arxiv | Diktatorla Üz-Üzə Bu bölmə üçün RSS qidalandırıcısı

İqtisadi İslahatlar – 1

Əvvəli Zəngin Azərbaycan Uğrunda  “Azərbaycan xalqının bu şəraitdə yaşamasına imkan vermək olmaz, o, buna layiq deyil”. (Milli Məclisin 1994-cü il 14 dekabr tarixli iclasındakı çıxışdan) Azərbaycanın müstəqilliyini qoruyub möhkəmləndirmək üçün, ilk növbədə, ölkənin iqtisadiyyatı ilə məşğul olmalı və qüdrətli iqtisadiyyata söykənən bir dövlət qurmalıyıq. Bu gün Azərbaycan iqtisadiyyatı iflic vəziyyətdədir. Burada gizlədilməli məsələ yoxdur. Bu günə […]

Oxumağa davam et

Siyasi İslahatlar – 4

Əvvəli -Cəmiyyətin hamılıqla siyasiləşməsinin hansı faciəli nəticələrə gətirib çıxardığını hamı bilir. Bu cür ellliklə siyasiləşmə Almaniyada Hitlerin hakimiyyətə gəlişinə və faşizmin formalaşmasına səbəb oldu; -Azərbaycan xalqının indiki səviyyəsi nə 1787-ci ildəki Amerika, nə də 1853-cü ildəki Argentina xalqının səviyyəsindən aşağı deyil. O xalqlar demokratiyaya mərhələ-mərhələ yox, bütünlüklə keçid kursuyla gəlib çıxmışlar. Biz də bu yolu […]

Oxumağa davam et

Siyasi İslahatlar – 3

Əvvəli Məlumdur ki, 1995-ci ilə qədər fəaliyyət göstərmiş Milli Məclisin vaxtından qabaq buraxılması haqqında müxtəlif cinahlardan dəfələrlə, özü də bir çox hallarda kifayət qədər güclü təzyiqlərlə müşayiət olunan təkliflər olmuşdur (Əslinə qalsa, bu parlamentin buraxılması tələbləri onun fəaliyyətə başladığı günün səhərisi eşidildi). Amma mən ali qanunvericilik orqanının tam səlahiyyət müddətində fəaliyyət göstərməsinin tərəfdarı idim. Niyə? […]

Oxumağa davam et

Siyasi İslahatlar – 2

Əvvəli Müstəqil Azərbaycan Respublikasının yeni konstitusiyasının qəbul edilməsi zərurəti bir sıra amillərlə bağlı idi. Birincisi, Azərbaycan Respublikasının mövcud Konstitusiyası respublikamızın keçmiş SSRİ tərkibində olduğu zaman qəbul edilmişdi və ona bir sıra dəyişiklik və əlavələr edilmişdirsə də, müstəqilliyini bərpa etmiş və hüquqi dövlət quran ölkənin Əsas Qanunu kimi, öz hüququi və mənəvi əhəmiyyətini, müəyyən mənada, itirmişdir. […]

Oxumağa davam et

Siyasi İslahatlar – 1

Əvvəli Azad seçkilər və insan hüquqlarının qorunması demokratiyanın inkişaf şərtidir Son illərin hadisələri sübut edir ki, deklorasiya, şüarlar və mücərrəd çıxışlarla nə xalqın azadlığını təmin etmək, nə də dövlət müstəqilliyinə həqiqi məzmun vermək olar. Güclü, müstəqil, hüquqi, dünyəvi və firavan yaşayışı təmin etmiş dövlət qurmaq üçün tarixin bizə verdiyi bu imkana nadir şans kimi baxır, bu […]

Oxumağa davam et

DİKTATORUN PORTRET CİZGİLƏRİ – 4

Əvvəli Azərbaycan xalqının həyatı üçün lazım olan mühüm problemlərin həllində H.Əliyevin əvəzedilməzliyi barədə mifik psixologiya yaradılması onun ideoloji işinin əsas istiqamətlərindəndir. Bu istiqamətdə məqsədə nail olmaq üçün əsasən, 3 formadan istifadə olunur: Birincisi, təbliğati forma – əhalini inandırmağa çalışırlar ki, vəziyyət nə qədər ağır, problemlər nə qədər çox olsa da, bunlara dözmək lazımdır. Çünki əgər […]

Oxumağa davam et

DİKTATORUN PORTRET CİZGİLƏRİ – 3

Əvvəli Nəyə görə belə siyasət yeridilir? Ağlımıza gələn ilk şey imzalanmış müqavilələrin Dağlıq Qarabağ probleminin həllinə kömək edəcəyidir. Başqa sözlə, iqtisadi vasitələrlə xarici dövlətlərin dəstəyini qazanmaq taktikası göz önünə gələ bilər. Bu ideyanın xəyaldan başqa bir şey olmadığı çoxlarına aydınlaşıb. 1994-cü ilin sentyabrında imzalanan “əsrin müqaviləsi”ndən 7 il keçsə də, işğal olunmuş Azərbaycan torpaqlarının geri […]

Oxumağa davam et

DİKTATORUN PORTRET CİZGİLƏRİ – 2

Əvvəli Bunlar onun nəyinə lazımdır? Hər şeydən əvvəl, ona görə ki, diktatorun hakimiyyəti illərində onunla birgə cinayətlərdə iştirak edən dövlət xadimləri daha üzüyola və simasız olurlar. Sadə xalq üçün əlçatmaz olan vəzifə kreslosu və yaxşı yaşayış naminə, onlar yeni və daha da ağır cinayətlər törətməyə hazır olan quldur dəstəsinə çevrilirlər. İkincisi, diktatorun gedişindən sonra xalqın […]

Oxumağa davam et

DİKTATORUN PORTRET CİZGİLƏRİ – 1

Azərbaycan xalqının xoşbəxt gələcəyi və problemlərinin həlli naminə, eləcə də Heydər Əliyevə inandığım üçün üç il – 1993-cü ildən 1996-cı ilə qədər, Milli Məclisin sədri kimi, onunla birlikdə fəaliyyət göstərdim. Həmi üç il mənə imkan verdi  ki, bu insanın siyası baxışlarını, mənəvi-psixoloji keyfiyyətlərini daha yaxından müşahidə edim. Müşahidələr cox tezliklə məni belə bir qənaətə gətirdi […]

Oxumağa davam et

“Məqsədim Sizin Həyatda İtirdiyiniz İnamınızı Özünüzə Qaytarmaqdır”

Əvvəli Hətta vətəndən çox uzaqlarda olduğum vaxtlarda da Azərbaycanda demokratiyanın bərpa olunması üçün əlimdən gələni etməyə çalışmışam. Bununla yanaşı, Azərbaycanın sivil ölkələrə qoşula bilməməsindən, onun haqqında gəzən bədgüman rəylərdən həmişə məyus olmuşam. 2000-ci ilin martında ABŞ Konqresində Azərbaycanla bağlı keçirilmiş dinləmələrdəki çıxışımın bəzi yerlərini təqdim etmək istəyirəm: “Sovet İttifaqı dağıldıqdan sonra müstəqillik qazanan vətənim Azərbaycanın […]

Oxumağa davam et