“Qeyri-Standart Vəziyyətdən Çıxarmağın Yeganə Yolu Qeyri-Standart Qərarların Qəbul Olunmasıdır!”

Əvvəli

-Müstəqil, hüquqi, demokratik dövlət yaranmasa, Azərbaycan xalqının gələcəyi xoşbəxt ola bilməz

Biz iqtisadiyyata hərtərəfli baxmalı, hərtərəfli yanaşmalıyıq. İqtisadiyyat bütövlükdə qaldırılmalıdır. Bu işi görmək üçün vacib şərtlərdən biri odur ki, gömrük sistemi və gömrük siyasəti köklü surətdə dəyişdirilsin. Biz iqtisadiyyatımızı təkamül yolu ilə inkişaf etdirməliyik. Amma bu təkamülün özünü, gərək, inqilabi yolla edək. Çünki daha ləngiməyə vaxtımız qalmayıb. Bu işlərin yavaş-yavaş həyata keçirilməsinə vaxt yoxdur. Nə qədər tez həyata keçirilsə, müsbət nəticələri bir o qədər tez əldə edə bilərik.

Azərbaycan Respublikasında dövlətin apardığı siyasətin əsas məqsədi dövlətçiliyi möhkəmləndirmək, demokratiyanın tamamilə bərqərar olmasına nail olmaq və xalqın maddi rifah halını yüksəltməkdir. Bu əsas məqsədi həyata keçirmək üçün, sözsüz ki, müəyyən tədbirlər görmək lazımdır. O tədbirlər iki istiqamətdə aparılmalıdır.

Birinci istiqamət – müharibənin Azərbaycan üçün qələbə ilə başa çatdırılmasıdır. Sülh, ya müharibə yolu ilə aparılmasının fərqi yoxdur. Ancaq bu, Azərbaycan üçün qələbə yolu olmalıdır!

İkincisi isə, iqtisadi islahatların başlanmasıdır. Bu iki istiqamətdə dövlət öz işini qurmalıdır və o iki istiqaməti həyata keçirmək üçün həm dünya miqyasında, həm də ölkə daxilində zəruri  baza yaratmaqla məşğul olmalıyıq. Bunlar ağır proseslərdir və onların həyata keçirilməsi çox dərin təhlillər aparılmasını və məqsədyönlü işlərin həyata keçirilməsini tələb edir.

Azərbaycan Respublikası öz müstəqilliyini  bərpa etdikdən sonra ölkəmizdə müstəqil, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində 1993-cü ilin iyunundan başlayaraq, əlverişli tarixi şərait yaranıb. Biz qəti şəkildə bilirik ki, müstəqil, hüquqi, demokratik dövlət yaranmasa, Azərbaycan xalqının gələcəyi xoşbəxt ola bilməz. Əgər söhbət müstəqil dövlət yaratmaqdan gedirsə, sözsüz ki, ölkənin güclü iqtisadiyyatına nail olmalıyıq. Azərbaycanı düşdüyü bu qeyri-standart  vəziyyətdən çıxarmağın yeganə yolu qeyri-standart qərarların qəbul olunmasıdır! İqtisadiyyaytın müəyyən bir sahəsini dirçəltmək üçün hazır reseptlər yoxdur ki, onu tətbiq edib istədiyin nəticəni alasan. Azərbaycan Respublikasında olan hər bir müəssisənin, hər bir təşkilatın inkişafı üçün ona məxsus olan qeyri-standart qərar qəbul olunmalıdır. Yoxsa nə vaxtsa bir “sehrli çubuq”la Azərbaycan Respublikasında iqtisadi vəziyyətin düzələcəyinə, “bir az da gözləyək, bəlkə də düzəldi” psixologiyasına ümid etmək, yaxud, tutaq ki, Dünya Bankının ayırdığı 100 milyon dollarla məsələnin həll olunacağına inanmaq xülyadır. Azərbaycan Respublikasında iqtisadiyyatı xarici investisiyanın hesabına ancaq 10 faiz qaldırmaq olar. Ondan artıq düzəltmək mümkün deyil! Əks təqdirdə, ümumiyyətlə, müstəqillikdən əl çəkməliyik. Ona görə, mənim fikrimcə, çox qətiyyətli və qeyri-standart qərarlar həyata keçirilməlidir.

Xalqın vəziyyətini biz orta səviyyəli sivilizasiyası olan bir ölkənin vəziyyətinə gətirib çıxarmalıyıq. Əgər bu gün Azərbaycanda adambaşına 786 dollarlıq məhsul istehsal olunursa, bu rəqəm 10-15 min dollar səviyyəsinə çatmalıdır. İlk baxışdan, belə görünür ki, guya, bunu yerinə yetirmək mümkün deyil. Ancaq mümkündür. Bunun üçün məqsədyönlü iş aparmaq lazımdır…

Bizim əsas yolumuz Azərbaycan Respublikasının demokratik inkişafını təmin etmək və onun yeni istehsal münasibətlərinə keçməsini təmin etməkdir. Bu yolda həm ali qanunvericilik orqanının, həm də ali icra orqanının bir neçə əsas vəzifəsi var. Bu iki hakimiyyət qolunun vəzifəsi ondan ibarətdir ki, Azərbaycan xalqının xoşbəxt yaşamasına şərait yaratsınlar və Azərbaycan torpaqlarının toxunulmazlığını, respublikanın real müstəqilliyini təmin etsinlər. Bu iki hakimiyyət qolunun başqa heç bir işi olmamalıdır. Ona görə də əgər bu məsələləri həyata keçirə bilmiriksə, burda xalqın heç bir günahı yoxdur, günah bizimdir.

Bir şeyi də bilmək lazımdır: qiymətlərin qaldırılıb-endirilməsi, yaxud əmək haqqının qaldırılması, əmək haqqının sabit saxlanılması – bunlar iqtisadiyyatda törəmə şeylərdir. Yəni, iqtisadiyyatın vəziyyətindən asılı olaraq meydana çıxır. Bunu süni surətdə qaldırıb-endirmək  mümkün deyil. Aydın bilməliyik ki, bir insan istehsal etdiyi məhsulun qiymətinin 10-30 faizindən artıq hissəsini əmək haqqı ala bilməz. Yəni, əgər 1000 dollarlıq məhsul istehsal edibsə, onun yalnız 100-300 dollarını əmək haqqı kimi ala bilər. Baxır ki, o, hansı sahədə çalışır. Əgər bu gün Azərbaycanda adambaşına 400 dollarlıq məhsul istehsal olunursa, deməli, 120 dollardan artıq ilboyu maaş almaq mümkün deyil. Hansı dövlət, hansı dövlət başçısı olursa-olsun, bundan yüksək həddi təmin etmək mümkün deyil, bu, iqtisadiyyatın qanunudur! Tutaq ki, 2000-ci ildə Azərbaycanın gəlib Yunanıstan, yaxud Türkiyə səviyyəsinə çıxmasını istəyirik. Ondan biz gərək bilək, başa düşək ki, bu səviyyəyə çıxmaq üçün 7 milyonluq əhali ilə 86 min kvadrat kilometr sahədə nə istehsal edilməlidir? Gərək, bunları bilək və proqnozlaşdıraq.

Bunu həyata keçirmək üçün 2001-ci ildə biz 1 milyon ton pambıq, 1,5 milyon ton üzüm, 500 min ton meyvə, 300 min ton ət, 400 min ton tərəvəz istehsal etməliyik. Bu gün 150 min ton istehsal edirik, halbuki, 3 milyon ton taxıl istehsal etməliyik. 100 min ton tütün istehsal etməliyik – cəmi 18 min ton istehsal edirik. Bu, kənd təsərrüfatı üzrə olan bəzi rəqəmlərdir.

Sənaye üzrə göstəricilərə diqqət yetirək: 20 milyon ton neft emal etməliyik. Neft çıxarılması, heç olmasa, ildə 18 milyon ton səviyyəsində, qaz istehsalı ildə 14 milyard kubmetr olmalıdır. Neft maşınqayırması ildə 600 milyon dollarlıq, kimya sənayesi 1 milyard dollarlıq məhsul istehsal etməlidir. 50 min ton pambıqdan hazır məhsullar alınmalıdır. İndi bu göstərici vur-tut 12 min ton səviyyəsindədir. Pambıq lifinin 1 tonu dünya bazarında 1800-1900 dollardır. Əgər özümüz məhsul alsaq, pambığın 1 tonundan 6-7 min dollar əldə edə bilərik. İndi krediti nə üçün bu istiqamətdə götürməməliyik? Axı, 1 milyon qoysaq, 5 milyon qazana bilərik?!

Hazırda Azərbaycanda 7 milyondan çox əhali var. 7 milyon əhali üçün 140 milyon dollarlıq ayaqqabı tələb olunur. Tutaq ki, bizim fabrikimiz burada 2 milyon cüt, yaxud da 20 milyon dollarlıq məhsul istehsal edir. Qalan 120 milyon dollarlıq mal hardansa  gətirilir, çünki camaat ayaqqabısız gəzmir. Axı, niyə biz bu sənaye sahəsinə 20-30 milyon dollar kredit ayırıb, o 120 milyonluq malın kənardan gətirilməsinə son qoymayaq?! Axı, üzümün 1 kiloqramı əgər 50 sentdirsə, bunu normal şəraba çevirib satanda 3 dollara yaxın gəlir götürmək olursa, biz bunu niyə etməyək? Sonra deyirik, heç nəyimiz yoxdur. Tütünün bir tonundan azı 10 min dollar qazanmaq olar. Ama gərək tütün fabrikinə bir az pul qoyub onu rekonstruksiya edək. İndi bu məsələlər həll olunmalıdır. Ümumiyyətlə, ölkə iqtisadiyyatını dirçəltmək üçün neft sənayesinə yaxın 5 ildə 250 milyon dollar qoymaq lazımdır. İndi yeni Neftayırma Zavodunun fakellərində 120 milyon dollarlıq mal yanır. Qurğu tikib həmin 120 milyon dolları götürmək üçün cəmi 25 milyon dollar lazımdır.

Əgər bu və digər rəqəmlərə gəlib çıxa bilsək, Azərbaycan xalqının normal həyat səviyyəsi təmin olunacaq. Bu rəqəmlərə gəlib çıxmasaq, əmək haqqının iki, lap beş dəfə qaldırılması heç bir bazası olmayan sözlər kimi qalacaq.

Bu vəziyyətə gəlib çıxmağın isə bircə yolu var: demokratik inkişaf. Biz ya diktatura yolunu seçərək insanaları zorla işlətməliyik, ya da bundan imtina edərək, demokratiya yolunu seçməliyik.

Ardı Var

“Diktatorla Üz-Üzə” Kitabından (2001)

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Geri izləmələr/Geri bildirişlər

  1. Iqtisadiyyatda Demokratiya Yolu | RƏSUL QULİYEV - RASUL GULIYEV - Aprel 29, 2013

    […] Əvvəli […]

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: