“Qorxu insan üçün labüd olan keyfiyyətdir. Qorxmağı etiraf etmək qəbahət deyil.”

Azərbaycanın eks-spikeri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, uzun illərdir Amerikada mühacir həyatı yaşayan Rəsul Quliyevin Modern.az saytına müsahibəsini təqdim edirik:

 

– Rəsul bəy, uzun illərdir Azərbaycandan xeyli uzaqda, Amerikada mühacirətdəsiniz. Vətən üçün heç darıxırsınızmı? Doğulub boya-başa çatdığınız yerləri necə xatırlayırsınız?

– Həyatda vətənlə əlaqədar əsasən iki formalaşmış xarakter vardır. Birinicisi, harada yaşamasının insan üçün fərqi yoxdur, ona yaxşı olan ölkədə yaşamağa üstünlük verir. İkincisi, normal, dolğun həyat yaşamasına baxmayaraq, insan vətənini unutmur və onu həmişə xatırlayır. Yaş artdıqca bu hisslər hər ikisi bir qədər formasını dəyişir. Birincilər az qala vətəninin hara olduğunu yaddan çıxardır. İkincilər isə əksinə, daha çox onu vətəninə bağlayan hadisələri daim xatırlayır. Ancaq bu demək deyil ki, pessimizmə qapılır, depressiyaya düşür. Bu da təbii ki, yaşadığın həyatın mənalı və gərgin olmasından aslıdır. Mən ikincilərə aidəm. Məsələ ondadır ki, yaş artdıqca əgər yaddaşında bir problem yoxdursa, daha tez-tez keçmiş həyatını xatırlayırsan.

 

– Keçmişinizlə bağlı daha çox nəyi xatırlayırsınız? Unutmadığınız, gözünüzün önündən getməyən hadisələr varmı?

– Qəribəsi odur ki, məsələn, birinci sinifə getməyimdən orta məktəbi qurtarana qədər baş verən hadisələr daha çox yaddaşımda ilişib qalıb, nəinki məsələn, son 30 ildə baş verənlər. 1954-cü ildə birinci sinifə gedəndə çox dəhşət kasıbçılıq idi. Ayaqqabı, corab kimi şeyləri çox az ailənin uşaqları geyinə bilirdi. Mənim üçün bir çarıq tikmişdilər. Anam da yundan rəngli corab toxumuşdu. Təsəvvür edirsiniz, sentyabrın 1-də güllü yun corabla göydən od yağan Naxçıvanın kəndində dərsə getmək necə gülünc görünürdü. O vaxtdan hadisələrin hamısını xatırlayıram və darıxmaqdan çox, bunlar məndə gülüş doğurur.

Vətənlə bağlı mənim çox gərgin əmək fəaliyyətim olub. 1967-ci ildə ‘Müstəqil Azərbaycan‘ Partiyası yaratmaq cəhdinə görə DTK bizi qısa müddətə həbs edib, sonra buraxıb, komsomolun siyasi səhvlərinə görə, şiddətli tömət verilib.

Sonra zavodda fəaliyyətə başlayandan gündə 12-14 saat işləmişəm. 28 yaşımda artıq baş mühəndisin müavini, 32 yaşında baş mühəndis və 33 yaşında 4000 adamın çalışdığı zavodun direktoru olmuşam. O dövrdə müdafiə əhəmiyyətli, yüksək partlayış və yanğın təhlükəli bu tip zavodların direktorları arasında ən gənci hesab edilirdim. İşlədiyim dövrdə insanların çətin yaşayış şəraitlərini yüngülləşdirmək üçün çalışmışam. Ən azı 2-3 ilə bizim zavodda əmək haqqı Sovet İttifaqında ən yüksək səviyəyə çatdırılmışdı. Zavodun fəhlələrinin maaşı istənilən elmlər doktorundan yuxarı idi. Mən özümsə ixtiralarımla birlikdə Azərbaycanda ən yüksək maaşı olan MK birinci katibindən azı 4 dəfə çox maaş alırdım.

 

– Gənclik illərini Naxçıvanda keçirən Rəsul Quliyev artıq 17 ildir Amerikada yaşayır. Özünüzdə nə kimi dəyişikliklər hiss edirsiniz?

– Yenə qeyd edim ki, bir çox yerlərdə yüksək postlarda çalışmışam. Hətta Baş nazirin müavini və parlamentin sədri işləyəndə belə, formalaşmış xarakterim dəyişmədi. Ümumiyyətlə, düşünürəm ki, insanın xarakteri maksimum 30 yaşına qədər formalaşır, o yalandır ki, filankəs birdən dəyişdi. Əlbəttə belə gərgin həyat izoliyasiyada keçə bilməz.

 

– İndi Azərbaycanda dostlarınız varmı? Bir vaxtlar sizinlə yaxın olan insanlarla, yaxınlarınızla, keçmiş dostlarınızla əlaqələr saxlayırsınız?

– Azərbaycanın hər yerində, xüsusilə Bakıda kifayət qədər dostlarım və yaxın tanışlarım var. Bəlkə də Azərbaycanda mənim qədər bir çoxları ilə ünsiyyətdə olan ikinci adam tapmaq olmaz. Nəzərə alsaq ki, mənim yaxın tanışlarımın ranqı məni heç vaxt maraqlandırmayıb, onların içərisində fəhlə və aşpazdan tutmuş,  prezidenlərə qədər müxtəlif, bir-birlərini qəbul etməyən təbəqələrə rast gəlmək olar.

Onların bəziləri cəsarət edib mənimlə əlaqə saxlayır, ancaq əksəriyyəti ürəklərindən qara qanlar axsa da, emosional vəziyyətdə ağlasa da, mənimlə əlaqə saxlamırlar.

 

– Həmin dostlarınızı qınayırsınız?

– Mən onları qınamıram. Qorxu insan üçün labüd olan keyfiyyətdir. Qorxmağı etiraf etmək qəbahət deyil. Amma “uşaqlarıma görə qorxuram” deməklə əsaslandırmaq qəbahətdir.

Dünyanın dahi alimlərinin ixtiralarına görə, dünya büsbütün dəyişib. Məsələn, bu günkü səviyyəni hətta yaxın 1990-cı illə belə, müqayisə edə bilməzsən. Ancaq insanların daxilində baş verənlər inqilabı dəyişikliyə uğramayıb. Məsələn oğlanla qız arasında məhəbbət hissi min il ərzində heç bir faiz də olsa, dəyişməyib. Və ya qorxu hissi. Bir milyon ildən çox formalaşan insanın genlərinin qismən dəyişməsi üçün əlavə bir milyon il də lazımdır. Öz uşaqlarına münasibətdə beş min il bundan öncə ilə indinin arasında nə fərq var ki?

 

– Azərbaycana gəlməyi, həmişəlik burada yaşamağı çox istəyirsiniz?

– Əlbəttə, mən həyat yoldaşımla gəlib həmişəlik Azərbaycanda yaşamaq istərdim. Övladlarım və nəvələrim barədə isə bir söz deyə bilmərəm. Çünki qərarı mən yox, özləri qəbul edə bilərlər.

 

– Əgər sirr deyilsə, övladlarınızla da bağlı bizə yeni məlumat verərdiniz. Övladlarınız haradadırlar, nə işlə məşğul olurlar?

– Onlar da yaxşıdırlar. Ailələri, uşaqları ilə yaşayırlar. Nəvələrimin hamısı Amerikada doğulublar və təhsillərini də burada alırlar. Sözsüz ki, Amerikada həyat tərzi Azərbaycandan köklü şəkildə fərqlənir. Birincisi. onlar üçün yalan demək ən böyük qəbahətdir. İkincisi, onlarda müstəqillik hissi o qədər güclü formalaşır ki, 90 faizi 14-15 yaşından haralardasa bəzi işlərdə çalışıb, pul qazanmaq və valideynlərindən asılı olmaq istəmirlər, üçüncüsü, 18 yaşında instituta daxil olandan sonra heç biri valideynləri ilə yaşamır, bankdan borc götürüb təhsillərini davam etdirirlər.
ABŞ gənclərinin 90 faizi belə bir yol keçir və özlərinin əqli və fiziki imkanlarını maddiləşdirməkdə bərabər hüquqludurlar. Ona görə də ABŞ elitasının 80 faizinə yaxını valideynləri varlı olmayanlardan formalaşır.

Belə bir ziddiyətli həyat tərzini onlar qəbul edəcəklər ya yox, mən deyə bilmərəm. Əlbəttə, nəvələrin hamısı bilir ki, onların vətəni Azərbaycandır. Burada təhsili ingilis dilində alsalar da, azərbaycanca da danışa bilirlər.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

2 Cavab to ““Qorxu insan üçün labüd olan keyfiyyətdir. Qorxmağı etiraf etmək qəbahət deyil.””

  1. Salam prezident İlham Əliyev sənin Milli Məclisə verdiyin gösdərişlə internetdə böhtan və təhqir xarakterli fikirlərə görə cinayət məsuliyyəti yaradan dəyişikliyin qəbul edilməsindən mən Qarabag əlili olaraq buna qəti etirazımı bildirir və pisləyirəm.Bu Azərbaycan xalqını tam məhv etmək deməkdir.Birincisi sən İlham Радио Эхо Москвa yazdıgı məqaləyə və şəkilə görə xalqa açıqlama verməyini səndən tələb edirəm.Фальшивые черты “Общенародного лидера”.В “Радио Эхо Москвы” опубликована статья про, как у нас называют, общенароднной лидере Азербайджана Гейдар Алирза оглы Алиеве.Mən Qarabag əlili sənə yazdımki binanın qarşısına çıxıram fərarinin uşagı mənə topal yeri deyir mən Qarabag əlilini təhqir eləyir sən İlham fərarini və uşagını Qarabag əlilindən üsdün tutdun bəlkə deyəsən buda yalandır.Mən sənə yazdımki Tər-tər İH başçısı Cehun Cəfərov məni təhqir eləyir mənə deyirki sənin səsini kəsəcəm hələ sənin səsini kəsəndən sonra sənə nəsə verəcəm.sən İlhama xidmət edən şərəfsiz tərbiyəsiz məmur icra hakimiyətində mənə dediki ə xalq kimdirki xalq qələt eləyir sən ilham bunada cavab vermədin.Sən İlham mənim qohumuma pul verdirib və yüksək vəzifə söz verərək mən Qarabag əlilini saytlarda təhqir elətdirmisən bəlkə deyəsən buda yalandır.sən İlham 20 ildir yataq xəsdəsi olan Qarabag əliliynən prinsip apararaq məni məhv eləmək isləyirsən bütün dövlət təşkilatlarına bütün nazirliklərə gösdəriş verərək tapşprmısanki Qarabag zəlili Mehmanın şikayətinə baxmayın ona ikinci maşını verməyin onu məmur qapılarında süründürün onu təhqir eləyin.mən 20 ildir oturdugum əlil arbasını sənin əziz balana sənə əziz olan nəvənə arzulayıram mən səni o bir Allaha tapşırmışam.sən İlham yetim bir oglanla prinsip aparırsan blogger Rəşad Ramazanovu həps etdirib ona insanlıga sıgmayan işgəmcələrə məruz etdirmisən bunu Allah sənə bagışlmayacaq biləsən.Nəməlum nömürədən zəng edib mən Qarabag əlilini ələ salırlar ki güya nazir Fizuli məni bir həfdəyə qəbul edəcək mən bunu sənə yazdım cavab vermədin yadda saxla sən prezident İlhamın gösdərişi əli olmasa heçkim Qarabag əlilini ələ sala bilməz təhqir edə bilməz.sən İlham şəxsi maraqların naminə internetdə böhtan və təhqir görə insanlara agır cəzə tədbiq eləmək isləyirsən saxda hakimiyətini qorumaq üçün sən ilhamın gösdərişi olmasa heçbir dövlət məmuru xalq təhqir edə bilməz sənin gözdərişin olmasa heçbir harınlamış qudurgan məmur Qarabag əlilini və heçbir vətəndaşı söyüb təhqir edə bilməz mən sən İlhamdan tələb edirəm və soruşuram de görüm bu ac xalqı təhqir edənlərin qarşısını kim alacaq??.22-05-2013.

  2. Eger qorxmursansa Azerbaycana niye gelmirsen

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: