Son illərdə respublikada aparılan pul-kredit siyasəti çoxlu iradlara səbəb olur. Bu istiqamətdə mövcud olan məntiqsizlikləri, bəzən korrupsiya və rüşvətxorluqla çuğlaşan bürokratizmi aradan qaldırmaq lazımdır.
Müasir şəraitdə bank sistemi vəhdət təşkil edən üç vəzifəni həll etməlidir: birincisi, dövlət tərəfindən iqtisadiyyatın idarə olunmasının bərpasıdır; ikincisi, uzunmüddətli vəsait qoyuluşunun dəqiq mexanizminin yaradılması və həyata keçirilməsidir; üçüncüsü, iqtisadiyyatın bütün bölmələrində bazar münasibətlərinin inkişafının sürətləndirilməsidir. Fikrimcə, aşağıdakı bank sistemi qarşıya qoyulan məqsədlərə daha çox müvafiqdir:
Mərkəzi (emissiya), investisiya və kommersiya bankları.
Hazırki kəskin böhran mərhələsində pul kütləsinin birbaşa dövlət tənzimatının metodlarını gücləndirmək lazımdır. Buraya aşağıdakılar aiddir:
– kredit emissiyasının birbaşa və bilavasitə idarə edilməsi;
– pul dövriyyəsinə nəzarət;
– gəlirlərin vergi vəsaitilə tənzimlənməsi;
– xarici ticarətin tənzimlənməsi;
– ərzaq, tibb, mənzil, energetika, nəqliyyat və s. kimi üstün istiqamətlər üzrə kreditlərin istifadə olunmasına dövlət möhkəm nəzarət etməli və onu həvəsləndirməlidir. Uzunmüddətli kredit qoyuluşunun həvəsləndirilməsi güzəştli fazilərlə kredit vermək, vergi güzəştləri etmək, manatın məzənnəsini sabitləşdirmək yolu ilə həyata keçirilməlidir.
– investisiyaların, o cümlədən xarici investisiyaların cəlb olunması sayəsində, investisiya prosesinin bərpa olunmasına və ölkənin pul bazarının inkişaf etdirilməsinə ciddi surətdə yenidən baxılmalıdır. O, iqtisadiyyatda investisiya və innovasiya fəallığının həvəsləndirilməsinin mühüm və daimi komponentinə, respublika sənayesinin rəqabət imkanlarının artırılmasının və ağıllı idxal əvəzləmə siyasəti yürüdülməsinin mühüm amilinə çevirməlidir.
Burada Azərbaycan Respublikasının yaxın gələcəkdə xarici iqtisadi siyasətinin strateji istiqamətlərindən biri kimi, xüsusi xarici investisiyaların cəlb olunmasına üstünlük verilməlidir. Müvafiq müqavilələrin bağlanılması üçün bütün maneələr aradan qaldırılmalıdır. Bu müqavilələr yalnız Gömrük Komitəsində və Xarici İqtisadi Əlaqələr Nazirliyində qeydiyyatdan keçirilməlidir.
Xarici investorların respublikamızda hazırki fəaliyyət rejimi ilə müqayisədə daha güzəştli rejimin tətbiqini təmin edə bilən ən mühüm hüquqi aktların hazırlanmasının tezliklə başa çatdırılması təxirəsalınmaz vəzifə kimi qarşıda durur.
Bütövlükdə investisiya təminatı problemlərinin həlli aşağıdakıları tələb edir:
– kapital bazarının formalaşdırılmasına yardım göstərilməsi, kapital yığımı prosesinin təmin olunması üzrə tədbirlər kompleksinin işlənib hazırlanması. Bu məqsədlə əhalinin əmanətlərinin və qənaət edib yığdığı pulun qiymətdən düşməsinin qarşısını alan tədbirlərin həyata keçirilməsi və kredit sistemi vasitəsilə səfərbərliyə alınan bu ehtiyatların əsasən investisiya məqsədlərinə yönəldilməsinin həvəsləndirilməsi;
– güzəştli mərkəzləşdirilmiş təkrar maliyyələşdirmənin razılaşdırılmış payından yalnız istehsalat sahəsinə limitləşdirilmiş marja üzrə investisiya kreditləri ayrılması üçün istifadə olunması barədə kommersiya banklarının öhdəlik götürməsi;
– müəssisələrin istehsalatın genişləndirilməsi və renovasiya üçün nəzərdə tutulmuş vəsaitinin könüllü surətdə banklardakı xüsusi hesablara keçirilməsi və həmin vəsaitin yalnız investisiya kreditləri üçün istifadə olunması.
Cari təsərrüfat siyasətində təshihləşdirici tədbirlər kimi aşağıdakıların həyata keçirilməsi məqsədəuyğundur:
– müəssisələrin investisiya fəaliyyəti üçün, o cümlədən restavrasiyaya ayrılan amortizasiya ödəmələri və yığıma yönəldilən dividentlər üzrə vergi güzəştlərinin və digər güzəştlərin tətbiq edilməsi;
– dövlət tərəfindən ayrı-ayrı sahələrin və regionların sistemsiz dəstəklənməsindən bütöv struktur siyasətinə keçilməsi. Bu siyasət ölkədə tikintinin canlandırılması, aqrobiznesin, yanacaq-energetika kompleksinin və infrastrukturun inkişaf etdirilməsi hesabına ümumi iqtisadi inkişafı təmin etməlidir. Bu zaman struktur islahatlarının sosial yönümü təmin olunmalıdır;
– dövlət müəssisələrinin statusunu, onların dövlət əmlakından istifadə etməsi formalarını və rəhbərlik rejimini təzələməklə iqtisadiyyatda dövlət bölməsinin idarə olunmasının bərpa edilməsi. Dövlət müəsssisələrinin rəqabətli bazar mühitinə uyğunlaşdırılması və yeni təsərrüfatçılıq şəraitində onlar tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilməsi təmin olunmalıdır;
– özəlləşdirilmiş müəssisələrin səmərəli fəaliyyəti üçün şərait yaradılması, o cümlədən onların kütləvi müflisləşməsinin qarşısının alınması, işgüzar əməmliyyatların sığorta olunması, istehsal və məşğulluğun mümkün qədər az zərər vurmaqla həmin müəssisələrin yenidən təşkil olunması və profilinin dəyişdirilməsi rejiminin işlənib hazırlanması, özəlləşdirilmiş müəssisələrdə dövlətin öz səhmlərini fəal idarə etməsi;
– təsərrüfat qanunvericiliyinə riayət olunmasının və onun təkmilləşdirilməsinin təmin olunması, hesablaşma sisteminin təşkilati baxımdan yenidən təşkili, ödəməmələrə müəssisələrin həqiqi müflisləşməsi halları ilə son qoyulması, sahibkarlıq sahəsində korrupsiyanın və cinayətkarlığın qətiyyətlə aradan qaldırılması;
– xüsusən MDB ölkələrindən olan tərəfdaşlarla istehsalat əməkdaşlığının və birgə sahibkarlığın inkişaf etdirilməsi. Bundan ötrü xarici ticarət, qarşılıqlı gömrük, vergi güzəştləri və xarici iqtisadi əlaqələr infrastrukturunun inkişaf etdirilməsi mexanizmindən istifadə olunması;
– xarici borcu artırmayan və xarici kreditlər əvəzinə bilavasitə istehsalata yönəldilən xarici investisiyaların Azərbaycan Respublikasına daha geniş surətdə cəlb edilməsi xəttinin yürüdülməsi.
Bazar iqtisadiyyatı, liberal iqtisadiyyat barədə danışarkən, çoxları ehtiyat edirlər ki, əhalinin aztəminatlı təbəqələri sosial müdafiədən kənarda qalacaq, işsizlik artacaq, insanların ən mühüm ehtiyacları ödənilməyəcək və s. . Bu, kökündən səhv fikirdir. Bazarı hamını işsizlik və müflisləşmə qorxusu ilə əzən əbədi məngənə kimi təsəvvür etmək olmaz. Əksinə, bazar əlverişli ictimai şərait yaradır. O, ilk növbədə istehlakçıya xidmət edir və onun təkamülü bazarın humanist təbiətini daha da gücləndirir.
Bazar iqtisadiyyatına keçid şəraitində islahatların sosial bazasının genişləndirilməsinə, o cümlədən əhalinin həyat səviyəsinin aşağı düşməsinin və kütləvi işsizliyin qarşısının alınmasına yönəldilmiş təxirəsalınmaz tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Bu məqsədlə Azərbaycan Respublikası iqtisadiyyatının imkanları daxilində əhalinin sosial təminatı sahəsində aşağıdakıları nəzərdə tutan tədbirlərin hazırlanması təklif olunur:
– dolanacaq minimumunun artımına, onun indeksasiyasına uyğun olaraq əmək haqqının, pensiyaların, müavinətlərin təqaüdlərin və digər sosial tədiyyələrin minimum səviyyəsinin tədricən qaldırılması;
– vətəndaşların infilyasiyadan müdafiə olunması;
– adamabşına orta gəlir məbləğlərini müəyyənləşdirərək əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsi sahəsində ünvanlı siyasət yürüdülməsi;
– xidmətlərin müəyyən sosial minimumunu əldə etmək üçün dövlət təminatının verilməsi (səhiyyə, ali və ümumi təhsil, peşə təhsili, mədəniyyt və s. sahələrdə);
– kollektiv müqavilələr (sazişlər) vasitəsilə əməyin ödənilməsinin, işçilərin əmək və yaradıcılıq potensialının həvəsləndirilməsinin səmərəli sistemlərinin tətbiqinin və bu əsasda zəhmətkeşlərin gəlirlərinin artırılmasının təmin edilməsi;
– müəssisələrə təxirəsalınmaz iqtisadi yardım göstərilməsi.
Ardı Var
“Diktatorla Üz-Üzə” Kitabından (2001)
Salam prezident İlham.Ə sənin kagız üzərində yaratdıgın saxda korrupsyayla mübarizə idarəsinin əxlaqa sıgmayan eybəcər əməllərindən sənə xəbərdarlıq məktuby Qarabag əlilindən.cənab İlham mən korrupsiya mübarizə idarəsinin 161 nömürəsinə 900 yüz dəfədən artıq zəng eləmişəm.Mən hərdəfə 161 zəng edəndə mənə deyiblərki sənin şikayətini qeydə aldıq bir aya kimi sənin şikayətinə baxılacaq.kəsəsi mən 17-03-2013 zəng elədim 161 dedimki mən sizə şikayət elədim o ildən bu ilə keçdi mənim şikayətimə baxmadınız yenidən şikayətimi qeydə aldılar 10 gündən sonra zəng elədim mənə nömürə verdi dediki zəng elə bu 440928 şikayətin haqda məlumat al soruş gör sənin şikayətinə hansı prekror baxır zəng elədim bir qız mənə dediki sənin şikayətinə bir aya qədər baxılacaq.Məndə 17-04-2013 zəng elədim dedimki bəs bir ay tamam oldu mənim şikayətimə baxılmadı qız mənə dediki 17 martda şikayətin qeydə alınıb bəs işə baxan burda yoxdur sabah zəng elə sabah zəng elədim qız mənə bu nömürəni verdi 4493910 zəng elədim bir qız cavab verdi bu qızda mənə dediki sənin şikayətinə baxan rayona gedib sabah zəng elə özüylə danışarsan iki gündən sonra zəng elədim qız dediki 10 dəqiqədən sonra zəng elə sənin şikayətinə baxan prakror gələcək 10 dəqiqədən sonra zəng elədim qız dediki gəlməyib 20 dəqiqədən sonra zəng elədim qız dediki gəlməyib kəsəsi axırda qız dediki telefonda gözlə mən eşitdimki qız prakrorala danışır deyirki nəbilim deyir Qarabag əliliyəm özüdə əsəbi danışır nə deyim onsuzda yenə zəng edəcək bu sözdən sonra qız prakrorun 4406186 nömürəsini mənə verdi dediki günortadan sonra zəng elə özüylə danış mən qıza dedimki o prakror düzgün işləyirsə onun mobil nömürəsini mənə verin qız dediki prakrorun mobil nömürəsini sənə vermək ixdiyarım yoxdur mənə verilən bu nömürəyə iki həftədə 47 dəfə zəng elədim prakrorun 4406186 nömürəsindən cavab verən olmadı.cənab İlham korrupsiyayla saxda mübarizə aparıldıgına görə qız deyirki sənin şikayətinə baxan prakrorun mobil nömürəsini sənə vermək ixdiyarım yoxdur cənab İlham mən sizdən tələb edirəmki mənə cavab verin görüm prakrorun nömürəsini Qarabag əlilinə hansı səbəbə görə verilmir gizlədilir deyin görüm bu hansi qanunda yazılıb.cənab İlham mən Qarabag əlili azərbaycanda olan mənəviyatsızlıqdan erməniəşmiş qudurgan harınlamış məmur özbaşlıgından və korrupsiyayla mübarizə idarəsində qarşılaşdıgım riyal saxdakarlıqdan əxlaqsızlıqdan yazmışam.02-05-2013.
Siz istiqrazlarının ödəmək üçün maliyyə yardımı lazımdır? Siz öz iş başlamaq üçün pul ehtiyacı var? 3% faiz dərəcəsi ilə bu gün burada bir kredit üçün müraciət niyə indi tətbiq və təsdiq almaq. Siz e-poçt vasitəsilə bizimlə olmaq: livereliancefinance11@live.com
Mr Tervor Mathew.
Email: livereliancefinance11@live.com