“Çörək ehtiyatı olmayan ölkənin durumu həmişə qeyri-sabit olar”

Əvvəli

(Milli Məclisin I995-ci il 20 iyun tarixdə keçirilmiş iclasındakı çıxışdan)

 Kolxoz, sovxoz tərəfdarlarının nəzərinə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasında axırıncı onillikdə hər il bir milyon hektar sahədə taxıl əkilib. Ümumi məhsul bir hektardan 12-13 sentnerdən yuxarı qalxmayıb. Tədarükü götürəndə isə 4 sentnerdən yuxarı olmayıb. Yəni, bundan da aşağı səviyyəli təsərrüfat təsəvvür etmək olarmı? Azərbaycanda heç vaxt hər hektardan 18 sentnerdən yuxarı pambıq yığılmayıb. Ola bilər, müəyyən təsərrüfatlarda 25-30 sentner yığılıb. Bu, istisna olunmur.

Bir daha bəyan edirəm ki, belə strukturlarla kənd təsərrüfatında heç bir reforma həyata keçirmək mümkün deyil.

Əgər kolxoz və sovxozlarda zəhmətkeşlər tütün istehsal ediblərsə və indiyə qədər tütünü sata bilmirlərsə, bu məsələni nə Nazirlər Kabineti, nə də Kənd Təsərrüfatı Nazirliyi həll edə bilmirsə, camaat öz tütününü yarıgizli, yarıaçıq şəkildə hissə-hissə aparıb Gürcüstanda, orda-burda satırsa, buna nə ad vermək olar? Böyük bədbəxtlik ondadır ki, yararsız torpaqları da camaata vermirlər. Əgər yararsız torpaqları vermirlərsə, təsəvvür etmək çətin deyil ki, yararlı torpağı verəndə camaatın başına nə oyunlar açacaqlar. Torpağa elə qiymət deyirlər ki, bu bədbəxt insanlar onu ala bilmirlər. Əvvəlcə, hər bir şəxs gedib kolxoz sədrini, sonra icra başçısını, daha sonra isə torpaq şöbəsini “görməlidir”. Əgər bu maneələri keçə bilsə, sonra Torpaq Komitəsini və Layihə İnstitutunu “görməlidir”. Bu vəziyyətdə fermer təsərrüfatı yaranar?

Bəzən deyirlər ki, rentabelli kənd təsərrüfatı obyektlərimiz var. Yalandır, çünki dünyada rentabelli kənd təsərrüfatı obyekti, ümumiyyətlə, yoxdur. Dünyanın hər yerində kənd təsərrüfatı məhsulları dövlət tərəfindən subsidiya olunur. Məsələn, Amerikada istehsal olunan taxılın tonu Amerikanın daxilində 195-200 dollara satılır. Həmin taxılı Amerika fermeri Azərbaycana 100 dollara satır. 95 dollar fərqi ona Amerika hökuməti verir. Amerikanın daxili bazarında ətin tonu 2,5-3 min dollardır. Amma Azərbaycana və yaxud dünyanın başqa ölkələrinə ətin tonunu 1100-1200 dollara satırlar. Yerdə qalan məbləğin hamısını dövlət özü həmin fermerlərə ödəyir.

Yenə də təkrar edirəm: emal sənayesi təcili surətdə özəlləşdirilməlidir. Emal sənayesi özəlləşdirilməsə, onun arxasınca aqrar islahatları həyata keçirmək mümkün deyil. Pambıq zavodları, şirə, tomat zavodları və s. təcili surətdə özəlləşdirilməlidir ki, zavodu işlətmək üçün məhsul axtarsınlar. Bu işi yaratmaq lazımdır.

