Etiket Arxivləri: Heydər Əliyev

“R.İbrahimbəyov Rusiya Vətəndaşı Olduğuna Görə Seçkilərə Buraxılmamalı Idi” Fikri Nağıldır

“HARA GEDİR AZƏRBAYCAN” DAVAMI  2-Cİ HİSSƏ   – Rüstəm İbrahimbəyovun seçkilərə Rusiya vətəndaşı qismində qatılması hadisələrin ən ağlasığmaz inkişafı idi. Məgər Rüstəm İbrahimbəyov və onun ətrafında olanlar qanunvericiliyin tələblərindən xəbərsizmi idilər? Sizcə, siyasi mübarizəyə hələ ötən ildən atılan İbrahimbəyov niyə Rusiya vətəndaşlığından öncə imtina etmədi? Burada hansısa oyun elementləri ola bilərdimi? – Mənim əsas meyarım […]

Oxumağa davam et

Azad Seçki Şəraiti Yoxdursa, Vahid Namizədin Olub-Olmamasının Nə Əhəmiyyəti Var?

Hörmətli məni izləyənlər, çox saylı sualları cavablanırmağa qərar vermişəm. Bu cavablar ”HARA GEDİR AZƏRBAYCAN” başlıq altında nəzərinizə çatdırılacaq. Müzakirələrdə ağıllı təkliflər, analizlər görmək ümidindəyəm. 1-Cİ HİSSƏ – Bu il Azərbaycanda hakimiyyət dəyişikliyinə nə mane oldu? Axı, əvvəlki seçkilərdən fərqli olaraq, bu dəfə müxalifət birləşdi və hətta vahid namizəd də müəyyənləşdirməyə müvəffəq oldu? Deməli, bir çox […]

Oxumağa davam et

“R.İbrahimbəyov hökmən prezident seçkisinin namizədi olmalıdır, hamı bir nəfər kimi çalışmalıdır.”

Hörmətli cənablar və xanımlar. Hörmətli Milli Şuranın üzvüləri Azərbaycan hakimiyyəti indiyə qədər heç vaxt güclü rəqibini seçkilərə buraxmayıb. Qorxduqları rəqiblərini seçkilərə buraxmamaq üçün onlara qarşı müxtəlif çeşidli cinayət işləri açıb, ən yaxşı variant kimi ölkədən didərgin salıblar. Bu gün hakimiyyətin qorxduğu yeganə şəxs R.İbrahimbəyovdur. O caamat arasında populyardır, xarici ölkələrin incəsənət adamları və son 3-4 […]

Oxumağa davam et

“Azərbaycandakı proseslər seçki yoluyla həll edilməyəcək.”

“Milli Şuranın vahid namizədini müəyyənləşdirməsi uzun və qaranlıq  tunelin axırında şam işığına bənzər bir işartının yaranmasına səbəb olub” Eks-spiker, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev ölkədə baş verən ictimai-siyasi durumla bağlı Moderator.az-ın suallarını cavablandırıb.   – Heç kim sizin Azərbaycana dönmək istədiyinizə şübhə etmir, ancaq məsələ burasındadır ki, bunu sadəcə bir sıravi mühacir yox, prezidentliyə iddialı şəxs […]

Oxumağa davam et

Siyasi İslahatlar – 3

Əvvəli Məlumdur ki, 1995-ci ilə qədər fəaliyyət göstərmiş Milli Məclisin vaxtından qabaq buraxılması haqqında müxtəlif cinahlardan dəfələrlə, özü də bir çox hallarda kifayət qədər güclü təzyiqlərlə müşayiət olunan təkliflər olmuşdur (Əslinə qalsa, bu parlamentin buraxılması tələbləri onun fəaliyyətə başladığı günün səhərisi eşidildi). Amma mən ali qanunvericilik orqanının tam səlahiyyət müddətində fəaliyyət göstərməsinin tərəfdarı idim. Niyə? […]

Oxumağa davam et

DİKTATORUN PORTRET CİZGİLƏRİ – 4

Əvvəli Azərbaycan xalqının həyatı üçün lazım olan mühüm problemlərin həllində H.Əliyevin əvəzedilməzliyi barədə mifik psixologiya yaradılması onun ideoloji işinin əsas istiqamətlərindəndir. Bu istiqamətdə məqsədə nail olmaq üçün əsasən, 3 formadan istifadə olunur: Birincisi, təbliğati forma – əhalini inandırmağa çalışırlar ki, vəziyyət nə qədər ağır, problemlər nə qədər çox olsa da, bunlara dözmək lazımdır. Çünki əgər […]

Oxumağa davam et

DİKTATORUN PORTRET CİZGİLƏRİ – 3

Əvvəli Nəyə görə belə siyasət yeridilir? Ağlımıza gələn ilk şey imzalanmış müqavilələrin Dağlıq Qarabağ probleminin həllinə kömək edəcəyidir. Başqa sözlə, iqtisadi vasitələrlə xarici dövlətlərin dəstəyini qazanmaq taktikası göz önünə gələ bilər. Bu ideyanın xəyaldan başqa bir şey olmadığı çoxlarına aydınlaşıb. 1994-cü ilin sentyabrında imzalanan “əsrin müqaviləsi”ndən 7 il keçsə də, işğal olunmuş Azərbaycan torpaqlarının geri […]

Oxumağa davam et

DİKTATORUN PORTRET CİZGİLƏRİ – 2

Əvvəli Bunlar onun nəyinə lazımdır? Hər şeydən əvvəl, ona görə ki, diktatorun hakimiyyəti illərində onunla birgə cinayətlərdə iştirak edən dövlət xadimləri daha üzüyola və simasız olurlar. Sadə xalq üçün əlçatmaz olan vəzifə kreslosu və yaxşı yaşayış naminə, onlar yeni və daha da ağır cinayətlər törətməyə hazır olan quldur dəstəsinə çevrilirlər. İkincisi, diktatorun gedişindən sonra xalqın […]

Oxumağa davam et

DİKTATORUN PORTRET CİZGİLƏRİ – 1

Azərbaycan xalqının xoşbəxt gələcəyi və problemlərinin həlli naminə, eləcə də Heydər Əliyevə inandığım üçün üç il – 1993-cü ildən 1996-cı ilə qədər, Milli Məclisin sədri kimi, onunla birlikdə fəaliyyət göstərdim. Həmi üç il mənə imkan verdi  ki, bu insanın siyası baxışlarını, mənəvi-psixoloji keyfiyyətlərini daha yaxından müşahidə edim. Müşahidələr cox tezliklə məni belə bir qənaətə gətirdi […]

Oxumağa davam et

Türkiyə Azərbaycanı Nəyin Müqabilində Qurban Verir?

Yazar: Heydər Oğuz Müstəqillik uğrunda mübarizəmizin ilk illərindən bəri ən çox ümid bağladığımız, özümüzə özümüzdən yaxın saydığımız bir dövlət var – Türkiyə. Demək olar ki, bütün Azərbaycan demokratlarının Türkiyə sevdasının söykəndiyi tarixi və ideoloji əsaslar da mövcuddur- Eyni kökdən gəlmişik, eyni dilin müxtəlif şivələrini danışırıq, eyni düşmənlərimiz var, eyni hədəf uğrunda birləşə və dünyada layiq olduğumuz […]

Oxumağa davam et