“Azərbaycanda olan partiyaların fundamentləri…ideologiya bazası yoxdur.”

Sabiq spiker, Açıq Cəmiyyət Partiyasının (ACP) qurucusu və keçmiş lideri, hazırda Amerikada yaşayan Rəsul Quliyev ACP-dəki proseslər, partiyanın adının dəyişdirilməsi, eləcə də onun yaratdığı deyilən “Gələcək Azərbaycan” Partiyası və digər məsələlərlə bağlı Publika.Az –a müsahibəsində danışıb. 

 

“ACP-nin adını dəyişməsinə heç bir əhəmiyyət vermirəm”

-ACP-də partiyanın adının dəyişdirilməsi məsələsi gündəmə gəlib, buna münasibətiniz necədir? 

-Azərbaycanda sivil inkişaf kontekstində, “xalq hakimiyyətin mənbəyidir” əsas prinsipinin həyata keçirilməsində partiyanın adının nə olmasının heç bir əhəmiyyəti yoxdur. Və həmçinin partiyanın neçə yaşı olmasının da heç bir fərqi yoxdur. Normal ölkələrdə demokratiyanın formalaşması dövründə yeni partiyaların yaranması və onların zaman-zaman adlarını dəyişməsi təbii bir proses olub. Yaranmış partiyalar müəyyən bir müddətdə, məsələn 10 il heç bir şeyə nail olmayıbsa, ölüb gediblər və yeni partiyalar, yeni adlarla yaranıblar. Məsələn, ABŞ-da Respublikaçılar partiyasının yaranması və formalaşmasına 54 il lazım olub. 1800-cü ildə prezident Cefersonun yaratdığı Demokrat– Respublikaçı və Hamiltonun yaratdığı Federalistlər partiyaları tədricən iki kifayət qədər fərqli siyasət üzərində qurulmuş güclü partiyalara çevriliblər. Bu istiqamətdə fikirlərimi bir qədər də genişləndirmək istəyirəm.

Məsələn, sovet məkanında Kommunist Partiyası (müxtəlif adlar altında yaranıb) ən qədimidir. İndi dünyada 2 və ya 3 dövlətdə kommunistlər hakimiyyətdədir, bu partiya tənəzzül edir və onun gələcəyi yoxdur. Baxmayaraq ki, bu partiyanın həm nəzəri həm də praktiki fundamenti vardır.

“İdeologiyası olmayan müxalifət naşı usta tərəfindən biçilmiş don rolunu oynayır”

Azərbaycanda olan partiyaların fundamentləri yoxdur. Çünki ideologiya bazası yoxdur. Hakimiyyətə olan YAP, Heydər Əliyev irsi, onun ideologiyası ilə getdiyini elan edir. Müxalifətdə olanlarda Rəsulzadə və Əbülfəz Elçibəy irsi və idealogiyasını qəbul etdiklərini və bu yolla getdiklərini deyirlər. Hər iki tərəf bu irsin, bu ideologiyanın nədən ibarət olduğunu deyə bilərmi, konkret yazsalar daha yaxşı olar.

İdeologiyanın nə olduğunu istəyirəm sizə izah edəm.

Məsələn, ABŞ-da iki fərqli ideologiya və iki aparıcı partiya var. Respublikaçıların nəzəriyyəsinə görə, ölkədə dinamik inkişafı təmin etmək üçün daima vergini azaltmaq lazımdır. Bəziləri ümumiyyətlə, vergini ancaq satışdan yığmağa keçməyi təklif edirlər. Demokratlar isə inkişafı və sosial ədaləti vergilərin artırılmasında (xüsusilə varlılar üçün) görürlər. Respublikaçılar düşünürlər ki, dövlət biznesin işinə qarışmamlıdır, biznesə tam azadlıq verilməlidir. Demokratların fikrincə, əksinə hökumətin nəzarət funksiyası artırılmalıdır. Xarici siyasətdə hər iki partiya ABŞ-ın hegemon rolunu qəbul edir. Onların fikrincə, açıq cəmiyyət qurmuş ABŞ inkişafda xeyli qabağa gedib, ona görə də dünyaya nəzarət funksiyası onlarda olmalıdır. Respublikaçılar bu nəzarət funksiyasını yerinə yetirməkdə silahlanmaya, ölkələri işğal edib demokratik rejimlər qurmağa üstünlük verir, Demokratlar isə bununla yanaşı, başqa ölkələrlə dil tapmağa da çalışmağın lazımlığını qeyd edirlər. Bu, çox qısa (yəni sadalamağa çox şey var) şəkildə fərqli ideyanın nə olduğunu göstərməkdir. Məsələn, qonşumuz Gürcüstanın ideyası açıq cəmiyyətə yaxın bir ölkə yaradıb, Gürcüstanı xaricilər üçün cazibədar etmək və Qafqazın paytaxtına çevirməkdir. İndi heç bir şüarsız bu müstəqillik, azərbaycanlıların birləşib bir dövlət yaratması heç biri ideya deyil, bu ideologiyaların azı 2000 il ömürləri vardır.

Heydər Əliyev müəyyən bir ideologiya yaradıb. Hələ ki ideologiyası olmayan müxalifət naşı usta tərəfindən biçilmiş və tikilmiş don rolunu oynayır. Ona görə də ACP-nin adını dəyişməsinə heç bir əhəmiyyət vermirəm. Əsas məsələ bu komandanın necə formalaşmasındadır.

 

“Nailiyyəti olmayan partiyanın adını dəyişməklə mənim izimi necə silə bilərlər”

 

-ACP-nin Qaradağ və Suraxanı rayon təşkilatlarının rəhbərləri istefa verdi. Onlar bunu sizə görə etdiklərini və “Rəsul Quliyevin olmadığı yerdə biz də yoxuq” deyirlər. Maraqlıdır ki, onların etiraz etdiyi səbəblərdən biri də ACP-nin adının dəyişdirilməsidir. Buna “Rəsul Quliyevin izini partiyadan silmək istəyirlər” reaksiyasını verirlər. Bununla bağlı nə deyə bilərsiniz və sizin izinizin ACP-dən silinməsi kimi halları görürsünüzmü?

Hələ ki heç bir nailiyyəti olmayan partiyanın adını dəyişməklə mənim izimi necə silə bilərlər. 17 ildir bu hökumət və müxalifətdən kimlərsə mənim izimi silmək üçün dəridən qabıqdan çıxır, bir şey alınmır, partiyanın adını dəyişməklə buna necə nail olmaq olar. Səbəb kimi məni göstərirlərsə, bu fikirlərini dəstəkləmirəm.
-ACP-də tərəfdarlarınızın yetərincə olduğunu müsahibələrinizdən birində demişdiniz. Son iki istefa ilə tərəfdarlarınızın ACP-dən getməsi prosesinin başladığı görünür, bəs bundan sonra yeni istefalar gözləyirsinizmi?

Belə bir istəyim olsaydı onlar çoxdan istefa verərdilər. Əksinə mən partiyanın güclənməsinin tərəfdarıyam.

“Ümid edirəm ki, Sülhəddin müəllim verdiyi sözə əməl edəcək” 


-ACP-ni siz yaratmışdınız. Sülhəddin Əkbər partiyanı yenidən quracağını açıqlayıb. Nə deyə bilərsiniz?

Sülhəddin müəllimə uğurlar arzulayıram və ümid edirəm ki, camaata verdiyi sözə əməl edəcək.

 

-Siz bundan sonra öz dəstəyinizi Azərbaycanda yalnız yeni qüvvələrin yetişəcəyi təqdirdə verəcəyini açıqlamışdınız. Artıq “Gələcək Azərbaycan” partiyasının yaradılacağı ilə bağlı anonslar verilir. Bu partiyanı yeni qüvvə hesab etmək olarmı? 

Hələ ki heç bir şey söyləyə bilmərəm. Məramlarını, proqramlarını elan edəndən sonra müəyyən fikir söyləmək olacaq. Ancaq hər-halda bir cəhd, təşəbbüs kimi yüksək qiymətləndirirəm.

 

“Milli Şuranın sədri aldığı tapşırıqla Müsavatdan olanları aparata yığmaqla filiqran bir addım atıb”


-Milli Şura mitinq keçirdi, hazırda şura sədrinin aparatı formalaşıb ki, burda daha çox Müsavat üzvü və bu partiyaya yaxınlar təmsil olunur. Buna paralel olaraq Müsavat qurumdakı partiyalarla görüşlər keçirərək onlara əməkdaşlıq, yaxud da müttəfiqlik təklif edir. Ümumi olaraq bu düşərgədə baş verənləri necə şərh edərdiniz?

Bu gün Milli Şura birbaşa Müsavat Partiyasının bu qurumda iştirak etməsindən asılıdır. Milli Şuranın sədri aldığı tapşırıq, məsləhətlə guya öz aləmində Müsavatdan olanları aparata yığmaqla filiqran bir addım atıb. Baxmayaraq ki, onun aparatına götürülən Güləliyev (bilmirəm o hansı partiyadandır) çox cəsarətli adamdır.

Müsavatın başqa partiyalarla iki tərəfli danışıqları aparması düzgün taktikadır. Azərbaycan şəraitində iştirakçıların sayı nə qədər az olsa bir o qədər tez dil tapmaq olar. Düzdür, bu iki tərəfli müqavilələrində heç bir perspektivi yoxdur, ancaq Milli Şuradansa, o daha konkretdir. İndiki ictimai siyasi vəziyyətin son bir neçə illik davamında Milli Şuranın, ümumiyyətlə müxalifətin perspektivi yoxsuzluğa gedir. Paralel olaraq hökumət də nüfuzunu itirməkdə davam edəcək. Müxalifət həddən artıq zəif olduğuna görə pat vəziyyətinin yaranması gözlənilmir, hökumətin həmişə bir neçə fiquru artıq qalacaq.

 

– Milli Şuraya paralel olaraq Demokratik Qüvvələrin Birliyi də -burda AMİP, Milli Şuradan istefa verən ALP və digər partiyalar var- güclənir. Düşərgədə iki alternativin olacağı görünür. Maraqlıdır ki, qarşıdakı iki ildə müxalifət düşərgəsində hansı proseslər yaşanacaq və bu necə nəticələnəcək?

-Bu suala cavab vermək çətindir. Parlament seçkiləri barədə fikir söyləmək çətindir. Çünki bir çox xarici faktorlardan, xüsusilə enerji resurslarının miqdarı və qiymətindən çox şey asılı olacaq.

 

Asif Nərimanlı

 

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: