“Qısa bir müddətdə köklü dəyişikliyə nail olmaq mümkün olacaqmı”

-“Qətnamə elə olmalıdır ki, Əliyev seçkiləri saxtalaşdırmağın qeyri-mümkün olacağını anlasın”

Məlum olduğu kimi ACP lideri Rəsul Quliyev Vaşinqtonda ABŞ rəsmiləriylə müxtəlif görüşlər keçirib. Eks-spikerdən aldığımız məlumata əsasən çoxsaylı görüşlərdə ABŞ Konqresinin konqresmenləri, komissiya rəhbərləri, Xarici əlaqələr komitəsinin üzvləri və aparıcı işçiləri iştirak ediblər. Bu iştirakçılar arasında həmçinin Dövlət Departamentinin Azərbaycanla bağlı siyasəti formalaşdıran vəzifəli şəxslər, ABŞ-ın Sovet İttifaqından ayrılmış respublikalarla əlaqədar strateji planını hazırlayan fond rəhbərləri və mütəxəssislər və Corc Vaşinqton universitetinin müxtəlif professorları da yer alıb.

ACP liderinin Vaşinqton görüşlərindən 3-cü hissəni təqdim edirik:

Rəsul Quliyevdən:

– Təəssüf ki, bir illik mübarizə Azərbaycanı 2013-cü il prezident seçkilərinin azad və ədalətli keçiriləcəyinə nəinki yaxınlaşdırmayıb, əksinə bir qədər də uzaqlaşdırıb. “Qısa bir müddətdə köklü dəyişikliyə nail olmaq mümkün olacaqmı” budur əsas sual və hər bir düşünməyi bacaran adam bu suala cavab axtarmalıdır. Bu problemin həlli iki məsələnin tez bir  zamanda həyata keçrilməsindən asılıdır.

1. Beynəlxalq dəstək.

2. Ölkə daxilində xalqın dəyişiklik görmək istəyini protest mitinqləri ilə maddiləşdirmək.

Beynəlxalq dəstək artıq bir ildir ki, dinamik şəkildə gedir. Prezidentin korrupsiya və rüşvətə başçılıq etməsi barədə TV verlişləri, tanınmış qəzet və jurnallarda gedən yazılar, Avropa Parlamentinin qərarı, kürü siyasətinin ortaya çıxması və s. bu dəstəyin tərkib hissəsidir.

Ölkə daxilində gənclərin bir neçə parlaq təşəbbüsü və iki rayonda kifayət qədər güclü iğtişaşlar qırağa qoyulsa, durğunluqdur , bu durğunluqdan çıxmaq üçün hər hansı bir dəyərli təşəbbüslə rastlaşmırıq. Əvvəlki kimi “ana” müxalifətlərlə “bala” və “nəvə” müxalifətlər separat fəaliyyət göstərirlər , bir sıra qruplaşmalarda taleyləri ilə barışmaq və hökümətlə hər hansı bir separat danışıqlara nail olmaq tendensiyası hiss olunur.

Yenidən beynəlxalq dəstək məsələsinə qayıdaq. Məlumdur ki, ABŞ-ın mövqeyi Avropa Parlamenti, Avropa Şurası, ATƏT və BMT-də kifayət qədər güclü təsirə malikdir. Amerika hökümətinin seçkilərlə əlaqədar hansısa bir ölkəyə münasibəti Konqresin tutduğu mövqeyindən çox asılıdır. Ona görə də Vaşinqton səfərində əsas məqsəd birinci, insan haqları ilə əlaqədar Konqresin ən böyük və nüfuzlu komisiyalarından biri sayılan Helsinki Komisiyasının Azərbaycandakı vəziyyəti dinləməyə çıxarmaqdan sonra isə qərar qəbul etməsi, ikinci, Konqresin seçkilərlə əlaqədar qərar qəbul etməsi olub.

Bunlara nail olmaq üçün konkret Xarici əlaqəlar komitəsində və Helsinki Komisiyasında söz sahibi olan şəxslərlə görüşmək lazım idi. Bu görüşlərə qədər Helsinki Komisiyasının sədrləri Nümayəndələr Palatısından konqressmen Smit və Senatdan senator Qardenlə görüşüb onların kömək edəcəklər vədini almışdım.

Helsinki Komisiyasının qanunvericilik direktoru Calvo cənabları ilə görüşdüm. Görüşdə azərbaycanlıların yaxşı tanıdığı Maykl Oksu əvəz edən Dövlət Departamentindən Konqresə ezam edilmiş şəxs də  iştirak edirdi.

Helsinki Komisiyasında görüşlər stafların başçısı Fred Törner (o həm də senator Gardenin stafıdır) və Paul Carterlə, o cümlədən konqresmen Maykl Burqesin stafı Ceymes Dekerlə davam etdirildi.

Senator Roger Vikerlə dinləmələri təşkil etmək təklifinin müzakirəsi davam etdirildi. Görüşdə onun qanunvericilik köməkçisi Cosef Ley iştirak edirdi . Senator Helsinki Komisiyasının aktiv üzvüdür.

photo (10)

Konqresmen Robert Aderholtla görüş xüsusi əhəmiyyət kəsb edirdi. Çünki o həm insan haqları, həm də Helsinki komisiyalarının üzvüdür. Görüşdə məsləhətçi staf Meqan Medley iştirak edirdi.

photo (9)

Konqresmenlər Jim Makovern və Frank Volfun stafları və qanunvericilik direktorları ilə də müzakirələr effektli oldu.

 

Xaici əlaqələr komitəsi ilə əlaqədar görüşlər

– Konqresmen Viliam Keatinglə (o həm də Avropa və Avrasiya sub komitələrinin də üzvüdür)  oldu. Bu görüşdə onun qanunvericilik direktoru Naz Durakoğluda iştirak edirdi.

– Senatın xarici əlaqələr komitəsinin indiki sədri Senator Robert Menendezin Avrasiya üzrə baş məsləhətçisi Jason Bruderlə görüş maraqlı oldu. O həm də indiki dövlət katibi Kerrinin də məsləhətçisi olmuşdu.

– Xarici əlaqələrin Avrasiya üzrə sub komitəsinin üzvü konqresmen Albio Saireslə görüşdə onun siyasət üzrə baş məsləhətçisi Kaylan Kozellada iştirak edirdi.

photo (11)

– Senator Kristafor Mörfinin (Senatın Avrasiya sub komitəsinin sədrliyinə namizədliyi verilib) qanunvericilik köməkçisi Jessica Eledglə görüş keçirilib.

Daha sonra Konqresin xarici əlaqələr komitəsinin sədri konqresmen Ed Roysun baş stafı Sarah Bloçerlə və başqaları ilə görüşlər keçrildi.

Azərbaycanda demokratiyanın qələbə çalmasında maraqlı olan senator və konqresmenlər onların baş direktor və məsləhətçiləri Konqresin heç vaxt bizim ölkədə gedən proseslərə biganə olmadıqlarını qeyd etdilər. Mən onlara Konqresin hər iki palatasının 2005-ci ildə Azərbaycanla əlaqədar qəbul etdikləri qətnamələrə görə bir daha təşəkkürümü bildirdim.

Ümid edirəm ki, yenidən dinləmə və qətnamə olacaq. Qətnamələrin variantlarını da konkret olaraq müzakirə etdik. Onlara bu dəfəki qətnamənin daha sərt olmasının əhəmiyyətindən də danışdım. Maqnitski barədə qəbul olmuş aktı misal gətirdim. Dinləmə və qətnamə elə olmalıdır ki, prezident Əliyev seçkiləri saxtalaşdırmağın qeyri-mümkün olacağını anlasın.

Dövlət Departamentində keçirilən görüş konkret və konstuktiv xarakter daşıyırdı. Dövlət Departamenti Azərbaycanla, daha doğrusu, Avrasiya regionunda siyasəti və insan haqlarına münasibəti formalaşdıran məsul vəzifəli şəxslərlə ölkədə demokratiyanın bərpa edilməsi üçün hansı real addımlar atılmalıdır məsələləri işgüzar şəraitdə müzakirə edildi. Təklif etdiyimiz bir neçə variant maraq obyektinə çevrildi və fikir mübadiləsi faydalı oldu.

Sözsüz ki, ölkə daxilində insanların aktivliyi olmadan beynəlxalq dəstəyin effekt verməyəcəyini ABŞ siyasətçiləri yaxşı bilirlər. Mən sözsüz ki, onlarla tam razıyam. Yeganə bu qərarların azərbaycanlıların aktivləşməsində pozitiv rol oynayacağını məntiqlə, başqa ölkələrdən misallar gətirməklə izah etməyə çalışdım.

Azərbaycanda demokratiya uğrunda mübarizənin beynəlxalq dəstək axtarışı hissəsinin 1-ci mərhələsi başa çatdı. Ümid edirəm ki, nəticələrini bu yaxınlarda görəcəyik. Əsas faktor, ölkə daxilində insanların uca səslə “Daha belə yaşamaq istəmirik” deməsi və aktiv hərəkətə keçməsi bu gün bərbad haldadır. Bununla əlaqədar fikirlərimi davam etdirəcəyəm.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Bir Cavab to ““Qısa bir müddətdə köklü dəyişikliyə nail olmaq mümkün olacaqmı””

  1. I wish for you so that you can thank for the moment with this
    fantastic study! I without a doubt take pleasure in every
    bit of it and i also have you book marked to check out new products of your blog site a necessity
    read blog!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: