“Milli Şuranın yaradılması ilə bütün problemlər həllini tapacaq illyuziyasına düşmək təhlükəlidir”
Azərbaycanın eks-spikeri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev müxalifətin yenicə elan etdiyi Milli Şura ilə bağlı tapşırıqlarını verib.
Eks-spiker daha sonra yerli telekanallara müraciət edərək, Milli Şuraya efir vaxtı ayrılmasını tələb edib:
“Birincisi, mən Milli Şurada “təmsil olunmağa razılıq verdim” kateqoriyasına aid deyiləm. Milli Şuranın yaradılmasında ilk günlərdən aktiv iştirak edənlərdənəm. Ancaq bu elə də böyük bir əhəmiyyət kəsb etmir. Milli Şura yaranıb, onun çoxsaylı təmsilçiləri olacaq, bu hələ ki binanın fasadıdır. Məsələn, Milli Şuranın vəzifəsi 10 problemi həll etməkdirsə, yaranması 1-ci addımın atılması deməkdir. İndi ikinci kiçik addım atılmalıdır, təsisçilər müəyyənləşməlidir, başqa sözlə, onların razılığı alınmalıdır. Milli Şuraya sədr və idarə (rəyasət) heyəti seçilməlidir. Bu da əsas problemlərin həllində ikinci kiçik addımdır. Əsas iş ondan sonra başlayır. Milli Şuranın ancaq bir vəzifəsi var. Xalqın hakimiyyəti formalaşdırmaq Konstitusiya hüququnun özünə qaytarılmasına nail olmaq. Bunun üçün konkret olaraq seçki qanunu və Mərkəzi Seçki Komisiyasının formalaşdırılması kökündən dəyişilməlidir. Büdcədən maliyyələşdirilən TV-lərin hamısı müstəqil olmalı və Milli Şuraya vaxt ayırmalıdır. İnsanlar etiraz mitinqləri keçirməkdə azad olmalıdırlar və sairə”.
R.Quliyev daha sonra Milli Şurada təmsil olunacaq şəxslərə tapşırıqlarını verib. Eks-spiker hesab edir ki, Milli Şura naminə iş görməyən insanlar dərhal bu siyahıdən uzaqlaşdırılmalıdır.
“Milli Şura beynəlxalq təşkilatlar və xarici ölkələrin diqqətini Azərbaycan seçkilərinə cəlb etməlidirlər. Seçkilərə nəzarət edənlərin sayı 10 dəfələrlə artırılmalıdır. Azad seçkilər uğrunda mübarizə bütün Azərbaycan üzrə inkişaf etməlidir. Milli Şuranın üzvləri rayonlara getməli və insanları aktivləşdirməyə cəhd etməlidirlər. Bu işləri görmək istəməyən şəxslər Milli Şuraya ya daxil olmamalıdır ya da istefa verməlidirlər. Bu gün Azərbaycana konkret işlər görmək istəyən tanınmış adamlar lazımdır, ancaq öz işi ilə məşğul olan tanınmış adamlar yox. Azərbaycanda 10 illərlə aparılan siyasət, qəzetlərin yazmasına baxmayaraq dünya şöhrətli fövqalədə şəxsiyət yarada bilməyib. Belə bir adam yoxdur ki, onun Milli Şurada passiv iştirakına möhtac olaq. Bir sözlə, Milli Şura gündə 24 saat real və konkret işlərlə məşğul olan bir təşkilata çevrilməlidir. Həm vaxt yoxdur, həm də opponent seçkiləri saxtalaşdırmaqda kifayət qədər təcrübə toplamış bütün finansı əlində təmərküzləşdirmiş təhlükəli rəqibdir. Milli Şuranın yaradılması ilə bütün problemlər həllini tapacaq illüziyasına düşmək təhlükəlidir. Konkret iş görmək lazımdır”.
Rəsul müəllim,Sizin fikirlərinizlə yaxından tanış olduqca düşünürəm ki,həqiqətən də həm Vətənə olan sevginizlə,həm intellekt tutmunuzla,həm də sadəliynizlə fərqlənən lidersiniz.Sizin yolunuzla addımlamaq bir şərəf işidir bizlərə.
Salam Rəsul bəy!
Yadınızdadırsa mən çoxdan bu təklifi sizə vermişdim. Bütün cinayətkar hakimiyyətə qarşı olan qüvvələrin birləşməsi mütləq olmasını. Bu birləşmənin banisi siz olsaydız, daha yaxşı olardı. Çünki siyasətdə tanınan simalardan birisiz. Düzdür Rüstəm bəydə dünya miqyasında tanınmış insanlardan biridir, lakin siyasətçi kimi deyil, kinomatoqraf, Oskar mükafatçısı kimi.
Sizin fikrinizcə Rüstəm bəyi vahid namizəd kimi seçilsə uğur əldə edə bilərikmi? Və Sizin Rüstəm bəyin vahid namizəd olmasına münasibətiniz necədir?