Emal zavodlarının özəlləşdirilməsi ilə eyni zamanda, torpaq islahatları getməlidir. Torpaq islahatları o demək deyil ki, torpaqları bu dəqiqə kiməsə verin. Xeyr! Torpaq islahatına və ümumiyyətlə aqrar islahata və özəlləşdirməyə, birinci növbədə, sovxozlardan başlamaq lazımdır. Bəziləri iddia edirlər ki, sovxoz və kolxozlar islahatlara müqavimət göstərirlər. Əslində, zəhmətkeşlər müqavimət göstərmir. Kolxoz sədri şərt qoyur ki, “sən bunu deməsən, belə edəcəyəm, dənini, suyunu kəsəcəyəm” və s. Bu bədbəxt kəndlinin qabağında yüz şərt qoyurlar. Nəticədə, yazıq adamlar deyirlər ki, “eşitmişik bizim kolxozumuzu ləğv edirsiniz, torpaqları özümüzə verirsiniz, amanın günüdür, biz istəmirik”. Mənim özümə nə qədər deyiblər bunu! Mən indi bunlara heç vaxt deyə bilmərəm ki, torpaqları sizə verməyəcəyik. Mən deyirəm ki, bu torpaqları hökmən sizə verəcəyik, siz də götürəcəksiniz. Görürəm, gözləri parıldayır. Qorxusundan deyə bilmir, çünki 5-10 nəfər yaramaz adamlar onları məcbur edir ki, de ki, “yox, biz kolxozdan, sovxozdan əl çəkmirik”.

Əslində, təklif belə olmalıdır: kolxozlarda istəyənlərin hamısına torpaq verilir, özü də könüllü istəyənlərə münbit torpaq verilir. Onda görün, kolxozun sütunları dayanacaq, ya dayanmayacaq. İndi çoxu deyir ki, maşın yoxdur, mexanizm yoxdur. Bəli, sahəni becərmək üçün mini texnika, yəni, balaca traktor, kombayn lazımdır. Gərək, kəndlinin əvvəl torpağı olsun ki, sonra texnika axtarmağa getsin. Torpağı olmayandan sonra texnikanı niyə axtarmalıdı? İndi bəs necə edək ki, bunlar texnikasız qalmasınlar? Əvvəl-əvvəl keçmiş sovet sistemindəki təcrübədən istifadə edib MTS yaratmaq lazımdır. Lakin bu MTS-lər özəl olmalıdır.

Bəziləri ehtiyat edir ki, torpağı verəndən sonra kəndlilər onu əkməyəcəklər. Bu iddianın elə bir əsası yoxdur. Birincisi, axı yazıq kənddə yaşayanın başqa bir qazanc yeri varmı ki, torpağı əkməsin? İkincisi, torpağı verməyin özünün şərtləri var. Bütün dünyada kənd təsərrüfatı ilə məşğul olan fermerlərin hamısının yeganə bir arzusu var ki, onda dövlət sifarişi çox olsun. Yəni, dövlət fermerə az sifariş verirsə, fermer istehsal etdiyini sata bilmir. Ona görə də narazılıq əmələ gəlir. Dünyada özünü ən çox xoşbəxt sayan kənd təsərrüfatı işçiləri o adamlardır ki, dövlət onlara sifariş verir. Biz də bu prinsiplə işləməyə başlamalıyıq, dövlət sifarişi olmalıdır. Dövlət sifarişi olan yerdə dövlətin həm də güzəştli krediti, güzəştli investisiyası olmalıdır, bunlarsız mümkün deyil.

Kənd Təsərrüfatı Nazirliyi dövlətin yalnız aqrar siyasətini həyata keçirməlidir, müəssisələrin işinə qarışmamalıdır, adam çıxarıb, adam qoymamalıdır.

Azərbaycan Respublikasında aqrar islahatların, kolxoz və sovxozların islahatının həyata keçirilməsinə aid qanunlar mühüm əhəmiyyət kəsb edir. Amma birinci növbədə, qanunun hökmranlığı təmin olunmalıdır. Təəssüf ki, Azərbaycanda qanunun hökmranlığı yoxdur. Totalitar rejim, iqtisadiyyatda diktatura rejimi, yəni, qanunun müəyyən adamlar üçün olduğu, rəhbər vəzifələrdəki adamlar üçünsə olmadığı rejim, təəssüf ki, bu dəqiqə də davam edir. Bir çox rayon rəhbərləri öz hökmranlığını qanunların hökmranlığından qat-qat yuxarı qaldırıblar.

Mən kollektiv mülkiyyətin tamamilə əleyhinəyəm. Kollektiv mülkiyyət yalnız xüsusi mülkiyyətin əsasında yaranmış kollektiv istehsal kimi mövcud ola bilər.

Aqrar sahədə xüsusi və dövlət mülkiyyəti qalmalıdır. Amma qeyd edildiyi kimi, xüsusi mülkiyyət sahiblərinin yığışıb bir kollektiv təsərrüfat yaratmaq ixtiyarını da əllərindən almaq olmaz.

Çörəklə təminat barədə də bəzi fikirləri söyləmək istəyirəm. Azərbaycan Respublikasında çörəklə tam təmin olunmaq üçün ildə 1 milyon 200 min ton taxıl və un lazımdır. Təxminən, 800 min hektar sahədən ildə 300 min ton taxıl tədarük edilir. Yerdə qalan 900 min tonun 250-300 min tonu un şəklində, qalanı isə taxıl şəklində xaricdən idxal edilir. Əminəm ki, aqrar islahatlar üzrə işlər normal qurulsa, yaxın illərdə Azərbaycanın xaricdən taxıl almağa ehtiyacı qalmayacaq. Yəni, əgər 800 min hektar sahənin hər hektarından 30 sentner taxıl yığılsa, bu, 2 milyon 400 min ton taxıl deməkdir ki, onun da 1 milyon 200 min tonunu tədarük etmək mümkündür. İndi ümumi taxıl yığımı ilə tədarük arasında böyük fərq var. Bu, çox şübhəli bir rəqəmdir. 1 milyon 100 min ton taxıl yığırıq, amma cəmi 300 min tonunu tədarük edə bilirik. Qalan 800 min tonu hara gedirsə, bunu başa düşmək olmur.

Çalışmalıyıq ki, Azərbaycanın həmişə 3 aylıq taxıl ehtiyatı olsun. Çörək ehtiyatı olmayan ölkənin durumu həmişə qeyri-stabil olar, çox təhlükəli bir vəziyyətə düşə bilər. 1992-ci ildən son vaxtlara qədər, həqiqətən, belə bir təhlükəli vəziyyət Azərbaycanda mövcud idi. Ona görə, çox vacib məsələdir ki, çörəyin ehtiyatı yaradılsın.

Çörəyin keyfiyyəti barədə ayrıca danışmaq lazımdır. Çörəyin keyfiyyətini yaxşılaşdırmaq üçün rəqabət şəraiti olmalıdır. Ona görə, kooperativlər hardasa çörək bişirirlərsə, bundan narahat olmaq lazım deyil. Əksinə, qoyun kooperativlər daha da çox olsun. Birinci, rəqabətin hesabına ola bilər ki, qiymət bir az da aşağı düşsün. İkinci, çörəyin çeşidini də rəqabət hesabına yaxşılaşdırmaq mümkündür. Əgər gündə 2 min ton çörək məmulatı istehsal olunursa, respublikadakı istehsal gücləri də, hardasa, 2 min tona yaxındır. Yəni, istehsal gücü elə böyük deyil ki, istehsal edən müəssisələr bir-biri ilə rəqabət apara bilsinlər. Dünyanın hər yerində, adətən, istehsal gücü real istehsaldan çox olur ki, rəqabət yaransın.

Yoxlamalar göstərir ki, çörəyin çəkisi hər yerdə 200 qram aşağıdır. Nəyə görə aşağıdır? Çünki indiki texnologiya ilə 1 kiloqram çörəyi 800 qram etmək asandır. Ona görə, hazırda taxıl şirkətinə verilmiş kiçik zavodları çalışıb işə salmalıyıq. 1 kiloqramlıq çörəyin bişirilməsi və satılması çörək itkisinə səbəb olur. Odur ki, çörəyin çeşidi genişlənməli, 100 qramdan tutmuş 1 kiloqrama qədər müxtəlif növ çörəklər istehsal olunmalıdır. İndiki şəraitdə bu işi həyata keçirmək mümkün deyil. Ona görə, taxıl məhsulları şirkəti tamamilə dəyişməli, səhmdar cəmiyyətə çevrilməlidir. O, səhmdar cəmiyyətə çevriləndə onun zavodları, dəyirmanları da öz növbəsində müstəqil səhmdar cəmiyyətlərinə çevrilməlidir. İmkan daxilində, böyük zavodların özündə də bir neçə səhmdar cəmiyyəti təşkil etmək lazımdır.

Dünyada elə bir ölkə yoxdur ki, orada çörəyin qiymətinə nəzarət etsinlər. Belə bir məsələni də qeyd etməmək olmaz ki, taxıl istehsal edən kənd təsərrüfatı işçilərinə vaxtlı-vaxtında kredit ayırmırlar, pul vermirlər və s. Ona görə də onlar istehsalı normal vəziyyətə gətirə bilmirlər. İş elə qurulmalıdır ki, əsasən Azərbaycanın daxili imkanlarının hesabına, yəni, kənd təsərrüfatında çalışanların hesabına çörək problemimiz həll olunsun. Çörək problemi Azərbaycanın daxili imkanlarının hesabına həll olunsa, çörəyin qiyməti 40 faiz aşağı düşər. Əgər taxıl Qazaxıstanda istehsal olunursa, 5 min kilometr yol keçib Türkmənistana, oradan da Xəzər dənizini keçib Azərbaycana çatdırılır. Təbii ki, əgər xərclər hər tonda hardasa 30-40 dollardırsa, Azərbaycanın öz istehsalı olsa, xərcləri bu başdan 30-40 faiz aşağı salmaq mümkündür. Bu istiqamətdə işləmək lazımdır.

Rayonlarda kooperativlər yaranıb, çörək bişirirlər. Təkrar edirəm ki, bu, çox gözəl bir işdir. Ümumiyyətlə, bizdəki kimi, mərkəzləşmiş çörək istehsalı dünyada nadir hadisələrdən biridir. Hər rayonun özündə çörək bişirənlər onun keyfiyyətinə cavabdeh olmalıdır, yerdə qalan işlərin hamısını sərbəst həyata keçirməlidir. Belə bir rəqabət olmasa, çörəyin keyfiyyəti düzələ bilməz.

Bir qədər də son illərdə bağlanmış kontraktlar barədə danışmaq istəyirəm. Əvvəlki kontraktlara nəyə görə irad tutulurdu? Məlumdur ki, 1993-cü il dünyanın ən çox taxıl yığılan ili olub. 80  dollara, 85 dollara, hətta 75 dollara Azərbaycana təkliflər var idi. Belə təkliflərə baxmayaraq, taxıl məhsulları şirkəti 106 dollara kontrakt bağlayıbdır. Bu, 1994-cü ilin əvvəllərində olan hadisələrdir. Həmçinin də un üçün bunları söyləmək olar. 165 dollara, 170 dollara, 180 dollara təkliflər olub. Lakin 200 dollara, 205 dollara, 210 dollara un alınıbdır. 1993-cü ilin axırı, 94-cü ilin birinci yarısında bağlanan kontraktların hamısında üstünlük una verilib, yəni, taxıl əvəzinə un gətirilib. Beləliklə, taxıl məhsulları şirkətinin rəhbərliyi tərəfindən o dövr ərzində Azərbaycana 25-30 milyon dollara yaxın ziyan vurulub.

Ardı Var

“Diktatorla Üz-Üzə” Kitabından (2001)

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: