arxiv | QARABAĞ: Müqavimətsizlikdən Doğan Faciə Bu bölmə üçün RSS qidalandırıcısı

“İran müəyyən reformalar həyata keçirsə, İngiltərə məmnuniyyətlə onunla müttəfiq olar.”

Əvvəli 4-cü epizod London, 1812-ci ilin yanvarı, Kral III Georginin sarayı…   Kralın mütəmadi düşdüyü ağır psixi vəziyyətdən və depressiyadan çıxması üçün xeyli vaxtın tələb olunduğunu yaxşı bilən Baş nazir Spenser Perseval, Xarici İşlər naziri Lord Baturst və Müharibə naziri Lord Liverpul əvvəlcədən hazırlaşmışdılar. İnformasiyalar Kralda həyəcan doğurmamalı və qısa olmalıydı. Maksimum, 30 dəqiqəyə sarayı […]

Oxumağa davam et

“Azərbaycanı öz separatçı davranışlarıyla parçalayan xan”

Əvvəli 1797-cı il, Tehran, Şah sarayı.   Geniş bir ərazidə İranın torpaqlarını qaytardıqdan sonra paytaxtı Tehrana köçürüb orada özünü “Şahənsah” elan edən Ağa Məhəmməd Qacarın bütün ölkə boyu nüfuzu çox yüksək idi. Artıq neçə illərdir ölkəni zəiflədən vətəndaş müharibələri tarixə çevrilmiş, İranda Qacar şaha qarşı çıxacaq bir qüvvə belə, qalmamışdı. Şah yaxşı bilirdi ki, indiki […]

Oxumağa davam et

“Anlaya bilmirəm bu yaramaz insanları. Neçə üzləri var bu adamların?”

Əvvəli 3-cü epizod   İranın Sari şəhəri, Ağa Məhəmməd şah Qacarın iqamətgahı, 1794-cü il…   İçərisi xalçalarla döşənmiş, divarları ipək parça ilə örtülmüş, kifayət qədər böyük və boş otaq… Küncdə bir neçə Təbriz xalçasının üstünə qoyulmuş, zərif Çin ipəyi ilə işlənmiş qalın yorğanın üzərində oturub mütəkkəyə söykənmiş Ağa Məhəmməd dərin fikrə getmişdi… Qulluqçular gözəl bilirdilər […]

Oxumağa davam et

“O insanlar öz xanlarına daha çox nifrət edirlər, nəinki İrandan olan məmurlara.”

Əvvəli 2-ci epizod Sankt-Peterburq, Ermitaj sarayı, 1784-cü il… Bərli-bəzəkli zabit forması geymiş iki cangüdəndən biri İtaliyada xüsusi sifarişlə hazırlanmış ağır qapını açaraq, baş əydi və uca səslə: – Buyurun knyaz, çariça sizi gözləyir, – dedi. Potyomkin diqqətlə onları başdan-ayağa süzdü. O bilirdi ki, bu cavanları çariça özü seçir. Onda qamətli, gözəl oğlanlara qarşı xüsusi bir […]

Oxumağa davam et

“Xanların əksəriyyəti öz xeyirləri üçün istənilən satqınlığı etməyə hazır olduqlarından…”

Əvvəli 1-ci epizod Vindzor sarayı, London, 1784-cü il…   Kral Corc qarşısında əyləşmiş cavan oğlanı diqqətlə dinləyirdi. Əyləşənin kimliyini bilməyənlər, kifayət qədər emosional şəxs olan Kralın səbrlə qarşısındakı qonağın sözünü bir dəfə də kəsməməsinə təəccüblənərdi. Bundan əlavə, daha iki hal da diqqət çəkirdi: birincisi, cavan oğlanın ötkəmliyi, hətta bir qədər özünü saymazyana aparması, ikincisi isə, […]

Oxumağa davam et

“Təkbaşına Idarəçilik”dən…“Kollektiv Idarəçiliyə”

“Tarixini tədqiq və analiz edib ibrət götürməyən xalqın gələcəyi yoxdur.” I hissə   XVIII əsrin ortalarından dünya qloballaşma prosesinin aktiv fazasına keçid aldı. Güclü dəniz donanmalarının intensiv inkişafı ölkələr arasında ticarət əlaqələrini genişləndirməklə, iqtisadi inteqrasiyanı da sürətləndirdi. İqtisadi inteqrasiyanın ölkə üçün əhəmiyyətini daha tez anlayan ingilislər çalışırdılar ki, öz qanunlarını dünyanın bütün regionlarına qəbul etdirməyə […]

Oxumağa davam et