“Gənclərin timsalında…yeni qüvvələrə…həmişə siyasi dəstək verəcəyəm.”

Bakı. Ramiz Mikayıloğlu – APA. Sabiq spiker, Açıq Cəmiyyət Partiyasının sabiq lideri Rəsul Quliyevin APA-ya müsahibəsi

 

– Milli Şurada baş verən son prosesləri necə dəyərləndirirsiniz?

– 2013-cü il avqustun 21-də, Cəmil Həsənlinin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar verilən sonra Milli Şura faktiki yoxdur.

 

– Ancaq bir zaman lideri olduğunuz Açıq Cəmiyyət Partiyası da hələ Milli Şuradadır?

– Açıq Cəmiyyət Partiyasının Milli Şurada olub-olmaması sözün əsl mənasında məni maraqlandırmır. Açıq Cəmiyyət Partiyası bu dəqiqə keçmişdə buraxdığı səhvlərdən nəticə çıxararaq yenidən təşkilatlanma dövründədir. Bu dəqiqə onlar barədə bir şey söyləyə bilmərəm. Gərək onlar təşkilatlanma prosesini qurtaralar. Baxaq görək, nə yaratmaq istəyirdilər, nəyə nail olublar. Hər halda Açıq Cəmiyyət Partiyası hər şeyə təzə baxışla baxmaq istəyirlər, nəinki 20 illik Müsavat Partiyası və AXCP. Müsavat Partiyası və AXCP məğlubiyyətlərini veclərinə almayıb, fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər. Onların mövcud olmasının ancaq bir səbəbi var. “Yeni Müsavat” və “Azadlıq” qəzetləri bu partiyalara dəstək verməsələr, bütün mətbuat orqanları kimi bu partiyaların işinə yanaşsa, bu partiyalar bir aydan sonra yoxa çıxar.

 

– Bundan sonrakı dönəmdə müxalif düşərgədə prosesləri necə proqnozlaşdırırsınız?

– Bu dəqiqə Azərbaycanda müxalifət deyilən heç bir şey yoxdur, özünü müxalifət adlandıranlar var. Özünü müxalifət adlandıranların düşərgəsində yenidən hər şey pozulub, pozulacaq. 2015-ci ildə yenidən guya nəsə yaratmağa cəhd edəcəklər. 2015-ci il noyabr seçkilərindən sonra yenidən hər şey pozulacaq. Mümkün deyil ki, 20 il müddətində daim uduzan bir təşkilat özünü müxalifət adlandırsın və müxalifət kimi də fəaliyyətini davam etdirsin. Bu, tarix elminə ziddir. Ona görə də Azərbaycanda müxalifətdən danışmaq gülüncdür.

 

– Siz özünüz şəxsən siyasi proseslərdə necə iştirak etməyi düşünürsünüz? Qarşıdan parlament seçkiləri gəlir.

– Mən siyasi proseslərdə özümün hansı formada iştirak edəcəyimi müəyyənləşdirməmişəm. Hələ ki, mənim məqsədim qismən cavanların qarşısını kəsən, siyasət meydanına daxil olmağa imkan verməyən “əjdahalar”ın – Müsavat Partiyası və AXCP liderlərinin siyasətdən getməsi və yeni qurumların yaranmasına nail olmaqdır. Buna nail olmaq istəyirəm. Bu adamlar meydanı boşaltmalıdırlar ki, gənclərin timsalında ora yeni qüvvələr daxil olsun. Sözsüz ki, o gənclərə həmişə siyasi dəstək verəcəyəm.

 

– Azərbaycan siyasətinə Rüstəm İbrahimbəyov, Cəmil Həsənli. Eldar Namazov kimi fiqurlar da daxil olub. Bu şəxslərin siyasi gələcəyini necə görürsünüz?

– Rüstəm İbrahimbəyov siyasətlə məşğul olmayan bir adamdır, təsadüfən siyasətə gəlmişdi, nə formada siyasəti davam etdirdiyini bilmirəm. Ancaq onun həddindən artıq maraqlı sənəti var, o sənətini davam etdirəcək. Ziyalılar Forumu yaratmışdı, ola bilər ki, Ziyalılar Forumunun çərçivəsində işlərini davam etdirsin, müəyyən tövsiyə xarakterli qərarlar qəbul etsinlər. Cəmil Həsənlinin gələcəkdə nələr edəcəyini deyə bilmərəm. Bir onu deyə bilərəm ki, Cəmil Həsənlinin müxalifətdə qalması, özünü müxalifətin lideri elan etməsi Azərbaycanda müxalifətin zəifləməsini istəməkdir. Cəmil Həsənlinin liderlik keyfiyyəti, xarizması yoxdur. Cəmil Həsənli əvvəlcə necə müəllimliklə məşğul idi, yenə də müəllimliyini etməli, tarixini yazmalıdır. O, bu işlərə qarışmamalıdır, çünki bu işlərə onun gücü çatmaz. Eldar Namazova gəldikdə, Açıq Cəmiyyət Partiyası kimi yaratdığı “El” Hərəkatını yenidən formalaşdırmaq üçün hansısa işləri görür. Müsavat Partiyası və AXCP-nin timsalında qeyd edim ki, 8 dəfə seçkiləri uduzan adam əgər birinci məğlubiyyətdən sonra bu məğlubiyyətin səbəbini axtarmırsa, öz işini yenidən qurmaq üçün öz təşkilatını rekonstruksiya etmirsə, onların gələcəyi yoxdur. Eldar Namazov da bunu başa düşür və rekonstruksiya ilə məşğuldur. Ancaq bu o demək deyil ki, Eldar Namazov nəyəsə nail olacaq, bunu gələcək göstərəcək. Özlərini böyük partiya adlandıranlar rekonstruksiya barədə düşünmək istəmirlər, bəla buradadır.

 

– Ancaq görünən budur ki, bundan sonra da müxalif düşərgədə siyasi proseslər Müsavat Partiyası və AXCP ətrafında cərəyan edəcək…

– Müxalif düşərgədə proseslər bu iki partiyanın ətrafında cərəyan edəcəksə, bizim hökumət qəti sürətdə narahat olmamalı, müxalifət barədə fikirləşməməlidir. Yavaş-yavaş seçkiləri istədiyi kimi keçirib, yoluna davam etməlidir. Azərbaycan xalqının nəzərində Müsavat Partiyası və AXCP-nin heç bir hörməti qalmayıb, onlara inam yoxdur. Bu inamı əldə etməyə çalışmaq lazımdırmı? Əgər bu inamı bərpa etmək istəmirsənsə, nə etmək istəyirsən? Əgər ailədə valideynin hörməti itirsə, o halda həmin ailədə əmin-amanlıq olmaz ki?! İnamı qaytarmaq istəyirsənsə, cəsarətin çatsın, bəyan et ki, hakimiyyətə gəlmək istəyirəm və hakimiyyətə gələndə bu adamlar mənim komandam olacaq. Məsələn, mən prezident olacağam, filankəs baş nazir, filankəs filan nazir… O adamlar hökumətlərinin siyahısını yazıb verə bilsələr, heç kim onlara yaxın gəlməz. Tutaq ki, Müsavat Partiyası yazıb təqdim etsin ki, İsa Qəmbər prezident, filankəs baş nazir, filankəs filan vəzifədə olacaq. Azərbaycan xalqı bunu qəbul edərmi? Etməz, çünki orda elə bir adam yoxdur ki, ondan nazir ola bilsin. Heç bir hökumət yarada bilməyəcəksənsə, nə qədər müxalifətçilik edəcəksən? Hər halda insan gərək hərdən utanmağı da bacarsın. Həmin hiss aradan qalxanda vəziyyət ağır olur.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

Hələlik heç bir şərh yoxdur... İlk cavab yazan siz olun!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: