Milli Şuranın Azərbaycanın rəsmi qurumlarına müraciəti

İyulun 8-də Milli Şura bu ilin payızında keçiriləcək prezident seçkilərində İlham Əliyevin namizədliyi ilə bağlı Milli Məclisə, Konstitusiya Məhkəməsinə, Mərkəzi Seçki Komissiyasına, Ali Məhkəməyə, Baş Prokurorluğa müraciət ünvnlayıb. Müraciətin tam mətnini təqdim edirik:

Hörmətli cənablar!
2011-ci ildən başlayaraq dünyanın aparıcı televiziya kanalları və mətbuat orqanları Azərbaycanda korrupsiya və rüşvətin tüğyan etdiyi barədə xeyli sayda verilişlər efirə verib, yazılar dərc edib.
Eyni zamanda,  nüfuzlu beynəlxalq təşkilatlar hesabatlarında korrupsiya və rüşvətin miqyasına görə Azərbaycanı dünyanın ən çox korrupsiyalaşmış ölkələri  sırasına daxil edib, ölkənin prezidentini isə son 3 il müddətində iki dəfə açıq mətnlə “bir nömrəli korrupsioner” adlandırıb.
2011-cu il martın 10-da “Vaşinqton Post” qəzetində Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin ildə 228 min dollarlıq maaşı ilə Dubayda övladlarına 75 milyon dollarlıq mülkiyyət almasından (xatırladaq ki, İlham Əliyevə o mülkləri almaq üçün maaşından heç bir qəpik də xərcləmədən düz 329 il Azərbaycanın prezidenti işləmək lazım gələrdi) bəhs edən məqalədə, eləcə də sonradan yerli və xarici kütləvi informasiya vasitələrində geniş yayılmış “Azərfon”a İlham Əliyevin qızlarına məxsus Panama şirkətləri nəzarət edir”, “Prezidentin qızı banka necə sahib oldu?”, “Qızıl mədənlərində Əliyevlərin payı” və s. sərlövhəli yazılarda göstərilmiş faktlar ölkədə korrupsiyanın başında prezident Əliyevin durduğunu tam şəkildə sübuta yetirir.
Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun üzvü Stefan Candeanın araşdırmasında da İlham Əliyev və onun ailə üzvlərinin 1995-ci ildən hansı yollarla offshore zonalarda çoxmilyardlı “çirkli pullar”ını gizlətmələri barədə kifayət qədər faktlar sadalanıb. Üstəlik, bu cinayət xarakterli əməllərin törədilməsində Əliyevlərə kömək edən konkret insanların adları da çəkilib.
Əliyevlər hakimiyyətinin korrupsioner mahiyyətinin artıq beynəlxalq ictimaiyyətə tamamilə məlum olduğunu və yaratdığı rezonansın miqyasını bilmək üçün bir fakta baxmaq yetər: təkcə 2011-ci ildə “CNBC” kanalının Əliyevlər ailəsinin korrupsiya əməllərinə həsr etdiyi verilişi dünyada 1 milyarddan çox adam izləyib!
Hörmətli cənablar! Nəzərinizə onu da çatdıraq ki, prezident Əliyev heç vaxt özü və ailə üzvləri barəsində söylənən bu ittihamları təkzib etməyə, onların böhtan olduğunu söyləməyə səy göstərməyib. Çünki özü də yaxşı bilir ki, indiyədək yazılanlar və deyilənlər Əliyevlərin korrupsiya və rüşvətxorluqla bağlı əməllərinin heç 10 faizini də əks etdirmir. Onun əvəzindən isə Prezident Administrasiyasının məsul işçiləri sadəcə “bu yazılanlarda elə bir şey yoxdur, prezidentin ailə üzvləri bizneslə məşğuldurlar” kimi mücərrəd və Prezidentin əleyhunə yozulan, korrupsiya ilə bağlı çoxsaylı suallar doğuran bəyanatlar verməklə kifayətləniblər.
Məlumat üçün onu da bildirək ki, Prezident Əliyevin adı 10 ildir ABŞ məhkəmələrində V.Kojeni işiylə bağlı dəfələrlə hallandırılıb. İ.Əliyevin hələ 90-cı illərin ikinci yarısında V.Kojenindən Azərbaycan neft sənayesinin özəlləşdirilməsi adı altında böyük məbləğdə pul alması, sonradan vədini yerinə yetirməməsi nəticəsində çoxlu şəxslərin zərər çəkməsi məhkəmə müzakirələrinin mövzusu olub. Bu işi bağlamaq üçün İlham Əliyev aldığı idia olunan məbləğdən iki dəfə çox olan bu pulu (hələ ki, 150 milyon dollar) öz şəxsi vəsaiti hesabına yox, dövlətin büdcəsindən  ödətdirib. Hələlik məhkəmə prosesi gedir və Azərbaycanının əlavə nə qədər pul ödəyəcəyi isə məlum deyil.
Yuxarıda göstərilən bütün bu faktlar Azərbaycan Respublikası Konstitusuyasının 107-ci maddəsinə əsasən İlham Əliyevin vəzifədən kənarlaşdırılması məsələsini qaldırmağa əsas verir.
Hörmətli cənablar! Bütün dünyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsinin xalqların taleyində nə kimi fəsadlara gətirib çıxardığının müzakirə olunduğu və bu ənənənin qarşısının kəsilməsi üçün yollar arandığı bir vaxtda Əliyevin qanunsuz olaraq üçüncü beşilliyə də hakimiyyətdə qalmaq istəyi saysız cinayətlərin məsuliyyətini üzərində hiss edən bir avtoritarın dünyanın demokratik düzəninə meydan oxuyacaq son çırpıntıları kimi qiymətləndirilməlidir. İ. Əliyev 2009-cu ilin martında bütün etirazları boğaraq, umumxalq səsverməsinin nəticələrini saxtalaşdıraraq 2 dəfədən artıq dalbadal prezident seçilməsini qadağn edən müddəanı ölkə Konstitusiyasından çıxarıb. 2008-ci ildə bu şərtlərlə prezidentliyə getdiyi üçün hüququn mühüm prinsiplərindən biri – qanunun geriyə qüvvəsinin olmaması – prinsipinə əsasən bu yeni qayda ona şamil oluna bilməz.
Hörmətli cənablar! Bütün bu deyilənlər həm beynəlxalq aləmdə, həm də ölkənin daxilində “korrupsiya və rüşvətin başında dayanan əsas şəxslər” imicinə malik İlham Əliyevin və onun ailə üzvlərinin 2013-cü il prezident seçkilərində namizəd kimi iştiraklarına mənəvi və hüququ baxımdan haqlarının çatmadığını bir daha ortaya qoyur. Üstəlik, o fakt mütləq nəzərə alınmalıdır ki, xalqdan oğurladığı pulları dünyanın bir çox offshore zonalarında və banklarında saxlayan Prezident Əliyev xarici ölkələrdən tam asılı vəziyyətə düşüb və Azərbaycanın maraqlarını təmsil etmək imkanından məhrumdur. Belə bir şəxsin yenidən prezident postunu ələ keçirməsi Azərbaycan xalqı, ümumiyyətlə haçansa bu ölkədə demokratiyanın yaranacağına son ümidini itirməmiş insanlar üçün faciə ilə qurtaracaq.
Hörmətli cənablar! İlham Əliyev bu deyilənləri nəzərə almayıb seçkidə namizəd kimi iştirak etmək niyyətindədirsə, dünyanın bütün qitələrində ona və ailə üzvlərinə məxsus olduğu bildirilən firmaların son 5 ildəki maliyyə-təsərrüfat hesabatlarını açıqlamalıdır. Çünki bu firmaların əksəriyyəti ancaq Azərbaycandakı qeyri-leqal “bizneslə” pul qazanıblar. Xalq bu firmaların saxta tenderləri necə udması, bu tenderləri “təşkil” edənlərin kimliklərini, “qazanılmış” pullardan hansı ölkələrdə nə qədər vergi verildiyini mütləq bilməlidir. Bu hesabatlar açılmazsa və Əliyev ailəsinin “təmiz biznes”ə sahib olduğu sübuta yetrilməzsə, onun namizədliyinin qeydə alınması qanunsuzdur, seçkilərin legitimliyini tanımamaq üçün bəribaşdan ciddi hüquqi əsaslar yaradır.
Ən acınacaqlısı da odur ki, Əliyev qorxduğu opponentlərini “başqa dövlətlər qarşısında öhdəliyin olması” kimi mücərrəd, dünyanın heç bir hüquqşünasının anlamadığı maddə ilə seçkilərə buraxmaq istəmədiyi halda, özü xarici ölkələrdən mütləq asılı vəziyyətdədir və üstəlik, qanunsuz olaraq üçüncü dəfə yenidən prezident seçkisində iştirak etmək istəyir! Bu, yolverilməzdir!
Hörmətli cənablar! Bu işləri yoxlamaq üçün sizin vəzifəniz dərhal araşdırmalara başlamaq, müstəqil ekspertlərdən ibarət komissiya yaratmaq və əsil həqiqəti ortaya çıxarmaqdır. Bu, həm də Sizin nə dərəcədə müstəqil iradə sahibi olduğunuzu və Azərbaycan xalqının taleyinə gerçək münasibətinizi ortaya qoyacaq! Əmin olun ki, Milli Şura bu dəfə seçkilərin saxtalaşdırılmasının qarşısını almaq əzmindədir və sizdən öz məsuliyyətinizi dərk edib xalq qarşısında vəzifə borcunuzu yerinə yetirmək tələb edilir.
Müraciət Milli Şuranın 02 iyul 2013-cü ildə keçirilən iclasında qəbul edilib.
P.S. Müraciətin  surəti  Azərbaycan Respublikasında keçirilən  seçkilərdə daim  monitorinqi həyata keçirən beynəlxalq təşkilatların və dövlətlərin –  BMT, Avropa Şurası, ATƏT, Avropa Birliyi, Avropa Parlamenti, MDB, ABŞ, Rusiya və Türkiyənin rəhbərlərinə də göndərilir.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: