Bir daha Ukraina haqqında.
Bu gün ABŞ dövlət katibinin müavini Ukrainaya gəlib bir başa Meydana müxalifətlə görüşə gedib. Bu günlərdə Ledi Əşton Avropa birliyinin ikinci adamı müxalifətlə görüşmək üçün Meydana gələcək. Avropa və ABŞ siyasətçiləri höküməti başda Yanukoviç, müxalifət Yaçenyuk, Kliçko, Tyaqnibok olmaqla danışıqlara başlamağa və Ukraina xalqının qəbul edə biləcəyi qərar qəbul etməyə təhrik etmək istəyirlər.
Ukraina xalqı Avropa birliyi ilə intiqrasiya istəyir, bu bir mənalıdır. RF -nın hökümətə yaxın informasiya vasitələri guya xalqın 2-yə bölündüyünü yarısının kömrük ittifaqı istədiyini iddia etməsi ağ yalandır. Aparılan sorğularda 55 faiz Avrointiqrasiya deyir. 26 faiz üçün heç bir fərqi yoxdur, hər halda bu 26 faizi RF istəyir iddia etmək axmaqlıqdır. Əksinə onlar Avropaya meyillidirlər.
Bu qədər xarici diplomatların meydana getməsi, xalqla bir başa təmasda olmasının qarşısını almağa hökümət heç yüngülvaridə cəhd etmir. Çünki camaat bunu istəyir, hökümət belə bir cəhd etsə özünün finalına imza atar. RF siyasətçiləri artıq 200 ildirki ətarfında olan xalqların onları istəmədiklərindən, hətta nifrət etdiklərindən heç bir nəticə çıxarmırlar.
Nikolay 1-in siyasətini (1825-1855) eynilə bu gün Putin aparır. RF-nın hökümətinin istənilən nümayəndəsinin Meydandan söhbət getmir, heç ən ruspərəst Donbas və Krımada getmək şansı yoxdur. Onları daş qalaq edərlər. Ukraina camaatı onlara ən yaxın xalq olan polşalıların taleylərinə baxırlar. Sovetlərin tərkibində olanda necə idi indi Avropa ittifaqına daxil olandan sonra necədir. Özüdə Polşa bu gün sözü keçməyən ölkə deyildir, Avropa İttifaqının qərarlarının qəbul edilməsində iştirak edən əsas fiquralardan biridir.
Ukrainanı geri sovetlərə döndürmək ancaq böyük qan bahasına mümkün ola bilər o da bugünkü dünyada mümkün deyildir. Ukraina Gürcüstan deyildir ki,onun hansı isə ərazisini RF işğal edə bilsin. RF-nın Ukraina uğrunda ölüm dirim mübarizəsi aparmasının səbəbi onun gələcəkdədə aqressiv siyasət aparmaq istəyindən irəli gəlir. İqtisadi potensialı RF-nın dünya siyasətində aparıcı ölkələrdən biri olmasına inkan vermir.
Ukrainanın Avropa İttifaqına daxil olması RF-nın siyasətinin təsir sərhədlərini çox güclü şəkildə aşağı salır. Faktiki RF-nın nüvə silahı ilə dünyanı hədələyə bilmək şansını sıfıra çatdırır. Faktiki başlanğıc sürətləri aşağı olan bütün atom bombası daşıyan raketləri elə RF daxilində vurmaq ehtimalı bir neçə dəfə artır və Rusiyanın aqressiyasına son qoyulur. Ona görə RF müqavimət göstərir, çabalayır, ancaq əhəmiyyəti yoxdur Ukraina xalqı öz seçimini edib.
Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!