“Özəlləşdirməni təcili olaraq başlamalıyıq”

Əvvəli

-“Dövlət müəssisəsi sərbəst olmalıdır”;

-“Sərbəst və azad olmayan heç bir hüquqi şəxs və yaxud müəssisə heç vaxt məhsuldar işləyə bilməz”;

-“Özəlləşdirmə səhmdar cəmiyyət yaradılması istiqamətində gedir”;

-“Əgər bizim yeddi milyon əhalimiz varsa, deməli, azı təxminən 100-200 milyon səhm olacaqdır”;

-“Respublika daxilində kredit ehtiyatı yaratmağın isə yeganə yolu özəlləşdirmədir”;

-“Azərbaycanda maliyyə sistemini yaratmaq üçün özəlləşdirmə prosesinə təcili surətdə başlamaq lazımdır”;

-“Maliyyə vəziyyətimizi düzəltmək üçün təcili surətdə kredit ehtiyatları əldə etmək gərəkdir”;

-“Neftin bahalaşması başqa sahələrdə də qiymətlərin qalxmasına səbəb olacaqdır”;

-“Müəssisələrin strukturları isə bu sərbəstlikdən istifadə edilməsinə əngəl törədirlər…”

 

(Milli iqtisadiyyatın vəziyyətinə həsr olunmuş

11 avqust 1994-cü il tarixli geniş müşavirədəki çıxışdan)

Azərbaycanın iqtisadiyyatında, həqiqətən, çox təhlükəli bir vəziyyət yaranmışdır, maliyyə vəziyyətimiz də çox ağırdır. İqtisadi və maliyyə vəziyyətimizin belə ağır hala düşməsinin bir çox obyektiv və subyektiv səbəbləri var... Belə vəziyyətdən çıxmaq mümkündür. Amma bundan ötrü məsuliyyəti boynuna götürərək hökmən qeyri-standart və ciddi qərarlar qəbul etmək, həm də onları mütləq yerinə yetirmək lazımdır. Lakin vəziyyəti ətraflı və dərindən araşdırmadan, iqtisadi nəzəriyyəyə əsaslanan qərarlar qəbul etmədən, bu vəziyyətdən hər hansı başqa yolla çıxmaq imkanı yoxdur.

Burada maliyyə və bank işçiləri çox danışdılar, öz rəylərini bildirdilər. Lakin yaxın vaxtlarda Azərbaycanda kredit ehtiyatları tapmaq mümkün deyildir. Həmin ehtiyatlar tapılmasa, respublikanın maliyyə vəziyyətini düzəltmək mümkün olmayacaqdır. Çünki bu məsələni inzibati yolla həll etmək mümkün deyildir.

Burada bir çoxları öz çıxışlarında “dövlət mülkiyyəti”, “dövlət müəssisəsi” və s. ifadələr işlətdilər. Əgər kimsə düşünürsə ki, hər hansı bir işi dövlət müəssisəsi görməlidir, bu, heç də dövlət mülkiyyəti demək deyildir. Yəni, indiki dövrdə əmr verməklə və onu yerinə yetirməklə nə iqtisadiyyatımız üçün, nə də xalq üçün bir iş görmək mümkün olmaz. Əlbəttə, dövlət müəssisəsi belə bir müəssisə olaraq qala bilər. Amma dövlət müəssisəsi sərbəst olmalıdır. Bu, bütün dünyada belədir. Yəni, dövlətin hər hansı bir sifarişi varsa, dövlət müəssisəsi onu böyük məmnuniyyətlə yerinə yetirməlidir. Çünki dövlət sifarişi hər şeydən önəmlidir. Əgər dövlət sifariş verirsə, deməli, onun maliyyə imkanı da var və öz sifarişini maliyyələşdirəcəkdir. Ümumiyyətlə, sərbəst və azad olmayan heç bir hüquqi şəxs və yaxud müəssisə heç vaxt məhsuldar işləyə bilməz. Bu, mümkün olan iş deyildir. Kim güman edirsə ki, indiki dövrdə inzibati amirlik üsulu ilə nəyəsə nail olmaq mümkündür, o, çox böyük səhvə yol verir.

Biz “dövlət müəssisələri” deyirik. Əslində, onlar heç kimin deyildir. Bu müəssisələrin faktiki olaraq sahibkarı yoxdur, çünki dövlət onların sahibkarı deyildir, onlara nəzarət edə bilmir və edə də bilməyəcəkdir. Bir halda ki, özəlləşdirmədən danışırıq, onda heç olmasa müəssisəyə bir sahibkar tapaq. Özəlləşdirmə səhmdar cəmiyyət yaradılması istiqamətində gedir. Özəlləşdirmə dedikdə söhbət heç də ondan getmir ki, kimsə hər hansı bir müəssisəni şəxsən ala bilər. Bu, mümkün deyil. Axı, müəssisənin çox böyük əsas fondları var. Odur ki, orada ancaq səhmdar cəmiyyəti yaratmaq olar. Əgər bizim yeddi milyon əhalimiz varsa, deməli, azı təxminən 100-200 milyon səhm olacaqdır. Hər adama orta hesabla 20 səhm düşür. Məhz bu istiqamətdə getmək lazımdır. Şəxsən mən ayrı bir istiqamət görmürəm.

Kredit ehtiyatları yaratmağın iki yolu var: ya xaricdən borc alıb ondan maliyyə-kredit ehtiyatı kimi istifadə etmək, ya da respublikanın daxilində kredit ehtiyatı yaratmaq olar. Respublika daxilində kredit ehtiyatı yaratmağın isə yeganə yolu özəlləşdirmədir. Yəni, banklara pulu bunun hesabına gətirmək olar. Sonra isə əldə olunan vəsaitdən kredit ehtiyatı kimi istifadə etmək mümkündür. Kiçik özəlləşdirmə üçün nəzərdə tutulan 7000 müəssisə maliyyə baxımından nə verəcəkdir? Üst-üstə götürsək, görərik ki, orada heç bir milyard manat da yoxdur. Bu, özəlləşdirmə yox, gözdən pərdə asmaq deməkdir.

Proqramı həyata keçirməkdə yubanmağımız müəssisələrin kortəbii surətdə özəlləşdirilməsinə gətirib çıxaracaqdır. Bu mənada ki, camaat müəssisələri onsuz da özəlləşdirir. Belə olan halda, sabah onları heç kimin əlindən almaq mümkün olmayacaqdır. Ona görə də belə hesab edirəm ki, Azərbaycanda maliyyə sistemini yaratmaq üçün özəlləşdirmə prosesinə təcili surətdə başlamaq lazımdır. Əmlak Komitəsinin sədri özəlləşdirmə proqramı barəsində Ali Sovetdə öz fikrini bildirdi. Lakin o, fikrini axıra qədər açıqlamadı. Bu proqramda söhbət ondan gedir ki, 1995-ci ilin yanvarın 1-dən sənayenin bütün sahələrində dövlət səhmdar cəmiyyətləri yaradılacaqdır. Deməli, onlar hələ də özəlləşdirilmir. Dövlət öz səhmlərini buraxır, səhmdar cəmiyyətlər yaradır və bu səhmlərin satılması hesabına banklara müəyyən qədər pul gəlir. Bununla bərabər, səhmlər dövlətin əlindədir. Və səhmləri alan şəxslər gəlirdən ancaq müəyyən məbləğdə faiz götürürlər. Bizə isə maliyyə vəziyyətimizi düzəltmək üçün təcili surətdə kredit ehtiyatları əldə etmək gərəkdir. Bu ehtiyatlar, bu kreditlər olmasa, heç nəyə nail ola bilmərik.

Götürək neft sənayesini… Hazırda bu sahənin 40 milyard manat borcu var. Onun debitor və kreditor sahələrini çıxsaq, görərik ki, 20 milyard manat borc qalır. Bu qədər borc isə düzgün siyasət aparılmaması nəticəsində əmələ gəlmişdir. Məsələn, indi neftin qiymətinin qaldırılmasından söhbət gedir. Əgər bu gün neftin qiyməti iki dəfə artırılıbsa, sahə ayda 4 milyard manatdan çox qazana bilməz. Mən hələ onu demirəm ki, neftin bahalaşması başqa sahələrdə də qiymətlərin qalxmasına səbəb olacaqdır. İndi özünüz hesablayın: ilin axırına dörd ay qalır, deməli, neftçilər bu dörd ayda 16 milyard manat qazana bilərlər ki, bu da onların borclarının ödənilməsinə kifayət etməyəcəkdir. Hətta bayaq dediyim kimi, qiymətlər iki dəfə qaldırılsa da, heç nə alınmayacaq. Əgər neft sənayesində vəziyyət belədirsə, başqa sahələrdə vəziyyət, sözsüz ki, bundan da betərdir.

İndi bütün müəssisələrə, faktiki olaraq, sərbəstlik verilmişdir. Amma bu sərbəstlikdən çoxları istifadə edə bilmir. Bəzi müəssisələrin strukturları isə bu sərbəstlikdən istifadə edilməsinə əngəl törədirlər…

Ardı Var

“Diktatorla Üz-Üzə” Kitabından (2001)

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

4 Cavab to ““Özəlləşdirməni təcili olaraq başlamalıyıq””

  1. Rəsul müəllim,sizin blog və facebook postlarınızı həmişə oxuyuram.çünki bütün bunlar Azərbaycanda tətbiq olunmalı şeylərdir,hansı ki tətbiq olunmur.sizin hakimmiyyətdə olmamağınız və bunları həyata keçirməməyiniz çox təəsüfləndirici haldır.Ramiz Mehdiyev son hiyləsi ilə hazırkı vəziyyəti 7 il uzatmağa nail olub (2020-ci ilə kimi).mən indi başa düşürəm ki ölkəni idarə edən kimdi.amma yenədə mən bu planların puç olması ehtimalına inanıram.

  2. .interloanfinancail25@gmail.com Cavabla Sentyabr 16, 2013 9:22 axşam

    GOOD DAY

    Əgər təcili kredit lazımdır? və ya maliyyə çətinlikləri, biznes başlamaq və ya credit.here ödəmək üçün zəmanət kredit keçərək siz imkan və siz pul almaq 20hours heç vaxt bu company.interloanfinancail25@gmail əlaqə çox asan və sürətli deyil. com

  3. .interloanfinancail25@gmail.com Cavabla Sentyabr 16, 2013 9:36 axşam

    GOOD DAY

    Əgər təcili kredit lazımdır? və ya maliyyə çətinlikləri, biznes başlamaq və ya credit.here ödəmək üçün zəmanət kredit keçərək siz imkan və siz pul almaq 20hours heç vaxt bu company.interloanfinancail25 @ gmail əlaqə çox asan və sürətli deyil. com

Geri izləmələr/Geri bildirişlər

  1. “Büdcə və kredit sərbəst iqtisadiyyatın inkişafına yönəlməlidir” | Rəsul Quliyev - Rasul Guliyev - May 3, 2013

    […] Əvvəli […]

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: