“Mövqe insanın qlobal olaraq nə istədiyini əks etdirən məfhumdur.”

“Onların müxalifət olduğunu ancaq fala baxmaqla müəyyənləşdirmək olar” 

“Çörək iki dəfə bahalaşsa, sosial partlayış olacaq”

“Aynada özünü əyri görürsənsə, aynanın nə günahı var?”

Eks-spiker  Rəsul Quliyevin “Qafqazinfo”ya müsahibəsi:

 

– Rəsul bəy, hiss olunur ki, siz bir neçə ildir ki, konkret mövqə ortaya qoya bilmirsiniz. Məsələn, siz Milli Şuranın üzvü oldunuz, sonradan isə burdan çıxmaq istədiniz. Hətta çıxıb-çıxmamaqla bağlı tərəddüdləriniz də oldu. Bunları necə qiymətləndirirsiniz?

– Sual diletant səviyyəsindədir. Hansısa bir təşkilatda olmaq, oradan çıxmaq, yeni bir təşkilat yaratmaq mövqe deyildir. Mövqe insanın qlobal olaraq nə istədiyini əks etdirən məfhumdur. Mən əksinə, mövqeyimi dəyişməməyimlə fərqlənirəm. Bilirsiniz ki, kifayət qədər uzun həyat yolum var. Sovet ittifaqının durğunluq və perestroykası dövründə onu hərəkətə gətirən vintlərdən birinin başında dayanmışam. Müstəqil Azərbaycanda həlledici fiqurlardan biri olmuşam. 1987-ci il Sovet və Azərbaycan televiziyalarına verdiyim ilk intervyulardan həm siyasətdə, həmdə iqtisadiyatda rəqabət olmadan inkişafın qeyri-mümkün olduğu mövqeyimi, yazdığım əsərlərdə, etdiyim çıxışlarda konkret misallarla, dünya praktikasına söykənərək təkrar- təkrar (bəlkədə bu dəyişilməz mövqeyimi dəstəkləmək üçün 1000 səhifəlik yazılar həsr olunub.) izah etmişəm.

Parlamentin sədri işlədiyim dövrlərdə həm parlamentin, həm də prezidentin yanında olan iclaslarda bu dəyişilməz pozisiyam azı 15 saatlıq çıxışlarla geniş kütlələrə çatdırılıb. Dəyişməz mövqeyin ikinci bəndi Azərbaycan xalqının aktiv iştirakı olmadan heç bir istər super, istərsə də kiçik dövlət ölkə daxilində vəziyyəti dəyişə bilməz. Mən heç vaxt ABŞ və ya Avropa təşkilatlarının gücüylə ölkədə demokratik rejim yaranacaq kimi əbləh fikirlər söyləməmişəm. Mövqeyin 3-cü istiqaməti isə bu hökümət istəsə də, istəməsə də əvvəl-axır demokratiya qələbə çalacaq, çünki tarixin fırlanan təkərini saxlamaq mümkün deyildir. Bu dəyişilməz mövqeyi yerinə yetirmək üçün müxtəlif vasitələrə, variantlara əl atırsan, daha doğrusu atmalısan. Mövqeyinin həyata keçməsi üçün müxtəlif və dəyişən variantlar axtarmayan insanlar evində oturub bozbaşını yeyib “Allaha şükür” desə, xalqına daha çox xidmət etmiş olar.

 

– Milli Şuradan çıxacaqdınızsa, niyə üzv olurdunuz?

– Milli Şuranın yaranmasının axırıncı fazasında aktiv iştirakım olub. O MŞ yaradılanda artıq hamı ölkədə demokratik seçki şəraitinin yaradılmadığını bilirdi və heç bir qələbəyə də ümid etmirdi. MŞ yeganə bir məqsədlə yarandı, hər halda mən o MŞ-ya o məqsədə nail olmaq üçün daxil oldum. Məqsəd MŞ-nı dünyaya Müxalifət İttifaqı kimi təqdim etmək və seçkidə vahid namizədlə daha doğrusu Rüstəm İbrahimbəyovun namizədliyi ilə iştirak etməyi bəyan etmək idi. Saxtalaşdırılmış seçkidən sonra hökümətə beynəlxalq təzyiqin artmasına və növbəti parlament seçkilərinin azad keçirilməsinə nail olmaq əsas məqsəd idi. Hər halda mənim üçün.

 

– Milli Şuranın təmsil olunduğu demokratik düşərgənin uğur qazanacağına əvvəlcədən inamınız var idimi? Sizin də inamınız mənəvi qələbənin əldə olunması ilə bağlı idi?

– Bir daha təkrar edirəm, seçkidə qələbə çalmaqdan söhbət gedə bilməzdi, bu şans artıq 2012-ci ilin axırına qədər əldən çıxmışdı. MŞ bu məqsədlərini dünyaya çatdıra bildi. Hətta ABŞ konqresmələri İbrahimbəyovu seçkilərə buraxmaq barədə prezidentdən razılıq da aldı. İbrahimbəyovun RF vətəndaşı olması heç bir şey demək deyildi. Təəssüf ki, MŞ-nın indiki liderləri kimlərləsə məsləhətləşəndən sonra yeni vahid namizəd irəli sürdülər və bununlada beynəlxalq aləmdə MŞ-nın üzərindən xətt çəkdilər.

 

– İnam yox idisə, niyə onlarla bərabər oldunuz?

– MŞ dediyim dəyişməyən mövqeyimi yerinə yetirmək üçün vasitə ola bilmədi. O MŞ-dan çıxmağa mənim nə vaxt tərəddüd etdiyim yadıma gəlmir. Mən sadəcə olaraq 20 ildir müxalifətçilik edən liderləri, həyatlarında heç olmazsa bir dəfə uğursuzluqlarının səbəblərini müzakirə etməyə təhrik etmək istəyirdim, o da alınmadı. Bu birinci dəfə deyil və mənim bu addımlarımı dəyişən mövqe kimi təqdim etmək cəhdləri səngimir. Hətta bir müddət əvvəllər mənim bütün prezidentlərlə işləməyimi irad tutanlarda var idi. Belə nəticə çıxartmaq lazımdır ki, müxalifət hesab edilmək üçün gərək heç bir işlə məşğul olmayasan, hərdən bir azadlıq qışqırıb tufeyli həyat sürəsən. Öz həyat mövqelərini həyata keçirmək üçün Çörçill, Reyqan, iki dəfə bir- birilə zidddiyətli daxili və xarici siyasəti olan partiyalarını dəyişiblər. Adenauerun vasitə və variantları dəyişməsinin sayı-hesabı yoxdur. Əgər müxalifətçiliyi özünə peşə seçmisənsə, istənilən bir qurumda ömrünün axırına qədər oturacaqsan. Əgər məqsədin ölkədə demokratiyaya nail olmaqdırsa, bu artıq peşə deyildir, mövqedir, qələbə çalana qədər cəhdlərinin müxtəlif variantlar və vasitələrlə baş verməsi təbiidir. Çox təəssüf edirəm ki, Azərbaycanda belə elementar anlayışları başa düşənlərin sayı azdır. Məğlubiyyətlərimizin səbəbinidə elə bunda axtarmaq lazımdır.

 

– Siz necə hesab edirsiniz, az qala 20 ildir səsləndirilən qarşılıqlı ittihamlar müxalifətin uğur əldə etməsində maneədirmi?

– Bu proses həyatda tez-tez rast gəlinən prosesdir, mənbəyi də uğursuzluqdan doğur. Əlindən heç bir şey gəlməyən bir partiyanın əlindən heç bir şey gəlməyən o biri partiyanı ittiham etməsi artıq milli idealogiyaya çevrilib. Bir azda belə davam etsə, sübut olunacaq ki, azərbaycanlıların gen kodunda belə bir xarakter var. Niyə heç bir yerdə məsələn, 9 oktyabr uğursuzluğunu müzakirə etmirlər, heç vaxtda etməyəcəklər. Belə bir müzakirə açılsa, o iki partiya sözün əsl mənasında iclasda bir-birlərini qıracaqlar. Belə hərəkətlər onların ənənəvi özlərini aparmaq keyfiyyətidir. 1992-93-cü illərdə hətta prezidentin kabinetində bir-birlərinin başına külqabı tullamaq adəti hələ də beyinlərində qalıb. Mən heç vaxt qarşıma kimisə ittiham etmək məqsədini qoymuram, sadəcə olaraq hadisələrin obyektiv qiymətini verirəm. Sabirin sözü olmasın, bu aynada özünü əyri görürsənsə, aynanın nə günahı var?

 

– Sizcə, bu cür ittihamlarda zərər çəkmiş tərəf kimlərdir?

– Azərbaycan xalqı.

 

– Zərərəçəkən tərəfin  xalq olduğunu bildirirsiniz. Sizcə, xalqın ictimai-siyasi prosəslərə biganə yanaşmağının kökündə nə dayanır?

– Bilirsiniz, Azərbaycanın bu gününü anlamaq üçün ən azı son 100 illik tarixinə nəzər salmaq lazımdır. Azərbaycan birinci dəfə 1918-ci ilin mayında xaricdə özünün müstəqilliyini elan edib və dövlətini qurub. Müstəqil Azərbaycanın ömrünü 4 ay Türkiyə və 16 ay İngiltərə uzada bilib. Azərbaycan Qafqazda birinci müstəqilliyini itirən ölkədir. Azərbaycanda öz müstəqilliyini qorumaq uğrunda bir adamda mübarizə aparmayıb. Bir adamın da burnu qanamayıb. Ermənistan müstəqilliyini (baxmayaraq ki, özünün torpaqları yox idi) 6 ay sonra vuruş- vuruşa minlərlə adam qurban verməklə itirib. Gürcüstan isə bir ildən sonra bir neçə ay bolşeviklərlə qanlı müharibə nəticəsində, 10 minə yaxın adam itirməklə müstəqilliyini itirib. Ondan sonrakı hadisələrin inkişafı məsələn, Azərbaycanın rəhbəri 8 ilə yaxın erməni Mirzoyan olub. Yəni Mirzoyan ondan 7 il qabaq azərbaycanlıları kütləvi qətlə yetirən (təqribən 40 minə yaxın azərbaycanlı qırılıb) Şaumyanın sələfi rolunu oynayıb. Məgər bolşeviklər belə bir işi Gürcüstanda görə bilərdilərmi, heç vaxt. Həmin o Mirzoyanı gürcülər bir neçə günə qətlə yetirərdilər.

Azərbaycanın sonrakı tarixi göstərir ki, kütlə azadlıqdan çox diktatorluğa meyillidir. Belə xarakterli xalqlar var, məsələn, ruslar və ya Asiya ölkələri (Çin,Koreya və sairə). 1988-90-cı illərdə ayağa qalxmış qəhrəman Azərbaycan xalqı nağıllarını danışmağın mənası yoxdur. Birincisi, həmişəki kimi Azərbaycan xalqı öz qonşularından sonra ayağa qalxırdı, ikincisi 1990-cı il qırğınından sonra daha bir dəfə də ayağa qalxmadı. Bu mentalitetli xalqların inkişafının açarı hökümətin başında duranlar və azsaylı intlektuallarının əlindədir. Belə ölkələrdə revolyusiya aşağıdan yox, yuxarıdan baş verir. Bu tip ölkələrdə aşağıdan baş verən çaxnaşma xaosdur, onlar isə demokratiya yox, ədalətli padşah axtaracaqlar. Azərbaycanın daxilində heç bir fundamentə söykənməyən müxalifətdaxili intriqa və hökümət daxili intriqanın olmaması xalqın ziyanına işləyir, onun deqradasiya olmasını sürətləndirir.

 

– Niyə sizi müxalifəti parçalayan qüvvə hesab edirlər? Və hadisələrə okenanın o yanından baxıb asanca qiymətləndirmənizi, ittiham etdiyinizi söyləyirlər…

– Kimisə nəyisə parçalamaqda ittiham etmək üçün gərək o predmetin mövcudluğu sübut edilə. Mən istəyirəm biləm kimlərdir o müxalifət kriteriyasına uyğun gələn komandalar və onları mən necə parçalayıram. MŞ-nın axırıncı sessiyasına diqqət yetirək. Mənim o iclasda müəyyən bir rolumun olduğunu iddia edən tapılmamalıdır. İndi deyin görək, o sessiya hansı birliyi göstərirdi ki, mənim kimi bir xalqı sevməyən tapılsın və müxalifəti parçalasın. Ümumiyyətlə, o iclasda iştirak edənlərin müxalifət olduğu necə sübut edilə bilər? Hökümətin siyasəti ilə əlaqədar heç bir analiz və onun qarşısını almaq üçün heç bir təklif irəli sürülmədi. Onların müxalifət olduğunu ancaq fala baxmaqla müəyyənləşdirmək olar. Məgər MŞ-ya sədr seçmək və ya sovet dövründən qalmış fəxri sədr seçmək müxalifətçiliyin kriteriyasıdır?

 

– Bundan sonra mübarizənizi hansı şəkildə davam etdirəcəksiniz?

– 20 ildir hökümət, 2 partiyanın (AXCP və Müsavat) bazasında özü üçün psevdomüxalifət formalaşdırıb. Dolanışıqlarına, hətta cangüdən saxlamaqlarına şərait yaradıb. Üstəlik rupor kimi 2 qəzet “bəxş’’ edib. Hökümətin bu 20 illik proyektində iştirak etmək niyyətim yoxdur. Yaxın iki ildə bu qüvvələr MŞ bayrağı altında fəaliyyət göstərəcəklər. Mitinq keçirmək imitasiyaları edəcəklər. Yeni bir əsər yoxdur, köhnə ssenarini köhnə artistlərlə oynayıb müxalifət imici yaratmağa cəhd edəcəklər. Elə əsərlər var, məsələn, Aqata Kristinin əsəri 100 ildir London teatr səhnəsində oynanılır. Ancaq kiçik bir fərq var. Hər beş ildən bir rejissor dəyişir. Bizdə onu gözləmək lazım gəlmir, xalqımız köhnə tamaşalara baxmağa öyrəncəlidir. Mənim mübarizəm ancaq yeni yaranacaq qüvvələri dəstəkləmək şəkilində həyata keçiriləcək. Onuda bu dəqiqə konkretləşdirmək mümkün deyildir.

 

– Lideri olduğunuz partiyada son vəziyyəti necə dəyərləndirirsiniz?

– Partiyada vəziyyət həkim dilində desək, o biri partiyalardakı kimi stabil ağırdır. Düşünürəm ki, bu partiya o biri partiyalardan daha tez bu vəziyyətdən çıxa biləcək.

 

– Niyə düşünürsünüz ki, ACP daha tez vəziyyətdən çıxacaq?

– Ona görə ki bu partiyanı o biri partiyalar kimi ətalət kifi basmayıb, hər halda müəyyən yeni insanlar bu və bu qəbildən olan yeni qurumlara üz tutacaqlar.

 

– Bu sual dəfələrlə sizə verilib. Yaxın zaman üçün ölkəyə qayıtmaqla bağlı planlarımız varmı?

– Həmişəki kimi bilmirəm. Çünki bu məndən asılı deyildir.

 

– Belə görünür ki, siz ümumiyyətlə ölkəyə qayıtmayacaqsız…

– Hökümətin mənim Azərbaycana dönməyimdən yarana biləcək vəziyyətdən qorxusu 17 il keçməsinə baxmayaraq azalmayıb. Ona görə də bütün resurslarını mənim qayıtmağımın qarşısını almağa yönəldir. Belə bir şəraitdə dönməyim barədə konkret fikir söyləmək qeyri-səmimi olar.

 

– Hakimiyyətin son günlər iqtisadi sahədə verdiyi qərarlara münasibətiniz aydındır. Benzinin qiymətinin qalxması, bununla bərabər digər kommunal tariflərin də qiymətinin artması gözlənilir. İqtidarın əsaslandırmalarını necə qiymətləndirirsiniz? Ölkədə sosial partlayışlar ola bilərmi?

– Neft məhsullarının qiymətinin artırılması gözlənilən idi. O biri sahələrdə qiymətlərin artması sosial partlayışa səbəb ola bilər, ancaq baxır hansı malların, hansı xidmətlərin hansı səviyyədə qiymətlərinin artmasından. Məsələn, tutaq ki, çörək iki dəfə bahalaşsa, sosial partlayış olacaq. Məsələ ondadır ki, hökümətin bu qiymətlərin çox yavaş qalxmasını təmin etmək üçün kifayət qədər imkanları var. Bu asılıdır imkanlardan istifadə etməyə ağılları və siyasi iradələri çatacaq, ya yox. Məsələn, istənilən bir məhsulu pomidoru götürək. Onun qiymətinin formalaşması tək neft məhsullarından asılı deyildir. Daha doğrusu, Azərbaycan şəraitində cəmi 5 faizi neft məhsullarından asılıdır. Məsələn, 1 ton pomidor yetişdirmək üçün müəyyən materiallar, kübrə, su və. s şeylər lazımdır. Məhsul hazır olandan sonra onlarla arayışlar məsələn, bu məhsul həqiqətən sənindir, keyfiyyəti normaya uyğundur və sair almalısan və onların hər birini almaq üçün rüşvət verirsən. Ondan başqa polisə, prokurora, yanğısöndürənə və başqa kimlərəsə rüşvət verməlisən Məsələn, 1 kq pomidor məsələn kəndçiyə 5 qəpiyə başa gəlirsə, bütün bu rüşvətləri üstünə gələndə çevrilib olur 30 qəpik. Üstünə gəl bahalaşmış neft məhsulları olur 35 qəpik. Bu 35 qəpiyin ancaq beş qəpiyi neftin bahalaşmasının payına düşür. Hökümət həmin bu pomidorun satışa çıxarılması prosesində həmin rüşvətlərin qarşısını alsa, onun qiyməti nəinki dəyişməz, hətta aşağıda düşə bilər. Ancaq bu işləri görmək üçün ağıl və siyasi iradə lazımdır. Bunlarda bir günün içində formalaşan keyfiyyətlər deyillər.

 

Günel Türksoy

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: