BİOQRAFİYA

GuliyevProfile

Rəsul Bayram oğlu Quliyev 18 oktyabr 1991-ci ilə – Azərbaycan Respublikası müstəqilliyini bərpa edənədək Bakı Neftayırma Zavodunun direktoru vəzifəsində işləyib. 1992-ci ildən Azərbaycan respublikası Dövlət Neft Şirkətində neftayırma üzrə idarə rəisi, 1993-cü ildən AR Baş nazirinin müavini, 1993-cü ilin noyabırından 1996-cı ilin sentyabrınadək Azərbaycan Parlamentinin sədri olub.

1990-cı ildə Ayaz Mütəllibov hakimiyyətinin onun əleyhinə çıxmasına baxmayaraq, AXC-dən, varlı iş adamlarından, direktorlardan və tanınmış sənətçilərdən ibarət 11 deputatlığa namizəd arasından deputat seçilib. Seçiciləri və tərəfdarları seçki protokollarını saxtalaşdırmağa imkan vermədiyindən, hakimiyyət onun deputat seçilməsiylə razılaşmaq məcburiyyətində qalıb.

1991-ci ilin əvvəlində hakimiyyətin əleyhinə olmasına baxmayaraq, yenidən Bakı Şəhər Sovetinə də deputat seçilib.

1995-ci ilin parlament seçkilərində Rəsul Quliyevin namizədliyini irəli sürdüyü dairə respublikada seçkilərin şəffaf keçrildiyi yeganə ərazi olub. O, 61 faiz səslə (“hakimiyyətin deputatları”na ən azı 80 faiz səs yazılıb) qalib gəlib. Eyni zamanda, bu, yeganə dairə olub ki, Heydər Əliyevin sədrlik ertdiyi YAP cəmi 52 faiz səs toplaya bilib.

Parlament sədri seçildikdən sonra isə R.Quliyevlə H.Əliyev arasında münasibətlər gərginləşməyə başlayıb və ilbəil arta-arta gedib.

Hələ 1994-cü ilin mart, may və avqust aylarında Milli Məclisin sessiyalarında hakimiyyətin heç bir reforma aparmadığını, əksinə totalitarizmə meylləndiyini kəskin tənqid edib. Hökumət rəhbərliyinin mövqeyini gözləmədən, müstəqil şəkildə torpağın özəlləşdirilməsindən başlamış iflasa qədər onlarla fundamental qanun layihələri hazırlatdırıb və qəbul elətdirib. “Yarıdemokratiya, yarıdiktatura olmur”, “Demokratiyasız Azərbaycan xalqının işıqlı gələcəyi ola bilməz” kimi ifadələr parlament sədri olduğu dövrlərdə onun çıxışlarının ana xəttini təşkil edib.

1994-cü ilin sentyabrından isə R.Quliyev öz çıxışında hakimiyyətin korrupsiya və rüşvətə qarşı heç bir mübarizə aparmadığını, cəmiyyəti inkişafdan saxlayan bu neqativ halların günü-gündən daha da genişləndiyini qeyd edərək, H.Əliyevi və onun komandasını açıq tənqidlərə başlayıb.

Oktyabrda isə R.Quliyev dövlət çevrilişinin qarşısını almağa rəhbərlik edib.

1995-ci ilin yanvar-fevral aylarında R.Quliyev yenidən hökuməti korrupsiya və rüşvətə şərait yaratdığına görə, kəskin tənqid edir. Həmin ilin mart ayında isə ikinci dəfə dövlət çevrilişinə olan cəhdin qarşısı məhz onun rəhbərliyi ilə alınır.

Aprel ayında H.Əliyevin iştirakı ilə Prezident Aparatının qarşısında keçirilən mitinqdəki çıxışında “Azərbaycanda xalqın azadlığı yoxdur, münasibətləri qanunlar yox, bürokratlar müəyyənləşdirir. Bu tipli rejimin bir adı var – totalitarizm! Belə rejimdə inkişaf ola, insanların azadlığı təmin edilə bilməz” – deyərək, Əliyevin ölkədə diktatura rejimi yaratmasına qəti etirazını bildirir.

1996-cı ilin əvvəlindən başlayaraq, R.Quliyevlə H.Əliyev arasındakı münasibətlər daha da gərginləşir. O, H.Əliyevin yaratdığı məhkəmə sistemini “Prezident Aparatının bir şöbəsi” adlandırır.

Həmin ilin fevralında ikinci neft kontraktının müzakirəsi zamanı Prezident Aparatının bu müqavilədə Azərbaycanın maraqlarını axıra qədər gözləmədiyi və nəticədə ölkənin bir neçə milyard itirəcəyi barədə çıxış edir.

R. Quliyev H.Əliyev rejiminə ən ağır zərbəni dövlət büdcəsinin müzakirəsi zamanı parlament tribunasından vurur: o, 45 dəqiqəlik çıxışında Əliyevin apardığı siyasətin bütün neqativ aspektlərini açıq və sərt tənqid edir!

Həmin ilin mayında Rusiyanın tanınmış “Novoe Vremya” jurnalına verdiyi müsahibəsində R.Quliyev Əliyevin Dağlıq Qarabağ siyasətini kəskin tənqid edərək, eyni zamanda onu ölkədə cüzi azadlıqlar verməklə korrupsiya və rüşvət rejimi yaratmaqda suçlayır. Buna cavab olaraq da H.Əliyev YAP-dan olan nazirləri və funksionerləri vasitəsilə R.Quliyevə qarşı yerli mətbuatda kampaniya təşkil edir.

1996-cı ilin sentyabrında R.Quliyev parlament sədrliyi postundan istefa verir. R.Quliyevin gözlənilməz istefasına sevinən H.Əliyev parlamentdə onun ünvanına xoş sözlər, təriflər söyləyir.

1997-ci ilin yanvarında R.Quliyevin çoxdan üzərində işlədiyi “Neft və Siyasət” kitabı nəşr olunur. Eyni zamanda, il boyu R.Quliyev ABŞ Konqresi və Dövlət Departamentində, həmçinin Avropa Şurasında və bir sıra ölkələrdə görüşlər keçirir. Bundan xeyli narahat olan H.Əliyev ona “əgər mənim əleyhimə iş aparmağı dayandırmasan, qohumlarını tutduracaq, özünəsə cinayət işi açdıracağam” xəbərini göndərir.

R.Quliyev H.Əliyevin bu cür davranacağını gözləyirdi. Çünki istefa verdiyi günün axşamı H.Əliyev onu şam yeməyinə dəvət etmiş, yeməkdən sonra isə ona bir kağız uzadaraq oxumasını xahiş etmişdi. Həmin şam yeməyinə indiki prezident İlham Əliyev də qatılıbmış. Kağızda R.Quliyevin əvvəllər işlədiyi zavodda hansısa əməliyyatların düzgün aparılmaması barədə “nağıllar” yazılıbmış.

Kağızı oxuyan R.Quliyevlə H.Əliyev arasında belə bir dialoq olur:

“R.Quliyev:

– Bu mənasız kağızı niyə mənə göstərirsiniz?

H.Əliyev:

– Özünü yaxşı aparmasan, sənə qarşı cinayət işi açdıracağam!

R.Quliyev:

– Siz mənə necə cinayət işi açdıra bilərsiniz? Axı, mən bu kağızda yazdığınız dövrlərdə heç bir istehsalatla məşğul olmamışam?!

H.Əliyev:

– Sən ağıllı adamsan, yaxşı bilirsən ki, ömrü boyu bizim işimiz rejimin əleyhinə gedənlərə saxta cinayət işləri açdırmaq olub…”.

…Əliyevin hədələri yeni olmasa da, R.Quliyev heç cür inana bilmirdi ki, olmayan şeylərdən ona cinayət işi açıla bilər. Əgər müstəqil Azərbaycan dövründə heç bir iqtisadi işlə məşğul olmamışdısa, iqdisadi xarakterli hansısa sənədə imza atmamışdısa, ümumiyyətlə, ölkədən heç bir kiloqram da  neft ixrac olunmamışdısa, R.Quliyevə qarşı necə cinayət işi açıla bilərdi?

Ancaq heç bir sənəddə imzası olmasa da, heç kim üzünə durmasa da, hətta heç bir dəlil-subut tapılmasa da, R.Quliyevə cinayət işi açıldı və 10-a yaxın adam həbs edildi. Həbs olunanlardan bir il müddətində Rəsul Quliyevin əleyhinə ifadələr alınmasına, “dəlil-sübut” toplanılmasına cəhd göstərilsə də, bütün təzyiqlərə baxmayaraq, heç kim olmayan şeyi boynuna götürmədi.

1997-ci ilin dekabrında R.Quliyevin “Demokratiyaya gedən yol” adlı ikinci kitabı çap olundu. Kitab işıq üzü görəndən iki gün sonra Milli Məclis onun deputat mandatını ləğv etdi. Bu hadisədən iki gün sonra isə R.Quliyevin hüquqlarını Müdafiə Komitəsi yarandı.

1998-ci ilin yanvarında H.Əliyevin tapşırığı ilə Az TV-də R.Quliyevin haqqında cinayət işinin açılması barədə “seriallar”a start verildi və Stalin dövründə olduğu kimi, kollektivlərdə iclaslar keçirib “xalq düşməni”ni damğalamaq prosesinə başlanıldı.

Bu kampaniya 14 ildir ki, davam edir.  İndiyədək “xalq düşməni”nin “ifşa edilməsi”nə üst-üstə bir neçə yüz saat efir vaxtı sərf edilib və mindən çox kollektivdə, hətta Azərbaycanın uzaq kəndlərində belə, onun əleyhinə iclaslar təşkil olunub. Ancaq totalitar rejimin bütün gücü ilə onu ləkələməyə çalışması heç bir nəticə verməyib. Belə ki, xalq nəinki R.Quliyevdən üz döndərməyib, əksinə ondan xilaskar obrazı yaradıb.

Təbii ki, R.Quliyevin keçirilən prezident seçkilərində iştirakına da imkan verilmədi. AR Ali Məhkəməsi R.Quliyevin Hüquqlarını Müdafiə Komitəsini qeydə almaqdan imtina etdi.

1998-ci ilin yanvarında MTN və DİN Rəsul Quliyevin “Dövlətin konstitusion quruluşunu devirməyə, terrora hazırlaşdığı” barədə bəyanat yaydı.

27 yanvarda R.Quliyevin qardaşı oğlu Rza Quliyev saxta ittihamlarla həbs edildi.

Fevralda DİN R.Quliyevin “10 milyon dollar pul mənimsədiyi” barədə məlumat yaydı. Bu rəqəm sonrakı 7 il müddətində hər il artırıla-artırıla 100 milyon dollardan yuxarı həddə çatdırılacaq, Quliyevin hər aktiv hərəkətindən sonra isə daha 10 milyon dollar da əlavə olunacaqdı.

Mart ayında parlamentin 6 üzvü H.Əliyevin partiyasını tərk edib Quliyevin partiyasına daxil oldu.

Aprelin 8-də isə Azərbaycan parlamenti R.Quliyevin həbs edilməsinə icazə verdi.

1999-2005-ci illər ərzində Rəsul Quliyev konqresmenlərlə, Avropa Şurasının deputatları ilə və xarici işlər nazirliklərində yüzlərlə görüş keçirdi.

Bu dövrdə əlavə iki kitab yazdı. “Mübarizəmizin məqsədi” kitabı nəşr edildikdən sonra qardaşı oğlu Etibar Quliyev, “Diktatorla üz-üzə” kitabından sonra isə o biri qardaşıoğlu Bayram Quliyev həbs olundu. Ümumiyyətlə, R.Quliyevlə qohumluq əlaqələri olan onlarla adam həbsə atıldı, 1000-ə yaxın tərəfdarı etiraz aksiyalarında azı 15 gündən 3 ilədək azadlıqdan məhrum edildilər, repressiyalara məruz qaldılar.

2003-cü ildə yenidən absurd bəhanələrlə prezident seçkilərinə buraxılmayan R.Quliyevin 2005-ci ildə ABŞ və Avropa Şurasının təzyiqi altında parlament seçkilərində iştirakına icazə verildi. Ancaq hakimiyyət yenə də onu Azərbaycana buraxmadı və Quliyev icazəsiz Bakıya uçarkən, Ukraynanın Simferopol şəhərində rüşvət verməklə onu həbs etdirdilər. ABŞ-ın təziyiqi ilə 3 gündən sonra azadlığa çıxan Quliyevi yenə də Azərbaycana buraxmadılar.

Azərbaycan hakimiyyəti Quliyevin seçkilərdə iştirak etdiyi dairədən ona rəqib olaraq onlarla tanınmış adamın namizədliyini irəli sürüb, seçicilərə də ağlasığmaz təzyiqlər göstərsə də, onlar Quliyevə səs verdilər. R.Quliyev bütün seçki məntəqələrində qalib gəldi. Hakimiyyətin seçki protokollarını zorla saxtalaşdırmaq cəhdlərinin qarşısı da camaat tərəfində alındı. R.Quliyev 2005-ci il seçkilərində qalib gəldiyi imzalanmış məntəqə protokolları ilə təsdiqlənən yeganə namizəddir. Həmin protokollarla Quliyev Strasburq məhkəməsinə müraciət etdi və Azərbaycan hakimiyyəti məhkəmə prosesinə qatılmadan, seçkinin nəticələrini saxtalaşdırdığını boynuna aldı.

2005-ci ildən sonra Quliyev üç bədii-siyasi və bir tarixi roman yazdı. Romanların ikisi – “Axına qarşı” və “Reportyorlar’’ ABŞ-da ingilis dilində çapdan çıxıb. “Axına qarşı” romanı həmçinin Azərbaycanda da çap olunub, ancaq satışdan çıxarılıb. “Qarabağ faciəsi” adlanan tarixi romansa “Yeni Müsavat” qəzetində hissə-hissə çap olunub, lakin kitab şəkilində çıxandan sonra satışdan yığışdırılıb. Hazırda bu romanı Türkiyə və ABŞ-da çap etməyə hazırlaşırlar. Quliyevin yazdığı “Dissidentin taleyi” adlanan başqa bir romanı isə ingilis və Azərbaycan dillərində 2013-cü ilin əvvəlində ABŞ-da çapdan çıxacaq. Bu romanların hamısı birbaşa Azərbaycandakı totalitar rejimin personajları ilə əlaqədardır.

R.Quliyevin qatılmadığı 2008 və 2010-cu illərin seçkiləri müxalifətin heç bir müqaviməti olmadan keçib.

2011-ci ilin dekabrından R.Quliyev 2013-cü ildə Azərbaycanda keçiriləcək prezident seçkilərini saxtalaşdırmağa yol verməmək üçün aktiv fəaliyyətə başlayıb. Youtube-da və yaratdığı şəxsi bloqunda indiyə qədər 600 mindən çox adamla münasibətdə olan Quliyevin apardığı siyasəti nəinki Azərbaycanda, həmçinin başqa ölkələrdə yaşayan vətəndaşların da əksəriyyəti dəstəkləyirlər.

Bir Cavab to “BİOQRAFİYA”

  1. Nece nece insanlari saxta hebsnen icerilere atdilar bunlar,
    Biz size inaniriq Resul Bey umudimiz sizedir.

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: