Məlum olduğu kimi ACP lideri Rəsul Quliyev Vaşinqtonda ABŞ rəsmiləriylə müxtəlif görüşlər keçirib. Eks-spikerdən aldığımız məlumata əsasən çoxsaylı görüşlərdə ABŞ Konqresinin konqresmenləri, komissiya rəhbərləri, Xarici əlaqələr komitəsinin üzvləri və aparıcı işçiləri iştirak ediblər. Bu iştirakçılar arasında həmçinin Dövlət Departamentinin Azərbaycanla bağlı siyasəti formalaşdıran vəzifəli şəxslər, ABŞ-ın Sovet İttifaqından ayrılmış respublikalarla əlaqədar strateji planını hazırlayan fond rəhbərləri və mütəxəssislər və Corc Vaşinqton universitetinin müxtəlif professorları da yer alıb.
Qeyd edək ki, R.Quliyev və F.Əliyev görüşlər keçirəndə Azərbaycanın parlamentindən də bəzi deputatlar orada idi, kimlərlə görüşmələrini deyə bilmərik ancaq “Rusiya və İran Azərbaycanda dövlət çevrilişi etmək istəyir”, “Xaricdən bizim hökümətimizi devirmək istəyirlər.” “bizim prezidentimizi xilas edin” “Ölkə daxilində terroristlət plan hazırlayıb” və sair vay -şivənini salmışdılar.
“Vaşinqtondakıların bunların vay- şivəninə necə ikrahla yanaşdıqlarını bilsəydilər.”
ABŞ siyasətçilərinin müxalifətin indiki liderlərinə inamsızlıq nümayiş etdirməsinə Rəsul Quliyevin cavabı:
-“Sözsüz, mən proseslərə real baxıram və sizinlə razıyam. 20 il heç bir şeyə nail ola bilməyən müxalifətin qalib gələcəyinə inananların sayı heç 5 faizdə deyildir. Bu da təbiidir. 8 dəfə seçkilərin saxtalaşdırıldığı bir ölkədə xalqın arasında müxalifətə inam axtarmaq sadəlövhlük olardı. Ancaq məsələ ondadır ki, camaat müxalifətdən kiminsə udacağına inanmır. Ona görə yox ki, səs vermək istəmir. Sadəcə, seçkilərin saxtalaşdırılacağına daha çox inanır. Xalq azad seçkilərin ola biləcəyi ehtimalını hiss etsə tamamilə başqa mənzərə ilə rastlaşacağıq. Demirəm o dəqiqə Əliyevə səs verənlərin sayı sıfıra çatacaq. Ancaq bu adamların sayı kifayət qədər sürətlə artacaq. İlk növbədə TV-lərdə müxalifətə yer ayırmaqla camaatın itmiş inamını yavaş -yavaş özünə qaytarmaq lazımdır. İkinci, seçki qanunundakı mürtəce müddəalar götürülməlidir. İndiyə qədər seçki qabağı TV-lərdə müxalifətdən olanların çıxışlarına qismən də olsa yer ayrılıbdır və faktiki olaraq müxalifət Ukrayna, Moldova və Gürcüstandakı kimi inqilabı situasiya yarada bilməyib. Ancaq indi vəziyyət nə 2008-ə nə də 2010-cu illərə bənzəyir. Siz özünüz də seçkilər saxtalaşdırılsa Azərbaycanın gələcəyini proqnozlaşdırmağın çətin olduğunu söyləyirsiniz. Ölkədə qan tökülməmiş tədbir görmək lazımdır.”
-“Vaşinqton hansı tədbirləri görməyin effekt verə biləcəyinə əmin deyildir. İndiyə qədər və bu günün özü Əliyevə demokratik seçkilərin keçrilməsinin üstünlüyü barədə hər tərəfli izahlarımız kömək etmir. ”
Vaşinqton siyasətçilərini daha bir məsələ çox ciddi maraqlandırırdı.
“Müxalifətin indiki vəziyyəti nə Azərbaycanın daxilində nə də xaricində optimistliyə əsas vermir.” Sual kifayət qədər konkretləşdirildi. “Müxalifətə inam yoxdur, bəs hökümətdə yuxarı vəzifələrdə olanların arasında nələr baş verir. Onların arasında son vaxtlar super varlalanlar var və bəziləri özlərini prezidentdən ağıllı hesab edirlər. Liberal totalitar rejimlər qurmaq istəyənlərdə vardır. Onların Əliyev rejimini devirmək imkanları nə səviyyədədir? Sizin təkliflərə məmuniyyətlə qulaq asardıq.”
Rəsul Quliyev hakimiyyət və klanın daxilində hansı səbəblərdən höküməti ələ keçirmək imkanlarının yox dərəcədə olmasının izahını verdi. İzah qəbul olundu.
Rəsul Quliyev xahiş etdi ki, “İ.Əliyevin axırıncı çıxışlarına diqqət yetirin. Siz bu çıxışların Suriyanın prezidenti Bəşər Əsədin 2 il bundan öncə çıxışlarına necə bənzədiyinin şahidi olacaqsınız. Eyni ritorikalardır. Bizə daha doğrusu, Azərbaycan xalqına konkret kömək lazımdır. Əvvəlcədən qeyd etmək istəyirəm ki, söhbət konkret hansı isə bir partiyaya və liderə kömək etməkdən getmir. Söhbət kimnsə hakimiyyətə gətrilməsində Amerikanın hansı isə bir rolundan getmir. Mən bilirəm Azərbaycanda hakimiyyətə gəlmək xatirinə “kömək et hakimiyyətə gəlim, Azərbaycanı Türkiyəyə verim”, və ya “Xomeneyini bizim də rəhbərimiz edək”, və ya “məni hakimiyyətə gətir yenidən ittifaq yaratmaqda RF-na qulluq edim”. Bu tipli adamlar var onları xalq yaxşı tanıyır. ABŞ-a da belə təkliflərlə müraciət edənlər az deyildir. Elə biri İ.Əliyev atası ilə birlikdə 20 ildir ABŞ-ı onların qərb siyasətinə meyilli olduğuna görə RF-nın aqressiyasından xilas etməyi xahiş edirlər.
Ancaq bizim söhbət konkret olaraq Amerikanın İ.Əliyevə hakimiyyətin mənbəyi xalqdır, konstitusiyanın əsas müddəasına əməl etmək tələbindən gedir. Söhbət səs vermənin insanların əsas hüququ olmasını prezidentə başa salmaqdan gedir. Söhbət insan haqları ölkənin daxili məsələsi ola bilməzi ona başa salmaqdan gedir. Söhbət əgər Azərbaycan beynəlxalq standartlara uyğun seçkilər keçirməsə hökümətin legitimliyi qəbul olunmayacaq, Azərbaycana qarşı müxtəlif sanksiyalar o cümlədən Maqnitski aktı kimi seçkinin pozulmasında iştirak edənlərin xarici ölkələrə buraxılmaması aktının qəbul olunacağına onu inandırmaqdan gedir. Söhbət əgər azad seçkilərdə Əliyev udarsa müxalifətin onun hakimiyyətini qəbul edəcəyindən getdiyini başa salmaq lazımdır. Əgər Azərbaycan xalqı korrupsiya və rüşvəti seçəcəksə bizim onun bu seçiminə hörmət etməməyə haqqımız yoxdur. İ.Əliyev bizim leqitim prezidentimiz olacaq. Biz istəyirik ki, İ.Əliyev bu addımı atsın həm Azərbaycanı indiki biabırçılıqdan qurtarsın, həm də sizin onu dəstəkləməyinizə şərait yaratsın. Bizim istəyimiz budur. Brazilyada da korrupsioner hökümət mövcuddur (Azərbaycan səviyyəsində olmasa da) ancaq bu ölkədə seçkiləri saxtalaşdırmırlar. Ola bilər İ.Əliyev yeni təbliğat idealogiyası kəşf etsin. Məsələn, desin ki, bu pulları sizdən oğurlamışam ancaq qorxmayın ağır gününüz olsa özünüzə qaytaracağam. Bəlkə camaat inanıb onu seçəcək. O komandası ilə bu 10 il ərzində o qədər ağır cinayətlər törədib ki, Bəşər Əsəd kimi postunu verməyə cəsarəti çatmır, qorxur. Özünün bir neçə ay yaşamasının xatirinə gündə 2 min adamı qurban verir. Əliyev ondanda yaramaz addımlar ata bilər, çünki onun törətdikləri qat- qat ağırdır. Düz deyirsiniz o hakimiyyətə özünün, klanının, həm də atasının buraxdığı kobud səhvlərə görə bağlıdır, getməkdən qorxur. Necə onu oradan qopartmaq olar? Bunun yollarını siz çox yaxşı bilirsiniz…?”
I simply have got a chance to this phenomenal webweb internet web page a few weeks ago.
I used to be in fact grabbed with the piece of assets you’ve gotten right the following. Big thumbs up in making such great blog site web site!