Etiket Arxivləri: Turkey

“Türk qardaşlarımızdan ibrət götürək,diktaturaya “yox” deyək”

    ACP lideri, eks spiker Rəsul Quliyev son günlər Türkiyədə baş verən olaylara Azpolitika.com vasitəsilə münasibətini bildirib. O, bildirib ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 10 illər çəkən hökümət böhranından sonra partiyası ilə birlikdə hakimiyyətə gəlməsi yorulmuş türk xalqını sevindirdi. Xüsusilə onun komandası ilə birlikdə apardığı yarımçıq olsa da antikorrupsiya siyasəti populyarlığını xeyli qaldırdı. Hərbiçilərində […]

Oxumağa davam et

Yol Birgə Mübarizədən Keçir

Heydər Oğuz Xalq ölkəmizin Afrika cəngəlliyində yerləşmədiyini sübut etməlidir Demokratik Qüvvələrin Məşvərət Məclisinin qəbul etdiyi “Konstitusion Seçki” Bəyannaməsi dövrün siyasi manifestidir, desək səhv etmərik. Sənəddə ölkədəki siyasi vəziyyət analiz edilərək çıxış yolları göstərilməklə qalmır, atılacaq addımlar və onların həyata keçirilmə zamanı planlaşdırılır. Bəyannamədən belə məlum olur ki, sənədi imzalayanların qarşıya qoyduğu başlıca hədəf ölkəmizin illərlə […]

Oxumağa davam et

Vahid Namizəd Barədə Canfəşanlıq Don Kixotluqdan Başqa Bir Şey Deyildir

  ACP lideri, eks-spiker Rəsul Quliyev “Gündəlik Bakı”ya müsahibə verib.   – ABŞ-DAKI SİYASİ FƏALİYYƏTİNİZ, GÖRÜŞLƏRİNİZ BARƏDƏ MƏLUMAT VERİN. BİR QƏDƏR ƏVVƏL BAŞA ÇATMIŞ AVROPA SƏFƏRİNİZİN YEKUNLARI HANSI MÜSBƏT NƏTİCƏLƏRLƏ YADDA QALDI? – Siyasi fəaliyyətim, xarici dövlət rəsmiləri ilə keçirdiyim görüşlərdə əsas məqsədim 2013-cü ildə Azərbaycanda demokratiyanın bərpasını təmin etməkdir. Bu məqsəd yolunda 3 istiqamətdə […]

Oxumağa davam et

Hakimiyyətin Ailəyə Yox, Xalqa Məxsusluğunu Təmin Etmək Lazımdır

Açıq Cəmiyyət Partiyasının lideri, Azərbaycanın Milli Məclisinin eks-spikeri Rəsul Quliyevin kafkassam-merkez.com-a müsahibəsi.   – Azərbaycanın xarici siyasətini necə dəyərləndirirsiniz? – Dünyada gedən proseslər heç vaxt belə mürəkkəb olmamışdı. Rusiyanın güclənməsi, Yaxın və Orta Şərqdə müxtəlif rəngli siyasi maraqların toqquşması, ABŞ-ın qətiyyətli və vaxtında qərar qəbul etməməsi, Çinin həm iqtisadi, həm də hərbi gücünün gündən-günə artması, […]

Oxumağa davam et

“Böyük Qardaşlıq” Siyasəti Qardaş Ölkələri Ayırmağa Xidmət Edir

Özünü Türkiyə diplomatı kimi təqdim edərək Rəsul Quliyevə qarşı qərəzli mövqe sərgiləyən Turqut Ərin açıqlamalarına qarşı etirazlar davam edir. Redaksiyamız vasitəsilə Türkiyə səfirliyinə müraciət ünvanlayan ACP-nin Ali Məclisi Rəyasət Heyətinin müraciətini dərc edirik. Türkiyə Böyükelçiliyinə  Əziz Böyükelçilik nümayəndələri! Bizə bu müraciəti qəbul etdirən ölkəmizin əsarət illərindən başlayaraq qəlbimizdə yuva quran Türkiyəyə sevgi və inam hisləridir. […]

Oxumağa davam et

“Vahid Namizəd Olub Hamını Öz Ətrafında Toplamaq Mümkün Deyil”

  Ölkədə və regionda son günlərdə baş verən mühüm siyasi proseslərlə bağlı “Unikal” qəzetinin suallarını Ədalət Partiyası sədrinin müavini Heydər Oğuz cavablandırır. -Heydər bəy, 19 ildir ki, Azərbaycan müxalifəti bu cəmiyyətin gözləntilərini doğrulda bilmir. Bunun səbəbləri nələrdən qaynaqlanır? -Müxalifət sosial qurum kimi çıxış etmir və sosial qurum deyil. Müxalifət hakmiyyəti əvəz edə biləcək bir sistemdir. Bildiyiniz kimi, […]

Oxumağa davam et

“Ölkəni Qanlı – Qadalı Günlərə Aparan Siyasi Təfəkkürün Maskasıdır.”

Yazar: Heydər Oğuz Ölkəmizdə bəzi çevrələr Rəsul Quliyevin iqtidar mənsubları arasındakı nüfuzunu bərk tənqid atəşinə tutduğu anlarda bizdən coğrafi məkan olaraq çox da uzaqda yerləşməyən Suriyadan həqiqi atəş səsləri gəlir. Beynəlxalq Amnistiya Təşkilatının verdiyi məlumata görə, Hələb şəhəri vətəndaş müharibəsinin iki cəbhəsi arasında baş verən çarpışmalar nəticəsində artıq xarbazara çevrilib. Bu çarpışmalardan ən çox əziyyəti isə […]

Oxumağa davam et

“Xalq Liderin Arxasında Dayananda Onu Hətta Bütün Dünya Yığışsa Belə Yıxa Bilmir.”

Eks-spiker barəsindəki ittihamlarla bağlı “Azadlıq”a növbəti məktubunu göndərdi Türkiyənin Azərbaycandakı sabiq diplomatlarından olan Turqut Ərlə eks-spiker Rəsul Quliyev arasındakı söz atışması səngimir. Xatırladaq ki, Turqut Ər Rəsul Quliyevi 6 rayonun verilməsində suçlu bilmişdi. Eks-spiker isə türk diplomatı tarixi saxtalaşdırmaqda və hadisələri düzgün qeydə almamaqda ittiham edib və bildirib ki, diplomatın onu 6 rayonun işğalında günahlandırması […]

Oxumağa davam et

“Mən Gəlmək və Azərbaycanda Olmaq Şərtilə Seçkilərdə İştirak Etmək Niyyətindəyəm.”

İlqar Rəsul, 26.07.2012 2013-cü il prezident seçkisi artıq gündəmin mövzularından birinə çevrilməkdədir. Bu səbəbdən də Azadlıq Radiosu qarşıdakı seçkilərdə namizəd kimi adıçəkilən şəxslərdən və ya onların mənsub olduğu düşərgənin təmsilçilərindən müsahibələr təqdim edir. Budəfəki həmsöhbətimiz hazırda Amerikada mühacirətdə yaşayan eks-spiker Rəsul Quliyevdir. – Rəsul müəllim, 2013-cü ilin prezident seçkisinə qatılmaq niyyətində olduğunuzu açıqlamısınız. Hansı planla iştirak edəcəksiniz, […]

Oxumağa davam et