DCUMH

           Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının  (DCUMH)  Avropa bürosu

    21 yanvar 2012-ci il tarixdə  Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində Azərbaycanda Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatınin

 Konfransı keçirilmişdir.Konfransda  Avropanın bir çox öılkələrində yaşayan soydaşlarımız və Hərəkatın təşəbbüskeşi Rəsul Quliyev iştirak etmişdir. Azərbaycanın  dövlət himni səsləndirildikdən sonra konfrans iştirakçıları 

20 Yanvar Şəhidlərini  bir dəqiqəlik sükutla yad etmişlər. Almaniyada yaşayan tarixçi-alim Ələsgər  Siyablı Konfransın çağırılma səbəbləri barədə məlumat verdikdən sonra çıxış üçün söz Azərbaycan

 Parlamentinin keçmiş sədri Rəsul Quliyevə verildi. Cənab Quliyev dünyada və Azərbaycanda  gedən siyasi proseslər barədə konfrans iştirakçılarına geniş məlumat verdi. DCUMH-nın yaranma səbəbləri  və onun gələcək fəaliyyət proqramı  haqqda danışdı,  iştirakçıların suallarını cavablandırdı. Sonra iştirakçılar çıxış edərək DCUMH-na dəstək olduqlarını   bildirdilər.Və ümumi razılıq əsasında  DCUMH-nin Avropa bürosu  yaradıldı.DCUMH-nın Avropa bürosuna  idarə heyyəti  və gənclərdən ibarət işçi qrupu seçildi.Gələcək fəaliyyət proqramı müzakirə edildikdən sonra konfrans öz işini başa vurdu.

   İdarə heyyətinə və işçi qrupuna daxil olanlar haqqda məlumat.

                                                        

                                                İ D A R Ə   H E Y Y Ə T İ N İ N   Ü Z V L Ə R İ  

 

Ələsgər Siyablı

 1949-cu ilin oktyabrında Naxcıvan Muxtar Respublikasının  Sərur rayonunda anadan olub.

1960-63-cü illərdə Şuşa  şəhərində təhsil alıb.Orta məktəbi Bakı səhərində bitirib.

1976-cı ildə Baki Dövlət Universitetinin Tarix fakultəsini bitirib.Tələbəlik illərində Universitetin müəllimi Əbülfez Elçibeyin rəhbərlik etdiyi gizli tələbə təşkilatının üzvü olub.

1976-77-ci illərdə Bakı Dəniz Neft Nəqliyyatı idarəsində sosioloq işləyib.

1977-79-cu illərdə Mədəniyyət nazirliyinin Baş  muzeyler idarəsində  isləyib.

1979-94 -cü illərdə Azərbaycan Inşaat Mühəndislər Universitetində Fəlsəfə kafedrasında müəllim vəzifəsində çalışıb.

1987-92-ci illərdə Milli azadlıq hərəkatının fəal iştirakçısı olub.Azərbaycan Xalq Cəbhəsində  əvvəlcə  ümumi söbənin ,sonra xarici əlaqələr şöbəsinin müdiri və Icraiyyə komitəsinin üzvü olub.

1992-93-cü illərdə Azərbaycan Respublikası Nazirlər kabineti Xarici Turizm Şurasının sədri  vəzifəsində çalışıb.

1996-99-cu illərdə Əbülfəz Elçibəyin gösterişi ile Ankara səhərində yaşayıb  və onun tapşırıqlarını yerinə yetirib.

2002-ci ildən etibarən Almaniya Federativ Respublikasında yaşayır.

Almaniya Sosial Demokrat  Partiyasının üzvüdür.

Ailəlidir. 4övladı var.

……………………………………..

Isa Nəzər oglu Sadıxov

 24 iyun 1958ci ildə Gürcüstan Respublikasında  anadan olub.

1975- ci ildə orta məktəbi bitirib.

1975-1979-cu  illərdə Tbilisidə ali artilleriya hərbi məktəbində təhsil alıb.

1979-1984-cü  illərdə  sovet ordusu  tərkibində Almaniyada  xidmət edib.

1984-1986-ci  illərdə Zaqafqaziya Hərbi dairəsinin hərbi hissəsində xidmət edib.

1986-1989-cu  illardə Sankt-Peterburda (Leningrad) Artilleriya akademiyasında təhsil alıb.

1989-1991-ci   illərdə Çexoslovakiyada sovet ordusunda  xidmətdə olub. 1991-1992-ci  illərdə Zaqafqaziya Hərbi Dairəsində xidmət edib.(KZAKVO).

 1992-1995-ci  illərdə Azərbaycanda briqada ,korpus komandiri va mudafiə nazirinin  döyüs əməliyyatları üzrə müavini vəzifələrində çalışıb (Azərbaycanın qərb bölgələrində).

1995-ci ildə vəzifəsindən istefa verib və doğulduğu Gürcüstana qayıdıb.

1995-ci ildə Gürcüstanda keçirilən parlament seçkilərində namizədliyini Marneuli rayonundan irəli sürüb və seçkilərdə iştirak edib.Bir həftədən sonra barəsində saxta maddə ilə cinayyət işi açılıb və 3 il azadlıqdan məhrum edilib.

 Azərbaycanda(Gurcustan vatandasi ola ola va Azerbaycana Xocali hadisasindan sonra konullu galib).

  1998-ci ildə Azərbaycanda yaranmış Milli Muqavimət hərəkatının idarə heyyatinin üzvü seçilib.

 ……………………………………..

                        Abbasov Yaqub Məmməd oğlu

             1960–cı ilin 21 iyununda anadan olub.

            1977-ci ildə orta məktəbi bitirib.

            1977-79-cu illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.

            1984-cü ildə indiki Azərbaycan Neft Akademiyasını “Avtomatlaşdırma üzrə mühəndis” ixtisası ilə bitirib.

            Əmək fəaliyyətinə Bakı şəhərindəki “Bakıbaştikinti” SEİB-də başlayıb.

            Əvvəlcə, çilingər,mühəndis,şöbə rəisinin müavini,idarə rəisinin müavini, daha sonra isə Binəqədi rayon İcraiyyə Komitəsində mühəndis,baş iqtisadçı,həmkarlar təşkilatının sədri,milli münasibətlər bölməsinin rəisi,ərazi İqtisadi İstehsalat İdarəsinin rəisi vəzifələrində çalışıb.

            Həmçinin, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, daha sonra isə “Qafqazenerjitəmir” Birliyinin Baş direktoru vəzifəsində işləyib.

            1998-ci  ildən “ULUS” qəzetinin təsisçisidir.

2000-ci ildə əqidədaşlarıyla birlikdə Demokratik Yol Partiyasını (DYP) yaradıb və bu partiyanın sədri seçilib.

            DYP eks-spiker Rəsul Quliyevin siyasi xəttini və onun pozulmuş hüquqlarını müdafiə etdiyindən, 2000-ci ilin noyabr ayından Azərbaycan Demokrat Partiyası ilə birləşib.

            Həmin birləşmədən sonra ADP-nin ictimai-siyasi əlaqələr üzrə katibi, daha sonra ADP sədri Rəsul Quliyevin Xüsusi məsələlər üzrə müşaviri təyin edilib, eyni zamanda ADP Ali Məclisinin və Siyasi Şurasının üzvü olub.

            Həm rəhbərlik etdiyi qəzetin mövcud rejimə qarşı barışmaz mövqe və fəaliyyətinə,həm də özünün siyasi baxışlarına görə, qanunsuz olaraq həbs edilib,6 ay Bayıl təcridxanasında saxlanılıb.

            Dəfələrlə əfv olunması üçün prezidentə müraciət etməsi tövsiyyə olunsa da,bundan imtina edib. Yalnız Beynəlxalq Təşkilatların təkidli tələblərindən sonra azadlığa çıxıb.

            Siyasi aktivliyinə və təşkilatçılığına görə, aramsız olaraq hakimiyyətin təzyiq və təqiblərinə, repressiyalarına məruz qalıb. 2001-ci ilin 21 aprel mitinqinin təşkilatçılarından biri kimi yenidən həbs olunub və bu dəfə 10 günlük azadlıqdan məhrum edilib.

            2003-cü ilin 28 may aksiyasında da qanunsuz olaraq həbs edilib və yenə də 15 günlük azadlıqdan məhrumetməylə cəzalandırılıb.

            2005-ci ilin payızında “Azadlıq bloku”nun 11 saylı Qaradağ Seçki Dairəsindən deputatlığa vahid namizədi olub.

            Həmçinin, həmin dairədən alternativi Azərbaycan Milli Məclisinin sabiq sədri Murtuz Ələsgərov olmasına baxmayaraq, ölkə ictimaiyyətinin, Beynəlxalq təşkilatların, Exit-polların və əldə edilmiş seçki pratokollarının nəticələrinə görə rəqibindən 11 dəfə (68.8%) artıq səs qazanmışdır. Sonda qələbəsi təmin edilmədi.

            2007-ci ilin aprelindən Açıq Cəmiyyət Partiyasının (ACP) yaradıcılarından biri olmuş, eyni zamanda ACP sədrinin siyasi məsələlər üzrə müavini və Siyasi Şürasının üzvü olmuşdur.

            2010-cu ilin martından Böyük Britaniyada siyasi mühacir həyatı yaşayır.

            Siyasi-iqtisadi baxışlarına görə, islahatçı-demokratdır.

            Ailəlidir,iki övladı var.

        ……………………………………..

                                    Elçin  Sevindik oğlu Cəfərov.

  1964-cü il avqust ayının 7-də Fizuli rayonunun Horadiz (qəsəbəsi) şəhərində 

 anadan olub.

 1970-1980-ci illərdə  orta məktəbi Əhmədalılar kəndində bitirib.

1980-1984-cü illərdə  dövlet neft akademiyası tərkibində energetika tex.elektronika fakultəsində təhsil alıb.

1984-1986-cı illərdə  Moskva şəhərində hərbi xidmət keçib.

1988-ci  ildən AXC- nin üzvüdür.

1990-cı ildən AXC-nin  Horadiz bölməsinin sədridir.

1986-1990-cı illərdə  Mil-mugan hidroqovşagı  istismarı  idarəsində energetik mühəndis vəzifəsində çalışıb.

1990-1992-ci llərdə Ağdam rayon avtomotoservis və ticarət müəsisəsinin Horadiz filialında müdir vəzifəsində işləyib.

1992-ci il 28 avqust tarixdən 1998-ci ilin  sonuna gədər Horadiz şəhər icra hakimi vəzifəsind çalışıb.

1993-cü il mərhum prezident Əbülfəz Elcibəyin fərmanı ilə Araz boyu rayonlarda sərhəd bölgəsində qaçaqmalçılıqla mübarizə  komitəsinin sədri vəzifəsində işləyib.

1993-1998-ci illərdə  Azərbaycan Beynəlxalq Univerisitetinin kömrük hüququ fakultəsində təhsil alıb.

1998-ci ildə Heydər Əliyev rejiminə etiraz olaraq vəzifəsindən istefa verib.

1999-cu ildən Azərbaycanda bir sıra qəzetlərdə hakimiyyət əleyhinə yazdığı  yazılara və müxalif  fəaliyətlərə görə təqib edilmiş,  dəfələrlə həps edilmiş  ve sonda ölkəni tərk edərək Almaniyaya mühacir etmişdir.

2000-ci ilin sonunda Almaniyanı tərk edərək İsveçrəyə getmiş və hazırda İsvecrədə siyasi mühacir olarak yaşayır.

2002-ci  ildən İsvecre Azərbaycan türkləri kültür dərnəyinin  sədridir.

2005-ci ildə ,, Qaf Qastro,, firmasını qurmuş  və  hal hazırda həmən firmanın rəhbəri vəzifəsində çalışır.

 ……………………………………..

                Ramin Böyükağa oğlu Nağıyev

5 dekabr 1960-cı ildə  Azərbaycan Respubikasında Bakı şəhərində anadan olub. İş  fəaliyyətinə erkən başlayaraq, 16 yaşında Bakı əlvan metalların emalı zavodunda çilingər çalışıb. Eyni zamanda fəhlə gənclər axşam məktəbində öz təhsilini davam etdirib.

 1979-cu ildə  Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsinə  daxil olub. Universiteti bitirdikdən sonra sovxoza böyük hüquq məsləhətçisi vəzifəsinə göndərilib və orada 1989-cu ilə qədər işləyib.

1988-ci ilin aprel və may aylarında hərbi prokurorluğa hərbi təlimlərə çağırılıb və orada 1 il ərzində Sumqayıt hadisələri üzrə Moskva qruppasının tərkibində tərcüməçi qismində işləyib.

1989-cu ildə Ramin Nağıyev  həqiqi hərbi hidmətə çağırılıb və bu xidməti Moskva hərbi rayonunun hərbi prokurorluğunda, Ryazan qarnizonunda böyük müstəntiq vəzifəsində yerinə yetirib. Orada 1992-ci ilin mayına qədər xidmət edib.

1992-ci ilin mayında Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə (MTN) müstəntiq vəzifəsinə keçirilib.

1993-cü ilin sentyabr ayından Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində xüsusi vacib işlər üzrə  böyük müstəntiq vəzifəsində işləyib və Respublikada törədilən ən ağır cinayətlərin istintaqı ilə məşqul olub. Bunların heç birinə baxmayaraq, o 1996-cı ildə siyasi oyunlarda iştirak etmədiyinə və Əliyev  rejimini qane etməyən adamlara qarşı cinayət işlərinin açılmasına imtina etdiyinə görə ölümə məhkum olunmuşdur.

1997-ci ilin  noyabrında ona suiqəst cəhdi olduqdan sonra, o 1998-ci ilin yanvarından cinayət işlərinin istintaqından uzaqlaşdırılmışdır.

1999-cu ilin 27 noyabr tarixindən tutduğu vəzifədən kənarlaşdırılmışdır.

Vəzifədən kənarlaşdırıldiqdan sonra buna etiraz edib və dəfələrlə məhkəməyə müraciət etməyə cəhd etmişdir, amma  ailə üzvlərinə qarşı təziqlərdən və hətta balaca oğlu ilə həyat yoldaşını müəyən olmayan maşınla vurulma cəhdindən  sonra Ramin Nağıyev 30 dekabr 1999-cu ildə Azərbaycanı tərk etmək məcburiyyətində qalıb, Rusiya Federasiyasının Moskva şəhərinə üz tutmuşdur.

Rusiyada yaşayarkən  bu rejimin əıeyhinə çıxışlarını davam etdiyinə görə  Ramin Nağıyev yenidən təziqlərə məruz qalır.

2002-ci ilin mayında Azərbaycan Respublikasının Milli Məclisinin sədri Murtuz Ələsgərov Rusiyanın Dövlət Dumasının sədri Q.Seleznyova Ramin Nağıyevə qarşı tədbirlərin görülməsi xahişi ilə müraciət edir.Bundan sonra Ramin Nağıyev ilə Rusiyanın kəşfiyyatı maraqlanmağa başlayır.

2002-ci il sentyabrın axırında, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskvaya rəsmi səfəri ərəfəsində vəziyyət daha da pisləşir. Bu andan Ramin Nağıyev daima nəzarət altında saxlanılır.

10 oktyabr 2002-ci ildə Ramin Nağıyev Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılır və Azərbaycan  kəşfiyyatının nümayəndələrinə təhfil verilir.Ramin Nağıyevi gecə ilə Azərbaycana apararkən, o aeroport yolunda gözətçilərin diqqətsizliyindən istifadə edib qaçir.

11 oktyabr 2002-ci  ildə dostlarının köməkliyilə  ailəsi ilə birlikdə Rusiya Federasiyasını və post-sovet ərazisini tərk edir. O, Parij şəhərinə  həftəlik turist səyahətinə çıxır və Moskvaya dönməmək qərarına gəlir. Səyahətdə olarkən o məlumat alır  ki, özlərini dost kimi təqdim edərək, naməlum şəxslər onun qohumlarından Ramin Nağıyevin haraya getməsi, nə zaman qayıtması və bu kimi məlumatlarla maraqlanıblar. Bunların hamısını görərək Ramin Nağıyev Fransa dövlətinə ona və onun ailəsinə siyasi sığınacaq verilməsi xahişi ilə müraciət edir.

Mühacirətdə olduğu dövrdə o kütləvi informasiya vasitələrilə Əliyev rejiminin cinayətlərini ifşa etməkdə davam edib və bəzi mətbu orqanlarda yeni məqalələrini dərc elətdirib.

……………………………………..

 

İ Ş Ç İ   Q R U P U N U N   Ü Z V L Ə R İ

         Hatəm Səfər oğlu Əsədov

   25 aprel 1973-cü ildə Naxçıvan Muxtar Respublikasında  anadan olub.

1981- 1991-ci illərdə  Naxçıvan  şəhərində  orta məktəb təhsili alıb.

 1995-ci  ildə indiki Azərbaycan İnşaat Mühəndislər Universitetini  “Hidromeliorasiya üzrə mühəndis” ixtisası ilə bitirib.

Əliyev rejiminə garşı mübarizəyə qatıldığına görə 1998 və 2001-ci illərdə  15 günlük və  1 ay müddətinə həps cəzası çəkib. Bundan sonra rejimin siyasi təgiblərindən qorunmaq  məqsədilə  2002-ci ildən Almaniyada siyasi sıgınacaq həyatı yaşayır.

2006-cı ildə  Almaniyada yaradılan “Azərbaycanda Demokratiya uğrunda” ictimai-siyasi təşkilatin idare heyyətine üzv  seçilib.

Siyasi baxışlarına görə islahatcı demokratdır.

 Ailəlidir, iki oğlu var.

……………………………………..

                             

                                                                 Rauf Firdovsi oğlu Kərimov

15 Sentyabr 1984 – cü ildə Bakı şəhərində anadan olub.

1991 – 2001-ci illərdə Bakı şəhərində orta məktəbdə təhsil alıb.

 2001-2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının İstehsalat Prosseslərinin Avtomatlaşdırılması Fakültəsində təhsil alıb.

 2003-2004 – cü illərdə “AzNewMedia” şirkətində çalışmaqla 6 müxtəlif qeyri-hökümət təşkilatının internet səhifələrinin yaradıcısıdır.

 2004-cü ildə hökümət tərəfindən basqıya məruz qalaraq işdən azad edilmişdir və həmən il “YapıKredi Bank Azərbaycan”-da İT şöbəsində işə başlamışdır.

 2006-cı ildən etibarən İsveçdə təhsilini davam etdirir. 2010-cu ildən İsveçdə fəaliyət göstərən Gənclər Təşkilatının İdarə Heyətinin üzvüdür.  2012-ci ilin Yanvar ayından İsveçdə və internet üzərindən yayımlanan Azərbaycan Radiosunda fəaliyyət göstərir.

Ailəlidir. Bir qızı var.

……………………………………..

  

                                 İbrahimov Ağasif Şakir oğlu.

1988-ci il 30 sentyabr tarixdə Bakıda müəllim (ziyalı) ailəsində dünyaya gəlib.

 Baki şəhəri 276 saylı orta məktəbdə orta təhsil alıb.

 Hələ orta məktəbdə oxuduğu dövrlərdə (14 yanvar 2006-cı il ) ölkədəki ictimai-siyasi duruma etiraz əlaməti olaraq Azərbaycan Demokratik Gənclər Hərəkatını təsis edib.

2 il həmin hərəkata sədrliyi həyata keçirib.

 2008-ci il 24 iyun tarixində bir sıra gənclər təşkilatları ilə bir yerdə “Hədəf” Gənclər Koalisiyasını təsis edib. Həmin ilin iyul ayından koalisiyanın sədri seçilib.

 2009-cu ilin 3 avqust tarixində siyasi baxışlarına görə qanunsuz olaraq qondarma ittihamla həbs edilib. Elə həmin ilin 6 avqust tarixində ona qarşı sürülən ittihamlar sübuta yetirilmədiyindən bəraət alaraq azad edilib.

Həbsdən azad olunduqdan sonra hərbi xidmətə çağırılıb.

Hərbi xidməti başa vurduqdan sonra 13 may 2011-ci il tarixdə  El Hərəkatını təsis edib.Hal- hazırda hərəkatın sədridir.

 2008-ci il tarixindən üzv olduğu Müsavat partiyasından istefa  verərək 2012-ci il 12 yanvar tarixdə Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının potensiyalına inanaraq hərəkata qatılıb.  

 Subaydır.

30 Cavab to “DCUMH”

  1. Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının (DCUMH) Avropa bürosunun üzvüləri Ələsgər Siyablı,Isa Sadıxov,Abbasov Yaqub,Elçin Cəfərov,Hatəm Əsədov,Ramin Nağıyev və didərgin salınmış digər yoldaşların,eləcə də başda Rəsul müllim olmaqla günahları nə olub?Kim bunlara haqq verib ki,vətəndaşı dogma vətənindən didərgin salasan?Axı ən böyük CİNAYƏTKAR SİZ özünüzsünüz!Sizi hakimiyyətə gətirən 9 milyonluq xalqın hüquqlarını əlindən almısınız,varidatını talan etmisiniz,qorxu,təlaş içərisində saxlamısınız!Mən inanmıram ki,dünyanın beynalxalq məhkəməlri,Avropa insan hüquqları məhkəməsi bunların haqqında ƏDALƏTLİ QƏRAR çıxartsın!Bunları yalnız ALLAH özü mühakimə edib CƏZALARINI verəcək,İNŞALLAH!Qəddafi kimi,H.Mübarək kimi,S.Hüseyn və başqaları kimi.
    Mən Ramin Nagıyevin haqqında,müsahibələrini qəzetlərdə çox oxumuşam!Bu adam MTN-nln müstəntiqi olub.Afiyəddin Cəlilov,Şəmsi Rəhimov kimi ogulların ölüm işlərinin istintaqını aparıb.Əsil qatillərin araşdırılmasında çox böyük fədakarlıq edib.Buna imkan verilməyib və buna görə də vətənindən didərgin düşüb!Bax budur bizdə Demokratiya,budur bizdə Haqq,Ədalət!

  2. Xalqımızın başına gətirilən bu acı həqiqətləri söylədiyimizə görə bizi də hər an həbsxanalarda çürüdə bilərlər,öldürtdürə bilərlər, bu onların əlində çox asan məsələdir!Qoy öldürsünlər,rahat olsunlar!Bir vaxtları vətən,xalq yolunda Hüseyn Cavid,Mikayıl Müşfiq və sair vətən ogullarımız didərgin salındı,həbsxanalarda çürüdüldü,lakin onlar ölmədi,Tarix boyu YAŞAYIR və YAŞAYACAQLAR!Həbsxanalar,ölümlər bizi qorxuda bilməz,qul,kölə olmaqdansa VƏTƏN,XALQ yolunda ölmək ən şərəfli yoldur.

  3. Artıq Milli Məclis “eks-prezidentlər haqqında” qanunu qəbul edib. “Prezident İlham Əliyev “eks-prezidentlər haqqında” qanunu imzalayan kimi Ayaz Mütəllibov,Ə.Vəzirov Azərbaycana qayıdacaq”.
    Görəsən Vətən,Xalq yolunda eks-prezidentlərin günahı çoxdur, yoxsa
    heç məluum da deyil hansısa səbəbdən didərgin düşmüş vətəndaşlarımızın?
    Bəs nəyə görə Prezidentimiz 100-lə vətənindən didərgin düşmüş vətəndaşlarımızın vətənə qayıdışı haqqında qərar vermir?Nəyə görədir bu kin,küdrət?

  4. Маленький червячок спрашивает у папы — «папа, почему другие червячки живут в яблочках, сливах, вишнях… а мы в навозе…», на что его папа отвечает — «есть сынок такое понятие — родина»

  5. “Ərəb Bahar”inqilabları “Fil qulagında yatmış”biz milləti az-maz silkələdi,oyanmadıq.Ümüd qaldı 4 fevraldakı Rus xalqının Hakimiyyətə qarşı mitinqlərinə!Amma Putin çox güclüdür,çox!Amma Rus xalqı da iradəli,prinsipial xalqdır!Rusların bu inqilabından çox şey asılıdır.
    Bu inqılabı seyr edən həm bizim xalqdır,həm də iqtidarımız.Görək də Allaha təvəkkül……

  6. Müxtəlif dövlət orqanlarının saxladıqları heyvanlara görə 2011-ci ildə çəkdikləri xərclər 730 min təşkil edib.Belə çıxır ki,Hakimiyyət Azərbaycan xalqını heyvanlar qədər də qiymətləndirmir!

  7. İranda 32 ildir cəmiyyətin sosial və siyasi azadlığının məhv edilməsinə baxmayaraq,orada milət bizdən fəaldır.

  8. Fransa təzə medal hazırlayır-susanlar Medalı.

  9. Rehmetlik M.E. Sabir yazir:
    Dindirir esr bizi,-dinmeyiriz
    Acilan toplara diksinmeyiriz
    Ecnebi seyre balonlarda cixir
    Biz hele avtomobil mimeyiriz…….

  10. Burda adi yazilan hamisini basa dusdum. Amma Agasif Shakiroglunu basa dusmedim… O avropada yasayir meyer? O men metbuatdan oxudugum melumatlara gore axi Resul beyin musaviridir Yoxsa oda musavir olan kimi iqtidardan qorxub qacdi Avropaya?
    Xais edirem suallarima burda cavab verin?

  11. Ele indilerde universitetimize Agasi Sakir oglu adli bir musavir gelmisdi bizimle muasir azerbaycan tarixinden sohbet etdi, resul quliyevin azerbaycan ucun gorduyu islerden danisdi ve bizlere bu vordpres unvani verdi. Burdaki materiallarin bir hissesi ile qisa tanis oldum. Telebe yoldaslarimi deye bilmerem amma menn sizlernenem
    telefon nomrensini goturdum bu cavab oglandan. amma bilmek isteyirem ki, biz mitinqlerde tutulsaq bizi xarici dovletler qoruyacaq goresen? Agasi mene dedi burda Resul mellim ozu oturur. mende bu sualima burda resul muellimin cavab vermesini isteyirem

    • Qərb ölkələri və beynəlxalq təşkilatlar sizin müdafiənizə qalxacaq ona şübhəniz olmasın. Ancaq ən yaxşı müdafiə, kütləviliyin olmasıdır.Əgər mitinqdə 100 gənc iştirak edirsə 0nun 10-nu həbs edə bilərlər ,institutdan çıxara bilərlər.Əgər mitinqdə 1 min gənc iştirak edirsə 5-ni,əgər 10 min iştirak edərsə və kimsə çıxış edib ”əgər bir nəfər tələbə belə institutdan xaric olunsa bütün tələbələr ayğa qalxacaq” şüarı ilə çıxış etsə heç kimə yaxın getməzlər,maksimum rektorluq tələbələri dilə tutmaqla məşğul olar. Düzgün yol axırıncı yoldur.

  12. Salam Resul muellim.Bu gune kimi yene de sizi izleyirem,fikirlerinize hormetle yanasiram.Menim size meslehet vermek heddim deyil,ehvinize siginiram.Amma bu idare heyyetinin terkibindeki insanlarin coxu kecmis ve indiki hakimiyyetin behreleridir.Mene ele gelir ki,bu gun Azerbaycanda yeterince savadli ve bacariqli,lakin adamsiz olan insanlar var.iki diplomlu insanlar taniyiram ki,iki diplomudur bir basi.Bu menim ve etrafimda olan insanlarin fikridir.Men inanmiram ki gomruk ve yaxud da basqa idarelerin dadini alan insanlar deyisinler.Siz nese etmek isteyirsinizse agappaq sehifeleri olan insanlari etrafiniza cemlemelisiniz.

    • Birincisi idarə heyyətində gömrükdə kimin işlədiyinin adını mənə yazsanız yaxşı olar. İkincisi onların savadlı olub olmalarını hansı əsasla qəbul etməmisiniz bilmirəm. 3-cü ola bilər dediyiniz savadlı adamlar mövcuddur,ancaq o evində oturub səsini çıxartmırsa ,heç bir informasiya vasitələrində yazmırsa ,heç olmazsa mənim bloqumla fikir söyləmirsə onu necə tapmaq olar. 3-cüsü heç bir yerdə işləməyib heç bir təcrübəsi olmayanların istənilən savadla bir şeyə nail olmaqları çox çətindir. Siz və sizin ətrafınızda olan insanlar konkret idarə heyyətində kimin üzvülüyünüzə və nə səbəbdən inanmırsınızı yaza bilərsiniz.Və məsələn kimi hansı səbəbdən daha layiqli hesab edirsiniz. 2 və ya 5 institut qurtarmaq hələ savadlı və ağıllı,iş bacaran olmaq demək deyildir. Sizi yazılarınıza görə səmimi adam təsiri bağışlamısınız. Ona görə xahiş edərdim sizdə mənim suallarıma konkret cavab verəsiniz.

  13. Hörmətli Rəsul müəllim.İdarə heyətindəki insanların savadına və səmimiyyətinə şübhəm yoxdur.
    1) Sadəcə məsələn: Elçin Cəfərov və Ramin Nağıyevin keçmişdəki vəzifələrini nəzərdə tuturam.Amma bu o demək deyil ki,onlara qarşı qərəzim var.Sizin yanınızdadırlarsa bizə qəbuldur.
    2) Əvvəla mən də onu deyirəm ki,keçmiş hakimiyyətin yarıtmaz idarəçiliyində və ya indiki hakimiyyətin xalqa qarşı idarəçiliyində təcrübəsi olmayan insanlara ehtiyac var.Siz bunları ümumiyyətlə təcrübəsiz görürsünüz.Belə insanların bir çoxunu tanıyıram ki, bəli,nə rüşvət ala bilir, nə də yaltaqlanmağı bacarır.Lakin şəxsi biznesində həqiqi sivil yönəticiliyi yüksək səviyyədə reallaşdırır.Amma rüşvət vermədiyi üçün böyüyə bilmir.
    3) O ki qaldı bu insanların səsini çıxarmamağa,sizin müttəfiqlərinizin 2005 -ci ildəki biabırçılığından sonra indi-indi siz istiqamətinizi müəyyənləşdirdikdə özlərinə gəlirlər.Və konkret olaraq sizin hərəkata bu yaxınlarda qoşulacaq 10000 nəfərlik cəmiyyətin xəbəri çatandan sonra mənim kimləri nəzərdə tutduğumu biləcəksiniz.
    İnanıram ki yazdıqlarımı səmimi qəbul edəcəksiniz.

    • Allah xatirinə bu insanlar çox ləyaqətli və şərəfli adamlardır. Biri neçə illərdir Əliyev rejiminə qarşı qeyri bərabər mübarizəsini davam etdirir,qəzetlərdə bu rejimi ifşa edir,bu rejimin əlindən qaçıb,həyatına real təhlükə olmasına baxmayaraq mübarizəsini davam etdirir.İkincisi Horadizin azad edilməsində iştirak edib bayraq taxanlardandır. Univerisitetdə kömrük fakultəsində oxuyub ancaq işləmiyib,çünki bu rejim ona necə iş verə bilərdi?Rejimin əlindən qaçanlardandır,bir gün də mübarizəsini dayandırmayıb,xaricdə özünün işini də qura bilib,azı 20 azərbaycanlı da onun hesabına dolanırlar.Əsl vətənini sevən yüksək intlektuallardan biridir. Azərbaycana elə belə oğullar lazımdır,biz hamımız belə insanlarla bu mübarizəni aparmalıyıq, onların Azərbaycana bəslədikləri sonsuz məhəbbət hissilərini rejimlə mübarizədə silaha çevirməliyik. Sizin səmimiliyinizə məndə heç vaxt şübhə yaranmayacaq,çünki sizin yazıları diqqətlə oxumuşam.Azərbaycanın gələcəyi ancaq səmimi münasibətlərin fundamentində inkişaf edə bilər. Yalançı pafoslar, bazasız ambisiyalar, əhəmiyyətsiz şüarlar bu millətin gələcəyini qayçılayan faktorlardır.

  14. B.Vahabzadə

    MƏNIM SƏBRİM

    Mənim səbrim.
    Bu səbrimə mən nə deyim?
    Mənim səbrim-mütiliyim,
    köləliyim !
    Atam kölə olduğunu heç bilmədi,
    “Ağa” kimi ömür sürdü.
    Yaşayırdı,
    düşünmürdü.
    Mənsə kölə olduğumu
    Qana-qana, bilə-bilə
    yaşayıram.
    Öz-özümü dana-dana,
    ölə-ölə
    yaşayıram !
    Xöşbəxtliyim ondadır ki,
    Düşmənimin hökmü böyük,
    taxtı çürük!
    Bədbəxtliyim ondadır ki,
    Mənim səbrim
    Düşmənimin qüdrətindən daha böyük !

  15. SALAMLAR RESUL MÜELLIM VE DOSLAR.

    Yuxarida Mensure xanimin Resul Müellime yönlendirdiyi suallari diqqet etdim ve özünün de dediyi kimi hec bir gerezinin olmadigi hiss edilir. Ve resul Müellimin de verdiyi cavab o qeder yerinde düshmüsh ki eslinde menim elave bir cavab hakkim olmadigini düshünürem.Sadece Mensure xanimi bir heqiqeti demek isterdim ki Azerbaycanda hazirki Hakimiyyetde temsil olunan 100lerle qeyretli Vetenini Milletini seven Namislu insanlar vardir ki Zamaninda Ciyin-Ciyine mübarize aparmishik ve sonradan da Hakimiyyetin müeyyen pillesinde vezife tutmuzshuk.Amma hemin insanlar Hazirda da eyni Eqidededirler tesüfler olsun ki öz Abirlarina bürünerek fealiyetsiz shekilde gözleme mövgeyinde dururlar bu da tebii sayilir.Men ve bezi doslarsa acik olarak Indiki Hakimiyyete etirazimizi bildirerek ölkeni terk etdik.Ve hetta 1998 ci ilde azerbaycanin bir mehshur gezetlerinin birinden mene bir sual verdiler ki ,,Eshitmishik ölkeni terk etmek isteyirsiniz”? cavabinda da men dedim ki ,,Men Ailemi ve Övladlarimi bir tayfaya qul ede bilmerem”!!
    Hörmetlerle:

  16. İsa Sadıxovun Azadlıq qəzetində gedən silsilə yazıları çox maraqlı faktlardı.Təkcə Sürət Hüseynovu vurmaq üçün 6 rayonun ermən işgalçılarına verilməsi olduqca dəhşətli faktdır.Deməli bir nəfəri sıradan çıxarmaq üçün Vətəni,torpagı da bəxşiş etmək olarmış!Bu dəhşətdir……

  17. Orada adı çəkilən Mustoya Xalq Qəhramanı adı verilmişdi,sonralar isə məlum məsələdən Xalq düşməni adı verildi və həbsxanaya atıldı.Prezident Aparatından 2 məmur Mustonu o dövrdəki hərbi prokuror Nizami Təhməzovun vasitəsi ilə həbsdən azad etməyə cəhd edirlər.Bunu bilən Baş prokuror E.Həsənov H.Əliyevə məruzə edir və nəticə də Nizami Təhməzov vəzifəsini və Geniral rütbəsini itirir,amma ona bu məsələdə təsir edən 2 məmuru güdaza vermir!

  18. Rəsul bəy, mənə sizin fikriniz maraqlıdır ki, indi Azərbaycanda hansı nazirliklər (nazirlər) işlərini daha yaxşı yerinə yetirir və əgər prezident seçilsəz, Azərbaycandakı hansı hakimiyyət nümayəndələri ilə( indiki) əməkdaşlıq edəcəksiz. Gəlin razılaşaq ki, hökumətdəki bütün insanları işdən çıxartmaq olmaz. Bəzilərinin səhvinin üzərindən keçmək lazımdır ( Hamının yaxşılığı üçün). Və birdəki, nazirlər kabinetini buraxacaqsınızmı, əgər buraxsanız, kimləri nazir vəzifəsinə seçəcəksin

    Sizdən xahiş edirəm ki, bu suallara cavab verəsiniz. Mənim fikrimcə 2013-cü ildəki prezident seçkilərində sizin yüksək səs toplamağınız üçün, siz bu sualları cavablandırsanız yaxşı ola

    Əvvəlcədən sizə təşəkkür edirəm.

    • İndiki rejim gələcəkdə qurulacaq rejimdən tam fərqllidir.Ona görə indi dövlət sistemində işləyənlərdən kimlərin qalıb qalmaması onların yeni demokratik rejimi necə anlamasından və qəbul etməsindən asılıdır.İndidən kimlərinsə adını sadalamaq qeyri ciddi olardı.

  19. Salam Resul Guliyev . Inaniram ki bezi gelmish getmish ve hal hazirki memurlardan ferqli olaraq burada yazilanlari siz cavablandirirsiz. Ixtisasim mehz siyasetshunasliqla baqli olsa da bu ishle meshqul olmuram. Amma en azindan bu gun bir idarechiliyi elde etmek uchun neler etmek lazimdir az da olsa anlayishim var. Dushunurem ki canavar kimi ac hal hazirki hakimiyyetin qarshisinda surunen muxalifetin ichinde kichik de olsa yumruq gostere bilen quvve sizsiniz.Yalniz mesele onda ki siz bu hakimiyyete gelemek uchun 0- noqtesinden ireli gede bilmirsiniz. Bu statust kvo ile niye barishirsiniz anlamiram. Tutaq ki xaricde hansisa sexsi biznesiniz var (onu nece qazanmisiniz mene o qeder de maraqli deyil) bes niye bunu genishlendirib daha guclu ola bilmirsiniz. Hakimiyyete gele bilmeniz uchun maliyye veziyyetiniz guclu olmalidi. Iqtidar abirsizlashir muxalifet ise daha da zeifleyir. Hele men burdaki numayendeleriniz demirem ne danishdiqlarini meseleye nece yaxinlashmaq lazimdi anlaya bilmirler. Sizin adiniz yalniz bir iki chixishdan bashqa hech yerde gormek olmur. O boyda Fetulla Gulen bir nezeriyyesi ile Azerbaycani elinin altina kechirib.Tv den Universiteteden tutmush bir chox firmalari ve idarechiliyi elkinde cemleshdirir.amma sizin elinizde o qeder sermayye ola ola hech ne ede bilmirsiz.

    • Hörmətli cənab siasişünaslıq sənədiniz ola ola bu yazıların ancaq bir şəxs daha doğrusu Rəsul Quliyev tərəfindən yazıldığını gərək bilərdiniz. Yazılarını özü yazan şəxsin oxşr məntiqi analizlərini eyni ideyanın müxtəlif formalarda ancaq təkrar etməsini görməmək mümkün deyildir. Sizin təklif etdiyiniz kimi biznesi genişləndirib dəhşətli pul qazanmaq sonradan hakimiyyətə gəlmək ideyası özü heç bir şey etmək istəməyən azərbaycanlı mentalitetidir və reallıqdan uzaqdır. Nəzərinizə çatdırım ki, birincisi heç bir ciddi və daima genişlənən bizneslə bütün azərbaycan xalqını soyan iqtidarın yığdığı pulun heç 0.1 faizinidə toplaya bilməzsən.İkincisi ciddi bizneslə məşğul olan şəxs gündə bütün düşüncələrini azı 16 saat bu iş istiqamətində toplamalıdır,həyatda hər şeyi birinci növbədə siyasəti yadından çıxartmalıdır. Üçüncüsü Azərbaycanı bu vəziyyətdən çıxarmaq bütün vətəndaşlarının işidir. Hamı çəkilib duracaq kənarda kimsə ağ atla gəlib hamını xilas edəcək Məlik Məmməd nağılıdır. Nə qədər bu nağıllarla xalqımız şirin yuxuya gedib ac ayılacaq bilmirəm.Təəssüf edirəm ki, sizin nə mənim sərmayəmin nə qədər olmasından nə də Abdulla Gülənin bu qədər uğurlu iş görməsinin səbəblərindən xəbəriniz yoxdur. Abdulla Gülən bütün təhsil sistemini islam dininin fövqalədə din olması nəzəriyyəsi üzərində qurub. Bu ideyalogiyanın çox saylı tərəfdarları var və onlar küllü miqdarda vəsait ayırırlar bu işləri görmək üçün. Hətta ayda 1 manat rejimin çökdürülməsi üçün pul verməyə qıymayan azərbaycanlılardan fərqli olaraq Fətulla Gülün donorları milyonlardır. 1 dollardan tutmuş milyon dollara qədər kömək edirlər bu ideyaların həyata keçrilməsinə. Siz isə başqasında sərmayı axtarırsınız. Olmazki bu dəyərli məsləhətləri özünüzə verib biznes açıb pul toplayasınız və Azərbaycanın problemlərini həll edəsiniz bizdə sizə dəstək verək

      • Salam,Resul muellim.Yazilarinizi ve tehlillerinizi oxuyuruq, dediklerinizin hamisi duzdur. hEMISHE SOZUN DUZUNU DEDIYINIZE GORE xalqin size sonsuz regbeti olub ve bu gun de var. Amma teessuf ki, bu regbet real guce cevrilmir.Ona gore ki, xalqda boyuk inamsizliq var. Bunun sebebini men sizin verdiyiniz proqnozlarin ozunu dogrultmamasinda gorurem. Vaxtilile siz demishdiniz ki, “98-ci il diktaturanin son ili olacaq” ve yaxud ” Ilham Eliyev hakimiyyete gelse, 6 aydan artiq hakimiyyetde qala bilmeyecek”
        Menim yaxshi yadimdadir ki, 1998- ci ilde siz muxalifete kecdiyinizi beyan edenden sonra sizin haqqinizda esassiz cinayet ishi acildi. Onda siz musahibelerinizin birinde “Men oz huquqlarimi beynelxalq seviyyede mudafie edeceyem, eger men oz huququmu mudafie ede bilmiremse, xalqin huququnu nece mudafie ede
        bilerem” demishdiniz.Bunu bele qebul etmek olar ki, siz oz huquqlarinizi mudafie ede bilmediniz, hetta Avropa mehkemesi sizin meseleye baxmadi. Ele cixmirmi ki, siz beynelxalq destek ala bilmirsiniz ? Belke ele buna gore xalq sizin qayidacaginiza inanmir.Birde eger siz qayitmaginizin yegane yolunu 100 minlerin ayaga qalxib sizi mudafie etmeyinde gorursunuzse ve dushurursunuz ki, siz bu hakimiyyeti keskin tenqid etseniz xalq durub kucelere cixacaq,bu mumkun deyil. Cunki xalqin siyasi tefekkuru hele o derecede inkishaf elemiyib, ekseriyyetinin de sizin dediklerinizden xeberi yoxdur.

      • Dediklərinizin çox hissəsi düzgün olmasada qəbul edirəm. İndi siz çıxış yolunu nədə görürsünüz yazın. Əgər heç bir şeydə görmürsünüzsə sakitləşin sizə etdiyim təkliflər üzərində baş sındırın.

      • Cox uzr isteyirem, Resul muellim. Dediklerimin hansi duz deyil? Cixish yolunu men nece gostere bilerem? Eger Siz bu 16 ilde xaricde oturub beynelxalq alemin diqqetini Azerbycana yonelde bilmedinizse, bu yaziq xalq neyleye biler? Halbuki kifayet qeder fakt var.

    • Siyasetshunas Diafi bəy,bizim kimi millətin uzun illərdi qanını soran,var-yoxunu talan edib milyardlara yiyələn belə qəddar hakimiyyətə heç bir pulla qalib gəlmək mümkün deyil.Amma bu hakimiyyətdən də hər tərfli güclü olan,pulu,varidatı bir neçə dəfə çox olan Qəddafi,H.Mübarək,
      B.Əsəd ,azadlıgı ugrunda mübarizə aparan ac-yalavac,aciz millətin qarşısında təslim oldu,talelərini də hamımız gördük!Canı bogazına yıgışan, gücünü,birliyini yumruq kimi bir yerə toplayan xalqın qarşısında hələ tarixdə də görsənmiyib ki,top-tüfəng də tab,duruş gətirsin!Sadəcə hamı məsləhət verməyi sevir,cəsarət,birlik haqqında düşünmür,birliyimiz olsa bu hakimiyyət heç bir gün də qarşımızda tab gətirə bilməz,bunlar Qəddafilər,əsədlər deyillər,bunlar tülküdən qorxan əhməddirlər,ona görə də var gücləri ilə çalışırlar ki,millətin birliyinin qarşısını alsınlar,gözlərini yüksək cərimələrlə qorxuzub sərbəst toplaşmaq haqqını əlindən alsınlar!

  20. Vetendash-in November 11, 2012 at 4:13 am tarixdə dediyi: “Ele cixmirmi ki, siz beynelxalq destek ala bilmirsiniz ? Belke ele buna gore xalq sizin qayidacaginiza inanmir.Birde eger siz qayitmaginizin yegane yolunu 100 minlerin ayaga qalxib sizi mudafie etmeyinde gorursunuzse ve dushurursunuz ki, siz bu hakimiyyeti keskin tenqid etseniz xalq durub kucelere cixacaq,bu mumkun deyil. Cunki xalqin siyasi tefekkuru hele o derecede inkishaf elemiyib, ekseriyyetinin de sizin dediklerinizden xeberi yoxdur.”fikirle qisməndə olsa razıyam çünki həqiqətən bizim insanımızın inkişafı çox geridədir.
    Avropaya inkişaf dedikdə inkişafı mentalitetimizin dərin və lazımlı dayaqlarını sarsıdan “Acıq sacıqlıqda” “Ağzına gələni oxumaqda” “Şou-ya diqqət”i artırmaqda görürlər. Biz bu neçə illərdir bu xalqın içində olduğumuz üçün bunları görürük və mən şəxsən bunda xalqı heçdə günahkar görmürəm. Çünki bu günki ixtidar Avropanın və Demokratiyanın yalnız (“Acıq sacıqlıqda” “Ağzına gələni oxumaqda” “Şou-ya diqqət”) adı çəkilən üzlərini xalqa təqdim və təbliğ edir səbəb isə çox sadədir, xalqda savadsızlıq baş alsın qulluq və köləlik adi hal kimi qəbul edilsin ümidsizlik yaransın! bunun üçündə xalqın başını (“Acıq sacıqlıqda” “Ağzına gələni oxumaqda” “Şou-ya diqqət”) adları göstərilən demakratiya ünsürləri ilə qatırlar.
    Bütün yuxarıda deyilənləri etməklə iqtidar insanları “Dindən inancdanda uzaqlaşdırır”. Çünki dinimiz “İslam” haqqı ədaləti tələb edir, bizim bu iqtidarda isə Haqqın Ədalətin heç “H”sı belə
    mövcud deyil. Məni bir tanışım hazırda Bankların birinin filial rəhbəridir özü özündən utanır Namaz qıldığı üçün işdən azad olmaq üçün ərizə yazıb ərizəsinə cavab gözləyir çünki iqtidarın uğursuz İqtisadi siyasəti nəticəsində bankların xalqı milləti aldadaraq soymaqdan başqa əlacı yoxdur. İnsanlarımız dindən ayrılmaqla haqqı ədaləti unudur və haqq uğrunda mübarizədən əl çəkir. Bu dərin düşüncədir- Bakıda yaşayanların bəlkədə xəbəri yoxdur Ancaq mən məktəbdə oxuduğum tarixlərdəndə gördüm ki iqtidar xalqı dindən ayrı tutmaq istəyir. Misal rayonların əksəriyyətində məscidə namaza gedən şagirdlər məktəbdə təklənir pisixi təsirlərə məruz qalır. Məscidə namaza gedib Dinə tam sadiq olub iqtidarın insanlığa qarşı ədalətsiz tavrına qarşı çıxan şəxslərsə iqtisadi və ictimayi qınaqlara məruz qalır.

AYDIN Shirinov üçün bir cavab yazın Cavabı ləğv et