2013 il. Azərbaycan xalqının tarixində rolu və gələcəyə baxışlar.

Bu il Azərbaycanlıların bir xalq kimi formalaşmaması imicini bir qədərdə qaldırdı. Son 20 il müddətində 8-ci dəfə xalq hakimiyyətin mənbəyi olduğunu nəinki sübut edə bilmədi, hətta bu əssas hüququnun itirilməsi ilə razılaşdığının elementləri zühur etdi. Qonşularımız Gürcüstan və Ermənistanın fonunda xalqın əksəriyyətinin düşdüyü rəzil vəziyyətlə barışması daha kontrastlı və acınacaqlıdır. Ölkədə xalqı dünyaya yazıq, bədbaxt kimi təqdim edən növbəti biabırçı seçki keçirildi.

Hakimiyyətin nə vaxtsa azad seçkilər keçirəcəyi mifinə nə xaricdə nə də daxildə inanan qalmadı. Azərbaycanda müxalifət yox, müxalifət imitasiyasının mövcud olduğuna demək olarki ölkədə hamı əmin oldu.

Beynəlxalq aləmdə, taleyi ilə barışmış azərbaycanlıların passivliyi mühitində heç bir dəyişikliyin mümkün olmadığını qəbul edən aparıcı dövlətlər, yeganə yol olaraq indiki hakimiyyətlə dil tapıb onun camaata qarşı apara biləcəyi represiyyaların qismən qarşısını almağı qəbul etdilər.

Son illərin təcrübəsi qonşu ölkələrdə baş verən inqilabi dəyişiklərin Azərbaycanda təsirinin demək olarki olmadığını sübuta yetirib. 2003-cü ildən başlayaraq qonşu ölkələrdə (Ukraina, Gürcüstan, və Qırğızıstan – 2 dəfə, İran Musəvi hərəkatı, Misir, Tunis, Liviya, Yəmən, Bəhreyn, Suriya) gedən inqilabı proseslərdə Azərbaycan dünyadan təcrid olmuş təsiri bağışlayırdı. Son aylar Türkiyədə baş verən hadisələrində heç bir təsiri hiss olunmur.

Belə bir anormal vəziyyətin yaranmasının iki əsas səbəbi vardır.

Birincisi hökümətin neft dollarlarının 4 milyardını ( bu finansda yol verilməz addımdır) dövlət büdcəsindən maaş kimi paylaması. Və inflyasiyanın süni yolla qarşısını almaq üçün ildə 7-8 milyard dollar xərcləməsi camaatın maddi vəziyyətini qismən stabil saxlaya bilir.

İkincisi ölkədə xalqın inanıb bel bağlayacağı müxalif qüvvələrin olmamsıdır.

Optimal variant, hökümətin apardığı siyasətin perespektivinin olmamasına, axırda fəlakətlə nəticələnəcəyinə inanması və özlərinin məsələn 2015-ci ildən başlayaraq xalqın azad və sərbəst, demokratik seçkilərlə parlamenti formalaşdırmasına şərait yaratmaq olardı.

Paralel Müsavat və XCP-nın liderləri postlarından əl çəkib demokratik seçkilər keçirməklə, yaxşı olardı camaatın tanımadığı intlektualların liderliyə gəlməsinə imkan versinlər və xalqın qismən inamını bərpa edərdilər.

Bu optimal variantdan qüvvələrin heç birinin istifadə etməyəcəyi məlumdur.

Yenə cüzidə olsa işıq xarici faktordadır. Xarici faktor kimi RF və İranda baş verə biləcək pozitiv dəyişikləri nəzərdə tuturam.

İran Ruhaninin prezident seçilməsi ilə dəyişə bilər. Bu gün İranda iki keçmiş prezident (Hatəmi və Rəfsancani) bir keçmiş prezidentliyə namizəd (Musəvi) və indiki qərb univeristetlərində təhsil almış prezideni vardır. Ancaq onların hamısının birlikdə gücləri ruhani lider Xəmeynikindən azdır. Bu balans liberalların xeyrinə dəyişsə (bu gün polis, ordu, məxvi idarələrin hamısı və neftin gəlirindən gələn dollarlar Xomeneyinin əlində cəmləşib) İranda dərin siyasi və iqtisadi reformalar baş tutacaq. Bunun isə Azərbaycanda prosesləri sürətləndirən katalizator rolu oynayacağına heç bir şübhəm yoxdur.

RF-da prezident Putinin görünməmiş avtoriteti olması şübhə doğurmur. Ancaq Rusiya camaatı üçün Allah hesab etdiyi adamın bir gündə xalq düşməninə çevrilməsi adi bir prosesdir. RF Putinin apardığı siyasətə görə praktiki heç bir siyasi və iqtisadi reformalar etməyib. Bununla yanaşı dünyanın super dövlətlərindən biri olmaq istəyir. Tək enerji resurslarını xaricə satmaqla Super dövlət olmaq mümkün deyildir. Super dövlət olmaq üçün yeni texnologiyalara söykənmiş zavodlar, fabriklər tikməlisən, infrastrukturanı dəyişməlisən. Birincisi yeni texnologiya RF-da yoxdur, sivil qərb ölkələrindədir. İkincisi bu işləri görmək üçün nəhəng finansın olmalıdır o da RF yoxdur, qərbdədir. Üçüncüsü bu texnologiyanı idarə edən insanlar lazımdır, alkoqolda birinci yerdə olan RF bu problemdir.

Putin onun suveren demokratiya nəzəriyyəsinin ölkəsini kraxa apardığını anlayır. Vəziyyətdən çıxmaq üçün cəhdlər edir.Özünün siyasəti ilə Soçi olimpiyadasını az qala boykot vəziyyətinə saldı. Bu vəziyyətdən çıxmaq üçün son günlərdə Xodorkovski, Mariya Baranova, Pussi Riotdan olan qızları, Greenpeace üzvülərini həbsdən azad etdi. Bizim zindandan azad olanlardan fərqli olaraq onların Putin barəsində dediklərini nəzərinizə çatdırmaq istəyirəm.

Xadarkovskiy -“Mənə ona minnətdaram demək çox çətindir.”

Mariya Baranova – “Mən ona imicini qaldırmaq üçün atdığı bu addıma görə heç vaxt sağ ol demərəm.”

Mariya Alexina – “Əgər mənim imkanım olsaydı amnistiyanı qəbul etməzdim. Mən heç vaxt azad olmağıma görə Putinə divident gətirmək istəməzdim.”

Yəni Putinin bu yarımçıq addımlarla xarici investorlar üçün Rusiyanı heç vaxt cəlb edici edə bilməz. Xarici investorlar RF, Azərbaycan və buna bənzər ölkələrdə heç vaxt uzun müddətli investisiya etməzlər. Onlar neft sektoru kimi 4-5 ilə pullarını geri qaytara bilən proyektlərə pul qoyarlar. Çünki bu tipli rejimlər təhlükəlidir. Hakimiyyət dəyişən kimi yeni gələn onların pullarını əllərindən ala bilərlər.

Məsələn BP 1945-ci ildən İslam inqilabına qədər İranda neft çıxarırdı. Artıq 1979-cu ildə İran neft sektorunu özəlləşdirəndə BP qoyduğu investisiyanın 100 mislindən çox gəlir götürmüşdü. Həmin proses Azərbaycandada artıq baş verib. Xarici neft firmaları artıq qoyduqları investisiyanın azı 10 mislindən artıq gəlir götürüblər.

RF ya super dövlət olmaq ideyasından əl çəkməlidir (bu faktiki mümkün deyildir) ya da dərin siyasi və iqtisadi reformalar etməlidir. Bu proses 2014-cü ildə başlanmalıdır, yoxsa gec olacaq. Rusiyada baş verən istənilən pozitiv dəyişiklik son 100 il göstərirki güzgü kimi Azərbaycanda əksini tapacaq.

Azərbaycanın nəinki güclü dövlət olmaq, heç torpaqlarını işğalçılardan azad etmək niyyəti yoxdur. Ona görədə neft dollarlarını belə tarac edə edə gedəcək, buna “harda qırılar qırılar “siyasəti deyirlər.

 

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: