Ölkənin daxilində mövcud rejimə opozisiya güclü olmayanda hərbi müdaxilə kifayət qədər effektli olmur. Əfqənistan və İraqın işğal olunmaları bu ölkələri hələdə demokratiyaya gətirib çıxarda bilməyib.Sadaladığınız ölkələr bir birlərindən fərqlənir.
Məsələn bu gün Misir ,baxmayaraqki bu yaxınlarda dövlət çevrilişi olub demokratiyaya daha yaxındır nəinki İraq və Əfqanıstan.Birincisi dövlət çevrilişini qəzetlərin yazdığı kimi hərbiçilər yox xalq həyata keçirib.İkincisi Misir əhalisinin əksəriyyəti yəni azı 60 faizi islam fundamentalizmini qəbul etmir sivil demokratiya istəyir.
Liviyada hökümətin daxilində Kaddafi rejiminə güclü müxalifət yaranmışdı. Ona görə orada demokratiyanın dərinləşəcəyinə şübhə yoxdur. Ancaq bu əsasən şəhərlərdə baş verəcəkdir, Liviyanın əhalisinin azı 50 faizi heç bu gündə ölkədə baş verən dəyişiklərdən xəbəri yoxdur. Hər iki ölkədə millət həm bioloji ,fizoloji cəhəddən eyni qenlərə malikdir,bu çox vacib faktorlardan biridir. Düşünmə tərzi, adət ənənə mentalitetləri eynidir. Və hər iki ölkədə islamın eyni qoluna inanlar əhalinin 90-100 faizini təşkil edir.
Suriyanın problemi tam fərqlidir. Əslində Suriyada vətəndaş müharibəsi bir il bundan öncə müxalifətin qələbəsi ilə qurtarmalı idi. Təəssüf ki, Suriyada İraq kimi milli,dini oxşarlıqları nəzərə almadan yaradılmış ölkədir. Bir tərəfdəndə Türkiyə cümhuriyyətinin apardığı səhv siyasət ( Yəni Türkiyənin hökmən sünnü suriyalıların hegemonluğunu təmin etmək və eyni zamanda kürdləri mübarizədən kənarlaşdırmaq siyasəti) ələvilər,şiyələr və kürdlərin ölkənin daxilində parçalanmasına bir hissəsinin müxalifətə bir hissəsinin hökümətə qarşı çıxmasına gətirib çıxartdı.
Avropa ittifaqı və NATO-nun dağılmasına gəldikdə əlbəttə yaxın 10-15 ildə belə bir hadisə baş verməyəcəkdir. Xüsusilə hərbi blokun dağılma şansı çox azdır. Avropa ittifaqından bir çox ölkələr bankrot olub kənarlaşdırıla bilərlər. Aşağıdakı ardıcıllıqla. Yunanıstan, Kipr,Portuqaliya,İspaniya,İtaliya.Şərqi Avropa ölkələrinin valyutanın evro zonasına daxil olanlarında bankrot olması realdır. Ancaq bu ölkələr tək valyuta zonasından kənarlaşdırıla bilərlər qalan məsələlərdə yenə Avropa ittifaqında qalacaqlar. Bilirsiniz bu ölkələrin dövlətlərinin cəmiyyətin sosial iqtisadi siyasətləri fərqlidir. Məsələn Hollandiyada dövlətdən pul alanların sayı məsələn Yunanıstandan iki dəfə azdır.Ona görə bunların eyni şərtlərlə Avropa İttifaqında olması təbii ki,Yunanıstanın dövlət büdcəsinin bankrotu ilə qurtarmalıdır.
Azərbaycana gəldikdə heç bir siyasi iqtisadi sistem qurmadan harasa nəyəsə intiqrasiyadan söhbət açmaq ağılsızlığa dəlalət edir. Bu gün dünyada qloballaşma prosesi gedir. Yəni bütün dövlətlərin eyni beynəlxalq qanunlarla yaşaması üçün cəhdlər göstərilir. Hələki ümumi qanunlarla yaşamağa tam razı olan ölkələrlə və qismən razı olanlar arasında poritet var,ancaq ildən ilə tam razı olanların sayı artır. Bu rəqəm 75 faizə çatanda qismən razı olan ölkələri zorla bu qanunlarla yaşamağa məcbur edəcəklər.Azərbaycan gedən qloballaşma siyasətində iştirak etməyən bic doğulmuş ölkələrin sırasındadır. İndi əsas məsələ bu ölkənin atası və anası olduğunu sübut etmək lazımdır. Söylənilən şuarlarla heç kim Azərbaycanın qanuni atası və ya anası olmağına razılıq verməz. Ona görə kiminsə mən Avropa və Atlantik ittifaqın tərəfdarıyam deməsi gülünc doğurur. Həmin adamların heç biri nə avropa ittifaqının nə də Atlantik hərbi blokun nə olduğunu bilmirlər.
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!