Demokratiyaya Gedən Yol, 2-ci hissə

 

 

 

 

 

Axırıncı 100 ildə H.Əliyevi ancaq bir şəxslə müqayisə etmək olar. Mir Cəfər Bağırovla. Hər iki şəxsiyyət 1918-ci ildə Azərbaycan müstəqilliyini qazanandan sonra əsrin axırına qədər keçən 82 il ərzində faktiki olaraq 50 il Azərbaycanın başında dayanıb və 20-ci əsrdə Azərbaycanda baş vermiş faciələrin böyük əksəriyyətinə cavabdehdirlər. H.Əliyev 2003-cü ildə oğlunu hakimiyyətə gətirməklə özünün məsuliyyətini bu günə qədər uzadıb və bunun hələ nə qədər davam edəcəyi də sösüz ki, xalqın iradəsindən asılıdır.

Azərbaycan hökümətinin başçısı olmuş Fətəli xan Xoyski (1918-20) , Nəriman Nərimanov (1920-23) və Əbülfəz Elçibəy (1992-93) diktaturaya nifrət edən, demokratik dəyərlərə üstünlük verən (Xüsusilə Xoyski. Çünki o kifayət qədər təhsilli olmaqla yanaşı, Dövlət Dumasına deputat seçilmiş və orada da demokratiya uğrunda mübarizə aparanların siyahısında idi) insanlar idilər. Mustafayev və Axundov (1954-1969) isə sanki, eyni teştdə yoğrulmuşdular. Hər ikisi savadlı olmaqlarına baxmayaraq, əllərindən bir şey gəlməyən qətiyyətsiz adamlar idilər. Yaqubov (1954), K. Bağırov (1982-88), Ə. Vəzirov (1988-90) və A. Mütəllibov (1990-92) Azərbaycan hakimiyyətinin olimpinə təsadüfən yüksəlmiş adamlar olub. 1923-1933 cü illərdə Azərbaycana rəhbərlik etmiş bolşevik və bolşevik –daşnak Kirov və Mirzoyan barədə yazmağa lüzum görmürəm.

İstər H. Əliyevin, istərsə də  M. C. Bağırovun savadları ortadan bir qədər aşağı səviyyədə idi. Ancaq hər ikisində də təbii ağıl güclü inkişaf etmişdi. Əlbəttə, onların ağıllarının qeyri-adi inkişafı bir başa yaşadıqları dövrlə və əməkdaşı olduqları təşkilatın iş prinsipləri ilə bağlı idi. “KGB”, yeganə təşkilat idi ki, bu sistemdə işləyənlərin böyük əksəriyyəti orta hesabla hər beş ildən bir represiyalara məruz qalır və işçi heyəti dəyişilirdi. Heydər Əliyevin DTK-da işlədiyi 1941-ci ildən 1970-ci ilə qədər maksimum 10 faiz zabit bu represiyalardan canını qurtara bilmişdi. Bu ölüm dirim mübarizəsi sözsüz ki, onun təbii ağlının fövqalədə inkişafına səbəb olmuşdu. Bu sistemdə sağ qalmaq üçün mənimsədiyi mənfi xarakterlər toplusundan o, ömrünün axırına qədər xilas ola bilmədi.

1993-cü ildə hakimiyyətə gələndən təqribən 6-7 ay sonra onun başa düşülməsi mümkün olmayan  əcaib kin-küdrəti, əleyhinə olanlara qarşı amansızlığı, ağlasığmaz səviyyədə pulpərəstliyi, hətta kiçik rüşvətləri qəbul edəcək qədər utanmazlığı və sair bu kimi neqativ xarakterləri məni məyus etdi, ancaq bütün bunlar onun dəyişəcəyinə inamımı sarsıtmadı.  Mən bütün gücümlə yeri gələndə tərif, yeri gələndə isə kəskin tənqidlərlə onu öz aləmimdə  düzgün yola qaytara biləcəyimə inanırdım.

Düşünürdüm ki, 1994-cü il oktyabr və 1995-ci il mart hadisələrindən sonra artıq silahlı üsyançıların qalmadığına əmin olan Əliyev, nəhayət, üzünü xalqa tərəf çevirəcək. Lakin, bu inamım özünü doğrultmadı. H. Əliyevin neqativ xarakterinə qarşı mübarizəm nəticə verməyincə, onunla eyni məsuliyyəti bölüşməmək üçün özüm istefaya getmək qərarına gəldim. Mənim istefamdan sonra H. Əliyev hazırdakı rejimi daha rahat yarada bildi.

Bunları yazmaqda məqsədim, H. Əliyevi yenidən xarakterizə etmək deyil, sadəcə olaraq, bizim hamımızın bu rejimin yaranmasında günahımızın olduğunu izah etməkdir. Çünki mənim məğlub olmağımda H. Əliyevin ətrafında topladığı əksər insanların naqis keyfiyyətləri və cəmiyyətimizin məddahlığı mühüm rol oynadı. Mən ona nə 1995, nə də 1996-cı illərdə xalqın bu rejimdən narazı olduğunu sübuta yetirə bilmədim. Bunu necə etmək olardı ki, Əliyev Sumqayıta gedəndə təqribən 10 km-lik məsafədə yolun sağ və solunda dayanan kütlələr onu alğışlayırdılar? Deyə bilərsiniz ki, bunlar təşkil edilirdi və burada təəccüblü heç nə yox idi. Mən isə sizə cavabında “o miqyasda kütləviliyi təşkil etmək olmaz, hətta təşkil olunsa belə, üzlərdə o sevinci əks etdirmək mümkün deyildi.”- deyərəm. Yəni, o illərdə camaat necə uçuruma sürükləndiyini hələ başa düşmür və inanırdı ki, hər şey yaxşı olacaq. Üstündən 16 il keçib, indi əksəriyyət başa düşür ki, uçurumun son həddindədir, ancaq yenə də köhnə xasiyyətindən əl çəkə bilmir.

Xalğın mütiliyi rejimin formalaşmasında əsas rol oynayan faktorlardan biridir.

Bütün diktatura rejimlərinin formalaşmasında, sözsüz ki, iki başlıca amil rol oynayır. Bu amillərdən biri diktatorların şəxsi xarakterləridirsə, digəri bu xarakterə boyun əyən kütlə mütiliyidir. Əslində kütlə mütiliyi olmasa, diktatorlar öz şəxsi keyfiyyətlərinə uyğun cəmiyyətlər də yarada bilməzlər. Kütlə mütiliyini yaradan isə ictimai xofdur. İnsanları kölə vəziyyətinə salmaq üçün bütün diktatura rejimləri bu xofu şüurlu şəkildə cəmiyyət arasında yaymağa çalışır.  Bunun ən bariz nümunəsini öz cəmiyyətimizdə  görə bilərik.

Azərbaycanda bir çoxları rejimin hamını izlədiyinə, telefonlarının dinlənildiyinə inanır. Əslində isə belə deyil. İnsanlarda bu qorxu hissinin yaradılması və möhkəmləndirilməsi klassik metodlarla həyata keçirilir və bu primitiv idarəçilik metodunun Azərbaycanda təməlini qoyan bolşevik partiyasıdır. H. Əliyevin  sovet dövründə, xüsusilə müstəqil Azərbaycanda bu metoddan effektli istifadə etdiyi danılmazdır. “Hökümətin hər şeydən- hətta evində danışdığından da xəbəri var və istənilən vaxt cəzalandıracaq” -məntiqinə söykənən fərdi qorxu hissiləri əvvəl bir birlərinə yaxın adamlar arasında, sonra isə cəmiyyətdə yayılır və totallaşır. Kütləvi qorxu cəmiyyətin birliyini və dolayısıyla cəmiyyətin özünü dağıdan əsas faktorlardandır. Məhz bu dağıdıcı xarakterinə görə, sözügedən primitiv metod demokratik ölkələrdə tətbiq edilmir. Əslində demokratik ölkələrdə buna imkan da yoxdur. Müstəqil məhkəmələrin olduğu belə ölkələrdə bu şaiyələrlə kimi qorxuda bilərsən? Əlbəttə heç kimi. Əksinə, onu həyata keçirməklə öz başını bəlaya salarsan.

Diktatura rejimlərinin xalqı nəzarətdə saxlayan ən başlıca metodlarından sayılan bu cür şaiyələrin əslində heç bir əsası yoxdur.  Ən azı ona görə ki, mahiyyətindən asılı olmayaraq heç bir hökümətin camatın  heç bir faizini də kontrol etmək imkanı sıfra bərabərdir. Bunu daha aydın başa düşmək üçün gəlin müəyyən məqamlara diqqət yetirək. Məsələn, bu gün cəmiyyətimizdə yayılan şaiyələr nəticəsində hamı düşünür ki, onun telefonuna qulaq asırlar. Bu absurddur, ən azı o səbəbdən ki, əhalinin heç 0.5 faizinin telefonuna qulaq asmaq fiziki olaraq mümkün deyil. Hətta superkompyuteri və unikal proqramı olan ABŞ-da belə istəsələr bu işi görə bilməzlər. O ki qaldı, İzrailin köhnə texnologiyalarının ümidinə qalmış Azərbaycanda kimisə dinləsinlər.

Hətta bu əsassız fikir təkcə sadə vətəndaşlar arasında deyil, həm də kifayət qədər siyasi yetkinlik qazanmış müxalif qüvvələr arasında da geniş yayılıb. Bəziləri özlərini inandırıblar ki, 1993-cü ildən bəri onların telefonlarına qulaq asılır. Hər halda 1996-cı ilin axırına qədər bunun belə olmadığını dəqiq deyə bilirəm. Əminəm ki, indi də belə deyil. Sözsüz ki, müəyyən dövrlərdə bəzi müxalifətci qüvvələrin telefon danışıqları MTN-də qeydə alınmışdı. Bunlar isə ancaq Sürət Hüseynov, Ayaz Mütəllibov və Cavadov qardaşları ilə əlaqəyə girənlər idi. Çünkü əslində həmin müxalifətçilərin deyil, onların əlaqəyə girdiyi adamların telefonları nəzarətə götürülmüşdü. Təsadüfən, hansısa bir müxalifət lideri onlara zəng edəndə istər-istəməz qeydiyyata düşmüşdü. Əgər telefonda edilmiş söhbətin əhəmiyyəti var idisə, davamını bilmək üçün həmin müxalifətçiyə də qulaq asa bilərdilər. Bu isə telefonu dinlənilən başqa birisinin nəzarətdən çıxarılması demək idi. Çünki imkan məhdudiyyəti var idi. Əslində indi də vəziyyət elədir, dəyişməyib. İndi də müxalifətə qulaq asan yoxdur. Bütün diqqətlər İranı təmsil edən fundamentalistlərə, Rusiyaya, qismən də Türkiyəyə yönəlib. Çünkü məhz bu ölkələrin bizdəki rejimi devirmək şanslarının olduğuna inanılır. Bu səbəbdən də hökümət bütün diqqətini özümüzün “dinçi”lərinə və yuxarıda adını çəkdiyim ölkələrdəki səfirlik işçilərinə yönəldib. Yenə də əvvəlki kimi bu sferadan olanların telefonlarına qulaq asmaqla onların müxalifətdən kiminləsə yaratdığı əlaqələr gündəmə gələ bilər, vəssəlam. Total qulaq asmaq imkanı yoxdur və ola da bilməz. Düşünə bilərsiniz ki, elmi-texniki tərəqqinin misilsiz inkişafı elə həddə çatıb ki, indi  hər şeyi reallaşdırmaq mümkündür. Amma nəzərə alınmalıdır ki, texnikanı dünyada inkişaf etdirən dövlətlər yox, özəl müəssələrdir. Həmin firmalar isə öz mallarını satmaq üçün ağır rəqabətin içindədirlər. İstehsal olunan mallar nə qədər təhlükəsizdirsə, bazarda bir o qədər də çox alıcısı tapır. Bazar rəqabəti nəticəsində internet, telefon kompaniyalarının kəşf etdiyi yeni sistemlər istifadəçinin fərdi həyatını gizli saxlamağa tam təminat verməyə çalışır və onlar hökümətin qulaq asma avadanlıqlarından daha güclüdürlər.

Bu primitiv metodun Azərbaycanda işləməsinin səbəbi camaatın müasir çağımızla bağlı informasiyasının aşağı olmasından irəli gəlir. Ancaq bu cür informasiyaları zəif olduğu ölkələrdə həmin metodlar işləyə bilər. Bu məsələyə ona görə xüsusi diqqət ayırdım ki,

Azərbaycandakı rejimin dayaqlarından biri də xalqın hökümət qarşısında total qorxaqlığının olmasıdır. Total qorxaqlıq total panikaya səbəb olur. İki vuruşan komanda arasında  həmişə birinci panikaya düşüb qaçan tərəf isə məğlubiyyətə uğrayan tərəfdir.

Bizi məğlubiyyətə aparan bu xofu sındırmalıyıq…  Beləliklə biz onları qaçmağa məcbur etməliyik… Çünki bizim sayımız yüz dəfələrlə çoxdur.  Mübarizəyə də məhz bu qorxu hissindən azad olmaqdan başlamalıyıq. Təşkil olacaq mitinqlərə getməzdən əvvəl, bu mitinqlərdə iştirakdan qorxmamalıyıq.

Korrupsiya və rüşvətin diktatura rejimlərinin dayağı olması nəzəriyyəsi 20-ci əsrin axırı 21-ci əsrin əvvəllərində diktatorların idealogiyasına çevrilibdir. Təməli Afrikada qoyulmuş korrupsiya və rüşvət nəzəriyyəsi, Orta Asiya ölkələrinin rəhbərləri ilə, xüsusilə Azərbaycanda ən müxtəlif yeniliklərlə zənginləşdirilmiş və  müvəffəqiyyətlə həyata keçirilmişdir. Azərbaycanın bu sahədə lider olması ilə xalqımız ‘’fəxr’’ edə bilər. Həmişə taleyindən razı olan Azərbaycan xalqı iri addımlarla korrupsionerlərin liderinin başçılığı altında irəliləyir, amma hara?- özü də bilmir. Çünkü bu oğurlanan pulları özününkü hesab etmir. Başa düşmək olmur ki, xalqın şairi Bəxtiyar Vahabzadə ‘’ Bircə ondan razıyam ki, özümdən narazıyam’’- şeirini yazanda hansı xalqı nəzərdə tuturdu.

About Rasul Guliyev - Rəsul Quliyev

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

62 Cavab to “Demokratiyaya Gedən Yol, 2-ci hissə”

  1. Eziz Birleshmish Muxalifet Partiyalari, Muxalifet Liderleri ve Xalqimiz,
    Hal-hazirda Azerbaijan Xalqinin veziyyetinin agir olmasi ve yalanchi Kapitalizm adi altinda oz “sechkili” vezifelerinden sui-istifade ederek bir grup sulale hakimiyyeti Frildaqchilari terefinden Xalqa mexsus butun milli servetleri menimseyen ve Xalqimizi, qanunsuz olaraq oz qullarina cheviren bir dozulmez sheraitin Azerbaijanda movcud olmasi, Xalqimizin butun Proqressiv Muxalifet Quvvererinin texire salinmadan birleshmesini ve bu menfur sulale hakimiyyetine qarshi texiresalinmadan birge mubarizesini teleb edir!
    Muveffeqiyyet yalniz Xalqla olan Birliyimizden asilidir! Muxalifetden kimin gelecekde Prezident olmasinin o geder de ehemiyyeti yoxdur (tebii ki, bir chox agilli muxalifet Liderlerimiz var ki, onlarin hamisi Prezident olmaga laiqdirler!). Lakin, umumiyyetle Progressiv Muxalifet Quvvelerinin tezlikle (2013-de) hakimiyyete gelerek Xalqimizi bu Ogrulardan xilas etmesi vacibdir ve mutleq heyata kechirilmelidir!!!
    Lakin, Xalqimiz bilmelidir ki, Muxalifetin hansi Strateji ve Taktiki Planlari var ve bu Planlar qisa shekilde yazilmali ve Internet, Muxalifet Qezetleri terefinden chap olunaraq Xalqimizin muzakiresine verilmelidir ki, Xalg bu Strateji Milli Inkishaf Plani ile tanish olsun ve bu Milli Inkishaf Planlarindan hansi birisini daha chox desteklediyini bildirsin!
    Bundan sonra, Butun Muxalifet derhal bu Milli Inkishaf Planini qebul etsin ve bu Milli Inkishaf Programi etrafinda Xalqimizla birlesherek gozlenilen sechki Qelebesini temin etsin!!! Eger, Xalgimiz, Muxalifetin Milletimizin xosh geleceyinin nece temin edeceyini oxusa ve bilse onda Muxalifetin ardinca gedecek!!!
    Men Azerbaijan Xalqina aid oz qisa Strateji Inkishaf Planimi yazib, sizing ve Xalgimizin muzakiresine chixariram:
    Azerbaijanda, xalqimizin 90%-nin muasir iqtisadiyyata aid biliklerinin olmadigina gore, yalanchi Kapitalizme kechmek adi altinda Xalqimizin butun Servetlerinin, sulale hakimiyyetinde olan bir qrup Firildaqchilar terefinden ogurlanmasi bash verir ve eger qarshisi alinmasa, bu veziyyet Xalqin tamamile yoxsul ve muthi Qula chevrilmesine getirib chixaracag (meselen, Shimali Koreya Xalqi kimi!)!!! Ona gore de
    1-ci Strateji Inkishaf Plani: Azerbaijanda yalanchi Kapitalizm sistemi yox, MILLI DEMOKRATIK SOSIALIZM sistemine kechmek lazimdir (Isvechrede olan milli drmokratik sosializme oxshar bir sisteme)!
    Bu siyasi ve iqtisadi Sisteme kechen kimi, Frildaqch hakimiyyet Oliqarxlarinin eslinde Xalqimiza mensub olan butun ogurluq servetleri millileshdirilmelidir ve butov Xalq arasinda beraber bolunmelidir!
    Ibtidai, orta ve ali mekteblerimizin derslikleri en qabaqcil Avropa, Japon ve USA dersliklerini tercume ederek evez olunmalidir! Xarice oxumaga ve duzgun muasir tecrube toplamaga mumkun qeder Xalqimizin butun tebegelerinden olan istedadli ovladlarimizi gondermeliyik ve muveffegiyyetle qayitdiqdan sonra yuksek emek haqqi vermekle Mekteblerimize Muasir Muellimler teyin etmeliyik! Xaricde olan muasir biliye malik Alimlerimizi yuksek mevacible Azerbaijana devet edib, muasir Elmi-Texniki Tereggini temin eden Elmi Merkezler yaratmaliyiq! Butun Xalqimizin ovladlarina muasir tehsil vermek en vacib meseledir!
    Firlidagin hesabina yox, yalniz ishguzarligin, oz elmi biliyinin (Patentlerin) hesabina milyonchu olmaqa icaze verilmelidir!
    Hakimiyyet, en uzagi, 2 sechkiden bir deyishmeli ve sechkilerin saxtalashdirilmasina yol verilmemelidir! Sechkili Hakimiyyet lazimi mevacib alaraq onu sechen Xalqa ishlemelidir ve hakimiyyet dovrunde biznesle meshgul olmamalidir ve onun gohumlari onunvezifesinden sui-istifade etmemelidir! Bele bir hakimiyyet sistemi butun ogurlugun qabagini alir ve hakimiyyetin hegigeten de onu sechen Xalqa xidmet etmesine sebeb olur ki, bu da xalqimizin xosh guzeranini temin edir!
    2-ci Strateji Inkishaf Proqrami: Merkezi Asiya Iqtisadi Birliyini (Central Asia Economic Union – CAEU) yaratmaq! Bu birliye esasen Azerbaijan, Iran, Turkiye, Qazaxstan, Ozbekstan, Turkmenstan, Qirgizstan, Tacikstan, Afganstan ve Pakistan daxil olmalider (bashqa olkeler istese, onlari da bu birliye daxil etmek olar!)! Bu azad, serhedsiz boyuk eraziye malik umumi Iqtisadi birlik olacaq ki, bu da gonshularimizin ve gardashlarimizin bir-birinin erazisine goz tikmesinin garshisini alacag! Bu birlik Russiya ve Chin olkesinden en azi 2 defe guclu olacaq! Ve en esasi tehlukesizliyimiz, erazi butovluyumuz ve daha varli yashamamiz temin edilecek!!!
    Xahish edirem minim bu Strateji Inkishaf Planimi Xalqimiza chatdirasiniz ve onun muzakiresine chixardasiniz! Sizleri de bele Strateji Inkishaf Plani yazmaga, ona oz qiymetli elavelerinizi etmeye chagiriram!
    Yashasin heqiqeten de Xalqimiza xidmet eden Azerbaijan Milli Demokratik Sosializm gurulushu! Yashasin Merkezi Asiya Iqtisadi Birliyimiz!
    Vaqif Allahverdi, USA. 12 Fevral, 2012.

