“HARA GEDIR AZƏRBAYCAN” DAVAMI
– Bir çox müşahidəçilərin və ekspertlərin mütləq rəyinə görə, yaxın illərdə Azərbaycanda yalnız spontan xaotik proses nəticəsində mövcud status-kvo dəyişə bilər. Deməli, sistemli müxalifət gələcək mübarizələrdə artıq daha çox seyrçi rolunda çıxış edəcək? Mübarizə əsasən xalqla hakimiyyət arasında davam edəcək?
– Bəli, bu, doğru yanaşmadır. Dünyada yaranmış bütün canlılar, intellektinin olub-olmamasından asılı olmayaraq, yaşamaqları, azadlıqları, mülkiyyətləri uğrunda ilk gündən bu günə qədər mübarizə aparıblar və gələcəkdə də aparacaqlar. Ağacı neçə dəfə dibindən kəsirsən kəs, nə qədər kökü var, o qədər də özünəbənzəri dünyaya gətirəcək. İnsanlar intellekti olan canlılardır və sözsüz, onların öz azadlıqları uğrunda mübarizəsi başqa canlılardan fərqlidir və heç bir tiraniya heç vaxt onu məhv edə bilməz. Hətta bu gün məzlum quzu təsiri bağışlayan azərbaycanlıların da ömrü boyu bu cür – haqlarının tapdalanması şəraitində yaşayacaqlarına inanmaq əbləhlikdir.
Azadlıq bəşəriyyətin genində qoyulmuş koddur. Sözsüz ki, bizim də genlərimizdə bu kodu öldürmək mümkün deyildir. Proseslər xaotik baş verəcəksə – çox ehtimal ki, bu, belə olacaq – istənilən variantda bu xaotikliyi müəyyən bir çərçivəyə salmaq, məqsədyönlü mübarizəyə çevirmək üçün liderlər meydana çıxmalıdır və çıxacaqdır da, bu labüddür. Həmin liderlər Puqaçev, Nemət Pənahlı kimilər də ola bilər – onda hadisələr bir istiqamətdə inkişaf edəcək; ABŞ-ın keçmiş prezidentləri və intellektualları Cefferson, Adams, Franklin, Hamilton, Vaşinqton kimilər də ola bilər- onda da hadisələr tamam başqa istiqamətdə inkişaf edəcəkdir.
İnqilabları xalq etmir onun başında duran liderlər edir, xaotik iğtişaşlar böyük dağıntılar, insan tələfatları ilə müşahidə olunur, idarə edilmirsə artıq xaricdən müdaxilə ilə xaosu yatırtmaqla qurtarır. Ölkə parçalana da bilər. Əlbəttə, bu ssenari bizə heç lazım deyildir. Məsələ ondadır ki, ölkəni, xalqı yenidən evalyusion inkişafa qaytarmaq üçün ölkədə dəyişiklikləri xalqın arasından çıxmış intellektualların təşkil etməsi çox mühümdür. Adətən, ölkədə bu tipli intellektualların əhalinin 1 faizini təşkil etməsi belə bir prosesin getməsinə təminat yaradır. Yəni, 5 milyon nəfər 18 yaşdan yuxarı əhalisi olan Azərbaycanda 50 min aparıcı qüvvə ola bilər. Bu gün Azərbaycanda heç 5 min nəfər də intellektual yoxdur. Ona görə də proseslərin dağıdıcı xaosla getmə ehtimalı çox yüksəkdir.
İndiki müxalifətin ya seyriçi, ya da xaosun qurbanı olacağını demək çətindir, hər halda aparıcı qüvvə olmayacaqları aksiomadır. H.Əliyevin apardığı siyasətin istiqamətlərindən biridə müxalifəti orta asiya ölkələrindəki kimi birdəfəlik öldürməmək ancaq iflic vəziyyətinə salmaq olub. Bu siyasətin nəticəsidirki saxtalaşdırılan seçkilər beynəlxalq təşkilatlar tərəfindən demokratiyaya addım kimi qiymətləndirilir. Əslində Azərbaycanda müxalifətin gücü Özbəkistanın dinçi və Qazaxıstanın pantürkçü gizli təşkilatlarından daha zəifdir.
Hôrmetli Resul bey neyi goyub neyi axtarirsiniz . Bu debatlara baxanda adam özunun Azerbaycanli olduguna artig subhe ile yanasir. Onlar evde aile-usaglarinin gözune nece baxirlar 50-60 yasli kisiler bu derecede yaltaglig , özunu alcaldarag danismaglari hec yerde gôrunmemis hereketleri . Esebden yaza bilmirem ancag bunlara kisi demekde gunahdir