Etiket Arxivləri: Türkiyə

“Ermənilər üçün Türklərlə qonşu olmaq daha rahat idi, nəinki içki düşkünü olan Ruslarla”

  Əvvəli İran  təslimçilik müqaviləsinə imza atandan 2 ay sonra Dunay çayı ətrafındakı ərazidə ruslar Osmanlı qoşunlarına hucum etdilər. Müharibə ərəfəsində Osmanlı imperiyasının ordusu ən acınacaqlı vəziyyətə düşmüşdü. Sultan Mahmud hərbi reformanı təzəcə başa çatdırmışdı. “Yeniçəri”lər ordudan qovulmuş və bir struktur kimi ləğv edilmişdi. Əvəzində isə, yeni, Avropa tipli ordu hələ yaradılmamışdı. Sultan Mahmudun ruslarla […]

Oxumağa davam et

“Avtoritarizm Olan Yerdə, Avtoritarizmin Başçısı Şanslı Olacaq da, Kim Olmalıdır ki?”

“Belə adamları yoxlamadan, əxlaqının hansı səviyyədə olduğunu bilmədən Azərbaycan kimi avtoritarizmin hökm sürdüyü ölkələrə səfir göndərənlərin günahları da qeyd edilməlidir”. “Avropa Birliyinin adından belə yaramaz bəyanata görə mən onun əvəzindən xəcalət çəkirəm” Avropa Birliyinin Azərbaycandakı səfiri Roland Kobia növbəti il keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı İlham Əliyevin qalib gəlmə şansının yüksək olması barədə fikirlərinin […]

Oxumağa davam et

Türkiyə Azərbaycanı Nəyin Müqabilində Qurban Verir?

Yazar: Heydər Oğuz Müstəqillik uğrunda mübarizəmizin ilk illərindən bəri ən çox ümid bağladığımız, özümüzə özümüzdən yaxın saydığımız bir dövlət var – Türkiyə. Demək olar ki, bütün Azərbaycan demokratlarının Türkiyə sevdasının söykəndiyi tarixi və ideoloji əsaslar da mövcuddur- Eyni kökdən gəlmişik, eyni dilin müxtəlif şivələrini danışırıq, eyni düşmənlərimiz var, eyni hədəf uğrunda birləşə və dünyada layiq olduğumuz […]

Oxumağa davam et

“ABŞ-ın İstənilən Prezidenti Üçün Əsas Vəzifə Ölkə Daxilində Öz Vətəndaşlarının Maraqlarına Xidmət Etməkdir”

ABŞ-da keçirilən prezident seçkilərindən sonra müzakirə olunan mövzulardan biri də Barak Obamanın ikinci prezidentliyi dövründə Azərbaycanla, demokratiya ilə bağlı mövqeyinin necə olacağıdır. Buna dair ABŞ-da mühacir həyatı yaşayan və son seçkiləri fərdi qaydada müşahidə edən ACP lideri, eks-spiker Rəsul Quliyev “Yeni Müsavat”a maraqlı şərh verib. – Prezident seçkisi ilə paralel Konqresin hər iki Palatasına da […]

Oxumağa davam et

Vahid Namizəd Barədə Canfəşanlıq Don Kixotluqdan Başqa Bir Şey Deyildir

  ACP lideri, eks-spiker Rəsul Quliyev “Gündəlik Bakı”ya müsahibə verib.   – ABŞ-DAKI SİYASİ FƏALİYYƏTİNİZ, GÖRÜŞLƏRİNİZ BARƏDƏ MƏLUMAT VERİN. BİR QƏDƏR ƏVVƏL BAŞA ÇATMIŞ AVROPA SƏFƏRİNİZİN YEKUNLARI HANSI MÜSBƏT NƏTİCƏLƏRLƏ YADDA QALDI? – Siyasi fəaliyyətim, xarici dövlət rəsmiləri ilə keçirdiyim görüşlərdə əsas məqsədim 2013-cü ildə Azərbaycanda demokratiyanın bərpasını təmin etməkdir. Bu məqsəd yolunda 3 istiqamətdə […]

Oxumağa davam et

Hakimiyyətin Ailəyə Yox, Xalqa Məxsusluğunu Təmin Etmək Lazımdır

Açıq Cəmiyyət Partiyasının lideri, Azərbaycanın Milli Məclisinin eks-spikeri Rəsul Quliyevin kafkassam-merkez.com-a müsahibəsi.   – Azərbaycanın xarici siyasətini necə dəyərləndirirsiniz? – Dünyada gedən proseslər heç vaxt belə mürəkkəb olmamışdı. Rusiyanın güclənməsi, Yaxın və Orta Şərqdə müxtəlif rəngli siyasi maraqların toqquşması, ABŞ-ın qətiyyətli və vaxtında qərar qəbul etməməsi, Çinin həm iqtisadi, həm də hərbi gücünün gündən-günə artması, […]

Oxumağa davam et

“Böyük Qardaşlıq” Siyasəti Qardaş Ölkələri Ayırmağa Xidmət Edir

Özünü Türkiyə diplomatı kimi təqdim edərək Rəsul Quliyevə qarşı qərəzli mövqe sərgiləyən Turqut Ərin açıqlamalarına qarşı etirazlar davam edir. Redaksiyamız vasitəsilə Türkiyə səfirliyinə müraciət ünvanlayan ACP-nin Ali Məclisi Rəyasət Heyətinin müraciətini dərc edirik. Türkiyə Böyükelçiliyinə  Əziz Böyükelçilik nümayəndələri! Bizə bu müraciəti qəbul etdirən ölkəmizin əsarət illərindən başlayaraq qəlbimizdə yuva quran Türkiyəyə sevgi və inam hisləridir. […]

Oxumağa davam et

“Vahid Namizəd Olub Hamını Öz Ətrafında Toplamaq Mümkün Deyil”

  Ölkədə və regionda son günlərdə baş verən mühüm siyasi proseslərlə bağlı “Unikal” qəzetinin suallarını Ədalət Partiyası sədrinin müavini Heydər Oğuz cavablandırır. -Heydər bəy, 19 ildir ki, Azərbaycan müxalifəti bu cəmiyyətin gözləntilərini doğrulda bilmir. Bunun səbəbləri nələrdən qaynaqlanır? -Müxalifət sosial qurum kimi çıxış etmir və sosial qurum deyil. Müxalifət hakmiyyəti əvəz edə biləcək bir sistemdir. Bildiyiniz kimi, […]

Oxumağa davam et

“Xalq Liderin Arxasında Dayananda Onu Hətta Bütün Dünya Yığışsa Belə Yıxa Bilmir.”

Eks-spiker barəsindəki ittihamlarla bağlı “Azadlıq”a növbəti məktubunu göndərdi Türkiyənin Azərbaycandakı sabiq diplomatlarından olan Turqut Ərlə eks-spiker Rəsul Quliyev arasındakı söz atışması səngimir. Xatırladaq ki, Turqut Ər Rəsul Quliyevi 6 rayonun verilməsində suçlu bilmişdi. Eks-spiker isə türk diplomatı tarixi saxtalaşdırmaqda və hadisələri düzgün qeydə almamaqda ittiham edib və bildirib ki, diplomatın onu 6 rayonun işğalında günahlandırması […]

Oxumağa davam et