“Bu gün və yaxın 20 ildə fantaziya olan Avroatlantik blokuna inteqrasiya şüarı bizə heç nə verməz”

“Bu bloka daxil olmaq elə də asan məsələ deyil” 

ACP lideri Rəsul Quliyev Milli Şuranın bəyannaməsində əks olunan Avroatlantik məkana inteqrasiya məsələsinə münasibət bildirib. Rəsul Quliyev “Qafqazinfo” ya açıqlamasında qeyd edib ki, burada Avroatlantik, başqa sözlə NATO ilə inteqrasiyadan söhbət gedir, yəni hərbi bloka qoşulmaq məsələsi gündəmə gətirilib: ”Bu blok 1950-ci illərdə Sovet İttifaqının Avropada aqressiv planlarını pozmaq üçün yaradılmış blokdur. Bu bloka ABŞ, Kanada sonradan isə Türkiyə qoşuldu. Sovetlər dağılandan sonra Rusiya ilə ümumi sərhədli və gərgin münasibətləri olan Pribaltika ölkələri, Polşa və başqa ölkələr də bu bloka qəbul edildi. Bloka daxil olan ölkələrin əksəriyyəti ilk növbədə, Avropa Birliyinə daxil olurlar. Bu bloka daxil olmaq elə də asan məsələ deyil. Türkiyə uzun illərdir Avropa Birliyinə , Ukrayna və Gürcüstan isə on illərdir ki, Avropa Birliyi və bloka daxil olmaq üçün çalışır, ancaq buna nail ola bilmir”.

ACP lideri Milli Şuranın bəyannaməsində Azərbaycanın Avropaya inteqrasiya siyasəti aparacağının yazıldığını qeyd edib: “Bu əsas məsələdir, ondan törəmə hərbi bloka daxil olmaq məsələsini qabartmağın hansı mənanı güddüyünü anlaya bilmirəm. Azərbaycan əgər bu il azad və ədalətli seçkilər keçirib Avropa Birliyinə inteqrasiya etmək üçün müraciət etsə, ən yaxşı halda bu proses 20 il çəkər. Çünki gərək ən azı 3 beynəlxalq standartlara uyğun seçki keçirilə, korrupsiya və rüşvətdən xilas oluna, qonşularla müharibə vəziyyəti aradan qaldırıla, infilyasiya 2-3 faizə çatdırıla, finans sistemi beynəlxalq standartlara uyğun və açıq ola, bank sistemi yarana, insan haqqlarını qoruya biləcək məhkəmə sistemi ola və sair. Mən ən optimal vəziyyəti dedim. Bu günkü quldarlıq və feodal qanunlarla yaşayan Azərbaycanın tez bir zamanda yüksək sivilizasiya qanunlarına keçə bilməsi şübhə doğurur. Bu 20 il ərzində yeni bir ideyanın konturları görünməkdədir. Yəni dünya inteqrasiyası bu gün real görünür. Torpaqlarının 20 faizi işğal olunmuş Azərbaycanın siyasəti ilk növbədə, bu torpaqların geri qaytarılması istiqamətində aparılmalıdır. Bu gün və yaxın 20 ildə fantaziya olan Avroatlantik blokuna inteqrasiya şüarı bizə heç nə verməz, əksinə 2008-ci ilin avqustunda baş verən Gürcüstan sindromuna sürükləyə bilər”.

Günel

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Bir Cavab to ““Bu gün və yaxın 20 ildə fantaziya olan Avroatlantik blokuna inteqrasiya şüarı bizə heç nə verməz””

