“Mənim Respublikaya Dönməməyimi o Əliyevlərdəndə Çox İstəyir”

-2500 səsi verənlərin hamısından xahiş etdim ki, onlar həmdə İsa bəyə səs versinlər;

-İsa Qəmbər həmişəki kimi öz dairəsindən seçilə bilməmişdi;

-1995-ci ildə namizədliyimi irəli sürəndə İsa Qəmbər və başqa müxalifət liderlərinə müraciət etdimki gəlib mənə rəqib olsunlar;

Süleyman:
Rəsul bəy salam, necəsiniz? İmkan varsa bir suala cavab almaq istərdim. İsa Qəmbər Sizin Bakıya qayıdışınızla bağlı sənədə imza atmamasını belə əlaqələndirib ki, Rəsul Quliyev xalqın seçimi deyil, Heydər Əliyevin istəyi ilə spiker seçilmişdi. Ona görə də həmin sənədə imza atmayıb. Bununla bağlı fikirlərinizi9 bilmək istərdik. Təşəkkürlər.

Rasul Guliyev:
Onunla əlaqədar bir söz demək fikrim yox idi. Ancaq, onu deyə bilərəmki 1990-cı ildə Ali Sovetə deputat seçkilərində Mütəllibov 12 nəfəri o cümlədən xalq cəbhəsindən namizədi seçki dairəmdən namizəd kimi irəli sürdürməklə mənim heç olmazsa ikinci tura belə keçməyimə nail ola bilmədi. Bütün respublikada mən yeganə adam idim ki, heç kimlə razılaşdırmamış namizədliyimi vermişdim və həm hökümət həmdə xalq cəbhəsi nümayəndələrini udmuşdum. Həmin seçkilərdə xalq cəbhəsinin liderlərindən biri sayılan İsa Qəmbər həmişəki kimi öz dairəsindən seçilə bilməmişdi. 1991-ci ildə Mütəllibov razılıq verəndən sonra mənim Bakı şəhərinə deputatlığa namizədliyimi verdiyim dairədən onunda parlamentə namizidliyini ikinci dəfə verdilər. Mənə lazım olan 2500 səsi verənlərin hamısından xahiş etdim ki, onlar həmdə İsa bəyə səs versinlər. 2500 seçicidən sonra seçki məntəqələri bağlandı çünki heç kim daha səs verməyə gəlmədi. Ancaq bunun əhəmiyyəti o qədərdə yox idi Mütəllibov artıq razılıq vermişdi. Mənim Bakı şəhərinə deputatlığımda böyük qalmaqalla baş tutdu. Polis qutuları oğurladı, ancaq xeyri olmadı. İnsanlar gecə səhərə qədər seçki komisiyasının qarşısından çəkilmədi. Mənə zəng etdilər ki, biz icra başçısının müavini Kovalyevanı seçməliyik xahiş edirik deyəsən adamlar çıxıb getsin. Xeyri olmadı məni seçdilər. Beləliklə mən tək parlament yox Bakınında deputatı seçildim.

O vaxt Əliyev öz hayında idi, əksinə mən ona kömək edirdim. Əgər bu sözlərin qarşısına söz deyən tapılarsa mən onlarla şahid tapa bilərəmki, dediklərimi təsdiqləsin. O vaxt səs verənlərin azı 70 faizi sağ salamatdır. 1995-ci ildə hətta müxalifətdən olanlarada Əliyev icazə verə bilərdi, mənə yox. Əlbəttə mənim Əliyevin ptotejisi ilə deputat seçilməyimi iddia edənlər ağ yalan danışırlar. Həmin 1995-ci ildə namizədliyimi irəli sürəndə İsa Qəmbər və başqa müxalifət liderlərinə müraciət etdimki gəlib mənə rəqib olsunlar. Onu seçkilərə buraxmırdılar xahiş etdimki gəlsin mən iştirak edən dairədən namizədliyini versin. Təəssüf ki, bu işi görmədi. 2005-ci ildə mən yeganə deputatlığa namizədəmki, bütün imza atılmış protokollara görə qələbə çalmışam.Hətta mənim seçkilərdə rəqibim Adil müəllimdə mənim udduğumu qeyd etdi. Avropa məhkəməsindədə hökümət heç bu məsələni debata çıxarmadan seçkiləri saxtalaşdırdığını boynuna aldı. Əgər lazım gəlsə mənim müxalifət liderlərinə gəlib mən verən dairədən namizədliklərini versinlər müraciətimi qəzetlərdən o cümlədən müxalifət qəzetlərindən və ya TV-yə verdiyim intervyulardan tapa bilərəm. Onuda qeyd edimki bu yeganə dairə idiki saxtalşdırma olmadı. Deyəsən mən 60 faiz səs toplamışdım. YAP isə 52 faiz.

O ki qaldı spiker məsələsinə ilk şərt, gərək düzgün deputat seçiləsən. Əgər saxta deputat seçilmisənsə hətta qardaşımız Türkiyənin yəni başqa ölkənin başçısının istəyi ilə spiker olsanda yenə leqitim deyilsən. İkinci mən tarixdə birinci dəfədir eşidirəmki Spikeri xalq seçir. Ola bilər 1993 və 1995-ci illərdə konstitusiyaya görə spikeri xalq seçirmiş, düzü bilməmişəm, boynuma alıram. Belə belə işlər tarixçi qardaşlarım. Tarixçi diplomu almaqla tarixçi olmaq arasındakı məsafəni ola bilərki on dəfə təkrar təkrar yaşayasan ancaq qət edə bilməyəsən. Tarixi bilmək istəyirsinizsə tarix budur. Fikrimcə yalan danışmaqdan xəcalət çəkmək lazımdır əgər bu mümkünsə. O ki qaldı onun qol çəkməməsinə bəlkədə inanmazsınız ancaq mən bundan çox məmnun oldum. Mən çox şad oldumki mənim Azərbaycana dönməyimdə bu şəxsiyyətin nəinki heç bir rolu hətta heç bir əhəmiyyət kəsb etməyən imzasıda olmadı. Onuda bilirəmki mənim respublikaya dönməməyimi o Əliyevlərdəndə çox istəyir. Ancaq buna görə nəinki ondan incimirəm əksinə hər yerdə deyirəmki ona təzyiqlər edirlər, rayonlara getməyə maneçiliklər törədirlər və sairə. Ona uğurlar. Qol çəkməməsinə görədə təşəkürlər, bizi xeyli feyziyab etdi.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

48 Cavab to ““Mənim Respublikaya Dönməməyimi o Əliyevlərdəndə Çox İstəyir””

  1. Isa qember ne vaxt oz xalqina, vetenine sadiq olub ki. Isa deyir ki, Resul Quliyev Heyder Eliyevin isteyi ile spiker olmushdu, guya Isa sen kimin isteyi ile spiker oldun. Indi kimin isteyi ile arani qatirsan, birliyi pozursan.

  2. Menim hormetim size hemishe cox boyuk idi. Indn de bu hislerim daha da coxalib.

  3. Səndən fərqli olaraq İSA bəy H.Əliyevlə öpüşüb Azərbaycahdan qaçmadi.Sizlər 1993-cü ildə H.Əliyevə məddahliq edəndə İSA bəy parlamehtdəki məşhur çixişi ilə Azerbaycani Türkmənstan olmağdan qurtardi
    Shakir İsmail

    • Shakir İsmail eger Isa Gambar siz dediyiniz qeder qorxmazdirsa, niye Lenkerana qeder gedib cixa bilmedi, yoldan bir dash parcasini özü ile getirib ona suiqesd edildiyini dünyaya beyan etdi?
      Oglu yashda bir edliyye ishcisinin, elinde order olmadigi halda bele evine girmeye müqavimet göstere bilmedi?
      Bashqaniniz evindeki tarixi cehizleri reklam etmekle, neyi kime subut etmek isteyirdi?

      Resul Quliyevin yaxinlari, dogmalari, terefdashlari qeder siyasi represiyalara meruz qalan ikinci bir shexsiyyet taniyirsinizmi?
      Konkret Isa Gambarin hansi bir qohumu indiyie kimi ve ne qeder hebsde olub? Konkret fakt yaza bilersinizmi?
      Evinde cehiz ishledenin övladlari Ingilterede nece tehsil alib?

      Indi sizden sorushuram: Öz evini qorumaga cüret etmeyen prezidentliye namized, bu milleti hansi cesaretle qoruyacaq?

      Bu rejime xidmet edenler, ya qebrde, yada Sibirdedirler. En yaxshi halda hebsdedirler.

      Ashagidaki linkde bu rejimin kimnen qorxdugu yazilib, bunuda bilseniz cox müteshekkir olaram.

      http://www.azadliq.info/index.php?option=com_content&view=article&id=19366:rsul-quliyevi-ukraynadan-bakya-niy-gtirmyiblr&catid=358:ust-manset&Itemid=550

      • Hatem bey Salam!
        Azərbaycan qanunvericiliyinə görə əmlakın siyahıya alınması prosesində, əmlakı siyahıya alan məhkəmə icraçısına evə girmə barədə qərar tələb olunmur.
        İkinci bir tərəfdən bu müxalifət liderləri birləşməli lduqları halda bir birlərinin arasında bu gərginliyin yaranması məqdə müvafiq deyil. Belə ki, indidən bir birlərinə hörmət qoymayan liderlərə xalq necə hörmət qoyacaq?
        Hər birimiz bilirik ki, Rəsul bəydə İsa bəydə bu cinayətkar hakimiyyətlə mübarizə aparan savadlı şəxslərimizdən biridilər. Mənim subyekiv fikrimə görə bu soyuqluq aradan götürülməlidir!

  4. Bədbaxt millətdən nə istəyirsiniz.18 ildir nə ilə dolanirsinirsiniz.Əvvəl özünüz sonra oğlunuzu iqtidarda görürsünüz.Vallah ayibdir

    • Ən böyük ayıblıq qul kimi yaşamaq və burnuzdan başqa heç bir şeyi görə bilməmənizdir.Mən əminəmki siz heç mənim kim olduğumu indiyə qədər nə işlə məşğul olduğumu bilmirsiniz. Siz heç Azərbaycan haqqındada bir şey bilmirsiniz. Yoxsa belə yazıq fikirlər yazmazdınız.

  5. Semimi sualima semimi cavab vereceyinizden emin olaraq tewekkur edirem.H.Eliyevin hakimiyete geliwinde ve mohkemlenmesinde xidmetiniz danilmazdi ve bu iwde sizle paralel olaraq az muddetde Lale Shovket xanimin da xidmeti danilmazdi. Ecaba neden Lale xanim H.Aliyevin xalqa ve sizlere verdiyi vedlere xilaf cixdigini sizden evvel dewifte etdi ve istefa vererek rejime qarwi muxalif oldu, Bakini terk etmedi. Siz ise dahada ireli gederek mueyyen muddet rejimin yeritdiyi siyasete destek verdiniz. Ne vaxt ki, yolun sonunu gormediz Azerbaycanda qalib seflerinizi duzeltmek ucun mubarize aparmayib Amerikaya uz tutduz?

    • Cənab H.Əliyevin hakimiyyətə gəlməsində əsas rolu İsa Qəmbər və P.Hüseynov oynayıb. Mənim rolum onlarla müqayisə edilə biləcək rol deyildir və bunu anlamamaq da mümkün deyildir.Mən Lalə xanımdan bir il gec istefa verdim. O bir il ərzində H.Əliyevin bir çox məsələlərdə qarşısını ala bildim.Lalə xnımdan fərqli olaraq mənim əlimdə güc var idi. Yenə biz gecdə olsa uzaqlaşdıq. Sizin təriflədiyiniz şəxslər indiyə qədər Əliyevlərə xidmət edirlər. Papağınızı qoyun qabağınıza və obyektiv fikirləşin.Görərsiniz ki,bu həqiqətəndə belədir.Hörmətlə

  6. Ola biler ki , isa beyle pehnah bey getirib (amma men buna inanamiram) . Qabaqlarinda oynayan ise siz idiniz onlar yox. birde ki bosh bosh dabishmayin sesimi Isaya verddim ne bilim ne. size inanmaq ucun sadece qoyun olmaq kifayetdir.

  7. papaq qoydunuz ki bizde. Sizin kimiler bu olkeni ele ucrume atdilar ki papaq nedir ki olan qalan her sheyimiz elden getdi. Sizde Amerikada oturub bize naqil danishirsiniz.

    • Mən 1996-cı ilin sentyabrında ölkəni tərk edəndə sizin başınızda hələ papaq var idi. Papağının yerli tipli itməsi 2003 prezident seçkilərindən sonra bş verdi.Siz yaxşı olar papağınızı itirdənlərlə söhbətinizi aparın.Tale yüklü bir məsələyə cavab verin.Azərbaycanda indiki rejimin qurulması hansı illərdə hansı qərar və hadisələrlə baş verib. Çalışın nağıl danışmayasınız və səsinizi başınıza atmayasınız.

  8. Hech ayib deyil, siz Rasul mallimnan bela danishirsiz, millatimiz har bir zaman oz tarbiya ve boyuk kichik yerini bilmasinnan sechilib, o ki galdi obyektiv movgeya, ham Rasul mallim ham Isa mallim vaxti ila Aliyeva xidmat gostariblar, by bir fakti, Rasul mallim biznes adami di va o, Aliyevin gayidishina novbati biznes proyekt kimi yanashib,, va goydygy sarmayani geri gotyrmak istayan da Aliyevla aralari dayib,, aralari da sif pula gora dayib,, Rasul mallim bir insan kimi chox tamiz ve xeyrxax adam di,, o ki galdi Isa mallim, by adam 1000 obraza girir angax gazangda gora ve onun bytyn addimlari dikta altindadir,, angax ona samimi inanlar var, choxsy az tahsilli adamlar di,, ve o chox manaviyyatsiz ish gorur camaati aldadarag,, bir masala dagigdir ki, millatimiz chox yazixlashib ve birdana tamiz , yrekden Azerbaycanimizi sevan bir insan tapilmir ki,, yigsin millati bashina,, daa millatin pulunu ograyib bytyn dunyaya hara kefi istadi uflamasin,,

  9. En böyuk ayib odur ki,Ulu önderin piyalesinden su icib onun penceyini temizleyen indi onun arxasinca danishir.Heyder Eliyev olmasaydi seni azerbaycan xalqi hardan taniya bilerdi ay Resul emi

    • Ay mənim əiz xələf qardaşoğlum sənə deməyiblərki H.Əliyev mənim piyaləmdən su içib. Xələfçik hələ indiyə qədər anlamamısan ki,ancaq mənim pencəyimi tutan olub,mən xanımlaradan başqa heç kimin pencəyini tutmamışam.Xələf bala Əliyev Bakıya gələnə qədər Azərbaycanda bəlkədə hamı məni tanıyırdı. Xələf gözünü aç ağlını başına yığ yalan yalan danışmaqdan xəcalət çək,bəlkə bu gələcəkdə normal insan olmaqda sənə kömək etdi.

    • Baba adlı istifadəçiyə!
      Sənin ulu öndər dediyin dünya tərəfindən diktator kimi tanınmış şəxsdir. Heydər Əliyevdir Azərbaycanı bu günə gətirib çıxaran, qansız, vətəninin, xalqının qiyməti bilməyən qumarbazın əlinə buraxan. H.Əliyev Rəsul Quliyev və başqalarının ona olan etimadından istifadə edib, hakimiyyətə gəldi, sonradan isə kimlər yaltaq oldu qaldı onunla işlədi kimlər isə qarşı çıxdı onlar uzaqlaşdırıldı. Rəsul Quliyev heç kəsin pəncərəsini silməyib və sənin indiki oliqarx nazirlərin kimiyaltaq olmayıb ki, bugün ölkəyə girməsindən belə qorxurlar! Yazığım gəlir sən simada olanlardan! Yaltaqlıq dövrünün sonu gəlir Allahın köməyi ilə!

  10. cenablar men size ve sizin kimilere bildirmek isteyirem ki cemiyyetin qebul etdiyi insanlari gozden salmaq asan deyil eks halda pis veziyyete ozunuz dushursunuz calishin Resul Quliyevi taniyasiniz

  11. İSA QƏNBƏR HAKİMİYƏTİ.İNDİ DƏ CAN ATIR Kİ BELƏ BİR BİABIRÇI HAKİMİYYƏT QURSUN?PAZORDUR BU İNSAN GƏRƏK BİR DAHA PREZİDENTLİK İDDİASI İLƏ ORTAYA ÇIXMASIN… http://www.youtube.com/watch?v=LOktvYxgiYI

    92-93-cü illər Milli Məclis
    1992-1993 illərdə Azərbaycan parlamentindən olan bəzi fraqmentlərin toplusu

  12. Əliyevləri gətirib bizə paz elədiz, ağlımız kəsəndən diktaturanın əziyyətini duya-duya böyüdük, indi də onlarla təkbətək çıxmışıq, imkan verin ozumuz duzeldek veziyyeti
    gelib balaca eliyevi hakimiyyete oturdarsiniz yeqin..

    • Sizin neçə yaşınız var.Nəyə görə onu soruşuram. İstəyirəm biləm yazdığın bu məntiqsiz ,faktsız boş cümləyə görə səni bağışlamaq olar ya yox. Kim sizin əlinizdən tutub qoymur başınıza çarə qılmağa ay biçarə deyə bilərsən.Vəziyyəti düzəltməyə imkan vermirlər ay bala vəziyyəti düzəltmək üçün mübarizə aparırlar.Siz kimsinizki və kim sizə ixtiyar verib ki, kimlərinsə adından danışasınız.Başa düşürsənki sənin kimi kəmsavadların ucbatından bu ölkə bu vəziyyətə düşüb.

  13. Rasul mallim, chox uzr istayiram, hesab ediram ki, sizi kimi bir hormatli shaxs har bir yerinnan chixannan diskussiya girmamalidi,, by sizin reytinginizi xeylax ashaxi salir, yaxshi olar di ki sizin amakdashiniz ancax ciddi suallara siznan maslahat edandan sonra cavablandirardi…

    • Siz düzgün mövqeydə deyilsiz! Belə ki, lider olan bir şəxs hər səviyyənin sahibi ilə ünsiyyət qurmağı bacarmalıdır və qurmalıdır. Azərbaycan xalqının hamısı savadlı və intelektual deyil ki. Demokratiyanın təməli buradan başlayır, liderin və ya prezidentin xalqla daimi təmasda olması ilə onların səviyyəsinə və biliyinə qiymət vermədən.
      Əsl demokratik fikirli prezident insanlarla ən azından həftədə 1 dəfədə olsa 2-3 saatlıq televiziya vəya radio vasitəsi ilə şikayətlərini və tələblərini dinləməlidir, cavablandırmalıdır. Xalqın etimadını qazanmalıdır,yanındakı oliqarxların deyil. Bu mənim subyektiv fikrimdir!

    • Salam Rəsul bəy! Bayramınızı təbrik edirəm. Niko adlı şəxsi cavablandırmışam! Sizə irad tutur ki, her yerindən çıxanla diskusiyaya girməyəsiz, mən isə öz subyektiv fikrimlə, sizin düzgün mövqe seçdiyinizi izah etmeye çalışdım!

  14. Salam Resul müellim ve bloq ishtirakcilari, mende sizleri Novruz bayrami münasibeti ile tebrik edirem!
    Bloqda verilen ekser suallar tekrar olunur, hansi ki, oxumagi bir balaca bacara bilse hemin suallari yeniden yazmaga ehtiyac qalmayacaq. Bu üzden hesab edirem ki, bu tekrarcilar bilerekden atmosferi deyishmek isteyir ve bununlada Resul Quliyev haqda cemiyyetde menfi fikir formalashdirmaqa calishirlar. Beli mende fikirleshirem ki, Lider suala, kimin ve nece vermesinden asili olmayaraq cavab vermelidir. Mehs siyasetciler arasinda bu eneni Resul Quliyev daha aktiv formada inkishaf eletdirir.
    Metbuatda bu mövzu etrafinda bir nece siyasetciler terefinden üzür istemeler olub, ancaq deyishme hiss olunmur.

    Ancaq tekce son 20 ili nezerden kecirsek milletde inkishaf tempi, teffekkür terzi demek olar ki hec deyishmeyib, eksine gerilemeler olub desem, incimeyin.

    Indi seckilere 6-7 ay qalib, bundan sonra ne qeder yazilib pozulmalidir ki, 44 illik kök atmish murdar bir rejimi deyishe bilek?

    Allahin erebi feyzbukla inqilab eledi, bizimkiler ise helede özüne sahib axtarir.
    Heftede 7 gün var, Azerbaycanda bir hefteye 3 teshkilat yaradilir.

    Bedbaxt ilham aliyev bunu deyir da, “belke biraz yavashliyaq”.

  15. Salam Resul bey evvala kecmiwde olsa bayraminizi tebrik edirem ve bildirmek isteyirem ki, menim sizin wexsiyyetinize hormetim sonsuzdur.Inshallah bir gun sizin basciliq etdiyiniz partiya hakimiyyete geler ve vetenimizde olan ozbawinaliqlara da son veriler (azad olkenin azad vetendawi olaraq bele duwunurem).

  16. Azerbaycan xalqina menim en boyuk arzum tezlikle vetenimizde 20 ile yaxindir ki, suren amansiz diktaturanin movcudluguna artiq bir son verilmesidir.Tebii ki, bu yalniz olsa-olsa 2013-cu ilin oktyabrinda ola biler (xalq oz muqedderatini mueyyen ederken).

  17. Resul muellim menim size bele bir sualim var:
    Siz bir Azerbaycan ovladi olaraq vetenimizin geleceyini nece tesevvur edirsiniz?
    Lutven cavablandirin.
    Hormetle,
    Aygun Bayramova

    • Vətəni ilk növbədə ərazi bütövlüyü bərpa olunmuş ölkə kimi görmək istəyərdim. Ancaq insanlara kəndlərdən tutmuş prezident vəzifəsinə qədər; icra ,qanunverici və məhkəmələri s azad seçmələrini görmək istərdim. Məktəb direktorlarından tutmuş institut rektorlarına qədər vəzifələrin kollektivlər tərəfindən müəyyənləşdirməsi vacib şərtlərdən biridir. Polis və prokurorluğun ancaq qanun çərçivəsində insanların həyatına müdaxilə edə bilərlərin şahidi olmq istərdim.Və sair

  18. salam Rasul muellim men sizi en real namized ve bu gunki gun Azerbaycana lazim olan bir lider kimi gorurem ve vetene qayitmaginizi gelecek seckide iwtirak etmeyinizi cox isteyirem,,Siz bizi ozumuze qaytara bilecek ,bir guce ve mensubiyyete malik bir insansiz,,,Menim yawim azdi ve sizin fealiyyetiniz dovrunde baw verenleri yalniz yutubda izlemiwem ve haqqinizda musbet fikirler yaranib..

  19. rasul.bey.menge.azeraycana.komek.lazimdi.angaq.bu.diktatorlari.angaq.sizin.kimi.xalqi.seven.insanlar.qurtara.biler

  20. resul.muellim.menge,azerbaycanin.veziyeti.hec.vaxt,duzelmeyegek..butun.bakini.ve.rayonlari.diktatorlar.aliblar.her.rayonda.bir.villa.tikdirirler.bizim.rayonda.qabalada.qizlari.leyla.yada.villa.qaldiriblar.milletin.pullari.ile.buna.ne.zaman.son.veregekler.menge.millet.oyansa.yaxsidir.insanlar.pis.veziyetde.yasayir…yardim.ele.ay.alla

  21. Rəsul bəy son günlərdə məndə belə bir sual yaranıb! Cavabını axtarıram tapa bilmirəm. Nəyə görə müxalifət partiyalarda iqtidar kimi diktator rejimi sürür? Eyni sədrlə və ya başqanla neçə illərdi mübarizə aparırlar! Sizcə bu doğrudurmu? Partiyalar daxilindədəmi, Əliyevlər rejimi kimi irəli çəkiləsi rəhbər yoxdur? Yoxsa buna imkan vermirlər?

    • Bu çox qeyri normal bir haldır. Normal partiya lideri əgər hər hansı bir seçkidə iştirak edirsə fərqi yoxdur o seçkini hansı variantlasa uduzursa o sədrlikdən istefa verməlidir. Əgər bu işi görmürsə o sadəcə olaraq istefa edərsə nə işlə məşğul olacağını bilmir. Yazıqlar bu xalqın halına eyni adamlar artıq 20 ildir seçkilərdə iştirak edirlər və istefa vermirlər,Əliyevlər kimi xalqın boğazından ağır daş kimi sallanırlar.

      • Dünən tanınmış bir jurnalistlə mübahisə edirdik facebook-da, onun sözlərində həqiqətədə rast gəldim qeyrihaqiqi misallarada. O mənə bir sual verdi: Dedi tutaq ki, bu cinayətkar hakimiyyəət getdi, kim gəlib Azərbaycanı biz istədiyimiz demokratiyanı verəcək, indiki müxalifətdə olan hər birinin idarəetməsini və hakimiyyət dövrünü görmüşük. Kim həmin kürsünü ələ keçirdisə bunlardanda betər olacaq! Lakin mənim mübahisəm bunlardan betər ola bilməzi ona subut etmək idi. Lakin yenədə o insanla mübahisəmiz yarımçıq qaldı! Sizin fikrinizcə bu jurnalistin nə qədər həqiqətə uyğun fikir irəli sürür?

      • Məsələ ondadırki özünün heç bir təklifi və məntiqli fikri olmayan o jurnalist kimi insanlar Azərbaycanda saysız hesabsızdır. Sadəcə olaraq bizim heç birimiz mollalıq edib başqalarının adından danışmamalıyıq. Deməliyik mən filankəsə heç vaxt səs vermərəm onun necə işlədiyinin şahidiyəm. İstəsə başqalarınıda kiməsə səs verməməyə təbliğ edə bilər. Biz onların hamısını görmüşük və sair yekə yekə danışmaq lazım deyildir. Camaatın əksəriyyəti kimə səs verəcək oda seçilib işləyəcək.Onun görüb görməməyindən asılı olmayaraq. Bu demokratiyanın əlifbasıdır ,onu öyrənməmiş ”dərin ” fəlsəfəyə qapılmaq olmaz.Ona görədə həmin jurnalistin və ona bənzərlərin filosofiyası heç bir aktivlik göstərməməyə haq qazandırmaqdır. Ən aşağısı cənab jurnalist hamının eyni dərəcədə xalqa yaramadığını iddia edirsə özünün namizədliyini irəli sürə bilər.

      • Bəli Rəsul bəy mən Sizin fikrinizlə şərikəm. Əgər sən bu qələbəni 2dəfə əldə edə bilmirsənsə, xalqı oyada bilmirsənsə deməli səndən lider olmaz, imkan ver səndən daha bacarıqlı birisi lider olsun!

  22. Bilirsiniz mən Sizdən elə bu cavabıda gözləyirdim. Həmin jurnalist Eynulla Fətullayevdir, dünən gecə İsveç saatı ilə 2yədən mən onunla bu mövzuda mübahisə etdim, o mübahisə isə onun mövqeyini dəyişməsi ilə əlaqədar idi, o buna belə haqq qazandırır ki, mən indiki müxalifətin əsl üzünü görmüşəm. Onlar hakimiyyətə gəlsələr indiki hakimiyyətdəndə betər olacaqlar! Sonundada uçağı olmasını səbəb gətirib mübahisədən yayındı!
    Bu jurnalist həbsdən çıxdıqdan sonra hakimiyyət barədə kriteriyalarını yazmağı dayandırıb, Almaniya və digər dövlətlərin demokratiya rejimi pozmalarından və facebook inqilabını ortaya ataraq Azərbaycanın cinayətkar Hakimiyyətinin əlinə kozur verməyə, onların fikir bölüşməyə başlayıb. Özünü isə müstəqil fikirli jurnalist adlandırır.
    Mənə maraqlı olan onun nəyə görə mənliyini, düşüncəsini və ideyalarının dəyişməsi idi, bu isə bunlar özünə haqq qazandırmağa başladı!

    • Birincisi Eynulla heç vaxt müxalifətdən olanlara yüksək səviyyədə isti münasibət bəsləməyib. Elmar Hüseynovda iqtidarla yanaşı həmişə müxalifətidə tənqid edirdi.Höküməti daha kəskin. Eynullanın indi müxalifət barəsində sərt fikirlər söyləməsi sizi təəcübləndirməməlidir. Təəccüblüsü höküməti kifayət qədər güclü tənqid etməməsidir.Səbəbi mənə aydın deyildir. Bəlkə ümidini tamamilə itirib. Hər halda onun özünün şəxsi marağına görə kiməsə satılmasına inana bilmirəm.

  23. Yox müxalifəət barədə fikirlər məni təəcübləndirmir, o mövzuda doğru mövqeydə ola bilər. Lakin Azərbaycanın daxilində bu qədər problem olduğu halda başqa ölkələrdə, özüdəki min dəfə Azərbaycan yüksək demokratiyaya qədəm qoymuş dövlətləri tənqid etmək, mənim firimcə yanlış addımdır, xüsusəndə demoratik fikirli jurnalist üçün.
    Məndə onun satılmasına inanmıram. Ancaq məndə maraq yaranıb Eynulla Fətullayevin maraq dairəsinin dəyişməsinin məqsədi nədir?
    Rəsul bəy bu sualı Sizə ünvanlamıram sadəcə fikrimi Sizinlə bölüşmək və Sizin buna münasibətinizi öyrənmək istəyirdim.
    Cavablarınıza görə Sizə təşəkkür edirəm.
    İnşallah məqsədimizə nail olacayıq!

  24. Bir daha salam Rəsul müəllim, əvvəla suallarıma cavab verdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm! Şəxsən mən sizi prezident seçkilərində prezident olmağa layiq ən real namizəd və hal-hazırda Azərbaycana lazım olan bir lider kimi görürəm və tezliklə vətənə dönəcəyinizi ümid edirəm. Allah yolunuzu açıq etsin Rəsul bəy.

  25. After research a couple of of the blog posts in your

    web site now, and I actually like your manner of blogging.
    I

    bookmarked it to my bookmark website listing and will likely
    be checking again soon. Pls try my web page as nicely
    and let me know what you think.

  26. Hello there, I found your site via Google while looking for
    a related topic,

    your web site came up, it looks good. I have bookmarked it in my google bookmarks.

  27. Ey gardaslar eger size bele demek olarsa , Azerbaycana cox yox 2 Rasul Guliyev kimi adam rehberlik etseydi bu 20 il icinde xalq bu gunde yasamazdi . Tarix uzagda deyil boyuklerden sorusun ki Rasul Guliyev hakimiyyetde olsaydi nece yasayacagdig. Vallah sizlere yazigligim gelir gözu acig korsunuz

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: