Əvvəli -“Gənc şahın təcrübəsizliyi Azərbaycanın daha 140 il də Rusiyanın əsarətində qalmasıyla nəticələndi…”; Tarixi arayış 1853-cü ildə, “Türkmənçay” müqaviləsindən 25 il sonra Azərbaycanın Rusiya əsarətindən xilas olması və vahid bir ölkə kimi formalaşması üçün real tarixi şərait yaranmışdı. Çar Nikolayın Avropada apardığı aqressiv siyasət 1840-cı ildən Rusiyaya qarşı düşmənçilik səviyyəsinə qalxan narazılığı günbəgün artırırdı. Onun […]
Oxumağa davam et
“Vətəndaşlarının hüququnu ev heyvanlarının hüquqi ilə eyniləşdirən…”
Əvvəli Tarixi arayış 1850-ci ildə, artıq 25 il hakimiyyətdə olan rus çarı I Nikolay ölkəsinin iqtisadi və hərbi potensialının səviyyəsinə məhəl qoymadan, dünyaya ağalıq etmək fikrinə düşmüşdü. O qədər də dərin ağıla malik olmayan şöhrətpərəst Nikolaya, ətrafında real vəziyyəti qiymətləndirməyi bacaran yüksək çinli məmurlar, başda Baş nazir Nesselrod olmaqla, Avropanın istənilən ölkəsinin, məsələn, Avstriya, Almaniya […]
Oxumağa davam et
“Azərbaycana elə Rusiya ərazisi kimi baxırdı.”
Əvvəli İranda 1847-ci ildə Nəsrəddin şah Qacar hakimiyyətə gəldi. O, atası Məhəmməd şah Qacarın oğlundan çox, İranda qəhrəman kimi xatırlanan Abbas Mirzənin nəvəsi olaraq tanınırdı. Anadan olandan Təbrizdə yaşamış Nəsrəddinin şahlıq heç fikrindən belə keçmirdi. Elmi təfəkkürə malik olan bu adam həyatını təbiətin qoynunda keçirib, kənd təsərrüfatı ilə məşğul olmaq istəyirdi. […]
Oxumağa davam et
“Ermənilər üçün Türklərlə qonşu olmaq daha rahat idi, nəinki içki düşkünü olan Ruslarla”
Əvvəli İran təslimçilik müqaviləsinə imza atandan 2 ay sonra Dunay çayı ətrafındakı ərazidə ruslar Osmanlı qoşunlarına hucum etdilər. Müharibə ərəfəsində Osmanlı imperiyasının ordusu ən acınacaqlı vəziyyətə düşmüşdü. Sultan Mahmud hərbi reformanı təzəcə başa çatdırmışdı. “Yeniçəri”lər ordudan qovulmuş və bir struktur kimi ləğv edilmişdi. Əvəzində isə, yeni, Avropa tipli ordu hələ yaradılmamışdı. Sultan Mahmudun ruslarla […]
Oxumağa davam et
“Azərbaycan xalqı isə həmin 1828-ci ildə olduğu kimi, hər şeyi “taleyin hökmüdür” kimi qəbul edəcəkdi…”
Əvvəli -Imperiyanın tarixində ən rüsvayçı təslimçilik aktı “Türkmənçay” müqaviləsi adı altında tarixə düşdü.; -Fətəli şah heç bir etiraz və müqavimətə rast gəlmədən, milləti satmağın mümkünlüyü presedentinin təməlini qoydu.; -həmin müqavilədən keçən 150 ildən çox müddətdə, bədbəxt Azərbaycan xalqını hakimiyyətə gəlmək, hakimiyyətdə möhkəmlənmək naminə satanların sayı kifayət qədər olacaqdı. Azərbaycan xalqı isə həmin 1828-ci ildə olduğu […]
Oxumağa davam et
“Ya gərək, öz xoşunla tacından əl çəkəsən, ya da ətrafındakı ağıllı adamlar səni zorla qovalar!”
Əvvəli 6-cı epizod Türkiyə, İstanbul, Sultanın sarayı, 1827-ci ilin noyabrı… Sultan Mahmud dərin fikrə getmişdi. Vəziri və çox inandığı iki paşası səslərini çıxarmadan, gözləyirdilər. Bilirdilər ki, sultan bir azdan danışacaq. Gözlədikləri kimi də oldu. O, qəfildən partladı: – Kələ köpək oğlu, səndən şah olmaz, sən ancaq insanların sayını artırmaq üçün yarayırsan. Sənin o balaca beynində […]
Oxumağa davam et
“…Azərbaycan torpaqları imperiyanın müqəddəs torpaqlarıdır”
Əvvəli -“…çoxluqda olan sadə, zəhmətkeş erməniləri azərbaycanlıların onların düşməni olduğuna inandıra bilmədilər.”; -“5 günlük yürüşlə qoşunlar Azərbaycanın 70 faizindən artıq torpaqlarını azad edib, Gəncəyə yaxınlaşa bildilər.”; Tarixi arayışın davamı 1814-cü ildə İngiltərə İranın neçə illərdir arzusunda olduğu əməkdaşlıq müqaviləsini imzaladı. Müqavilənin şərtlərinə görə, İngiltərə İrana silah-sursat və təlim keçmək üçün hərbi təlimatçılar göndərməli, ruslarla müharibəyə […]
Oxumağa davam et
“…Bu ölkədə hər bir şeyin qiyməti var, təkcə orada yaşayan insanlardan başqa.”
Əvvəli -Demokratik proseslərə start verilməsinə görə, Avropa qitəsi məhz Napoleona minnətdar olmalıdır; -Napoleon nadir talanta malik sərkərdə olmaqla yanaşı, dövrünün ən proqressiv siyasətçilərindən biri idi; -Öz vətəndaşlarına qarşı belə münasibət bəsləyən ölkə çox təhlükəlidir; Tarixi arayışın davamı Nəhayət, birləşmiş Avropa 2 il apardığı müharibədən sonra – 1814-cü ildə Napoleon ordusunu məğlub edə bildi. İngiltərənin […]
Oxumağa davam et
“Gülüstan müqaviləsi”…Azərbaycan xalqının faciələrlə dolu 200 illik gələcək tarixinin başlanğıcı oldu.”
Əvvəli Tarixi arayış 1812-ci ilin yanvarında İngiltərənin təşəbbüsüylə Osmanlı imperiyası ilə Rusiya arasında müharibəni dayandırmaq barədə, həmin ilin mayında isə Buxarestdə sülh müqaviləsi imzalandı. Faktiki olaraq, 6 illik müharibə hər iki ölkə üçün nəticəsiz qurtardı. Osmanlı və Rusiya imperiyaları arasındakı müqavilə İranı da ruslarla müqavilə bağlamağa həvəsləndirdi. Ancaq Fransanın Rusiyaya qarşı müharibəyə hazırlaşması xəbəri […]
Oxumağa davam et
“Qacarlar öz dövlətçilik fəaliyyətinə ilk dəfə bu torpaqlarda başlayıblar”
Əvvəli 5-ci epizod 1811-ci ilin dekabrı, Şah sarayı, Tehran… – Şah sağ olsun, rusların Polşanın bir hissəsini tutması fransızları qəzəbləndirib. Napoleon onları ‘’Tilzit’’ müqaviləsinin şərtlərini pozmaqda ittiham edir. Ruslar da öz növbələrində Napoleonun müqaviləni pozduğunu deyir, qoşunlarını Prussiyadan çıxarmamaqda təqsirləndirirlər. Məncə, Napoleonu əsas narahat edən rusların ingilislərlə əlaqələrini möhkəmləndirmələridir. Avropada hegemon mövqeyini axıra qədər möhkəmləndirə […]
Oxumağa davam et
Son Şərhlər – Recent Comments