-Imperiyanın tarixində ən rüsvayçı təslimçilik aktı “Türkmənçay” müqaviləsi adı altında tarixə düşdü.;
-Fətəli şah heç bir etiraz və müqavimətə rast gəlmədən, milləti satmağın mümkünlüyü presedentinin təməlini qoydu.;
-həmin müqavilədən keçən 150 ildən çox müddətdə, bədbəxt Azərbaycan xalqını hakimiyyətə gəlmək, hakimiyyətdə möhkəmlənmək naminə satanların sayı kifayət qədər olacaqdı. Azərbaycan xalqı isə həmin 1828-ci ildə olduğu kimi, hər şeyi “taleyin hökmüdür” kimi qəbul edəcəkdi…;
Tarixi arayış
Sultan Mahmudun özü 1808-ci ildə çevriliş yolu ilə hakimiyyətə gəlmişdi. Əmisi Sultan Səlim ölməmişdən öncə, onu qətlə yetirməyi ən yaxın paşalarından birinə tapşırmışdı. Qorxurdu ki, Mahmud yaşadıqca, həmişə dövlət çevrilişi təhlükəsi də qalacaq. Əslində, Sultan Səlim Mahmuddan yox, onun şəxsiyyəti ətrafında əfsanələr gəzən fransız anası Nakşidildən ehtiyatlanırdı. Mahmud əmisi Əbdülhəmidin ikinci oğlu olsa da, təhlükə məhz ondan qaynaqlanırdı. Sultan Səlim, əlində dəlil-sübutu olmasa da, Nakşidilin, əmisi Əbdülü də çevriliş etməyə həvəsləndirdiyindən xəbərdar idi. Əgər Nakşidilin oğlu Mahmud sağ qalardısa, sultanın başına bir şey gələcəyi təqdirdə, bu arvadı saxlamaq mümkün olmayacaqdı.
Ancaq ağıllı fransızın casusları paşa hələ plan qurmamış, onu xəbərdar etdilər və anası Mahmudu xilas etdi.
Sultan Səlimin hərbi reformalarından narazı olan “yeniçəri”lər üsyan edib, taxt-tacını əlindən aldılar və onu İstanbul saraylarından birində həbsə atdılar. “Yeniçəri”lər hakimiyyətə Mahmudun böyük qardaşı Mustafanı gətirdilər. Uzun müddət Osmanlıların Avropada olan qoşunlarına rəhbərlik edən paşalar, başda Əlimərdan Mustafa Bayraqdar olmaqla, Sultan Səlimi azad etmək üçün şah sarayını tutdular. Ancaq Sultan Səlimi azad etmək mümkün olmadı, bir gün qabaq “yeniçəri”lərin əmri ilə onu boğub öldürmüşdülər. Nakşidil xanım reformist paşaları oğlu Mahmudun yeganə düzgün namizəd olduğuna inandıra bildi və 1808-ci ildə Mahmud sultan elan edildi. Bayraqdar və anasının təhriki ilə o, qısa bir müddətdə çoxsaylı düşmənlərinin əksəriyyətini cəzalandırdı. Anasının təkidlərinə baxmayaraq, qardaşı Mustafa sultanı öldürtmədi. Ancaq az sonra, fikrini dəyişdi.
Sultan Mahmud imperiyanı Avropaya yaxınlaşdırmaq üçün reformalara başladı. Başqa sözlə, əmisi Sultan Səlimin kursunu davam etdirdi. Hətta geyim-kecimin də avropalaşdırılması cəhdi onun reformalarından idi. Ancaq hərbi reformalara cəsarəti çatmadı. Buna ancaq sultanlığının 15-ci ilində başlaya bildi. Onun Avropa qanun-qaydalarını imperiyaya tətbiqetmə cəhdi camaat tərəfdən nəinki dəstək almırdı, hətta üsyanla qarşılanırdı. Nəhayət, 1826-cı ildə o, nifrət etdiyi “yeniçəri”lər qurumunu ləğv etməyə nail oldu.
İndi – 1827-ci ildə imperiyanın ən ağır vəziyyəti idi. Avropada, Osmanlı torpaqlarında ruslar ağalıq etmək istəyirdilər. Yunanıstan baş qaldırmışdı, ingilis və fransızlar yunanlara azadlıq verilməsini tələb edirdilər. Bunlar azımış kimi, bir yandan da ingilislər tərəfindən qızışdırılan misirlilər talantlı sərkərdələri Məhəmməd Əlinin başçılığı altında Osmanlı imperiyasını hədələyirdi.
Fətəli şah Sultan Mahmudun təklifini qəbul etmədi. 1828-ci ilin fevral ayının 10-da Təbrizin yaxınlığında yerləşən Türkmənçayda ruslarla müqavilə imzaladı. Imperiyanın tarixində ən rüsvayçı təslimçilik aktı “Türkmənçay” müqaviləsi adı altında tarixə düşdü. Azərbaycanlı şah, özünün əmin-amanlığı və hakimiyyətini saxlamaq naminə, dünyanın ən qədim millətlərindən biri sayılan, kökündə 5000 illik midiyalıların və Çinin şimalı və Altay səhralarından gələn 8 min illik tarixə malik türklərin durduğu Azərbaycan millətini qurban verdi. Beləliklə, Azərbaycanın faciələrinin dərinləşməsinə start verildi. Azərbaycan xalqının erroziyası başlandı. Fətəli şah heç bir etiraz və müqavimətə rast gəlmədən, milləti satmağın mümkünlüyü presedentinin təməlini qoydu.
Bundan sonra – həmin müqavilədən keçən 150 ildən çox müddətdə, bədbəxt Azərbaycan xalqını hakimiyyətə gəlmək, hakimiyyətdə möhkəmlənmək naminə satanların sayı kifayət qədər olacaqdı. Azərbaycan xalqı isə həmin 1828-ci ildə olduğu kimi, hər şeyi “taleyin hökmüdür” kimi qəbul edəcəkdi…
Ardı Var
QARABAĞ: Müqavimətsizlikdən Doğan Faciə (2011) Kitabından
Tarixe nezer salanda, Azerbaycanin kecmishi ve realligi urek acan deyil. Yene de hemiseki kimi, hakimiyyeti saxlamaq namine, xalqi gudaza verirler. Cox insan tarixe dusub ve dusur de. Amma kim nece?
Salam Rasul bəy Tarixdən bir az məlumatı olan hər bir Azərbaycan vətəndaşı çox yaxşı görə bilər ki bir xalq olaraq 100 illərdir etdiyimiz səhfləri təkrarlayırıq…bu günkü gündə də Azərbaycan müxalifəti xanlıqlar dövründə xanların buraxdıqları səhfləri təkrarlayırlar…. Xanlar necə ki vətən naminə birləşib xalqla həmirək olub düşmənlə mübarizə aparmaq əvəzinə … hakimiyyətə gəlmək üçün bir qismi Rusiyadan digər qismi Osmanlıdan bəzilər isə İrandan yardım isdəyirdi daha anlaya bilmirdilər ki bunlar yardim etsələr belə Azərbaycan üçün yox öz maraqları üçün yardım edəcəklər…..Bu gün Azərbaycan müxalifəti eyni senarini təkrarlayir …Rəsul müəllim sizcə isdər keçmişdə isdərsədə indi torpaqlarımızın qonuşu dövlətlər tərəfindən tutulmasına bir xalq kimi seyirci qalmamızın səbəbi nədir..???