R.Quliyevin yazdıqları:
– 20-ci əsr siyasi arenasının parlaq ulduzlarından biri hesab edilən Marqaret Tetçer bu gün 87 yaşında dünyasını dəyişdi. Bu xəbəri mən Vaşinqton görüşlərinə həsr etdiyim yazıların 4-cü hissəsini yazarkən eşitdim. Tetçerin həyatından azı 3 fundamental kitabı oxumuşam. Bu böyük şəxsiyətin ölümü ilə əlaqədar fikirlərimi yazmaya bilməzdim.
Onun Böyük Britaniyaya 11 illik baş nazirliyi dövründə siyasi və xüsuslilə iqtisadi reformalarının orqinallığına görə tarixə ‘’Tetçerizm’’ adı ilə daxil olmuş fəaliyyəti çox nadir siyasətçilərə nəsib olur. Tetçerin vergi reforması, dövlət əmlakının özəlləşdirməsi, insanlara ölməmək üçün dövlət büdcəsindən cüzi pul ayırmaqları, özləri qazanmaq üçün şəraitin yaradılması ilə əvəz etməsi reformaların tərkib hissəsidir. Dahi Çörçilin baş nazirliyi ilə Tetçerin baş nazirliyi arasındakı 27 il müddətində və onun istefa verdiyi 1990-cı ildən bu günə qədər azı 8 baş nazir olub. Ancaq onların arasında masştablı baş nazir ancaq bir nəfərdir – Marqaret Tetçer.
İstər, istəməz nə özünün, nə də uşaqlarının pulu, mülkiyyəti olmayan Tetçerin fonunda (baxmayaraq, həm özü, xüsusilə əri tanınmış nəsildən olmaqla, siyasətə daxil olduğu 1959-cu ildə kifayət qədər zəngin idilər) 20 il Azərbaycanın başında dayanmış əliyevləri (1993-cü ildə Əliyev özü qeyd edirdi ki, heç nəyi olmadığına görə, İqdirdə ona kostyum və köynək aldılar) müqayisə edəndə bizə ancaq xəcalət çəkmək qalır. 1979-cu ildə hakimiyyətə gəlmiş Tetçer Böyük Britaniyanın dağılmış iqtisadiyyatını bərpa etdi, dinamik inkişafına şərait yaratdı, dövlət əmlakını özəlləşdirdi. 1993-cı ildə hakimiyyətə gəlmiş Əliyev 20 il müddətində bütün Azərbaycanı özününküləşdirdi, xalqı mütiləşdirdi qul səviyyəsinə çatdırdı. Ac-yalavac hakimiyyətə gəlmiş əliyevlərin bu gün xalqdan oğurluq yolu ilə topladığı sərvətlər milyardlardır.
Tetçer İngiltərədən 10 min kilometrlərlə uzaqda yerləşən cəmi 2500 adam yaşayan Folklend adalarını Argentinadan geri qaytardı əliyevlər isə Azərbaycanın içərisində 20 faiz torpaqlarını erməni işğalçılarına təslim etdi.
Xalqına etdiyi əvəzedilməz xidmətlərinə görə, Tetçerin heç yerdə kiçik bir büstü də yoxdur Azərbaycanda isə Əliyevin heykəl və büstlərini bir yerə toplasan kiçik bir meşə yarnar.
Tetçerin xidmətıərinə baxmayaraq 11 ildən sonra xalqı “daha bəsdir, istefa ver get” dedi,ancaq əminəm ki, həmin “get” deyən xalq Tetçeri əbədi İngiltərənin tarixinə yazacaq.
Bəlkədə bizim bədbaxtlığımızın açarı əliyevlərə “daha bəsdir, get” deməyə cəsarət etməməyimizdədir.
Bu müqayiseni oxuyan her bir vetendash, ne qeder aginacaqli bir durumda oldugunun ferqini, oxudugu andan anlayacaqdir. Aksiyalarin, mitinglerin davamli olmasina nail olmaq ücün bu cür mentigi tehliller yazilmali ve imkan dairesinde bunlarin xalq terefinden oxunmasina calishmaq lazimdir. Her hansi bir vetendasha onun haqlarinin tapdalanmasini, bu gedishle memleketi hansi agibetin gözlediyini anlata bilsek, hec kim ve hec bir qüvve bu axinin qarshisini ala bilmeyecek. Resul müellimin son seferleri, afshor zonalarda yatirilmish pullarla elaqedar sonuncu tehlili, hal hazirki mentigi müqayisesi ve ümumiyyetle bütün fealiyyetini derinden izledikde, men secimimde dogru olduguma bir daha emin oluram!