ACP lideri, eks-spiker Rəsul Quliyev modern.az-ın suallarını cavablandırıb.
– Rəsul bəy artıq seçkilərə 6 aydan az vaxt qaldı iştirak etməyi düşünürsünüzmü? Mart ayında Bakıya qayıdışınız gözlənilirdi bu haqda nə deyə bilərsiniz?
– Sizin verdiyiniz sual bazası olmayan sualdır. Çünki birincisi mən martda Azərbaycana gələcəyəm heç vaxt deməmişəm, nəyə əsaslanaraq belə bir iddia irəli sürürsünüz. Mən demişəm ki mart, aprel aylarında mənim Azərbaycana qayıtmağımın konturları məlum olacaq və bu barədə məlumat verəcəyəm. İkincisi seçkilərdə iştirak edəcəyəm bəyanatını 2011-ci ilin dekabrında elan etmişəm. Ondan sonra bəlkə 50 dəfə bu gün söhbət prezidentliyə namizədliyi irəli sürməkdən yox, ölkədə azad və ədalətli seçkilərin keçrilməsinə nail olmaqdan gedir və hamı bu istiqamətdə səylərini birləşdirməlidir. Təəssüf ki, bu müddət ərzində biz azad və ədalətli seçki keçirməkdən daha uzaqlaşmış və seçkilərin saxtalaşdırılmasına yaxınlaşmışıq.
– Eldar Namazovda namizədliyini irəli sürdü onun perspektivini necə dəyərləndirirsiniz?
– Ölkədəki bu günkü vəziyyət prezidentliyə namizədliyini verənlərin hamısının perspektivini eyniləşdirib. 2 variant ola bilər, ya namizədliyi irəli sürmək üçün, lazım olan bilmirəm nə qədərdir, imzaları toplamaq mümkün olmayacaq, ya da seçkilərin nəticəsinə görə 0.1-dən 1.0 faizə qədər səs toplayacaqlar. Bu barədə mən fikirlərimi Vaşinqton silsiləsindən 4-cü yazımla geniş izah edəcəyəm. Bu gün prezidentliyə namizədliyimi irəli sürürəm elan etməklə ancaq hökümətin seçkiləri saxtalaşdırmağına xidmət edirik. Bəyanat seçkilərin azad və ədalətli keçrilməsinə nail olcağam və seçkilərdə iştirak edəcəyəm şəkilində olmalıdır.
– Marqaret Ttetcer Bakiya gələndə siz onunla ğörüşdə iştirak etmisinizmi?
– Marqaret Tetçer Bakıya gələndə mən zavod rəhbəri idim. Təbii ki, onun mənimlə görüşməsi mümkün ola bilməzdi. Ancaq Marqaret Tetçerlə görüşməyin heç bir əhəmiyyəti yoxdur, ‘’Tetçerizmin’’ nə olduğunu bilmək lazımdır. Dünyada çox az pozitiv liderin adı ilə bağlı terminlər vardır. Məsələn Reyqonomika. Azərbaycanda təəssüf ki hələ belə bir lider olmayıb. Çünki bu terminin altında möhtəşəm reformalar və onların nəticələri durur. Bizdə də neqativ terminli lider var, məsələn Əliyevşina. Bu terminin altındada möhtəşəm antixalq siyasəti və onun nəticələri durur.
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!