“Bizim müxalifəti anlamaq çətindir.”

Sabiq spiker, Açıq Cəmiyyət Partiyasının sabiq lideri, Milli Şuranın keçmiş üzvü Rəsul Quliyevin Publika.Az –a müsahibəsi

 

“Mənim Milli Şurada olmağım onlar üçün təhlükədir”

-Rəsul bəy, sizi Milli Şuradan çıxartdılar. Bununla bağlı mətbuata fikirlərinizi bildirmisiniz. Amma maraqlıdır, Milli Şura bununla nə qazandı? Siz doğrudanmı onlar üçün bu qədər təhlükəli idiniz, yoxsa bu şəxsinizə qarşı olan bir haldır?
-Milli Şura üzvü qalmağımla çıxmağımın mənim üçün heç bir fərqi yoxdur. Milli Şura barədə fikirlərimi istənilən variantda camaata çatdıracam. Sözsüz, mənim Milli Şurada olmağım onlar üçün təhlükədir. Mənim iştirakımla keçiriləcək istənilən iclas (“Skayp”la iştirakdan söhbət gedir) heç bir əhəmiyyəti olmayan məsələləri müzakirə edə bilməz və şüar tipli qərar qəbul edə bilməz. İstəyirlər eksperiment keçirək. Çalışaq Milli Şuranın bütün üzvləri iclasda iştirak etsin və məndə bu iclasa qoşulum, tamamilə başqa bir atmosferə yaranacaq, sadəcə olaraq məntiqə reallığa söykənməyən çıxışları vaxtında saxlamaq lazımdır. Çıxış edəndən konkret nə demək istədiyini soruşsan, heç bir cümlədə tapa bilməyəcək. Mən dəfələrlə “Milli Şura ilk növbədə məğlubiyyətin səbəblərini dərin müzakirə etməlidir və onun bazasında gələcək proqramını müəyyənləşdirməlidir, ondan sonra o proqramı yeganə şans kimi qəbul edən, entuziast, intellektual birisini sədr seçməlidir” təkliflərim oradakı bəzi liderləri dəhşətə gətirir.

Son bir neçə gündə Milli Şuranın iki nümayəndəsi nəhayət ki, müəyyən bir analizlə çıxış ediblər. O çıxışlara baxmışam. Mən bir neçə dəfə demişəm, bir daha təkrar edirəm, müxalifət liderlərinə münasibətim heç vaxt şəxsi münasibətə söykənmir, onların nə dərəcədə xeyirli və ya ziyanlı hərəkətlərinə əsaslanır. İsa Qəmbər son intervüsündə, nəhayət, obyektivliyə yaxın və səmimi fikirlər söyləyib. İndiyə qədər söylədikləri “bu il hökumətin axırıncı ilidir” şüarından əl çəkə bilib. Bu, çox müsbət haldır. Paralel Cəmil müəllimin çıxışından isə dəhşətə gəlirsən.


“Bu liderlərin xalqa xidməti istefa verib getmələridir”

-Nə üçün?

-Bu səviyyədə qeyri-obyektivliyə yol verən şəxsiyyət necə və hansı bir qurumun sədri ola bilər. Diqqət yetirin: o deyir ki, seçkilərdə cəmi 20 faiz seçici iştirak edib. Hətta seçkiləri qeyri-legitim adlandıran beynəlxalq təşkilatlar belə seçkidə iştirakın yüksək səviyyədə olduğunu qeyd ediblər. Rəqəmlərə baxın, ölkədə təhsil, səhiyyə, dövlət orqanları, polis, müdafiə nazirlikləri, komitələrdə işləyənlərin sayı 1 milyon 800 mindir və onların hamısı seçicidir. Saxtalaşdırmağın bir maddəsi də bu adamların hamısının məcburən səs verməyə getməsi və prezidentə səs verməsidir. Tələbələr. Siz hamınız Hacıyevin mitinqinə göndərilən tələbələri gördünüz. Ölkədə 500 minə yaxın tələbə var, onların azı yarısı yataqxanalarda yaşayırlar. Cəmil müəllimi icra başçısının tapşırığı ilə rayonlara buraxmayan, mitinq keçirməyə imkan verməyən camaat seçkilərə getməyə bilərmi. Hər 100 min əhalisi olan rayonun 1000 “kəndxudası” var. Hər biri 100 nəfərin seçkiyə getməsinə məsuldur. Hansı 20 faizdən danışır Cəmil müəllim?

 

Hörmətli Cəmil müəllim, yuxarıda dediyim kontingent nə vaxt səs verməyə gedəndə prezidentin opponentinə səs verir? Bilirəm ki, bilmirsiniz. Onlar heç olmazsa, 50 faiz bu hakimiyyətin laxladığını görəndə bu addımı atırlar. Siz doğrudan, bu hökuməti laxlatdığınıza inanırsınız? Cəmil müəllim həmin 20 faizində 65 faizinin ona səs verdiyini iddia edir. Bəs o 65 faiz harada idi, niyə mitinqə gəlib verdikləri səsi müdafiə etmədilər? Bu çıxışdan sonra bir daha Milli Şura buraxılmalıdır, o ancaq siyasi arenada kiminsə müxalifət statusu ilə qalmasına xidmət edir, bu isə “heç vaxt Azərbaycanda demokratik seçkinin olmayacağı deməkdir” ideyamın əsaslı olduğu qənaətinə gəlir. Liderlərin bir çoxu 20 ildir müxalifətçilik edib müəyyən yaş həddinə çatıblar, həyatlarını da yaxşı təşkil ediblər. İndi əlavə bir 20 ildə bu yaşayışlarını qoruyub saxlamaq istəyirlər.

 

Ona görə mən yeni qüvvələrin, əsasən gənclərin qabağa çıxmasına maneçilik törətməməyin əleyhinəyəm. Ona görə mən bu liderlərin xalqa xidmətlərini (əgər istəyirləsə) istefa verib getməklərində görürəm.


“Cəmil Həsənlinin şüarı kommunist şüarıdır”

-Siz Milli Şuraya qoşularkən hansı məqamlarda razılaşmışdınız və sonradan nəticənin belə olması nədən qaynaqlanır?

-Bir daha qeyd etmək istəyirəm, Milli Şura ideyası ortaya atılandan mən onun yaradılması prosesində fəal iştirak edirdim. Milli Şuranın tərkibinin 30 üzvdən artıq olmamasını istəyirdim və bunu əsaslandırırdım, ancaq ən çoxu Rüstəm müəllimin dediyi 50 üzvdən çox olmamağı qeyd edirdim. Lakin heç vaxt Milli Şura yaranacaq və seçkiləri udacaq fikrində olmamışam. Milli Şuranın yeganə şansının seçkilərin nəticələrinin beynəlxalq aləmdə tanınmamasına nail olmaqda görürdüm. Mənim Milli Şura ilə əlaqədar söhbət etdiyim adamların hamısı bu dediklərimi təsdiqləyə bilər. Təəssüf ki, Milli Şura iki partiyanın günahından (AXCP və Müsavatın- red.) 4 ay müddətində yaradıla bilmədi, üzvlərin sayı artıq 100-ü keçdi və 28 mayda mən “skayp”la görüşə qatıldım, yaranması hələ də böyük şübhə altında olan Milli Şura nəhayət ki, elan olundu. Ondan sonrakı hadisələrin inkişafı ağlasığmaz bir ssenari ilə davam etdi. Sanki Milli Şura oktyabrda prezident seçkisi olacağını unutdu, ağlasığmaz və lazımsız iddialar, təkliflər ortaya çıxdı. 21 avqust qərarından sonra mən faktiki Milli Şuradan uzaqlaşdım. Gedən proseslər daha çox multiplikasiya filminə oxşayırdı.

 

Debatların birində Cəmil müəllim “məndən soruşurlar maaşları necə qaldıracaqsan cavab verirəm 5 nazirin oğurladığını camaata qaytaracağam” deyirdi. Leninin məşhur oğurlanmışları oğurlamaq çıxışı yadıma düşdü. Məgər belə bir çıxışı eşidən xaricilər Cəmil müəllimin prezident olmasını istəyərmi, heç vaxt. Bu, sivil dövlət yaratmaq şüarı deyil, kommunist şüarıdır.


Müsavat beynəlxalq aləmə özünü yeganə avrointeqrasiya tərəfdarı kimi göstərmək istəyir”

-Müsavat belə mövqe sərgiləyir ki, hazırki “Qərb, yoxsa Rusiya” seçiminin olduğu vaxtda avrointeqrasiyanı əsas götürmüş demokratik qüvvələrin adından danışan şəxsin (Rüstəm İbrahimbəyov nəzərdə tutulur-red.) Rusiyada yaşaması düzgün deyil. Bu məntiqi necə qəbul edirsiniz? İbrahimbəyov sədr və vahid namizəd olanda da Rusiyada idi?

-Müsavatın bu pozisiyası qəti surətdə qəbul edilməz bir pozisiyadır. Ümumiyyətlə belə bir ideyanın gündəmə gətirilməsi nəyə və kimə qulluq edir, qoy onlar açıq desinlər. Müsavat istəyir ki beynəlxalq aləmə özünü yeganə avrointeqrasiya tərəfdarı olan güc kimi təqdim etsin. Bu heç vaxt işləyə bilməyəcək, ucuz piardır. Avrointeqrasiyanın əsas şərti ölkədə demokratik rejimin yaranmasıdır. Əgər diqqəti cəlb etmək istəyirsənsə, necə demokratik seçkilərə nail olacağından danış, yoxsa avrointeqrasiya, yaxud Atlantik hərbi blokdan danışanda sənə Fransanın utopik sosialistlərinə baxan kimi baxırlar, siyasətdən başı çıxmayan adam kimi baxırlar.


“Guya Azərbaycana müstəqilliyi Rusiya verməyib, göydən düşüb”

İndi qayıdaq Rüstəm müəllimin Rusiya vətəndaşı olmağı məsələsinə. Birincisi ondan başlayaq ki, Rusiyada müxalifətdə olanların (hər halda onlar bizim müxalifətlə müqayisə olunmayan səviyyədə yuxarıda dayanıblar) Rıjkov, Navalnı, Nemtsov, Proxorov hətta hökumətdə işləyənlər Çubays, Qref, Kudrin, alimlərinin azı 50 faizi, kino işçiləri, musiqiçilər, yazıçılar və sairlərin 70 faizi avrointeqrasiyanın tərəfdarıdırlar və bildiyiniz kimi hamısı Rusiya vətəndaşlarıdır.

 

Sadaladığım adamların hər birinin çəkisi həm beynəlxalq aləmdə, həm də öz ölkələrinin daxilində Müsavat Partiyasının çəkisindən qat-qat yuxarıdır. “Rüstəm müəllim Rusiya vətəndaşıdır və ona görə də avrointeqrasiyadan danışa bilməz” kimi anormal fikir necə ağıla gətirilir, bilmirəm. Guya Azərbaycana bugünkü müstəqilliyi Rusiya verməyib, göydən düşüb. İkincisi, Rüstəm müəllim nəinki Azərbaycanın, elə Rusiyanın özündə Avropaya inteqrasiyanı istəyən adamdır. Rüstəm müəllimin Avropaya inteqrasiya ilə əlaqədar dediyi bir cümlənin çəkisi bütün müxalifətin dediyindən daha ağırdır. Bizim müxalifəti anlamaq çətindir.

 

Baltiya ölkələrinin prezidentləri artıq neçənci dəfədir xarici vətəndaşlardan seçilir. Bu xalqlar, məsələn, Kanada vətəndaşı olan latışla yerli latış arasında fərq görmürlər, düşünürlər ki, dilini saxlayıb, ağıllıdır, niyə də olmasın? Rüstəm İbrahimbəyovun atası və anası Azərbaycanda anadan olub və dünyasını dəyişib, hər ikisi bu ölkənin vətəndaşıdır. Özü anadan Azərbaycanda doğulub, ömrü boyu Azərbaycanda yaşayıb, çəkdiyi kinoların azı 50 faizi Azərbaycanda çəkilib, ya da azərbaycanlıların həyatındandır. Nəyə görə bunlar yaddan çıxıb və onun Sovet İttifaqı dağılandan sonra avtomatik ikinci vətəndaşlıq olaraq Rusiya vətəndaşlığının verilməsi belə şişirdilir. Rusiya hökuməti qarşısında məsuliyyət daşıyanlar bilirsiniz kimlərdir? Orada vergi verənlər yox, KQB-nin agenti olması barədə kağız imzalayanlar. Bir-birimizə bəslədiyimiz belə münasibətlərin toplusunun nəticəsidir ki, biz əl-ələ verib demokratik bir dövlət qura bilmirik.

 

“Milli Şura mitinq üçün taksi şoferlərinə müraciət etməli idi”

-Milli Şura yenidən mitinq keçirmək istəyir. Buna münasibətiniz necədir?

Bu, bir daha Milli Şuranın qeyri-ciddi bir təşkilat olduğuna sübutdur. Belə bir təşəbbüs göstərməzdən qabaq kiçik bir analiz etmək lazım idi. Məsələn, yanacağın qiymətinin qalxmasından ən çox zərər çəkənlər taksi şoferləri, yük daşıyan maşınların sahibləridir. İlk növbədə onlardan soruşmaq lazım idi ki, belə bir mitinq keçirmək istəyirik, gələcəksiniz ya yox. Əgər onların heç olmazsa 50 faizi hökmən gələcəyik və özümüzlə də xeyli adam gətirəcəyik sözünü versəydilər, risk etməyə dəyərdi. Hadisələr necə inkişaf edəcək. Çox ehtimal Milli Şura bir bəhanə tapıb hökumət qoymadı deyəcək, mitinqi başqa, daha doğrusu qeyri-müəyyən bir vaxta keçirəcək. Hökumət bu bəhanəni onlara verməsə, mitinq keçirməyə təhrik etsə, az saylı bir mitinq keçirəcəklər, yalan-yalan məlumatlar yayacaqlar. Nəticədə mitinq olmayacağına əmin olan hökumət rahatlıqla o biri qiymətləri qaldıracaq. Bu da Milli Şuranın Azərbaycan xalqına etdiyi əvəzsiz “xidmət” olacaq.


“Martın axırına qədər real və praqmatik ideyalara söykənən qurumlar yaranacaq”

-ACP-dən də istefa verdiniz. Artıq Milli Şurada da yoxsunuz. Bundan sonra siyasi yönlü fəaliyyətinizi necə qurmaq fikrindəsiniz?

-Düşünürəm ki, yeni qüvvələrin formalaşması çoxda uzaqda deyildir. Maksimum martın axırına qədər real və praqmatik ideyalara söykənən qurumların yaranacağına şübhəm yoxdur. Onlara dəstək verəcəyəm.


-Hazırda Milli Şurada təmsil olunan partiyalarla gələcəkdə hansısa əməkdaşlıq barədə təklif olunarsa qəbul edərsiniz?

-Milli Şura ilə heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Bu, anadan ölü doğulmuş uşaqdır. Onu dəfn etmək lazımdır. Onu yenidən cana gətirmək mümkün deyildir.


-Mətbuatda belə məlumatlar yayılır ki, siz, Lalə Şövkət, Rüstəm İbrahimbəyov – sonradan bu prosesə “El” hərəkatı da qoşula bilər – Azərbaycan siyasətinə yeni qurumla daxil olacaqsınız.
-Sadaladığınız şəxslərin hamısına münasibətim yaxşıdır, ancaq belə bir məsələ müzakirə edilməyib.


Asif Nərimanlı

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: