Tarixi arayış
1850-ci ildə, artıq 25 il hakimiyyətdə olan rus çarı I Nikolay ölkəsinin iqtisadi və hərbi potensialının səviyyəsinə məhəl qoymadan, dünyaya ağalıq etmək fikrinə düşmüşdü. O qədər də dərin ağıla malik olmayan şöhrətpərəst Nikolaya, ətrafında real vəziyyəti qiymətləndirməyi bacaran yüksək çinli məmurlar, başda Baş nazir Nesselrod olmaqla, Avropanın istənilən ölkəsinin, məsələn, Avstriya, Almaniya və yaxud Fransanın hər birinin təklikdə iqtisadi-texniki potensialının Rusiyanınkından bir neçə dəfə yuxarı olduğunu anlada bilmirdilər. Qəzəblənəndə təzyiqi qalxan, gözlərinin içi qıpqırmızı olan çar “Mən 3 aya bir milyon mujiki süngü altına qoya bilərəm, sizin tərifli Avropanız birləşsə belə, heç iki ilə bir milyon əsgər toplaya bilməz,”- deyirdi.
Onu daha da qəzəbləndirməkdən ehtiyatlanan Baş nazir isə bildirmişdi: “Əlahəzrət, bir milyon uzun süngülü əsgər daha heç kimə lazım deyil. Avropalılar artıq yivli tüfəng texnologiyasını kəşf ediblər və yeni tipli silahların istehsalına başlayıblar. İngilislərin ordusunun yarısı bu tüfənglərlə silahlanıb. Təsəvvür edirsinizmi, bizim tüfənglər ancaq 200 metr məsafədən düşmənə ziyan vura bilər. Onların güllələri isə 1-2 km məsafədə insanları o dünyaya göndərir. İndi bu texnologiyanı artilleriyaya da tətbiq etmək istəyirlər. Bundan sonra bizim onlarla müharibə aparmaq şansımız yoxdur”.
Nesselrod İngiltərədə Rusiyanı təmsil edən dostu Bryunova yazdığı məktubda çarın apardığı təhlükəli siyasətin Rusiyanın tam dağılmasına gətirib çıxara biləcəyini ürəkağrısı ilə qeyd edirdi: “İngiltərə, Fransa və Osmanlı imperiyalarının ittifaqının istədikləri vaxtda Rusiyanı, maksimum, 1-2 ilə darmadağın edib, Orta Asiyadan keçib Hindistanla birləşəcəklərinə heç bir şübhə yoxdur. Bizi yenidən knyazlılıqlara parçalanmaqdan ancaq Fransa və İngiltərənin axıra qədər ittifaqda ola bilməyəcəyi faktoru xilas edə bilər. Mən əminəm ki, fransızlar həmişə olduğu kimi, İngiltərənin yeganə super-dövlət olması ilə heç vaxt razılaşmayacaqlar”.
Bu arqumentlərin hamısını qulaqardına vuran Nikolay generallarına Osmanlılarla müharibəyə hazırlaşmaq əmrini vermişdi. 1852-ci ildə hətta onun əsas müttəfiqləri Avstriya və Prussiya da Rusiyanın aqressiv siyasətini dəstəkləmirdi.
İngiltərə Rusiyanın Osmanlı imperiyasını özündən asılı vəziyyətə salmaq planını heç vaxt qəbul edə bilməzdi, çünki bu, ölkənin strateji proqramının əleyhinə idi. Artıq neçə əsrlərdir ingilislərlə ənənəvi düşmənçilik siyasəti aparan fransızları Çar Nikolay öz ağılsız hərəkəti ilə müttəfiq etmişdi. Heç kimin ağlına belə gəlməzdi ki, vətəndaşlarının hüququnu ev heyvanlarının hüquqi ilə eyniləşdirən, dünyanın ən amansız diktatorlarından sayılan Nikolay, Fransada III Napoleonun hakimiyyətə gəlməsini qeyri-legitim saysın və parlamenti olan Fransanı konstitusiyasız Rusiya “konistitusiyanı pozmaqda” günahlandırsın. Fransızlar Rusiyanı sevmirdilər. 1812-ci ildə ədalətsiz müharibə apardıqlarına və 1814-cü ildəki məğlubiyyətlərinə görə, revanşist siyasətçilər fransızların ən sevimlilərinə çevrilmişdilər. III Napoleon hakimiyyəti ələ keçirsə də, xalq arasında kifayət qədər hörmətə malik deyildi. Nikolayın bu hərəkətindən sonra o, özünün laxlayan vəziyyətini düzəltmək üçün ölkə daxilində “rusları cəzalandırmaq lazımdır” şüarları ilə günü-gündən rəğbət qazandı. Heç vaxt sevmədiyi ingilislərlə Rusiyanın əleyhinə ittifaq bağladı.
Ardı Var
QARABAĞ: Müqavimətsizlikdən Doğan Faciə (2011) Kitabından
Salam prezident İlham Əliyev.dörd gündən sonra 9 aya keşir mən ƏƏSMN Fizuli Ələkbərovun qəbuluna düşə bilmirəm.Bir ay olar ƏƏSMN Tər-tər söbəsinin müdürü Vüsal Əzizov mənə deyirki nazir Fizuli aprel ayının 20 si yada 27 si gələcək rayona səni qəbul edəcək.Məndə Vüsala dedimki bunlar vaxdı uzadırlar bunlar Şoooooo verirlər avamlara gəlməyəcək nazir.məndə hərgün Vüsaldan soruşuram deyirki nazirliyə zəng edirəm cavab vermirlər nəhayat bu gün Vüsal mənə zəg edib deyirki zəng elədim nazirliyə katibə qız mənə dediki bəs nazir gələsi olmadı xarişdən qonaq gələsidir onu qəbul edəcək.Məndə dedimki ay Vüsal mən dedimmi nazir gəlməyəcək deyir hə.dedim ay Vüsal xarişdən gələn bu xalqdan və Qarbag əlilindən hörmətlidr cavab verə bilmir.mən dedimki prezidentə yazacamki bunlar vaxt uzadırlar Vüsal deyirki hələ yazma.Vüsal deyir qəbul qaldı may ayına.cənab İlham Əliyev bu şərəfsiz maşenik dələduz rüşvətxor nazir Fizuli sizin gösdərişlərinizi yerinə yetirir əgr siz desəniz ay Fizuli get rayona vətəndaşları və Qarabag əlilini qəbul elə şikayətini dinlə Allaha and olsun gələrdi.Mən belə Şoooo ları 20 ildir görürəm və görmüşəm.mən 4 dəfə gəldim prezident aparatına mənə dedilərki prezident İlham Əliyev Qarabag əlilini qəbul eləmir əgər sən ilham Qarbag əlilinə hörmətsizlik edib qəbul etməyib şikayətinə baxmırsansa biganəlik edirsənsə Qarabag torpagı erməni işgalı altında ola-ola prezidentin bu hərəkətini görən Fizuli məni qəbul edərmi və ya qəbul eləsədə mən Qarabag əlilinə nə köməklik edəsidir Çexiya dövlətində özünə villa-otel tikən nazir mənə ikinci maşını verəsi deyil.26-04-2013 prezidentə göndərdim.