“Xalqdan oğurlanan pullar ofşor zonaların banklarında sığınacaq tapdı”

-Buna  prezidentin özü aydınlıq gətirsə daha yaxşı olar;

Aprel ayında Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu ofşor zonada qeydiyyatdan keçən şirkətlərlə bağlı araşdırma apardı. Həmin araşdırmada Azərbaycan prezidenti İlham Əliyevin, ölkənin birinci xanımı Mehriban Əliyevanın və qızlarının da ofşor şirkətlərindən bəhs edildi. Beləcə, ofşor şirkətlər vasitəsilə ölkədə dəyəri milyonlarla ölçülən layihələrin arxasında prezident ailəsinin gizləndiyi üzə çıxdı.

Azərbaycanın 6 bölgəsində (Tovuz, Gədəbəy, Daşkəsən, Göygöl, Zaqatala və Naxçıvan) qızıl mədənlərinin istismarı ilə bağlı 30 illik saziş prezident qızlarının Panamada qeydiyyatdan keçən ofşor şirkəti ilə bağlandı. Mədənlərin istismarından əldə olunan gəlirin 30 faizi Azərbaycan hökumətinin, qalan 70 faizi isə konsorsiumun payına düşür. Ölkənin mobil rabitəsini, bank, tikinti, sığorta və digər sahələri birləşdirən «AtaHoldinq»in təsisçiləri prezident qızlarının Panamadakı digər şirkətləridir. Bununla da Azərbaycandan 48 milyarda qədər vəsaitin müxtəlif yollarla ofşor zonalara çıxarılması haqda Qərb mediasında məlumatlar dərc olundu. Həmin vaxt hakimiyyətin onun ünvanına səslənən bu ittihamaları susqunluqla qarşılaması isə deyilənlərin həqiqət olması ilə bağlı ictimai fikirdəki əminliyi bir qədər də artırdı, bəzi müxalif partiyalar bəyanat verərək yetkililəri səslənən ittihamlara aydınlıq gətirməyə çağırdı. Siyasilər hesab edir ki, Qərb son bir ay ərzində hakimiyyət tərəfindən Azərbaycandakı beynəlxalq təşkilatların sıxışdırılmasına elə hakimiyyətin öz dili ilə cavab verməyi qərara alıb. Bu baxımdan da xalqdan oğurlanan pullarla bağlı problemi Avropa və Amerika mediasında geniş şəkildə işıqlandıran Qərb dairələri, Azərbaycan hakimiyyətinə əzələ nümayiş etdirməkdədir. Hər halda bir tək bu olayla bağlı yaranan situasiya sübut edir ki, hakimiyyət özünü nə qədər güclü və məğlubedilməz hesab etsə də, mövcud reallıq tamamilə fərqlidir və Qərb istədiyi zaman informasiya müstəvisində mövcud rejimə ağır zərbələr endirə bilər.

Məsələyə münasibət bildirən  ACP lideri, eks-spiker Rəsul Quliyevin fikrincə, dünyanın inkişafı aparıcı ölkələrdən, bütün dövlətləri tabe olmağa məcbur edən beynəlxalq qanunların qəbul edilməsini aktuallaşdırır: “Məsələn, 17-ci əsrdə bir çox ölkələrdə dənizlə ticarət flotlarının yaranması bu sferada beynəlxalq normaların qəbul edilməsi ilə nəticələndi. Və ya ölkələrin valyutalarının qızıl ekvivalenti ilə konvertləşməsi beynəlxalq maliyyə sistemində (18-ci əsr) qanunlaşdırıldı. İqtisadiyyat və maliyyə sistemində beynəlxalq normaların tətbiq edilməsi sağlam rəqabətin yaradılmasına xidmət edir və nəticə etibarilə bu istiqamətdə qəbul edilmiş qanunlar bütövlüklə ümumi inkişafda sıçrayışa səbəb olur. 21-ci əsr siyasi və iqtisadi qloballaşma əsri kimi gündəmə gəlib və bugünkü ofşor bankları, maliyyə sistemi bu siyasətin əleyhinə işləyir”.

İlk növbədə qloballaşma nədir?

R.Quliyev bu sualın cavabını belə verib: “Qloballaşma bütün ölkələrin bank və maliyyə sistemlərinin identik beynəlxalq qanunlarla işləməsinə nail olmaqdır. Bu istiqamətdə ilk addım 1995-ci ildə yaradılmış ‘’Ümumdünya Ticarət Təşkilatı ‘’adı altında atılıb.  Bu təşkilata daxil olan ölkələr  faktiki özlərinin milli kompaniyalarını himayə etməkdən məhrum edilir, yəni, məsələn, avtomobil istehsal edən hansısa bir ölkə xaricdən satışa gətirilən maşınlara yüksək gömrük xərci qoymaqla bazarının qapısını onlar üçün bağlaya bilməz. Bu təşkilatın üzvü olmaqla daxili kompaniyaların hamısı dünyada mövcud olan rəqabətin dəmir məngənəsinə düşür. Bu rəqabətdə iştirak etmək və yaşamaq üçün dövlət məcbur olub onun mülkiyyətində olan kompaniyaları özəlləşdirməli və imkan verməlidir ki, bu özəlləşdirmədə xarici kompaniyalarda iştirak etsin”.

R.Quliyev onu da vurğulayıb ki, qloballaşmanın ikinci və ən mühüm addımı investisiya maliyyə və bank sistemlərinin identifikasiya edilməsinə nail olmaqdır. Bu istiqamətdə məqsədyönlü işlər gedir.  Ofşor zonaları yaratdığı bank və maliyyə sistemi ilə qloballaşma üçün ciddi təhlükədir və sözsüz, yaxın gələcəkdə ya ləğv olunmalıdır, ya da beynəlxalq qaydalarla işləməlidir. Niyə təhlükəlidir?: “20-ci əsrin 90-cı illəri tək sovetlərin yox, bütün sosialist sisteminin dağılması ilə nəticələndi. Dünyanın qara pullar təmizləyən 10-larla totalitar rejimli ölkələrinin sayı iki dəfədən artıq artdı. ABŞ-da baş vermiş 2001-ci il sentyabr terror aktı dünyanı silkələdi. Terrorçuların maliyyələşdirilməsi bank sistemində olan çatışmazlığı bütün çılpaqlığı ilə üzə çıxartdı. Banklar müştərilərindən pullarının mənbəyini göstərməyi tələb etməyə başladılar. Başa bəla diktatorlar, avtoritarlar, onların çoxsaylı ailə klanı, həmin dövlətlərin məmurları qara pullarını gizlətmək üçün ofşor zonalara üz tutdular. 2008-ci il ümumdünya iqtisadi böhranı bankların qara pullara neqativ münasibətini daha da gücləndirdi. Xalqdan oğurlanan pullar ofşor zonaların banklarında sığınacaq tapdı. Bu zonalarda yığılmış 10 trilyonlarla qara pul dünyanın beynəlxalq qanunlarla işləyən bank sisteminə, investiya siyasətinə real təhlükə yaratdı. Ofşor zonalarda kompaniya açmaq prosesi məsələn, yarım saat oraya küllü miqdarda pul keçrilməsi də yarım saat çəkir. Ən əsası isə bu zonada vergi yoxdur, pulun mənbəyi heç kimi maraqlandırmır”.

R.Quliyev onu da bildirib ki, ofşorun şərtlərindən biri də vergi, vəsaitin mənbəyi pulu o zonalarda yerləşdirənlərin məsuliyyətidir: “Ona görə pullarını o zonalarda yerləşdirən hər bir şəxs vətəndaşı olduğu ölkənin qarşısında məsuliyyət daşıyır. Niyə ofşor zonalarında toplanan pullar dünya iqtisadiyyatının inkişafı üçün təhlükədir?

 Məsələn, götürək Azərbaycanı. İstənilən bir reallığa yaxın rəqəm götürək. Söhbət sözsüz ki, tək Vircin adasından getmir. Dünyada onlarla belə zonalar var. Düşünürəm ki, onların azı 90 faizindən başda prezident olmaqla azərbaycanlıların adı çıxacaq. Tutaq ki, Azərbaycanda ildə 5 milyard dollar xalqdan mənimsənilib həmin ofşor zonalarında yerləşdirilir. Bu pul bankda saxlanılan puldur daha doğrusu, ölü puldur. İndi təsəvvür edin ki, o pul camaatın cibindən oğurlanmasaydı nə baş verərdi. O pulun azı 4 milyardı xərclənəcəkdi, yemək, ev əşyaları , paltar və sairlər üçün. Deməli, müvafiq şəkildə hansısa kompaniyalar bu alınacaq məhsulları istehsal etməli idi. Həmin bu məhsulları istehsal etmək üçün 100 minlərlə adam işləməli idi. Və onlar da maaş almalı və xərcləməli idi. İndi bu pulların masştabının 5 milyard yox, 100 milyardlar olduğunu təsəvvürünüzə gətirin. Bu qara pullar 10 milyonlarla işsizlər ordusunun yaranmasına, iqtisadiyatın inkişafının aşağı düşməsinə katalizatorluq edir.  Və ümid edirəm ki, ofşor zonalarının niyə belə diqqət mərkəzinə çevrildiyini qəbul etdiniz”.

Eks-spikerin fikrincə, investisiya sistemində də ofşor zonalarının pulları əsl mənada hərc-mərclik yaradıb. Dünyanın kompaniyaları böyük layihələri ilə tenderlərdə iştirak edir. Tenderi heç kimin tanımadığı bir kompaniya udur: “Çünki layihənin maliyyəsini ofşor zonanın bankı öz üzərinə götürür. Pul qara pul olduğu üçün onun sahibi istənilən faizlə onu investisiyaya verə bilər. Əgər normal banklar layihənin riskindən asılı olaraq ən azı 5 və ən çoxu 12 faiz kredit müəyyənləşdirirsə, ofşorlar 1 və ya 2 faiz təklif edirlər, rəqabətin prinsiplərinə fundamental zərbə vurulur.

 Ofşor zonaların hesabına ildə ən azı bir neçə yüz milyardlar vergidən yayınır.  Ofşor zonalarında terrorçular və onları dəstəkləyənlər maliyyə mənbəələrini gizlədə bilirlər. Bu zonalarda narkotik mallar, qanunsuz silah, fiziki insanlarla və sair alver edənlər pullarını saxlayırlar. Ofşor zonaları planetin inkişafına təkan verəcək ümumi qlobalaşma prosesinə maneçilik yaradır və o ya ümumi beynəlxalq qanunlarla yaşayacaq, ya da ləğv olunacaq, üçüncü yolu yoxdur. Ola bilər ki, yaxın vaxtlarda o zonalarda yerləşdirilmiş pullar dondurulsun, mənbəyi korrupsiya və rüşvət olan hesablardakı pullar konfiksasiya edilsin ya xalqa qaytarılsın, ya da dünyada olan qlobal problemlərin məsələn, aclıq, uşaq xəstəliyi və sairlərin həll edilməsinə yönəldilsin. Biz təəssüf edirik ki, Azərbaycan prezidentinin adı bu zonalarda qara pul saxlayanların arasında birincilərin sırasında səsləndi. Hər halda bu ilk növbədə Azərbaycan xalqının imicinə vurulan ağı zərbədir.  O ki, qaldı o zonada adları hallandırılanlara bu məsələyə  aydınlıq gətirməkdən asan heç bir şey yoxdur. Buna biz, daha doğrusu,  prezidentin özü aydınlıq gətirsə daha yaxşı olar. O adamlar hansısa ölkənin vətəndaşıdırlar. Ya Rusiyanın, ya da Azərbaycanın. Bu ölkələrin ixtiyarı var ki, o hesabların açılmasını və vergi deklarasiyasında göstərilməsini tələb etsin. Məsələn, Rusiyada Nazirlər Sovetinin sədrinin birinci müavininin həmin zonada pulu var  onu vergi deklarasiyasında göstərir (həm də arvadının) və mənbəyini də gizlətmir. Hesab açıqlananda pulun haradan keçdiyi və onun mənbəyinin qara və ya təmiz biznesdən olduğu müəyyənləşəcək. Bunlar hamısı çox asan məsələlərdir. Qəpiyinə qədər haradan və nəyin hesabına gəldiyini hesablamaq xüsusi ixtisas tələb etmir. Ortada polemikalıq bir şey yoxdur. Heç kim demir ki, kimsə biznes edə bilməz. Sadəcə, deyilir ki, heç kim qanunsuz biznes edə bilməz. Deyilir ki, korrupsiya və rüşvət biznes deyildir”.

R.Quliyev deyir ki, abstrakt fikirlər söyləməkdənsə tək o adada yox, başqa adalarda da saxlanılan hesablar açılsın. Xalq özlərinin talantlı biznesmenlərini tanısın, onların dövlət büdcəsinə verdikləri vergi ilə fəxr etsinlər.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: