arxiv | Diktatorla Üz-Üzə Bu bölmə üçün RSS qidalandırıcısı

“Özümü Yalnız Mənən Məsul Hesab Edirəm.”

Əvvəli 1990-cı illərin ortalarında Azərbaycanda siyasi sabitlik yaranandan sonra H.Əliyevin köklü sosial-iqtisadi islahatların keçirilməsinə həqiqi münasibəti üzə çıxmağa başladı. Həm bütünlükdə ölkənin özü seçim qarşısında idi, həm də dövlətin rəhbəri kimi H.Əliyev prinsipial və xalqımız üçün taleyüklü bir məsələ barədə öz tarixi seçimini etməliydi. O, ya ölkənin strateji kursunu demokratik siyasi və iqtisadi dəyişikliklər rejiminə […]

Oxumağa davam et

“Ən Dəhşətli Deformasiyalar Beyinlərdədir”

Əvvəli Ali Sovetin sədri kimi, fəaliyyətə başladığım ilk günlərdən H.Əliyevlə ciddi fikir ayrılığına və ixtilaflara girdiyim prinsipial məsələlər aşağıdakılar idi: 1. Özəlləşdirmənin mümkün qədər tez, korrupsiya məqsədlərindən uzaq, ədalət prinsipinə söykənməklə, daha yüksək iqtisadi nəticələr əldə etmək prinsipinə uyğun aparılması; Mən özəlləşməni hamının mülkiyyət sahibi olmaqla şəxsiyyətin tam azadlığının və yüksək insani yaşayışa nail olmasının […]

Oxumağa davam et

“Tarix Pafosla Yox, Reallıqla Hesablaşır”

Əvvəli Azərbaycan xalqına rəhmdillik, yetim-yesirə, qonşularına əl tutmaq xüsusiyyəti xasdır. Bunlar əksər azərbaycınlıların mənəviyyatında özünə yer tutub. Ancaq  xarakterin formalaşmasında rejimin də təsiri güclüdür. Məsələn, XX əsrdə azərbaycanlıların xarakterində bir çox xüsusiyyətlər rejimin nəticəsində peyda olub. Mənəviyyatda satqınlıq, donosbazlıq elementlərinin əmələ gəlməsi Stalin və H.Əliyev diktaturasının məhsuludur. Geniş yayılmış məddahlıq və yaltaqlığı ürəkağrısı ilə seyr […]

Oxumağa davam et

“Vətəndaşlarının Varlı Olmasına Maraq Göstərilməlidir”

Əvvəli ABŞ-da dünyanın ac insanlarına yardım Fondu fəaliyyət göstərir. Fondun əməkdaşları ictimai yerlərdə elanlar yapışdırır, xüsusi qablar qoyub camaatdan pul toplayırlar. Hər dəfə Fondun pul yığan işçilərini görəndə və onların topladığı vəsaitin bir hissəsinin də Azərbaycana göndərildiyini düşünəndə, bacarıqlı, işgüzar, başqalarına əl tutan, əməksevər Azərbaycan xalqını özgələrə möhtac vəziyyətə gətirib çıxaranlara nifrətim artır. İldə 30-40 […]

Oxumağa davam et

“İnsanlara Xoşbəxt Olmaq Üçün Çox Şey Lazım Deyil.”

Əvvəli Mən hələ 1971-ci ildə qurğu rəisi işlədiyim dövrdə (tabeçiliyimdə 30-a yaxın işçi var idi) kollektivdə mikromüstəqillik, azadlıq,  hər bir problemin həllində hamının iştirakı atmosferi yaratmışdım və  o vaxtdan bu günə qədər işlədiyim hər kollektivdə həyatımın bu prinsipləri davam etdirilib. 1971-ci ildə 1967-ci ildən yeni texnologiya ilə işə salınmış (SSRİ-də analoqu olmayan yeganə texnologiya idi), […]

Oxumağa davam et

“Vətəndaşları Kasıb Olan Ölkədə Demokratiya Heç Vaxt Tam Qələbə Çala Bilməz”

Stalinin və Heydər Əliyevin yaratdığı rejimlər Azərbaycan xalqının mərdlik, qoçaqlıq, qeyrət, xeyirxahlıq genlərini məhv edərək, ondan rəzil, miskin və yetimlərdən ibarət kütlə formalaşdırmağa cəhd göstərdilər. Məkrli planlar qarşısında öz mənliyini tamamilə məhv olmaqdan  qoruya bilən xalqımız Tanrının bütün maddi və mənəvi nemətlərindən zövq alaraq, xoşbəxt yaşayan digər xalqlarla bir sırada durmağa layiqdir. Zaman və tarix […]

Oxumağa davam et