“Müxalifətin 10 minlik gücünün qarşısına hökümətin 170 min çıxarmaq gücü var”

 

ACP lideri, eks spiker Rəsul Quliyev bir sıra sayt, internet tv və qəzetlərin, eləcə də vətəndaşların facebook səhifəsində ona ünvanladığı çoxsaylı sualları cavablandırmaqda davam edir.

Eks spikerin növbəti müsahibəsini təqdim edirik.

 

-NİDA gənclər təşkilatında həbslərdən sonra Azərbaycanda bir durğunluq yarandı,  bu ilin seçki ili olduğu hiss olunmur

– Yüngül bir tikinti də ucanda, zəif fundamenti dağıdır. Azərbaycan xalqı bir qədər fərqli xalqdır. Gələcəyi barədə fikirləşməyə yox, üstünlüyü daha çox bu gününə verir. Ona görə əcaib, “bu günümə də şükür” misalını böyük “müdrikliklə” tez-tez işlədir. Və bu təəssüf ki, kütləvi xarakter daşıyır.  Azərbaycanda kimlərsə heç bir əsası olmadan özünü ana müxalifət adlandırıb. Ancaq bir şeyi anlamalıdırlar ki, əgər özünü  ana müxalifət adlandırmısansa deməli, ölkədə baş verənlərə hökümət kimi cavabdehlik daşımalısan. İstənilən qurum əgər rejimlə mübarizəyə hazırlaşırsa bir neçə məsələni dərindən bilməlidir. Bu mübarizənin əlifbasıdır və onu bilməmiş istənilən atılan  hərəkət qeydsiz şərtsiz təslim olmaqla qurtaracaqdır. Bu həmişə belə olub və belə də olacaq.

İlk növbədə özünün real gücünün nədən ibarət olduğunu bilməlisən. Mətbuata söylənilən “bizim 15 mindən tutmuş 50 minə qədər üzvümüz var” nağılları işləmir və heç vaxt işləməz. Gücün nədən ibarət olduğu təxminən məlumdur. Keçən il aktivliyin yuxarı olduğu bir zamanda icazə verilmiş mitinqlərə və 20 Yanvar, Xocalı qırğını ilə əlaqədar nümayişlərə gələnlərin sayı bunu müəyyənləşdirib.  Bakı şəhərində bir neçə partiyanın hər birinin orta hesabla mindən çox aktiv dəstəkləyəni yoxdur və bu belədir. Rayonlarda bu rəqəm 10-50 arasında dəyişir. Və nəticədə respublika üzrə özünü müxalifət adlandıranların ümumi gücü 10 minə ancaq çatar.

Əks tərəfdə isə icra başçıları və onların təşkil edə biləcəklərinin sayı hər rayonda azı 500 nəfər, total 30 minə yaxındır.

DİN-liyinin azı 50 minlik ordusu, üstəgəl 40 minə yaxın polisi cəmi 90 min. Nazirliklər və komitələrin mühafizə və xüsusi polis dəstələri azı 5 nazirliyi hesablasaq, 50 min. Deməli, protest mitinqləri  təşkil etməklə seçkilərin qarşısını almaq istəyən müxalifətin 10 minlik gücünün qarşısına hökümətin bu gün heç bir zəhmət çəkmədən 170 min çıxarmaq gücü var. Belə bir qeyri-bərabərlikdən uzaq vəziyyətdə rəqibə qalib gəlmək mümkündürmü ? Bəli mümkündür. Bu işi görmək üçün gərək heç olmazsa bir 100 insanın ağlında inqilab baş verə.

Yəni bu günkü

a) gəlin, seçkilərin saxtalaşdırılmasının qarşısını alaq mən prezident olum.

b) seçkilərdə iştirak etmək siyasi kapitalımdır, hələ imkan var, onsuz da əvvəl-axır bu hökümət yıxılacaq (bəlkə də qaytardılar prinsipi) onda hakimiyyət avtomatik mənə çatar.

c) hələ gəncəm, müxalifətçiliyimi edib gözləyim, narazılıq artacaq ortada heç kim qalmayacaq, onda hakimiyyətə gələrəm.

Bu düşüncələrin heç birinin  bir faiz də perspektivi yoxdur. İnqilab beyinlərdən belə düşüncələri süpürüb atmalıdır.

Əvəzində

a) seçkilərin saxtalaşdırılmasının qarşısını almaq lazımdır ki, xalqın seçdiyi hakimiyyətə gəlsin.

b) mənim hakimiyyətə gəlməyim  yox, xalqın hakimiyyəti formalaşdırmağı əsasdır.

c) builki seçkilər demokratiya üçün axırıncı şansdır, mübarizə isə olum-ölüm mübarizəsidir. Mübarizədə qələbənin mümkünlüyü bundan başlayır.

 

Siz doğrudan inanırsınız ki, beyinlərdə belə bir inqilab baş versə hər şeyi dəyişmək mümkündür? “NİDA”ya münasibətinizi bildirmədiniz?

– NİDA təşkilatında çoxlu fədəkar gəncimiz toplaşıb, onlarla ancaq fəxr etmək olar. Birincisi ondan başlayaq ki, NİDA gənclər arasında kütləviliyə nail ola bilməyib, yəni 700 minlik gənclər ordusundan ancaq 300-ə yaxın fədəkar və 3 minə yaxın üzv toplaşa bilibdir, bu da azdır. İkincisi, NİDA və onları himayə edən yaşlı liderlər faktiki olaraq təşkilatın atacağı ikinci addımın variantlarını da hesablamayıblar. Yəni NİDA-ya qarşı hökümətin repressiyalar planı gözlənilirdi. Bəs belə bir şəraitdə hansı tədbirləri və hansı ardıcıllıqla görmək lazımdır əvvəlcədən müəyyənləşdirmək lazım deyildimi? Mən əminəm ki, onlara da özlərinə verdikləri təsəlli kimi “beynəlxalq aləm imkan verməz sizə qarşı repressiyalar edilsin, qorxmayın” məsləhətindən başqa heç nə deyilməyib.

Birincisi, NİDA göstərdi ki, onlar hökümətin diqqət mərkəzində olan bir gücdür, bu çox yaxşıdır. İkincisi, ruhdan düşmək olmaz onlar sakit atmosferdə gələcək iş planlarını müəyyənləşdirməli və artıq bir qaraguruhçu kimi yox, sanballı bir güc kimi hərəkət etməlidirlər. Ola bilər ki, ilk addım olaraq məsələn, 15 gün müddətində gənclərin Bakı və ya ümumi respublika konfransını təşkil etsinlər və orada geniş  müzakirə açsınlar. Səfirlikləri və siyasi partiyaların hamısını o konfransa dəvət etsinlər. Az qüvvə ilə qələbə çalmağın mümkünlüyü barədə bir qədər geniş izahat vermək lazım gələcək…

 

– Rəsul müəllim, bu gün Milli Şura söhbəti gündəmi ələ alıb. Müxalifətin bəzi qüvvəsi bu şuranın gələcəyinə ümidlə baxır. Siz nə fikirləşirsiniz?

– Avropa Azərbaycanlıları Milli Birlik Şurası da yaradılıb. Şuralar və hərəkatların hədəfi birdir – xalqı əliyevlər hakimiyyətinin zülmündən xilas etmək. Amma ayrı-ayrılıqda göstərdikləri fəaliyyətləri bu məqsədə çatmalarına nə dərəcədə mane ola bilər?

– İlham Əliyevin üçüncü dəfə prezidentliyə namizədliyini verəcəyini beynəlxalq təşkilatlar (Venesiya Komissiyası) demokratiyaya zidd addım kimi dəyərləndirirlər. Amma regionda marağı və Azərbaycanda demokratiyanın bərqərar olmasını istəyən hegemon dövlətlərin susmasını necə qiymətləndirirsiz?

– Dörd il əvvəl keçirilən referendum nəticəsində Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin 1-ci bəndi ləğv olundu. Həmin bənd Azərbaycanın prezidenti vəzifəsini ardıcıl olaraq iki müddət icra etmiş şəxsin növbəti seçkilərə qatılmasını yasaqlayırdı. Yerli və beynəlxalq etirazlara baxmayaraq hakimiyyət geri çəkilmədi. Bu dəfə necə, əgər İlham Əliyev yenidən bu posta yiyələnərsə vəziyyət hansı istiqamətdə cərəyan edə bilər?

Bu və digər sualların cavablarını isə yaxın günlərdə sizə təqdim edəcəyik. Onu da qeyd edək, R.Quliyevə suallar axını hələ də davam edir. R.Quliyevə sualınız varsa ünvanlayın.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

5 Cavab to ““Müxalifətin 10 minlik gücünün qarşısına hökümətin 170 min çıxarmaq gücü var””

  1. Yasasin,Rasul Quliyev.Biz sizinlayik.

    • Rəsul bəy bu cavabında NİDA gənclərini beyinlərində “inqilabi dəyişiklik” (əslində o, “inqilab” deyir) etməyə çağırır. Bu, bir növ “təfəkkürdə çevriliş” anlamına gələ bilər. Amma mən cənab Quliyevin bu çağırışını oxuyanda, yadıma düşdü ki, “inqilab” məfhumu sadəcə sosial-iqtisadi anlayış deyil. Müdrik Allahın Qədəri ilə idarə olunan proseslərdəndir. Bununla mən nə demək istəyirəm? Marksizm inqilabları, ziddiyyətlərin böhran vəziyyətinə gəlməsi və sonrakı halla – kapitalizmin zəif halqasının qırılması ilə izah edirdi ki, bu da kökündən yanlış düşüncə tərzi idi. İnqilab heç də yaxşı bir şey deyildir və o, heç vaxt təsəvvür olunan demokratiyaya gətirə bilməz, çünki hakimiyyətə məhdud dəstədən ibarət olan liderlər mənimsəyir və onlar geniş kütlələri istismar etməyə yönəlirlər. Bu zaman “demokratiyanın bütün “vədləri” boş vəd olaraq unudulur. Bütün inqilablarda belə olmuşdur. Xalq Cəbhəsi dövrünün inqilabı da, müxtəlif şeytani qüvvələrin səyi sayəsində eynilə nəticələndi. Niyə? Çünki inqilab etmiş xalq köhnəni dağıdır, yeni bir şey qurmaq istəyir. Lakin inqilabçıların (xalqın yox!) qurduğu diktaturanın təbiəti belədir və Allah belə inqilabları ona görə sanksiyalaşdırır ki, həmin xalqı allahsızlığa, imansızlığa görə, Yaradana laqeyd, naşükür olduqlarına görə cəzalandırsın. Deməli, müstəqillik, azadlıq, iqtisadi sərbəstlik və sairə demokratiya ilə nahaq əlaqələndirilən anlayışlar inqilabla deyil, Allaha qayıtmaqla, halal zəhmətlə, ədalətlə, əxlaqi dəyərlərlə əldə edildikdə, xalqa xidmət edə, ona yaraya bilər. Əks təqdirdə, hörmətli Rəsul bəy, əxlaq anlayışını itirmiş, ədalətin nə olduğunu belə təsəvvür etməyən, mənəvi paklığı qavrayıb özündə aşkar etməyən istər gənclər olsun, istər orta yaşlılar olsun, istərsə də mənim kimi ahıllar olsun, diktatura gətirən inqlablar tarix boyu (bir sıra keçəri parıltılardan başqa) genuş xalq kütlələrinə və ümumiyyətlə cəmiyyətə heç nə verməyiblər. Siz belə bir inqilabımı gənclərə məsləhət görürsünüz? Məncə bu, perspektivsiz bir “nəsihətdir”! Zərərlidir və cəfakeş xalqımızı azdırmaq kimi başa düşülə bilər. Amma mənə elə gəlir ki, siz əslində belə ola biləcəyini nəzərə almamısınız. Siz tarixi, savadlı bir ictimai və dövlət xadimi kimi, az-çox bilməlisiniz. Fransa inqilabından tutmuş, ta Rusiya inqilablarına kimi, heç bir inqilab geniş xalq təbəqəsinin heç köklü mənafelərini doğrultmayıb. Mən bir də təkrarlamağa məcburam: inqilabla başlayan hərəkat həmişə faciə ilə sonuclanıb və sonuclanacaq. Mən inqilabın bu dağıdıcılığını burada təfərrüatı ilə açma istəmirəm. Çünki Allahın hər bir xalq, cəmiyyət və s. təsisatlar haqqında yenilməz Qanunu var. Bu qanunları bilmədən səadətin hökm sürəcəyi bir cəmiyyət yaratmaq – kommunizm kimi bir utopiyadır. Hörmətlə, Fərahim

      • Siz sadəcə olaraq inqilab deyəndə Rusiyadakı Oktyabr dövlət çevrilişini deyirsiniz. Əslində bolşeviklər özü o hadisəni 1935-ci ilə qədər dövlət çevrilişi adlandırırdı. İnqilab köhnənin yeniliklə partlayış yolu ilə əvəz edilməsi deməkdir. Bizim tanıdığımız Rusiyada inqilab 1917-ci ilin fevralında baş verib və onun adı inqilab idi. 18-ci əsrdə İngiltərədə bazar iqtisadiyyatına keçid inqilabı, həmin 18-ci ildə ABŞ-ın müstəqillik etməsi inqilab yolu ilə baş verib. 19-cu əsrin ortalarında Fransuz inqilabı bütün Avropanı əhatə edib. Mən absolyut düz yazmışam siz sadəcə olaraq komunist partiyasının tarixinə söykənib belə qənaətə gəlmisiniz.

  2. Cavabları oxuduqca Rəsul müəllimin analitik qabiliyyətinə heyran qalmamaq mümükün deyil.

Geri izləmələr/Geri bildirişlər

  1. “Nə o yalan danışmağından utanır, nə də xalq hər dəfə ona inanmaqdan usanır” | Rəsul Quliyev - Rasul Guliyev - May 10, 2013

    […] Əvvəli […]

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: