Azad Seçki Şəraiti Yoxdursa, Vahid Namizədin Olub-Olmamasının Nə Əhəmiyyəti Var?

Hörmətli məni izləyənlər, çox saylı sualları cavablanırmağa qərar vermişəm. Bu cavablar
”HARA GEDİR AZƏRBAYCAN” başlıq altında nəzərinizə çatdırılacaq. Müzakirələrdə ağıllı təkliflər, analizlər görmək ümidindəyəm.

1-Cİ HİSSƏ

– Bu il Azərbaycanda hakimiyyət dəyişikliyinə nə mane oldu? Axı, əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə müxalifət birləşdi və hətta vahid namizəd də müəyyənləşdirməyə müvəffəq oldu? Deməli, bir çox ekspertlərin iddia etdiklərinə rəğmən, anti-Əliyev qüvvələrinin məğlubiyyətinin səbəbləri heç də birlik amili deyilmiş?

– İlk növbədə, biz Azərbaycan xalqının Əliyev rejimini dəstəkləmədiyi fikrini qəbul etməliyik. Çünki insan haqlarını məişət səviyyəsindən tutmuş, deputatların, məhkəmə hakimlərinin təyin edilməsinə qədər tapdayan, “insan hüquqları” anlayışını bu səviyyədə ələ salan rejimi dəstəkləyənləri “xalq” adlandırmaq olmaz. Ən yaxşı halda, belə rejimi dəsətkləyənlər nitq qabiliyyəti olan, işləyən, yemək yeyən, çoxalmağı bacaran kütlədir. Mən isə azərbaycanlıları kütlə hesab etmirəm. Çünki elə 2012-ci ildə xüsusən əyalətlərdə baş vermiş bir neçə etiraz aksiyası bu xalqın kütlə olmadığını ortaya qoydu.

Əlbəttə, belə vəziyyətdə haqlı bir sual ortaya çıxır: bəs, Əliyevin son 10 ildə asan qələbələrinin sirri nədədir? Mən sualınıza aydın cavab vermək üçün bu məsələ ətrafında bir qədər geniş dayanmaq istəyirəm. İş ondadır ki, ata Əliyev vəfat etdiyi 2003-cü ilə qədər, hələ pik həddə çatmasa da, əhalinin diktatordan qorxusunun səviyyəsini 90 faizə çatdıra bilmişdi. 2003-cü ildə həmin rejimin 10 il ərzində formalaşdırdığı inzibati orqanlarının rəhbərləri o qədər çoxsaylı cinayətlər törətmişdilər ki, – bu, ata Əliyevin ətrafındakıların ona qul kimi “sadiq” olmalarına nail olmaq məqsədi ilə apardığı siyasətinin istiqamətlərindən biri idi – onlar oğul Əliyevin prezident olmasından çox, özlərinin salamat qalmaları üçün vuruşurdular.

Ancaq bu, acı bir həqiqətdir ki, 2003-cü ildə iflasın astanasında olan Əliyev rejimini onların özündən çox, məhz müxalifətin qətiyyətsizliyi qoruyub saxladı. 2003-cü il xalqın ümidsizliyinin artmasına start verilən il oldu. 2004, 2005-ci illər Azərbaycanda rejim dəyişməsə də, ümumi ab-hava sürətlə dəyişməyə başladı. Azərbaycana daxil olan neft dollarları qismən sadə azərbaycanlıların ağır həyatlarının yüngülləşdirilməsinə, əsasən də hakimiyyətin zirvəsində dayananların hədsiz varlanmasına yönəldildi. XIX əsrin axırı, XX əsrin əvvəlindəki “neft bumu” kimi, 2004-cü ildən başlayan neft bumu da onlarla superzəngin adamların ortaya çıxması ilə nəticələndi. Yeganə fərq onda idi ki, keçmişdə ağıllı iş adamları gərgin rəqabət şəraitində, namus və qeyrətlə pul qazanırdılar, indi isə vəzifə adamları xalqdan oğurlamaq yolu ilə varlandılar.

2005-ci ilin parlament seçkiləri ərəfəsi isə Azərbaycan müxalifəti çox geniş bir koalisiya – “Azadlıq Bloku”nu yarada bilmişdi və hər bir deputat yerinə bir mandatla qatılmışdı. Baxmayaraq ki, 2003-cü il seçkiləri camaatın ümidlərinə böyük zərbə vurmuşdu, ancaq 2005-ci ildə hələ də müxalifətə inam qalmışdı. Üstəlik, hakimiyyətin yuxarı eşelonunda da güclü parçalanma var idi. Ancaq bu dəfə də düzgün olmayan taktika və strategiyanın seçilməsi müxalifətin iflası ilə yekunlaşdı. Faktiki, müxalifət 5 illik nokauta düşdü – nə 2008-ci ilin prezident, nə də 2010-cu il parlament seçkilərində aktiv görüntü belə yarada bilmədi.

Müxalifətin aktivləşməsi prosesi yalnız 2011-ci ilin fevralından başlayır. “Ərəb baharı” adlanan inqilablar həm hökuməti, həm də müxalifəti hərəkətə gətirdi. Azərbaycan hökuməti həm Tunisdə, həm də Misirdə hakimiyyətlərin yıxılmasının əsas səbəbi kimi korrupsiya və rüşvətin göstərilməsindən təşvişə düşdü. Çünki o ölkələrlə müqayisədə Azərbaycanda korrupsiya və rüşvətin səviyyəsi daha yüksək idi. Təsadüfi deyil ki, hakimiyyət tez-tələsik antikorrupsiya komissiyası yaratdı, dövlət qurumlarına mərkəzdən tapşırıq gəldi ki, “rüşvət yığımın dayandırın”, “əhalini incitməyin” və s. Müxalifət düşərgəsi isə həmişəki kimi, heç bir analiz aparmadan, bu ölkələrlə Azərbaycanın fərqinə varmadan, məmnun-məmnun “Əliyevlərin də axırı çatdı” deyib bir-birlərini təbrikə başladılar. Xatırlayırsınızsa, o vaxt müxalifət düşərgəsində belə ab-hava var idi ki, bir çağırışla camaat küçələrə tökülüşüb Tunisdəki kimi prezidenti qovacaqlar. Hətta bir neçə dəfə mitinq keçirməyə cəhdlər də etdilər. Prosesin necə onların əleyhinə işlədiyini isə görə bilmədilər və nəticədə, yarana biləcək xalq hərəkatının beşiyindəcə boğulmasına şərait yaratdılar.

2011-ci ilin axırından transkontinental informasiya vasitələrində Əliyev rejiminin korrupsiya və rüşvət siyasətini konkret faktlarla göstərən materialların verilməsi 2012-ci ilin əvvəllərində müxalifəti, daha doğrusu, İctimai Palatada birləşənləri yenidən eyforik vəziyyətə saldı. “Bu dəfə ABŞ Əliyevin kitabını bağlayır, indi gərək çalışaq ki, hakimiyyəti bizə versin” xəyalı ilə yaşayanlar 2012-ci ilin ortalarına qədər səhvlərini anlamadılar. Təəssüf ki, Azərbaycanda xalqın iştirakı olmadan hansısa xarici gücün – ABŞ-ın, Rusiyanın, Türkiyənin və İranın – hakimiyyət dəyişikliyi prosesinə dəstək verməyəcəyini anlamayanların sayı həddən artıq çoxdur, xüsusən də müxalifət düşərgəsində. Ona görə müxalifət düşərgəsində belələrinin sayı çoxdur ki, 20 ildir ilişib “siyasətdə” qalanlar öz zəifliklərini, acizliklərini, qorxaqlıq və məğlubiyyətlərini məhz bu cür “tezislə” izah ediblər: “1993-cü ildə xalq bizi dəstəkləyirdi, ancaq Rusiya Əliyevi zorla hakimiyyətə gətirdi” və yaxud “Bir az da gözləyək, ABŞ bu yaxınlarda hakimiyyəti alıb bizə verəcək” və s.

20 ildir eyni adamlar heç bir əsaslı səbəb göstərmədən hər il azı 10 dəfə “bu il rejimin axırıncı ilidir, axırları çatıb” bəyanatını verir, azı 8 ildir “Prezident Əliyev qaçmaq istəyir, əlverişli fürsət gözləyir” fikirlərini təkrarlayırlar. Dəfələrlə xəbərdarlıq edilsələr də ki, xalqa belə yalanların söylənilməsi onun ümidlərini darmadağın edir, yenə də öz işlərindədirlər. Düşünürlər ki, yalan deməklə xalqın optimist əhval-ruhiyyəsini saxlamış olurlar, apatiyaya düşməyə qoymurlar. Bu, çox gülməli və diletantların istinad etdiyi teoriyadır. Halbuki, orta ağılın dərk edə biləcəyi elementar bir neçə həqiqəti bilmək lazımdır:

Birincisi, heç bir xarici ölkə xalqın əvəzinə gəlib Azərbaycanda rejimi dəyişməyəcək. Başqa ölkə rejimi dəyişmək üçün ölkəni işğal etməlidir necə ki, bu hadisə əvvəl 1918-ci ildə türklərin, sonra ingilislərin qoşunlarının Azərbaycana daxil olmasından sonra baş verdi. Və iki ildən sonra bolşeviklər Azərbaycanı işğal edib başqa rejim yaratdılar. İndi isə bu işi görmək mümkün deyildir. Azərbaycanda və istənilən başqa ölkədə böyük dövlətlərin maraqları toqquşur, xüsusilə də Rusiya ilə qonşu ölkələrdə bu işi görmək heç mümkün deyildir. XX əsrin ortalarından bu qayda qoyulub və ona əməl edilir. Kiçik dövlətlərin bir-birlərinin torpaqlarını işğal etməsi tamamilə başqa kateqoriyalı işğaldır, bu məsələyə dəxli yoxdur. Ölkəni işğal etmək ücün isə çox sanballı səbəb olmalıdır.

İkincisi, ordu və polisin Azərbaycanda dövlət çevrilişi etmək məqsədlərinin olması yaxın gələcəkdə görsənmir və hətta onlar çevriliş etsə belə, indiki müxalifəti hakimiyyətə gətirməyəcəklər.

Üçüncüsü, ölkədə dəyişikliyin mənbəyi ancaq xalqdır. Ayağa qalxan xalqı yuxarıda adlarını sadaladığım ölkələr dəstəkləyəcək, indiki rejimdən həmin dəqiqə üz döndərəcəklər. Ancaq bu bir həqiqətdir ki, mövcud müxalifətin xalqı ayağa qaldırmaq şansı yoxdur, çünki hörmətdən düşüb. Xalqı ayağa qaldırmağın yeganə yolu azad və ədalətli seçkilərin keçirilməsinə nail olmaqdır. Bu məsələ həll olunmasa, hər hansı birliyin, o cümlədən də Milli Şuranın yaranmasının heç bir əhəmiyyəti yoxdur -yarandığı kimi də, ölüb gedəcək. Azad seçki şəraiti yoxdursa, vahid namizədin olub-olmamasının nə əhəmiyyəti var?

Azad seçkilərə nail olmaq üçün müxalifət “Bu il hər şey dəyişəcək” şuarının üstündən xətt çəkməli idi. Xalqa tam çılpaqlılığı ilə real vəziyyəti izah etməli və bu işi xalqın dəstəyi olmadan görə bilməyəcəyini etiraf etməliydi. 2013-cü ilin iyununda – seçkilərə cəmisi 3 ay qalmış yaradılmış Milli Şuranın hansı fövqəladə əhəmiyyəti ola bilərdi?

Müxalifət 2006-cı ildən azad seçkilər uğrunda birləşməli idi. Hər hansı partiya sədri öz ətrafında 5-10 nəfərin o biri partiya sədrindən artıq olmasından qürrələnməməli, “ana müxalifətçilik” yarışı aparılmamalıydı. Hər şey bir kənara, heç olmasa, ən azı 2011-ci ildəki uğursuzluqlardan nəticə çıxarılıb, qeyd-şərtsiz azad seçkilər uğrunda birləşilməliydi. Hər gün beynəlxalq təşkilatların, demokratiyanın bərəqrar olmasında maraqlı aparıcı dövlətlərin qapıları döyülməli, BMT və Avropa Parlamentinin qətiyyətli qərarlarının qəbuluna, seçkilərin beynəlxalq təşkilatların total nəzarəti altında keçrilməsinə nail olunmalıydı. Ona nail olunmalı idi ki, Azərbaycan xalqının seçiminə şərait yaradılsın. Belə bir taleyüklü işlər uğrunda heç bir mübarizə aparmayan müxalifətin seçkilərə cəmisi 3 ay qalmış hansı məqsədlə birləşdiyini özü də bilmədiyi halda, necə İlham Əliyevə qarşı mübarizə apara bilərdi?!

Azərbaycan əhalisinin azı 90 faizi kimin müxalifət olduğunu hələ də bilmir. Bakı şəhərində 10 nəfərdən biri özünü “ana müxalifət” adlandıran partiyaların liderlərinin adlarını təhrif edilmiş şəkildə zorla yada salır. Belə olan halda, hansı dəstəkdən söhbət gedə bilər?!

İndiki müxalifətdə nəzəriyyə budur: əhalinin 80 faizi bu rejimdən narazıdır və bu narazılar İlham Əliyevə yox, başqasına səs verəcək. Hətta seçkilər azad keçirilsə belə, bu qədər primitiv teoriya heç vaxt işləməz. Əgər seçkilər azad keçirilmirsə, hər bir vətəndaşın kimə səs verəcəyi nəzarət altındadırsa, camaatı inandıra biliblərsə, saxta bülletenlərsiz də İlham Əliyev “udacaq”. Bu həqiqəti başa düşmək, yəni, elə çətindir?!

Diqqət yetirin, əslində Milli Şura fevralda yaranmalı idi. Kimlər Milli Şuranın yaranmasını iyuna qədər uzatdı? Əslində, Milli Şura kimlərinsə seçki oyunundan çıxmaqlarına bəraət qazandırmaq rolunu oynadı. Mən deyəndə ki, Cəmil Həsənliyə maksimum 0.5 faiz səs verəcəklər, bir çoxları söhbətin şəxs kimi ondan yox, sistemin işləmə mexanizmindən getdiyini anlamır…

 

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Bir Cavab to “Azad Seçki Şəraiti Yoxdursa, Vahid Namizədin Olub-Olmamasının Nə Əhəmiyyəti Var?”

  1. Rəsul bəy,əgər Əliyev rejimi 2003-cü ildə iflasının astanasında idisə,nəyə görə o vaxt Azərbaycana gəlib xalqa liderlik etmədiniz?Nəyə görə hansısa İsa Qəmbərlə separat iş birliyi qurdunuz?Axı siz 1992-1993-cü illərin acı təcrübəsindən bilməliydiniz ki,belə insanlara güvənmək olmaz!Axı siz özünüz qeyd edirsiniz ki,İsa Qəmbər və Pənah Hüseyn öz çarəsizliklərindən Heydər Əliyevi dəvət etmişdilər.Əgər 2003-cü ildə o insanlara inanmasaydınız,Azərbaycanın bu son onillik tarixi başqa cür yazıla bilərdi.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: