“…Azərbaycan torpaqları imperiyanın müqəddəs torpaqlarıdır”

Əvvəli

-“…çoxluqda olan sadə, zəhmətkeş erməniləri azərbaycanlıların onların düşməni olduğuna inandıra bilmədilər.”;

-“5 günlük yürüşlə qoşunlar Azərbaycanın 70 faizindən artıq torpaqlarını azad edib, Gəncəyə yaxınlaşa bildilər.”;

Tarixi arayışın davamı

 1814-cü ildə İngiltərə İranın neçə illərdir arzusunda olduğu əməkdaşlıq müqaviləsini imzaladı. Müqavilənin şərtlərinə görə, İngiltərə İrana silah-sursat və təlim keçmək üçün hərbi təlimatçılar göndərməli, ruslarla müharibəyə başlayacaqları təqdirdə, hər il 200 min tümən maliyyə dəstəyi verməliydilər. Əvəzində, İran hərbi və iqtisadi reformalara başlamalı, ordunun hazlrlanması və strukturlarında Britaniya ordusunun elementlərini tətbiq etməliydi. Üstəlik, iki ölkə arasında sərbəst ticarət şəraiti yaradılır, kömrük vergisi müəyyən qanunlar çərçivəsinə salınırdı.

Təəssüflər olsun ki, İran üzərinə götürdüyü öhdəliklərin heç 10 faizini də yerinə yetirmədi. Fətəli şah ətrafındakı proqressiv düşüncəli adamların, o cümlədən oğlu Abbas Mirzənin bütün təkliflərinə əhəmiyyətsiz yanaşdı. Fətəli şahda aktivləşmək dövrü xarakter daşıdığından, o, bir də 1826-cı ildə “ayıldı”.

Son bir neçə ildə Abbas Mirzə ingilislərin köməyi ilə, kiçik də olsa, müasir bir ordu yarada bilmişdi. 1825-ci ildə  Rusiyada “Dekabristlər” adlandırılan konstitusion monarxiya yaratmaq istəyən aristokratların baş tutmamış üsyanı I Nikolayın hakimiyyətə gəlməsi ilə nəticələndi.

Rusiya-Osmanlı münasibətlərinin 1826-cı ilin əvvəlində kəskinləşməsi İran şahının “Qafqazı azad etməyin vaxtı çatıb” qərarını verməsinə gətirib çıxardı. Azərbaycanda Rusiyaya qarşı nifrətin güclənməsi, Abbas Mirzəyə hərtərəfli kömək olunacağı vədləri də ürəkaçan idi. Azərbaycanı azad etmək planı müzakirə edilərkən, Abbas Mirzə hucumdan əvvəl Osmanlı imperiyası ilə müqavilə bağlamağın və onların sərhədlərindən qoşunları çıxardıb, ruslarla olan sərhədlərə atmağın vacib amil olduğunu söylədi və müharibəni iyulda yox, sentyabrın axırında başlamağı təklif etdi: “O vaxta qədər həm  Osmanlılarla xarici siyasətimizi koordinasiya edə bilərik, həm də İngiltərədən əlavə bir 100-150 top almağa nail olarıq. Bu, çox vacib məsələdir”. Ancaq Fətəli şah təkliflərin heç birini qəbul etməyib, Abbas Mirzəni qorxaqlıqda ittiham etdi.

Bu ərəfədə Çar Nikolay knyaz Menşikovu Tehrana danışıqlar aparmağa göndərdi. Rusiyaya Osmanlıların yaratdığı çoxsaylı problemləri həll etmək üçün knyaz Menşikova istənilən variantla – hətta lazım gəlsə, Azərbaycan torpaqlarının bir hissəsini İrana qaytarmaq şərtini qəbul etməklə – sülh müqaviləsi bağlamağı tapşırdı. Knyaz Menşikovun sülh bağlamaq üçün verdiyi vədləri şah zəiflik kimi qəbul etdi və artıq daxilində Rusiya üzərində böyük qələbəsini bayram etmək əhvalı yarandı. Şahın vəziri, Xarici İşlər naziri, xüsusi ilə də oğlu Abbas Mirzə Rusiyanın Talış zonasının İrana qaytarılması bazasında sülh müqaviləsi bağlamaq təklifinə razılıq verilməsində israr etsələr də, şah qəbul etmədi. Abbas Mirzənin “Nikolay bizə gələcəkdə torpaqlarımızı azad etmək üçün müharibəsiz gözəl bir platsdarm verir, biz bundan istifadə etməliyik”, – yalvarışlarına Fətəli şah, – “İstəmirsən, qoşunlara özüm rəhbərlik edəcəyəm, get, mənə mane olma, iki aya bütün Qafqaz yenidən bizim torpaqlar olacaq və mən sənin əmin Ağa Məhəmməd şah Qacar kimi, özümü şahənşah elan edəcəyəm. Özü də Muğanda – Nadir şah kimi. Qoy hamı başa düşsün ki, Azərbaycan torpaqları imperiyanın müqəddəs torpaqlarıdır.” –  hayqırtısıyla cavab verdi.

1826-cı ilin iyulunda ordu Abbas Mirzənin komandanlığı altında iki istiqamətdə – Naxçıvan və İrəvan xanlıqlarından – Qarabağa, Talış xanlığı zonasından isə – Muğana daxil oldular. Başqa bir 16 minlik ordu İrəvan sərdarının başçılığı altında Tiflisin ətrafındakı bütün ərazini, o cümlədən strateji əhəmiyyətli Borçalını azad etdi. Azadlıq ordusunu çoxdan gözləyən və son 14 ildə daim rus işğalçıları ilə partizan müharibəsi aparan azərbaycanlılar Abbas Mirzəyə qoşularaq torpaqların azad olunması işini xeyli sürətləndirdilər. Abbas Mirzə qoşunlarının böyük bir hissəsini də Xudafərin körpüsündən birbaşa Qarabağa çıxartdı. Qarabağ bəylərinin “əsas qoşunlar gələnədək, rusların hamısını Şuşa qalasına aparıb hərbçiləri öldürmək, arvad-uşaqlarını zindana salmaq lazımdır” təklifi Avropanın müharibə qaydalarına əməl edən Abbas Mirzə tərəfindən rədd edildi. Hadisələrin sonrakı gedişi göstərdi ki, bu, Abbas Mirzənin ən bağışlanmaz səhvi oldu. Ruslar vaxt udmaq üçün, ilk növbədə, özünü qarabağlı sayan erməni general-mayor Mədətovu ordunun komandirliyindən azad etdilər. Bəylərə söz verildi ki, bir neçə həftəyə ordu komandiri azərbaycanlı olacaq və müvəqqəti olaraq, polkovnik Reut komandir təyin edilir. Qafqazda bütün rus ordusunun komandanı general Yermolov Reuta, nəyin bahasına olursa-olsun, Qarabağı müdafiə etməyi əmr etdi.

Abbas Mirzənin planına görə, ordu Gəncədən keçib, Tiflisi tutmalı, müqavimət zəif olarsa, hucumu davam etdirib Qara dəniz sahillərinə çıxmalı idi. İkinci istiqamətdə isə Muğandan keçib Dərbəndi azad etmək  və irəliləyərək, Çeçenistanın sərhədlərində onların dağ silahlı dəstələri ilə birləşib, ruslara qarşı müdafiə sistemləri yaradılmalıydı. O vaxta qədər ingilis hərbi gəmiləri Osmanlı imperiyası ilə razılığa gəlib, Qara dəniz sahillərinə çatmalıydılar.

Faktiki olaraq, 5 günlük yürüşlə qoşunlar Azərbaycanın 70 faizindən artıq torpaqlarını azad edib, Gəncəyə yaxınlaşa bildilər. General Yermolov Reuta Qarabağ bəylərini arvad-uşaqları ilə birlikdə həbs edib Şuşa qalasına aparmağı və Abbas Mirzəyə ultimatum göndərməyi əmr etdi. Ultimatumda deyilirdi ki, əgər Abbas Mirzə Şuşaya hucum edərsə, yarısından çoxu uşaq olan yüzlərlə günahsız adam güllələnəcək. Ona görə tələb edilirdi ki, təcili danışıqlar başlansın və ruslar ücün dəhliz yaradılaraq, onların Tiflis istiqamətində buraxılması təmin edilsin. Əks halda, girovlar öldürüləcəkdi. Abbas Mirzənin sərkərdələri hucumla Şuşanı götürüb, rusları darmadağın etməyə üstünlük versələr də, o, insanların həyatına təhlükə olduğunu nəzərə alıb, danışıqlar aparmağa razılıq verdi. Abbas Mirzə general Reuta yazdığı məktubda onu tənə edirdi: “General, İran imperiyasının yarandığı 2400 il bundan öncədən ta bu günə qədər, birinci dəfədir ki, dövlətin ordusu arvad-uşağı girov götürür. Xatırladıram ki, nə Makedoniyalı Aleksandr, nə Roma imperiyası öz 1000 illik tarixi boyu, belə bir addım atmayıb. Sizin ağlınıza gələ bilərmi ki, Napoleon Bonapart Moskvanı tutandan sonra arvad-uşağı girov götürüb, “Rusiya məğlubiyyət barədə sənəd imzalamasa, onlar öldürüləcək” tələbi irəli sürsün?!”…

Heç bir sivil qaydalara əməl etməyən general Yermolov yaxşı bilirdi ki, I Aleksandrdan fərqli olaraq, I Nikolay az təhsilli, sivil normalara ikrahla baxan bir şəxsdir. Ona görə, narahat deyidi və əvvəlcədən Reuta bütün məsuliyyəti öz üzərinə götürdüyünü yazmışdı. Abbas Mirzənin məktubunu oxuyan, dərin aristrokrat kökləri olan general, həqiqətən, xəcalət çəkərdi. Ancaq bu xəcalətin səviyyəsi Yermolovdan gələn qorxudan qat-qat aşağı idi. 47 gün Abbas Mirzə tərəddüd içərisində yerindən tərpənmədi. Bir tərəfdən, hucum edərsə, rusların günahsız 1500 nəfərə yaxın adamı (onlardan 850-si körpə uşaqlar idi) qıracağından qorxurdu. İkinci tərəfdən, irəli gedərsə, Şuşada yerləşən rus ordusunun ona arxadan zərbə vuracağından ehtiyatlanırdı. Bu müddət ərzində millətçi, yatanda da yuxularında “Böyük Ermənistan” görən,  rusların agentləri olan ermənilər Abbas Mirzənin qoşununun, toplarının sayı, yerləşmə ünvanları, süvarilər və s. barədə gecə-gündüz məlumat toplayıb verirdilər. Azərbaycanlılarla eyni kənddə yaşayan, birlikdə işləyən ermənilər isə heç bir repressiyaya məruz qalmadan, öz gündəlik işlərində idilər. Nə “Böyük Ermənistan”ın, nə də rus imperiyasının tərkibində yaşamaq istəmirdilər. Həm ruslar, həm də hakimiyyətə gəlmək üçün onlara satılmış ermənilər sayısız cəhdlər göstərsələr də, çoxluqda olan sadə, zəhmətkeş erməniləri azərbaycanlıların onların düşməni olduğuna inandıra bilmədilər.

Nəhayət, 47 gündən sonra Abbas Mirzə qoşunundan 18 min nəfər ayırıb Gəncəni azad etməyə göndərdi. Aradakı vaxtdan istifadə edən ruslar kifayət qədər ordu toplamağa imkan tapdılar. Erməni casusların informasiyasına əsasən, kicik bir qoşunun Gəncə istiqamətində hərəkət etdiyindən xəbər tutaraq, əvəllcədən pusqu qurdular və Şəmkir ətrafında Abbas Mirzənin 18 minlik ordusunu məğlub etdilər. Abbas Mirzə məcburən, qoşunu Şuşanın mühasirəsindən çıxardıb Gəncə istiqamətində hərəkətə başladı. Girov götürülənlərin taleyinə biganə qala bilməməsi və rus dövlətinin quldur metodlarından istifadə edəcəyinə inanması onun iflasıyla nəticələndi. Gəncə ətrafında ağır məğlubiyyətə uğrayanda İran qoşunlarının köməkçi hissəsi Tiflisdən cəmi 40 km aralıda idi. 1826-cı ilin oktyabr ayının axırlarında İran qoşunları yenidən hucuma başladığı yerlərə qaytarıldı. Qafqaza kifayət qədər qoşun toplamış Rusiya 1827-ci ilin iyununda İrəvan xanlığına hucuma keçdi. 4 aydan çox cəkən ağır döyüşlər nəticəsində, Abbas Mirzə həm İrəvanı, həm də Naxçıvanı itirdi. Ruslar Araz çayını keçib Təbrizi tutdular.

Ardı Var

QARABAĞ: Müqavimətsizlikdən Doğan Faciə (2011) Kitabından

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: