“İstənilən bir dövlətin iqtisadi-sosial vəziyyətini onun büdcəsi güzgü kimi əks etdirir”

Əvvəli

(Milli Məclisin 1995-ci il 24 mart tarixdə keçirilmiş iclasındakı çıxışdan)

İstənilən bir dövlətin iqtisadi-sosial vəziyyətinin hansı səviyyədə olmasını həmin dövlətin büdcəsi güzgü kimi əks etdirir. İstənilən dövlətin büdcəsi həmin dövlətin bir dövlət kimi yaşamasını təmin edir və əsasən əhalinin sosial problemlərini həll edir. Azərbaycan Respublikasının dövlət büdcəsinin əsas məxaric istiqamətləri dövlətin müstəqilliyini təmin edən inzibati orqanların, səhiyyə, təhsil, mədəniyyət və idarəetmə aparatının maliyyələşdirilməsidir. Büdcənin böyük bir hissəsi sosial müdafiəyə, pensiyalara, əhalinin aşağı səviyyədə yaşayanlarının vəziyyətinin yaxşılaşdırılmasına xərclənir. Ona görə, Azərbaycan Respublikasının büdcəsinin formalaşdırılması, stabil, möhkəm olması iqtisadiyyatın gələcək inkişafının təminatçısı olmaqla bərabər, iqtisadi dirçəlişlə birbaşa bağlı olan problemlərdir.

Büdcədə kəsir olanda onu aradan qaldırmağın, adətən, üç yolundan istifadə olunur. Birinci yol – gəlirlə xərclərin arasındakı fərqi sıfıra yendirmək, yəni, büdcəyə gəliri artırmaq, xərcləri aşağı salmaqdır. Sözsüz, onun da bir neçə variantları var, yəni, hansı istiqamətdə gəliri artırmaq, hansı istiqamətdə xərcləri aşağı salmaq olar. İkinci yol – dövlətin daxili borclarının artırılması hesabınadır ki, bu da qiymətli kağızlarla əlaqədardır. Üçüncü yol – dövlətin xarici borclarının artırılması hesabına həyata keçirilir.

1994-cü il üçün respublika büdcəsinin layihəsində 47,5 milyard manat büdcə kəsirini bağlamaq nəzərdə tutulmuşdu. Lakin bunu həyata keçirməyin təklif olunan istiqamətləri təəccüb doğurmaya bilməzdi. Belə ki, nəzərdə tutulurdu ki, büdcə kəsirinin 95,6 faizi və ya 45,4 milyard manatı Milli Bankın kredit ehtiyatları hesabına, 1,2 faizi və ya 0,6 milyard manatı dövlət daxili uduşlu istiqrazları hesabına, 3,2 faizi və ya 1,5 milyard manatı qənaət hesabına bağlansın. Bu yolla büdcəni bağlamaq cinayətdir. Belə şeyi qəti surətdə etmək olmaz. 45,4 milyard manatı investisiyadan çıxarıb büdcə kəsirini bağlamağa yönəltməyə heç vəchlə yol vermək olmaz. Birdəfəlik özümüz üçün yəqin etməliyik ki, mövcud iqtisadi-sosial məsələlərin hamısını həll etmək, o cümlədən qiymətlərin belə fəlakətlə qalxmağının qarşısını almaq, inflyasiyanı aşağı salmaq, pulun dönərliyini artırmaq və böhrandan çıxmağı tezləşdirmək üçün yalnız istehsalı canlandırmalıyıq. Bundan ötrü isə istehsala investisiya qoyuluşu artırılmalı, istehsal olunan malların, məhsulların bazan tapılmalıdır.

Azərbaycanın büdcəsi çox çətin vəziyyətə düşüb. Bunun obyektiv və subyektiv səbəbləri var.

Büdcənin ağır vəziyyətə düşməsinin əsas səbəblərindən biri odur ki, iqtisadiyyatda düzgün qurulmayan siyasət nəticəsində 1990-cı ildən başlayaraq istehsalat çox intensiv surətdə aşağı düşmüşdür və indi də davam etməkdədir. Özü də qəribədir ki, pulla götürəndə istehsalın həcmi, guya, həddən artıq artıb, amma naturada həddən artıq aşağı düşür, bunun nəticəsində gəlirlər və gəlirdən gələn vergilər azalıb, büdcə çox böyük kəsirlə yerinə yetirilib və sosial-iqtisadi gərginlik artmaqda davam edib. Büdcə tənəzzülünün növbəti səbəbi kütləvi hal almış vergidən qaçma hallarıdır. Təxmini hesablamalara görə, 30-40 faiz strukturlar vergidən qaçırlar. Ümumiyyətlə, dünyanın hər yerində müəyyən strukturlar vergidən qaça bilirlər. Amma bu, haradasa 12 faiz səviyyəsində olur. Bunun qarşısını almaq məqsədiylə vergi müfəttişliyi təcili surətdə proqressiv vergi metodları tətbiq etmək və qanunda dəyişikliklər etmək üçün bizə materiallar verməlidir. Gərək, hökmən bu olsun. Təəssüf ki, biz hələ də vergidən qaçma mexanizmini öyrənə bilməmişik və dəqiqliyi ilə bunu tədqiq edə bilmirik.

Büdcə böhranının səbəblərinin biri də iqtisadiyyatda islahatların həyata keçirilməsinin gecikdirilməsidir. Büdcədə əmələ gələn kəsiri örtmək, ümumiyyətlə, büdcənin həcmini Azərbaycana lazım olan səviyyəyə qaldırmaq üçün birinci növbədə bu səbəblər aradan qaldırılmalıdır. Vəziyyətdən çıxmağın bir əsas yolu və ona kömək edən bir neçə yolları vardır. Birinci növbədə, sözsüz ki, istehsal sabitləşməlidir və istehsalın həcmi artmalıdır. Bunu necə etmək lazımdır? Bunu həyata keçirmək üçün bacarıqla və sistemli yanaşmaq lazımdır. Yəni, istehsal etmək hələ əsas şərt deyil. İstehsal edəndən sonra, gərək, məhsulu sata biləsən və müəyyən bir qiymətə satmaq üçün onun keyfiyyəti olmalıdır. Yəni, keyfiyyət olmasa, onu bazarda yüksək qiymətə sata bilməzsən. Əlaqələr kəsildiyinə görə, indi müəyyən şeyi istehsal etmək üçün alınan xammalın, materialın qiyməti dünya bazarı səviyyəsinə qaldırılıb. Məhsulun keyfiyyətini qaldırmaq üçün hökmən və hökmən investisiya olmalıdır.

İnvestisiyanın iki yolu var: daxili investisiya və xarici investisiya. Xarici investisiya xarici ölkələrdən kredit almağın, daxili investisiya isə daxildə olan kredit resurslarının hesabına həyata keçirilir. Kredit resursu olmadan kredit vermək cinayətdir. Azərbaycanın daxilində hazırda nəinki kredit resursu yoxdur, əksinə, aparılan yarıtmaz işin nəticəsində hazırda 200 milyard manat havadan kredit resursu verilib. Deməli, birinci növbədə, havadan verilmiş kredit resursunu təzədən gətirib yerinə qoymalıyıq. İkinci növbədə, yenidən müəyyən kredit resursları yaratmalıyıq ki, o, həmin resurs investisiyaya getsin, istehsalda müəyyən işlər görülsün, müəyyən proqram həyata keçirilsin ki, bazara çıxmaq imkanı əldə olunsun. Kredit resursu olmadığı bir halda, bunu hansı yolla həll etmək mümkündür? Yeganə yol özəlləşdirmə və səhmdarlar cəmiyyətlərinin yaradılmasıdır. Özəlləşdirmə və səhmdarlar cəmiyyətlərinin yaradılması ilə əhalidə, şirkətlərdə və yaxud başqa mənbələrdə olan pullar səhmlərin və müəssisələrin alınması hesabına yenidən banka daxil olmalıdır. Banka daxil olduqdan sonra o, artıq kredit resursudur. Həmin resursu yenidən müəssisələrə qaytarmaq imkanı var. Bu işi təcili surətdə həyata keçirməliyik. Əgər bu gün başlasaq, bəhrəsi azı 6 aydan, 1 ildən, ya 8 aydan sonra ortaya çıxa bilər. Bəs, 6-8 ay, 1 il yaşamaq üçün nə etmək lazımdır?

Bu müddət ərzində vəziyyətdən çıxmağın isə bir neçə yolu var. Birinci növbədə, idxal-ixrac liberallaşdırılmalıdır. Doğrudur, faktiki olaraq bu liberallaşıb. Ancaq bu liberallaşmada yenə insan faktoru əsas rol oynayır. Yenə müxtəlif strukturlarda müxtəlif adamlar hər tərəfdən buna müqavimət göstərirlər. Ona görə, həm Nazirlər Kabineti, həm başqa dövlət strukturları idxal və ixracda həqiqi liberallaşmanı təmin etməlidirlər. Belə olarsa, Azərbaycana ilin axırına qədər ən azı 500-600 milyon dollar qazanc gəlməlidir.

İkinci istiqamət, xarici ölkələrdən dövlət kreditləri almaqdır. Azərbaycan dövlətinə qeyri-məhdud kredit verməyə hazır olan bir neçə banklar, ölkələr var. Məsələn, hesab edirəm ki, 1 milyard dollar kredit olsa, Azərbaycan tezliklə həm bu vəziyyətdən çıxar, həm də özünün daxili imkanlarını o səviyyəyə qaldırar ki, xalqın belə ağır vəziyyəti bir daha təkrarlanmasın. Xaricdən kreditlərin verilməsinin iki əsas şərti var: müharibəni dayandırmaq, problemi sülh yolu ilə həll etmək və neft kontraktlarını imzalayıb həyata keçirmək. Hər iki istiqamətdə iş görülməsi olduqca vacibdir.

Büdcə ilə bağlı bir məsələni də qeyd etmək lazımdır ki, lüzumsuz yerə büdcədə oturmuş təşkilatlar həddindən artıqdır. Bunlar büdcədən çıxarılmalıdır ki, büdcənin yükü azalsın. Məsələn, götürək adicə şəhərin zir-zibildən təmizlənməsini. Kommunal təsərrüfatı niyə orada işləyənlərə verilməsin? Büdcədən ayrılan pulun üçdən birini verin onlara, şəhər tezliklə təmiz olacaq, pulunuz az gedəcək, başınız da ağrımayacaq.

Büdcəni, o cümlədən də büdcənin xərclər olan hissəsini mürəkkəb şəkildə yazmaq həmişə ona gətirib çıxarır ki, büdcəyə nə dövlət nəzarət edə bilir, nə maliyyə naziri, nə də ki, Milli Məclis. Məsələn, büdcənin xərclərinin sırasında Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi nəzərdə tutulub. Niyə bu komitənin xərcləri onun sifarişçisi olan Müdafiə Nazirliyində nəzərdə tutulmasın ki, bir nazirlik büdcədən çıxsın? Sifarişçi olan yerdə başqa bir nazirlik nəyə görə büdcədən paralel maliyyələşdirilir? Bu, eyni zamanda on milyardlarla vəsait ayrılan Meliorasiya və Su Təsərrüfatı Komitəsinə də aiddir. Meliorasiya təsərrüfat hesabına keçsə, ola bilər ki, bir o qədər su lazım olmasın. İndi axı, o suyun sahibi yoxdur. Suyun qiymətini qiymətsiz etmişik. Belə olmaz. Bu, büdcə məsələsinə düzgün yanaşmaq deyil.

Büdcənin formalaşması və icrasından danışarkən, qeyd etməliyik ki, səhiyyə, təhsil sisteminin maliyyələşdirilməsini sərtləşdirmək hesabına büdcənin vəziyyətini düzəltməkdən söhbət gedə bilməz. O ayrı məsələdir ki, ümumiyyətlə, həm təhsil sistemində, həm səhiyyə sistemində müəyyən islahatlara başlamaq vaxtı gəlib çatıbdır. O ki qaldı büdcə kəsirinin azaldılmasını vəziyyəti ağır olan əhalinin hesabına həyata keçirməyə, bu, tamamilə səhv bir siyasətdir.

Respublika büdcəsi layihəsində xüsusi diqqət yetirilməli əsas məsələlərdən biri də büdcədənkənar fondların harada mərkəzləşdirilməsidir. Götürək Yol Fondunu. Biz “Yol fondu haqqında” qanunu qəbul edəndə pulların həmin şirkətin öz büdcəsində mərkəzləşdirilməsi təklifini vermişdim. Belə fikirləşdim ki, əgər Yol Fonduna yığılacaq pul həmin yol tikinti şirkətinin əlində olmasa, yol tikinti şirkəti birbaşa onun xərclənməsinə nəzarət etməsə, büdcədən bu pulun yol tikinti idarəsinə keçirilməsi çox müşkül məsələ olacaq. Başqa sözlə, büdcə özünün bütün kəsirini Yol Fondundan gələn pulun hesabına bağlayacaq və yolların təmir və tikintisinə heç nə verilməyəcək. Bizim yollarımızın nə vəziyyətdə olduğunu isə hamınız bilirsiniz. İndi həmin pulların hamısını büdcəyə keçirsək, Azərbaycan Respublikasının büdcəsindən yol tikintisinə heç nə ayrılmayacaq və yollar daha bərbad vəziyyətə düşəcək.

Azərbaycan Respublikasının dövlət büdcəsinin 1994-cü ildə olduğu kimi, 1995-ci ildə də məqbul yerinə yetirilməsinə şəxsən mənim böyük şübhəm var. Azərbaycan Respublikasının Nazirlər Kabineti iqtisadiyyatın bərpası və onun gələcək inkişafı üçün şərait yaratmasa, büdcədə nəzərdə tutulmuş rəqəmlərin hamısı boş şey olaraq qalacaq. Əgər Nazirlər Kabinetində fikirləşirlərsə ki, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının verəcəyi 100 milyon dollarla Azərbaycanda iqtisadi vəziyyəti sabitləşdirmək olar, mən indidən onlara deyirəm ki, çox yanlış fikirdir və bu, respublikanı təhlükəli vəziyyətə gətirib çıxaracaq. Ona görə, əvvəldən xəbərdar edirəm ki, köhnə metodlardan əl çəksinlər. Hansısa rəhbəri çıxarıb deyirsən, “sən bu qədər istehsal etməlisən”, bir aydan sonra yoxlayırsan ki, istehsal etməyib, bir az danlayırsan, o da söz verir ki, ikinci ayda artıq istehsal edib əvvəlkinin də üstünü düzəldəcək və s. İstehsalı belə idarə etmək indi daha mümkün deyil. Nazirlər Kabineti bir dəfə anlamalıdır ki, vəzifəsi nədən ibarətdir. Onun əsas vəzifəsi ondan ibarətdir ki, istehsalçılar üçün azad iqtisadiyyatı inkişaf etdirmək şəraiti yaratsın. Başqa onun bir vəzifəsi yoxdur və olmamalıdır. Əgər Nazirlər Kabineti bu istiqamətdə işləsə və istehsal bərpa olunub inkişafa başlasa, onda dövlət büdcəsinin indiki rəqəmlərinə oxşar rəqəmlər yarana bilər. 1995-ci ilin büdcə icraatı vəziyyəti 1994-cü ilə nisbətən daha fəlakətli olacaq…

(Oxucular 1995 və ondan sonrakı bir neçə il üçün büdcə icraatına dair rəqəmlərlə tanış olsalar, mənim 1995-ci ildəki narahatlığımın əsaslı olduğunu özləri yəqinləşdirə bilərlər R.Q.)

Ardı Var

“Diktatorla Üz-Üzə” Kitabından (2001)

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: