Hörmətli oxucular mənim bir yazımı həftə içi saytı öz səhifəsinə qoyubdur (http://www.hafta-ichi.az/news.php?id=96531), ancaq bəzi cümlələr oradan çıxarılıb , bunu nəzərə alaraq yazının tam mətnini səhifəmə qoyuram.
İlk növbədə cənabın (Arif Hacılı) özünü tərbiyəsiz aparması təəccüb doğurur. Çünki gərək ən azı 20 il bundan öncə publika qarşısında belə danışmağa xitam verərdi . Görsənir tərbiyə fundamenti ya çox zəifdir,ya da ümumiyyətlə qoyulmayıb.
Olada bilərki görkəmli Avstriya alimi Freyd və ya onun davamçısı Yunqun psixoanaliz nəzəriyyəsinə görə uşaq vaxtı hər hansı isə qeyri adiliklə rastlaşıb.
Başqa bir səbəb özünün fəxrlə qeyd etdiyi həbsxana həyatında vaxtdan istifadə edib biliyini artırmaq əvəzinə dustaq jarqonlarını mənimsəyib.
Hər halda bəzilərinin, hətta ailə podryadı ilə mənə hucum etmələrinə aydınlıq gətirmək pis olmaz.
Çünki mən tərəfdən qeyri adi və gözlənilməz heç bir addım atılmayıb. Mən Musavatın liderinin heç vaxt Azərbaycanın prezidenti ola bilməyəcəyi barədə səbəbləri izah etməklə dəfələrlə izahat vermişəm, əks tərəfdə buna reaksiya verib.Hər dəfədə mənim məntiqli izahıma , kobud və çobansayağı cavablar verilib. İndi hansı səbəbdən mənim söylədiklərim belə yüksək həyəcan doğurubki, kənd müxbiri əsəblərini cilovlaya bilməyib?
++ Mənim yazdıqlarım qısa şəkildə bundan ibarətdir. Bu gün R.İbrahimbəyov qələbə çalmağa şansı olan yeganə şəxsdir. Hökümət onu seçkilərə buraxmamaqa çalışacaq. Ancaq seçkilərin leqitim olması hakimiyyət üçün hava və su kimi lazımdır. Bunun üçün bu gün müxalifət hesab edilən kiminsə seçkilərdə iştirakına nail olunsa onda asanlıqla R. İbrahimbəyovu seçkilərə buraxmyacaq. Hökümət bu rol üçün İsa Qəmbəri seçib. Ardınca qeyd edirəm, onun bu seçkilərdə iştirak edib maksimum 2-3 faiz toplamasının Azərbaycana bir xeyri olarmı xeyr. Və belə bir addımın atılması Azərbaycan xalqının gələcəyinin, bu gününün əleyhinədir. Buna bənzər fikirlər tək mən tərəfdən yox bir çoxları tərəfindən səsləndirilib.
İndi mənə qarşı yazılan hədyanların mətninə diqqət yetirin. Birincisi qeyd edimki hansı isə rayonun radiosunun kənd müxbiri təsadüf nəticəsində gəlib respublikanın mərkəzində hansı isə bir vəzifəyə çatması ondan özü üzərində 100 qat artıq işləməsini və müəyyən standartlara uyğun gəlməyi tələb edirdi. Ancaq bu adam Molla Nəsrəddin kimi eyni daşı uşaq vaxtı qaldıra bilmədiyi kimi indidə qaldıra bilmir,yəni dəyişməyib bütün elementləri ilə gənc qalıb.
Birinci qeyd edimki bu şəxslə mən bir neçə dəfə Bakıda nazirlər kabinetində işləyəndə və ABŞ-da kimlərinsə iştirakı ilə görüşmüşəm və heç vaxt ona ciddi bir adam kimi baxmamışam o da özünü pioner kimi aparıb. ABŞ-da yadımdadır məni qırağa çəkib kiminsə əleyhinə (adını çəkmək istəmirəm) nəsə demək istəyirdi imkan vermədim.
İsa Qəmbəri tənqid etməyimə baxmayaraq hər halda onları eyni səviyyəli insanlar heç vaxt hesab etməmişəm.
Bu adam məni həbs etmək istəyirdilər ola bilər çox adamın ürəyindən məni həbs etmək keçə bilərdi nə olsun, niyə həbs etmədilər. Kiçik bir yun zavodunun direktorunu həbs edə bilməyənlər məni həbs edəcəkdilər, gülməli deyilmi?
++Həmin o illərdə bu adamdan dəfələrlə yuxarı səviyyəli azı 10 min adam məni müdafiə edirdi. Xalqın mənə münasibəti o vaxtlar elə indidə həmişə pozitiv olub, mafioz və sair nağılları müxbir tipli adamlar uydurub. Mənim adımın qarşısında həmişə xeyirxah və çörək verən sözləri olub.
Bu adamın yazısından belə çıxırki 1991-ci ildən bu günə qədər bunları mən idarə edirəm. İstəmirsənsə idarə olunma. 1995,1998, 2000 –ci il seçkilərində kim sizin əl qolunuzu bağlamışdı, haradadır görkəmli nailiyyətləriniz?
Hansı ağıl sahibi 2003-cü il məğlubiyyətini mənimlə bağlaya bilər. 10 ildir 2003-cü ildə seçkiləri udduq deyib fəryad edirsiniz. Bu primitiv düşüncələrdən azad olmaq lazımdır. 2003-də Gürcüstanda müxalifət seçkiləri uddu. Çünki MSK-si müxalifətin uduzduğunu elan etməyinə baxmayaraq küçələrə çıxdılar, protokollar yenidən yoxlanıldı və saxtalaşdırmaq üzə çıxdı. 2004-də Yuşenko seçkiləri uddu. Yenə MSK-si Yanukoviçin udduğunu elan etdi, hətta onu başqa ölkələrin başçıları təbrik etdilər, ancaq camaat küçələrə çıxdı seçki protokolları yoxlanıldı saxtakarlıq üzə çıxdı. Azərbaycanda bu hadisələr baş vermədi.Ona görə bir neçə dəfə biz udduq dediniz kifayətdir, çünki bunu təsdiqləyən materiallar yoxdur, fərziyədir.
2005-ci il sizin üçün ən uğurlu ildir, deputat yerləri alıb oturdunuz parlamentdə. 2008-ci ildə müxalifət ölü vəziyyətində idi, mən heç orada nə vaxt prezident seçkiləri keçrilməsinidə bilmədim. Kim sizə mane oldu mübarizə aparmağa. 2010-cu il parlament seçkilərində siyasətdə aktiv fəaliyyətim olmayıb, siz harada idiniz, hansı uğurlarınılzla öyünə bilərsiniz.
İndi sizdən xahiş olunurki 1998, 2000, 2003, 2005, 2008, 2010-cu illərdə oynadığınız oyunları 2013-cü ildə qırağa qoyun bəlkə bu xalq öz başına bir çarə qıla bildi.
++Aydın məsələdir ki, bu oyunları etmək üçün əsas çanfəşanlıq edən kənd müxbiridir. Çünki həbsxanadan çıxandan sonra üzərinə götürdüyü bəzi öhdəlikləri yerinə yetirməlidir. İndiyə qədər öhdəliklərdən bəzilərini məsələn YAP-la birlikdə AŞ–na Azərbaycanda demokratiyanın inkişafını təsdiqləyən sənədə qol çəkilməsi yerinə yetirib, bəzilərini isə yerinə yetirə bilməyib. Məsələn İsa Qəmbərin sədrilikdən getməsini təşkil edib onun yerinə keçmək tapşırığı yerinə yetirilmədi. Çünki ona deyəndə ki, məsələn Musavatdan Qubad İbadoğluda sədrlik uğrunda namizədliyini irəli sürə bilər təşvişə düşdü, indiki postundanda məhrum ola bilərdən qorxdu.
İsa Qəmbərin namizədliyini R.İbrahimbəyovun xeyrinə birmənalı geri götürməsinin alovlu əleyhidarı bu şəxsiyyətdir. Bu onun növbəti öhdəliyidir, yerinə yetirə bilməsə ağaları onun üzərindən xətt çəkəcəklər. Mənim qətiyyətli mövqeyim onu birdəfəlik iflasının astanasına sürüyür, ona görə belə həşir salır. Hər halda düşünməsinki onun barəsində özü bildiyindən az bilirik. Camaat, öz ətrafı üçün ünumiyyətlə bir gündə heç bir faydalı işlə məşğul olmayan bir adamın sənin barəndə hədyan danışması əlbəttə xoş deyildir, ancaq nə etmək olar hələki bu gün Azərbaycanda Əliyevlər və bu tipli kənd müxbirləri at oynadır.
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!