  1. Salam prezident İlham Əliyev 21-06-2013 bildimki sən İlham Əliyev bir milyon azn manat rüşvət alıb Tər-tər rayonuna təyin etdiyin dələduz maşenik rüşvətxor deputat Sahib Alıyev başında bir qrup adamla Tanınmış türk sənətçisi Mustafa Yıldızdoğlu rayonda ac Tər-tər xalqına Şoooo verir.Mən Sahibin rayondakı nümayəndəsi Nizamı Kərimova dəfələrlə dedimki deputat gələndə mənə de onunla görüşüm mən dəfələrlə MTN rəyisi Raquf müəllimə demişəmki deputat rayona gələndə mənə zəng elə deputatla görüşüm mən bunu üç ildir deyirəm.Nizami.K Raquf müəlimdə mən Qarabag əlilini aldadır hərdəfə bir bahanə edirlər.Nizamiyə dedimki Sahibin nömürəsini mənə ver deyirki Sahib mənə naməlum nömürəylə zəng edir nömürəsini bilmirəm.MTN Raquf müəllimə dedim deptatın mobil nömürəsini mənə ver deyir bilmirəm öyrənib sənə deyərəm bir müddət keçəndən sonra zəng elədim Raquf müəllim dediki deputatın bir nömürəsini tapdım zəng edirəm işləmir mən dedimki Raquf müəllim bu gülməlidirki MTN rəyisi deputatın nömürəsini bilmir bunu kimə desən inanmaz.Mən deputat Sahibin rayona gəldiyin bilən kimi Sahibin nümayəndəsi Nizami Kərimova zəng elədim ki məni onunla görüşdür Nizami dediki mən Gəncə şəhərindəyəm deputatın gəlməyindən xəbərim yoxdur.Mən MTN rəyisi Raquf müəllimə zəng elədim Raquf dediki deputatadan xəbərimyoxdur bəs işıx keçib mən getmişəm çalışıram işigı düzəldirəm konsert dayanıb Raquf dedi mən deputatın gəlməyindən xəbərim yoxdur sənget konsertə gəlibsə görüş.Zəng elədim İH abaşçısı Cehun Cəfərovun sürücüsü Vüsala dedim deputat gəlib köməklik elə Sahiblə götüşüm Vüsal dediki məm Bakıdayam Cehunun maşınını başqa adam sürür lakin mən konsrt verilən yerə gələndə gördümkü Vüsal ordadır.Mən getdim parka konsert verilən yerə orada Raquf müəllimə zəng elədim telefonu açmadı mən qabaga getdim Raquf müəllim məni gördü bundan sonra mənə zəng elədi dedim gəlmişəm Sahiblə görüşüm Raquf müəllim dediki gözlə konsert qutarsın deputatla görüş lakin konserti yarımçıq saxaldılar deputat Sahib Alıyev İH başçısı Cehun Cəfərov MTN rəyisi Raquf müəllim və başqaları qaçdılar Allaha and olsun mən dərhal Raquf müəllimə zəng elədim Raquf müəllim dəfələrlə zəng etməyimə baxmayaraq telefonu açmadı mən səhnədən durub gedən Türklərə dedimki Türk kardaşlarımız gördünüzmü şərəfsiz tərbiyəsiz əxlaqsız deputat Qarabag əlilinin qəbul eləmədi qaçdı lakin türk kardaşlarının səsi belə çıxmadı.zəng elədim İHB şoferi Vüsala lakin Vüsalda telefonu açmadı Allaha and olsun.Deputat qaçandan 10 dəqiqə sonra zəng elədim Raquf müəllim telefonuma cavab verdi Raquf müəllim dediki Sahib getdi tədbirə hərbi hissəyə əsgərlərin yanına dördyola mən dedimki gecə saat 11-də tədbir olur bu sözdən sonra mən getdim evə.Yarım saatdan sonra İH başçısı Cehun Cəfərovun şoferi mənə zəng elədi soruşdumki mən sənə zəng edirəm sən deyirsənki bakıdayam sən Qarabag əlilini aldadırsan Vüsal dediki mən kiməmki mən əmir yerinə yetirirəm mən Vüsaldan soruşdum sən telefonuma cavab vermədin Sahib indi hardadır Vüsal dediki Sahib getdi Bakıya mən dedimki Raquf müəllim deyirki Sahib getdi tədbirə dördyola gecə saat 11-r də.cənab İlham bunlar hərəsi bir söz dedilər.Vüsaldan bir saat sonra MTN rəyisi Raquf müəllim mənə zəg elədiki Sahib dediki sənilə görüşmək isləyir lakin ona yuxarıdan icazə verməyiblər səninlə görüşsün.Raquf müəllim mənə dediki Mehman sabah saat 10 tamamda sənə zəng edib sənə bir xəbər verəcəm mən sabah 11-r tamama kimi gözlədim Raquf müəllim mənə zəng eləmədi mən Raquf müəllimə zəng elədim Raquf dediki Sahib gecəylə gedib Bakıya kəsəsi Rauf müəllim mənə dediki sən bir az səbir elə seçki qabagıdır Sahib bu yaxınlarda yenə gələcək onda görüşərsən mən dedimki Raquf müəllim mən 20 ildir səbir eləyirəm Raquf mənə dediki sən indən sonra 40 ildə hələ səbir eləməlisən Allaha and olsun.Mən dedimki Raquf müəllim siz demədinizmi Qarabag əlili sizinlə görüşmək isləyir Raquf deyirki deputat müsdəqil adamdır mən ona deyə bilmərəmki sən Qarabag əliliylə görüş.Mən dedimki bax bu hadisəni oldugu kimi yazacam prezident ilhama Raquf müəllim dediki yaz.İlham Əliyev mən bu danışıqlar haqda qısa yazıram bu danışıqlar Azərcelldə yazılır diqqətlə qulaq asın.Mən dedim Raquf müəllim siz niyə deputatla getmədiniz tədbirə Raquf müəllim dediki mənim öz şəxsi misiyam var ora gedirəm.mən prezident İlham Əliyevə yazdıgım məktub vasitəsiylə türk sənətçisi Mustafa Yıldızdoğluya səslənirəm ki əgər sən əsil türksənsə mən Qarabag əlilinin qarşısından qaçan şərəfsiz tərbiyəsiz deputat Sahib Alıyavdən aldıgı qəpik-quruş pula öz mənliyini satmasın.cənab prezident həmin konsertdə deputat Qənirə Paşayeva və bəsdəkar Gövhər Həsənzadə də işdirak edirdilər ayıb olsun Qənirə Paşayevayada Gövhər Həsənzadəyədə.cənab prezident Qənirə Paşayeva Qarabag torpagı haqda Şəhidlərdən efirdə danışanda agzına çulludovşan sıgmır lakin Qənirə Sahiblə birlikdə mən canlı şəhidin qarşısından dovşan kimi qaçdılar bu Tər-tər xalqının gözü qarşısında başverdi.Mən Qarabag əlili prezidentə yazdıgım məktub vasitəsiylə MHP Genel Başkanı Devlet Bahçeliya səslənirəm ki sayın Devlet Bahçeli sizin tənqid elədiyiniz saxda deputat Qənirə Paşayeva deputat Sahib Alıyevlə mən Qarabag əlilinin qarşısından dovşan kimi qaçdılar Allaha and olsun.cənab prezident güya sən bilmirsənki bir milyon rüşvət alıb təyin etdiyin deputat Qarabag əlilinin qarşısından dovşankimi qaçacaq vətənini sevən Qarbagı sevən Şəhidini qəlbən sevən sənə İlhama rüşvət verib vəzifə tutmaz Allaha and olsun.cənab prezident İlham bu sənin xalqa vətənə Qarabag torpağına olan saxda sevgiyin və siyasətiyin gösdəricisidir Allaha and olsun.deputat Sahibin şəxsi Audi cipi var cənab ilham mən səndən tələb edirəm degörüm maaşla Audi cipi almaq olarmı.cənab İlham sənin Qarabag torpağına Qarabag əlilinə verdiyin qiymət bax budur sən belə şərəfsizlərə şərayit yardaırsanki sənin saxda hakimiyətini müdafiyə eləsinlər Qarabag torpagında əbədi olaraq verdin ermənilərə sən İlham Əliyev.29-06-2013.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: