“Təlxəklər…həmişə şahlarına müxalifətdə olublar.”

 1-ci hissə

 

– Müsavat Partiyasının Milli Şuradan getməsini necə qarşıladınız?
– Müsavatın MŞ-dan getməsini təbii qəbul etmək lazımdır. Çünki əvvəlcədən MŞ fundamentsiz qurulmuşdu. Ancaq gedənə qədər niyə belə hay-küy salırdılar? 2005-ci il parlament seçkilərindən sonra müxalifətə şahın sarayında təlxəklik etmək funksiyası verildi. Tarixdən xəbəri olanlar bilməlidir ki, təlxəklər heç kimin onlara inanmadığı və qulaq asmadığına baxmayaraq, həmişə şahlarına müxalifətdə olublar. Axırıncı dəfə Milli Şuranın namizədinin təntənə ilə prezident seçkisində iştirak etməsi, “İ.Əliyev cavab ver” fəryadı və heç bir seçici ilə görüşməyə nail olmamasına baxmayaraq, qələbə çaldığını elan etməsi cəmi bir ay yaddaşlarda qaldı, eyni zamanda, müəyyən bir gülüş obyektinə çevrildi. Mən avqustun 21-dən sonra MŞ-nın əhəmiyyətsiz bir orqana çevrildiyini deyəndə müxalifətdən olanların (xüsusilə Müsavatın) necə vay-şivənlə qarşıladığının şahidisiniz. Hətta bəzi tərbiyə görməmişlər normal insanın heç vaxt işlətmədiyi frazalarla məni Azərbaycana qayıtmaq üçün hökumətə yarınmaqda təhqir edirdilər. Məğlubiyyətin səbəbini müzakirə etmək əvəzinə mənim MŞ-dan xaric edilməyimi əsas məsələ kimi qaldırırdılar. Xüsusilə özünü hələ seçilmiş prezident hesab edən Cəmil müəllim ilk fərmanı ilə məni ‘’işdən’’ azad etmək istəyirdi. Bu prosesdə Müsavatdan olanların xüsusi canfəşanlığını qeyd etmək lazımdır. Noyabrda artıq prezident seçkisinin olması yaddan çıxarıldı. Həmişəki kimi heç kim uğursuzluğu müzakirə etmədi. Müharibə müxalifət-hökumət müstəvisindən, müxalifət müstəvisinə keçdi. Bu iki ay ərzində hökumətin əleyhinə bir intervü, bir analizə rast gəlmək mümkün deyildir. Ənənəvi vəziyyət ağırdır.

Cəmiyyətdə heç bir çəkisi olmayan iki partiyanın, heç bir fundamenti olmayan MŞ-da birincilik uğrunda belə amansızlıqla vuruşmaqlarının səbəbini kimsə izah edə bilərsə, buyursun. Özünün hüququnu müdafiə edib pasport ala bilməyən, həbsxanada olan üzvləri, NİDA-dan olan gəncləri, Anar Məmmədlinin müdafiəsinə qalxa bilməyənlərin camaatın hüquqlarını qoruyacaqlarına kim inanar cənablar?


– Sizcə müxalifətin uğursuzluğunun səbəbi nədir?

– Bir daha qayıdaq 20 il öncəyə, Gürcüstanda Qamsaxurdiya , Ermənistanda Ter Petrosyan, Rusiyada Yeltsin hakimiyyətə gəldilər. Onların o illərdə komandaları var idi, indiki müxalifət də Əbülfəz Elçibəyin komandasında idi. İndi o 20 il bundan öncə bu ölkələrdə hakimiyyətə gəlmişlərin içərisindən heç olmazsa bir nəfəri göstərin ki, qalıb indiyə qədər müxalifətçilik edir. Müxalifət “profesiya” deyil.


– Bəs çıxış yolunu nədə görürsüz? 

– Partiya başqanlarını istefa verməsində. Müxalifətçilik müvəqqəti işdir, bir seçkidə iştirak edirsən uduzdun, çəkilib gedirsən. Sözsüz oturub mülahizələrini, analizlərini yaza bilərsən, ancaq daha partiya rəhbəri ola bilməzsən. Sən qırağa çəkiləndən sonra kimsə sənin buraxdığın səhvləri analiz edib tamamilə yeni ideyalarla mübarizəyə qatılır.


– Çoxları deyir ki, Müsavatın Milli Şuradan getməsi hər iki tərəfi zəiflədəcək. Siz necə düşünürsüz?

– Ölkədə 20 il ərzində eyni komandanın hakimiyyətdə qalmasını biz düzgün hesab etmiriksə, bəs 20 il eyni adamın partiya sədri olmasını necə düzgün saya bilərik? Müsavat Partiyasının MŞ-nı tərk etməsinin heç bir siyasi əhəmiyyəti yoxdur. Yəni ona görə nə partiya güclənəcək, nə də zəifləyəcək. İndi bunlar “2015-ci ilə qədər hökumətin sonu çatıb”, sonra da “hökumət seçkiləri saxtalaşdırdı” deyəcəklər. Ehtimal olunur ki, bu illər ərzində də 1000 nəfərlik qurultay keçirmək istəyən Müsavat Partiyasına yer tapılmayacaq. Bəziləri şəhərdən uzaq olacaq, bəziləri də çox baha görsənəcək. Saakaşvili də yoxdur ondan qurultay keçirməyə zal istəsinlər.


– Müsavatın Milli Şuradan çıxmasını qurumun dağılmağı kimi hesab etmək olarmı?

– MŞ-nın dağılacağı məndə heç vaxt şübhə doğurmayıb, mən bu prosesi hələ Müsavat eyforiyada olanda görürdüm. AXCP həmişəki kimi növbəti dəfə liderlərinin ambisiyasının qurbanı və əsirinə çevrilib. Ambisiyası ilə imkanları və real vəziyyəti arasında uçurum olan adamlar istənilən variantda inkişafın qarşısında baryer yaradır. Xoşbəxtlikdən bu bir partiya çərçivəsində baş verir. Sadəcə olaraq, oturub 10 il bundan öncə Xalq Cəbhəsi harada idi indi haraya gəlib? Buna baxmaq lazımdır. Açıq aydın bu partiyanın bugünkü mövcudluğunu hökumətin onu partiya kimi saxlamaq istəyində axtarmaq lazımdır. Düzdür, o partiyada çox fədakar insanlar var xüsusilə qadınlar və gənclər arasında. Ancaq məsələ ondadır ki , “komandir”in zəif olduğu ordu heç vaxt uda bilməz.


– Yuxarıda bildirirsiniz ki, hər iki partiya xalq arasında nüfuzunu itirib. Bəs onlar yenidən cəmiyyətdə siyasi çəkilərini qaldırmaq üçün nə etməlidirlər?

– Bu gün artıq İkinci Dünya müharibəsinin başlanığıcında Almaniya ordusunun silah və texnika cəhətdən, əsgərlərin sayına görə sovetlərin ordusundan azı iki dəfə zəif olduğu sübuta yetirilib. Buna baxmayaraq, 3 ay müddətində almanlar Avropadan böyük bir sahəni işğal edib və 3 milyondan çox əsir götürüblər. Yeganə səbəb “komandir”lərin zəif və əsgərlərin təlimsiz olması fəlakətə gətirib çıxardıb. Bu liderlər bir neçə suala cavab verməlidirlər. Siz hansı səbəbdən o postu tutmusunuz və Azərbaycanda nə etmək istəyirsiniz. Siz o istəyinizi necə etmək istəyirsiniz. Siz indiyə qədər bunları niyə etməmisiniz. Çox sadə suallardır. Aydındır ki, bu partiyaların camaat arasında heç bir çəkisi yoxdur, inamı qaytarmaq üçün müəyyən addımlar atmalıdırlar. Bundan başqa, hakimiyyətə gələrlərsə, hansı hökuməti quracaqlar və konkret kimi hansı vəzifəyə qoyacaqlar siyahısını açıqlasınlar. Çünki hakimiyyətə gəlmək istəyən adamın birinci növbədə belə bir siyahısı olmalıdır. Baxaq görək Müsavat və AXC partiyası belə bir siyahı tərtib etmək şansına malikdir, ya yox. Və həmin o siyahı xalq tərəfindən necə qarşılanacaq.


– Müxalifət nümayəndələri sizi Amerikada oturub onlara ağıl öyrətməməyə çağırır. Sizin onlara cavabınız varmı?

– “Dostlarım’’ deyir ki, oturub Amerikada bizə ağıl öyrətməsin, gəlsin görək özü nə edə bilər? Birincisi, əvvəlcədən deyirəm sadəcə olaraq, məni ölkəyə buraxmırlar və “görək özü nə edər?” – sualına cavab verə bilməyəcəyəm. İkincisi, sizcə, Bakıda oturub məsləhət vermək Amerikada oturub məsləhət verməkdən çox güclüdür? Üçüncüsü, məsləhət verməyin heç bir xeyri yoxdur. Çünki bu müxalifətçilərin başqa peşəsi yoxdur. Ölənə qədər müxalifətçilik edəcəklər. Mən bu insanlara yalnız bunu deyə bilərəm: – Azərbaycanın bu vəziyyətdən xilas olması naminə Allah xatirinə tək MŞ-dan yox, ümumiyyətlə, siyasətdən gedin. 20 il ərzində bütün göstəricilərinizdə deqradasiya gedir, fikirləşməyin ki, növbəti 20 ildə əks proses baş verəcək.

Əli Rais, Hafta.az

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: