də öz variantları var. Müstəqil Azərbaycan dövlətinin əsas istiqaməti bazar iqtisadiyyatına keçməkdir. Başqa bir yol yoxdur və bizim son vaxtlar qəbul etdiyimiz qanunlar qarşımızdakı bazar iqtisadiyyatının konturlarını göstərir. “Müəssisələr haqqında” qanun qəbul olunandan sonra aydın olub ki, Azərbaycan Respublikası öz gələcəyini hansı istiqamətdə görür. “Müəssisələr haqqında” qanunu qəbul etmək o deməkdir ki, demokratik quruluş yaratmaq yönündə, bazar iqtisadiyyatı istiqamətində intensiv və maneəsiz iş aparılmalıdır.

Əgər kimsə fikirləşirsə ki, dövlət mülkiyyətinin çox olması ilə dövlətin qüdrəti arta bilər, o, çox böyük səhvə yol verir. Dövlət mülkiyyəti nə qədər bir əldə mərkəzləşdirilir və təmərküzləşdirilirsə, o qədər də dövlətin təmayülü, meyli diktatura istiqamətinə yönəlir. Belə bir vəziyyətdə isə qəti surətdə mümkün deyil ki, normal iqtisadiyyat yaransın. Normal iqtisadiyyat yaratmaq üçün Azərbaycanda mövcud idarəetmə sistemi dəyişilməlidir. Yəni, əgər mərkəzdən piramida üsuluna əsaslanan idarəetmə ilə kimsə nəyəsə nail olmağı fikirləşirsə, düşünürsə, bu, səhv fikirdir.

İqtisadi inkişafın, iqtisadiyyatın liberallaşdırılmasının və son nəticədə cəmiyyətin demokratikləşdirilməsinin əsas istiqamətlərindən biri mülkiyyət münasibətlərinin kökündən dəyişdirilməsidir. Tam inamla demək olar ki, biz istehsalın durmadan azalması və s. bu kimi böhran halları ilə insanların mülkiyyətinin olmaması üzündən qarşılaşmalı oluruq.

Hazırki şəraitdə mülkiyyət münasibətlərinin dəyişdirilərək təkmilləşdirilməsi üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi böyük əhəmiyyət kəsb edir:

– mülkiyyətin sahibsizliyinin aradan qaldırılması və hər bir mülkiyyət formasının (o cümlədən dövlət mülkiyyətinin ona can yandıran, onun üçün cavabdeh olan əsil sahibini tapması);

– mülkiyyətin ən müxtəlif formalarının – xüsusi mülkiyyət, dövlət mülkiyyəti, kooperativ mülkiyyət, ictimai təşkilatların mülkiyyəti, xarici mülkiyyət və onun müxtəlif qarışıq formalarının bir-birinə uyğunlaşdırıldığı və bir-birini tamamladığı müasir çoxukladlı iqtisadiyyata doğru tədrici irəliləyiş;

– bazar iqtisadiyyatı subyektlərinin inkişaf etdirilməsinin, fəallığının artırılmasının və demokratiyanın başlıca şərti kimi, ağırlıq mərkəzinin mülkiyyətin özəlləşdirilməsindən idarəetmənin özəlləşdiriilməsi üzərinə keçirilməsi.

Dövlətin qüdrəti, yuxarıda qeyd etdiyim kimi, onun əlində olan mülkiyyətdə deyil. Dövlətin qüdrəti ondadır ki, həmin dövlətdə, həmin respublikada olan müəssisələr nə qədər yaxşı işləyir, nə qədər mənfəət verir və mənfəətdən nə qədər vergi ödənilir. Müharibəni aparmaq, müharibədə qalib gəlmək və sair məsələlərin mülkiyyətin dövlətin əlində olması ilə heç bir bağlılığı yoxdur. Hamısı büdcədən gedən xərclərdir. Büdcədən getmək üçün də, büdcəyə yığışmaq üçün də gərək, mənfəət ola, mənfəətsiz böyük büdcə ola bilməz. Mənfəətin olması üçün də müəssisələr mənfəətlə işləməlidir. Müflisləşmə bazar iqtisadiyyatının ən kəskin qılıncıdır ki, həmişə müəssisələr onun qarşısında diz çökürlər, məcbur olurlar ki, ağılla işləsinlər. Çünki ağıl rəqabətin diskidir ki, o, düzgün işləyə bilməyənin, bacarmayanın boğazını üzür. Bəs bu rəqabət olmayandan sonra müəssisələr harada inkişaf edə bilər? Müflisləşmə qanunu olmasa, biz bazar iqtisadiyyatını necə yaradarıq? Söhbət ondan gedir ki, “Müəssisələr haqqında” qanun qəbul etmişiksə və orada mülkiyyət formalarını müəyyənləşdirmişiksə, sabah bu müəssisələr yaranmalıdır və bütün müəssisələr də müflisləşmə qanununa tabe olmalıdırlar. Axı müəssisə bankdan kredit alır, bank ona kredit verməmişdən əvvəl, gərək, düşünə ki, bu müəssisə sabah müflisləşə bilər. Əgər kredit vermirsənsə, hökmən özün məsuliyyət daşıyırsan ki, sabah həmin müəssisə müflisləşsə, sənin pulun batacaq. Bu, iqtisadiyyatın qaydalarıdır, ona əməl etmək lazımdır.

Bu işi tezliklə həyata keçirməliyik, yarımçıq iş görmək olmaz. İndiki vəziyyətdə bütün müəssisələr kimlərinsə əlindədir. Bu müəssisələr o vaxt çevrilib xalqın müəssisəsi olacaq ki, səhmdar cəmiyyətlərinə çevriləcəklər.

Ümumiyyətlə, dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatının 90 faizinə qədərini səhmdarlar cəmiyyəti tutur, yəni, belə götürsək, özəl sektor, yaxud kiməsə aid olan mülkiyyət çox da böyük yer tutmur, çünki böyük şirkətlər dünya iqtisadiyyatının 90 faizinə qədərini öz əlində cəmləşdirdiyindən, həmin böyük şirkətlərin heç vaxt müəyyən fərdi, yaxud bir neçə fərdi sahibkarı olması mümkün deyil.

Ona görə də demək olar ki, iqtisadiyyat səhmdarlar cəmiyyətinin üzərində qurulub və bu, ən proqressiv yoldur. Bu istiqamətdə də getmək lazımdır. Çünki burada üstün cəhət odur ki, xalqın böyük bir hissəsi bu səhmdarlar cəmiyyətində birbaşa iştirak edə bilərlər, yəni, orada hamının iştirak etmək imkanları vardır. İndi Azərbaycan Respublikasında dövlətin malik olduğu mülkiyyət 90 faizdən yuxarıdır. Faktiki olaraq, bir neçə kiçik səhmdar cəmiyyəti çıxmaq şərtilə, səhmdar cəmiyyətlər yaranmayıb. İndi adlarını “səhm bankları” qoyanlar isə əslində səhm bankları deyil, çünki orada olan səhmlərinin 99,9 faizi dövlətə, yaxud da dövlətin hansısa bir idarəsinə məxsusdur. Ona görə də faktiki olaraq, Azərbaycanda heç bir səhmdar cəmiyyət yoxdur. Bu da iqtisadiyyat üçün normal sayıla bilməz.

Ardı Var

“Diktatorla Üz-Üzə” Kitabından (2001)

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: