arxiv | Müsahibələr Bu bölmə üçün RSS qidalandırıcısı

“Milli Şuranın məqsədi cəmiyyətdə hökm sürən aldadıcı sükütu və passivliyi tufana çevirməkdir.”

  Sevda Əliyeva (Amerikanın Səsi) 10.07.2013 Milli Şuranın üzvü, Açıq Cəmiyyət Partiyasının sədri Rəsul Quliyev şuranın vahid namizədi Rüstəm İbarhimbəyovun qarşıdan gələn prezident seçkilərində qələbə şansından danışarkən qeyd edib ki, vahid namizədin seçilməsi özü bir uğurdur. ”Bu, prezident seçkilərinin azad və ədalətli keçirilməsi üçün uğurlu bir addımdır. Ancaq bu, qəti surətdə kifayət deyil. Qələbəyə doğru əgər […]

Oxumağa davam et

“Ehtiyat namizədin olması seçkinin saxtalaşdırılmasına demokratik don geydirilməsidir.”

Azərbaycan parlamentinin keçmiş spikeri, Açıq Cəmiyyət Partiyasının lideri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev bildirir ki, seçki ərəfəsində Bakıya dönmək üçün Ankara, Tbilisi və Moskva ilə şərtləri müzakirə edir. Rəsul Quliyev Milli Şuranın fəaliyyəti, Mehriban Əliyevanın prezidentliyə namizədliyinin perspektivləri, hakimiyyət daxilində vəziyyətə dair AzadlıqRadiosunun suallarını cavablandırır.   – Rəsul bəy, Sizin də daxil olduğunu Milli Şurada […]

Oxumağa davam et

“Bu gün və yaxın 20 ildə fantaziya olan Avroatlantik blokuna inteqrasiya şüarı bizə heç nə verməz”

“Bu bloka daxil olmaq elə də asan məsələ deyil”  ACP lideri Rəsul Quliyev Milli Şuranın bəyannaməsində əks olunan Avroatlantik məkana inteqrasiya məsələsinə münasibət bildirib. Rəsul Quliyev “Qafqazinfo” ya açıqlamasında qeyd edib ki, burada Avroatlantik, başqa sözlə NATO ilə inteqrasiyadan söhbət gedir, yəni hərbi bloka qoşulmaq məsələsi gündəmə gətirilib: ”Bu blok 1950-ci illərdə Sovet İttifaqının Avropada […]

Oxumağa davam et

“Məmurların bir hissəsi bu hakimiyyətlə, rejimlə vidalaşıb qorxusuz yaşamağı arzu edir.”

Açıq Cəmiyyət Partiyasının lideri, hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan eks-spiker Rəsul Quliyev “Yeni Müsavat”a geniş və eksklüziv müsahibə verib. Onunla ölkədəki mövcud durum, Milli Şura ilə bağlı məsələlər, iqtidarda gedən proseslər barədə söhbətimizi təqdim edirik.   – Öncə sizin Azərbaycandakı mövcud – seçkiqabağı duruma münasibətinizi öyrənmək istərdik. – Hələ ki ancaq hakimiyyətin əl-ayağa düşməsi göz […]

Oxumağa davam et

“Türk qardaşlarımızdan ibrət götürək,diktaturaya “yox” deyək”

    ACP lideri, eks spiker Rəsul Quliyev son günlər Türkiyədə baş verən olaylara Azpolitika.com vasitəsilə münasibətini bildirib. O, bildirib ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 10 illər çəkən hökümət böhranından sonra partiyası ilə birlikdə hakimiyyətə gəlməsi yorulmuş türk xalqını sevindirdi. Xüsusilə onun komandası ilə birlikdə apardığı yarımçıq olsa da antikorrupsiya siyasəti populyarlığını xeyli qaldırdı. Hərbiçilərində […]

Oxumağa davam et

“Milli Şura naminə iş görməyən insanlar dərhal bu siyahıdən uzaqlaşdırılmalıdır.”

“Milli Şuranın yaradılması ilə bütün problemlər həllini tapacaq illyuziyasına düşmək təhlükəlidir” Azərbaycanın eks-spikeri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev müxalifətin yenicə elan etdiyi Milli Şura ilə bağlı tapşırıqlarını verib. Modern.az-a açıqlamasında sabiq parlament sədri mətbuatda bəlli olmasa da, Milli Şuranın yaranmasında ilk gündən aktiv iştirak etdiyini bildirib. Eks-spiker daha sonra yerli telekanallara müraciət edərək, […]

Oxumağa davam et

“Azad seçkilərə nail olmaq üçün kiçik bir sənəd hazırlanmalıdır.”

-“Bəzi siyasətçilər isə “müxalifət olmasaydı, Azərbaycandakı rejim indi Türkmənistandakı kimi olardı” ideyasını ortaya atıb ondan təsəlli tapır.” -“Diktatorların hərdəmxəyal olduğunu yaxşı bilən Qərb sivilizasiyası bu rejimin əl-qolunu Bakı-Ceyhan neft kəməri ilə bağlayıb.” -“Əgər Bakı-Ceyhanı qapamaqla bu rejimi çökdürmək mümkündürsə, niyə Qərb və bizim qardaş dediyimiz Türkiyə bu işi 9 milyonluq Azərbaycan xalqının naminə etmir?” -“Azərbaycanda xaosu […]

Oxumağa davam et

“Qorxu insan üçün labüd olan keyfiyyətdir. Qorxmağı etiraf etmək qəbahət deyil.”

Azərbaycanın eks-spikeri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri, uzun illərdir Amerikada mühacir həyatı yaşayan Rəsul Quliyevin Modern.az saytına müsahibəsini təqdim edirik:   – Rəsul bəy, uzun illərdir Azərbaycandan xeyli uzaqda, Amerikada mühacirətdəsiniz. Vətən üçün heç darıxırsınızmı? Doğulub boya-başa çatdığınız yerləri necə xatırlayırsınız? – Həyatda vətənlə əlaqədar əsasən iki formalaşmış xarakter vardır. Birinicisi, harada yaşamasının insan üçün fərqi yoxdur, […]

Oxumağa davam et

“Nə o yalan danışmağından utanır, nə də xalq hər dəfə ona inanmaqdan usanır”

    Əvvəli “Nifrət hökümətin apardığı siyasətlə əlaqədardır, müxalifətlə yox.” “Bizim başbilənlərimizin heç 10 faizi bilmir ki, 3 gündən sonra “Evrovizion” İsveçdə başlayır və buna İsveç höküməti büdcədən heç 15 milyon belə xərcləməyib.” “Heç kim soruşmur , əzizim, işlətməyəcəksənsə bu bahalı oyuncaqları niyə alırsan, axı bu camaatın puludur” “Xədicə İsmayılovaya hücuma bir neçə azərbaycanlını çıxmaq […]

Oxumağa davam et

“Müxalifətin 10 minlik gücünün qarşısına hökümətin 170 min çıxarmaq gücü var”

  ACP lideri, eks spiker Rəsul Quliyev bir sıra sayt, internet tv və qəzetlərin, eləcə də vətəndaşların facebook səhifəsində ona ünvanladığı çoxsaylı sualları cavablandırmaqda davam edir. Eks spikerin növbəti müsahibəsini təqdim edirik.   -NİDA gənclər təşkilatında həbslərdən sonra Azərbaycanda bir durğunluq yarandı,  bu ilin seçki ili olduğu hiss olunmur… – Yüngül bir tikinti də ucanda, […]

Oxumağa davam et