  2. Salam Resul muellim! Teesuf ki, heqiqeten beledir telefon meselesi. Men bir nece yerde muzakireler aparmisham Sizinle bagli, inandirim Sizi nece nefer mene irad tutub ki, qulaq asirlar bu deqiqe gelib hamimizi burdan aparacaqlar. Men bunu subut etmek isteyirdim ki, mumkun olan shey deyil hamini nezaretde saxlamaq sadece bu “idareetmenin” bir usuludur. Millet hele de qorxu icindedir.

    • Hamınızdan xahiş edirəm çalışasınız bu analizlərimlə çox adamlar tanış olsun.Ölkədə iş belə gətiribki, rejimin dəyişməsini istəyənlərin sayı azdır.Yəni məsələn mənə qarşı hökümətin mövqeyi aydındır, müxalifət adlandıranlarında bir çoxu qeyri düzgün mövqe tutublar. Onlar üçün belə bir rejimin qalması ilə əbədi müxalifətdə qalmaq daha sərfəlidir,nəinki demokratik rejimli Azərbaycanda siyasi səhnədən uzaqlaşmaları.Ona görə onların nəzarət etdiyi qəzetlərdə çalışıb mənim yazılarımı vermirlər. Bəzi səhifələri isə hökümət elə vəziyyətə salıblarki, heç mənim adımı çəkməkdən belə qorxurlar.Ona görədə internetin imkanlarından istifadə etməyi gücləndirməliyik. Mən bir daha əmin oldum ki, bu günkü hakimiyyətə yeganə alternativ qüvvə yaratdığımız müqavimət hərəkatıdır.Cəhd etdimki, müxalifətdə olanlar alternativ olmasınlar,ancaq olsalarda bir mənası olmaz daha qətiyyətlə bu rejimlə mübarizə davam edəcək.Mənim gücüm sizlərdə və Azərbaycan xalqındadır.Ümid edirəm ki,sizin köməyinizlə internet qəzet və TV -də yaradıb yaxın zamanlarda öz sözümüzü daha geniş kütləyə çatdıra biləcəyik.

  3. Salam!
    “Maestro” kartiile nece yardim etmek olar?
    Hormetle.

    • Hörmetli HASANOVA xanim ! Siz ilk önce https://www.paypal.com -da qeydiyyatdan kecin. Qeydiyyatdan kecerken sizden “Maestro” kartinizin nömresini isteyecekler. Bütün bunlari etdikden sonra PayPal bütün emeliyyatlari aftomatik edecek.

      Eger bir problem olarsa menimle birbasha elaqe yaradin zehmet olmasa.
      hsafaroglu@gmail.com

      Skype adresim: asadovhatem

    • PayPal da qeydiyatınız yoxdursa üsdə edəcəyiniz yardımın məbləğini yazın sonra sol tərəfdə ölkəni seçin aşağıya doğru xanaları doldurun kartın kodunu və s poç və adresləri doldurmasanızda olar

  4. Mr. R.Guliyev. Being same generation member and witness of all circumstances, liders, ideas and results I’m trying just to clarify-rectify your restless fight against rejim. Your “life-belt” program is acceptable but implementation still unclear, need to be in power! I’m in New York around 20 years. Is any possibility to meet you and discuss? I think this type of format do not suitable to explain positions and to find some way with countryman!

  5. Salam.Resul bey dogurdanmi Azerbaycanda muxalifetin yoxlugu sezilmir?Bunlar muxalif deyiller,guzarancidirlar.Onlarin hansi birliyinden danishmaq olar axi?Hamisi indiki iqtidara ishdiyir.

  6. Salam Resul muellim! Yeni ortadan da bir qeder ashaqi savadi olan,lakin tebii aqli guclu bir insan pulun dunya siyasetinde rolunu bu qedermi chox bilirdi ki,pulla hakimiyyetin saxlanmasina,oqlunun hakimiyyete getirilmesine nail ola bildi ?

    • İnsanın aşağı səviyyəli də savadı ola bilər ancaq güclü təbii ağlı hesabına qat qat savadlıları siyasi arenadan vurub çıxarda bilər. Məsələn Xruşşov heç bir savadı olmaya olmaya ətrafındakı savadlıların hamısını məhv etdi burada aydın olmayan nə var. Çox aydın və konkret yazılıb.

    • Hakimiyyəti saxlamaq pulun gücü ilə deyil Millətin manqurtlaşması ilə əlaqədardır.Qəddafinin,H.Mübarəklərin pulları bunlardan da çox idi.Millət öz yerində olsa bunlar pullaşa da bilməz,amma əfsuslar olsun ki,bu faktdır

    • Amiralı bəy,sualınızda həm də cavab var.Ortadan aşagı savad və yaxud agıl o deməkdir ki,insan bu günü üçün yaşayır,yəni müəyyən müddət.Amma ortadan yuxarı savad,agıl insanı əbədi yaşadır,yəni ATATÜRK kimi.Bu şanslar var idi,amma çox əfsuslar olsun ki,qarın başa bəla oldu.İnsan bu həyatdan heç nə apara bilmir,lüt gəlir,lüt də gedir,amma adı qalır.Gedəndən sonra biri var deyələr ALLAH rəhmət eləsin yaxşı adam idi,biri də var deyələr ALLAH yanındakıları rəhmət eləsin.Stalin dünyada tanınmış adam idi,əməlləri də çox idi,lakin axırda heykəlləri də zəncirlənib sürülərək metalloma xerildi.İndi özün nəticə çixar ortadan aşagı agılla,ortadan yuxar agılın fərqini.

  7. Müxalifət yalnız xalqa çaşqınlıq yaradır,xüsusilə İctimai Palata.Parlamentdə iştirak edən siyasi partiyaların əksəriyyətinin əqidəsi hamıya məlumdur,amma İctimai Palata Xalq Müqavimət Hərakatına
    qoşulmursa deməli məqsədləri məlumdur,bu rejim onlara sərf edir,sadəcə xalq bunu anlamalıdır,bu məqsədi görməlidir!Axı 20 ildir bu müxalifət hələ indiyə kimi xalqın xeyirinə bir məsələ də olsun həll edə bilməyib və ona görə də xalq onlarla birləşə bilmir.İqtidar da məhz buna arxayındır ki,xalq müxalifətlə birləşməyəcək.Amma xalq bütün bu nüqativləri görə bilsə yumruq kimi yalnız Xalq Müqavimət Hərakatına qoşulmalı və gücünü görsətməlidir.İnanın ki,çox yox 10 min adam Xalq Müqavimət Hərakatına qoşulsa iqtidar könüllü istefaya gedəcək.Çünki demokratiyanı dəstəkləyən böyük qüvvələr də bizə dəstək verəcək.

  8. 18 ildir bu Hakimiyyət xalqın acizliyindən istifadə edərək çox güclənib,bu faktdır.Amma dünyada gedən proseslər və Rəsul müllimin fəallıgı nəticəsində xalqda bir az da olsa oyanış yaradıb,İqtidarda isə qorxu hissi.Gəlin bu şansı əldən verməyək,xofu içimizdən qoparıb atmaga cəsarət tapmagı bacaraq.Bu xof şünüdir,elə bilək ki,bədəndə bir ziyildir,sadəcə bunu qoparıb ataraq xofu canımızdan çıxarmalıyıq!Bu xof savaddan,təhsildən asılı deyil,əksinə təhsili olmayanlarda demək olar ki,yoxdur bu xof,hətta rusiyada və digər ölkələrdə yaşayan adamlarda da qorxu var,adlarını da gizli yazırlar,amma ürəkdə hamı bu rejimin əleyhinədir.Sadəcə cəsarərimiz olmalıdır ki,bir olaq,bir olsaq xof özlüyündə aradan götürüləcək!

  9. Əgər müxalifətin 20 il ərzində heç bir nailiyyəti olmayıbsa,əksinə onun varlıgından istifadə edən iqtidar xalqı belə acınacaqlı böhran vəziyyətinə salaraq avtoritar rejim yarada biliblərsə,deməli belə müxalifətin olmaması daha qənətbəxşdir.Odur ki,Hakimiyyətin belə qəddar rejimindən iflic olan bütün müxalifət patriyaları könüllü olaraq öz siyasi fəaliyyətlərini hakimiyyətə etiraz olaraq dondurmalıdır və bütün dünyaya bəyan etməlidir!Qoy bir İqtidar qalsın bir də YAP.Yəqin ki,o zaman dünya ictimaiyyətinin bu xalqa yazıgı gələr və xalqı bu bəladan qurtarmaq üçün İqtidara müəyyən təsirlər edərlər.
    Gəlin bu haqda düşünək və müxalifət partiyalarına bəyat verək!Ya xalq Müqavimət Hərakatına birləşin,ya da fəaliyyətinizi dondurun!
    Hər halda xalqın buna gücü çatar,bunlar da İqtidar deyilki bizi ezsinlər!

  10. Eziz Resul bey,

    Menim 59 yashim var, bu ilin Noyabr 25-de 60 yashim olacaq! Men H.Aliyevin repressiyasindan USA 1994-cu ilde qachmisham! Men Azerbaijan Tibb Universitetinin Pharmakologiya kafedrasinin MD., PhD muellimi olmusham (1980-1994). Sovetlerin dagilmasinda istifade ederek, 1988-den Derman Bitgilerinden “Dag Negmeleri” (“Pesni Qor-“Mountain’s song”) adli chay istehsal eden kichik muesse yaradarag oz qabiliyyetimle yaxshi pul gazanmishdim! 1988-den AXC-ye goshulmusham. Ebulfez Elchibeyin diplomatiyadan uzaq siyasetini beyenmemishem! Ebulfez eyni zamanda, hem Russiyanin, hem Iranin, hem de Ermenistanin eleyhine mubarize aparirdi!? Russlar ve Iranlilar boyuk dovlet olarag, Ebulfezin bu axmaq ve sehv diplomatiyasina gore onu ashirtdilar! Menim PhD. Diplomum USA-de ishlediyine gore, men arzuladigim Molecular Biology uzre kurslar goturerek, bu saheni bir chox Amerika alimlerinden yaxshi oyrendim ve sonra UC Davisde training kechdim ve ishledim! Qara Ciyerde “Epithelial to Mesenchymal Transition-meruz galan ve sonra Culture Medium-un terkibinden asili olaraq Mesenchymal to Epithelial transitiona kecherek tezeden Qara Ciyer huceyresine kechen Stem Cell tebietli Huceyreler tapdim ve bu barede Beynelxalq Konferensde chixish etdim (2008)! Daha sonra UC Davisin Biomedical Engineering departmentinde oz muveffeqiyyetlerimi davam etdirdim! Menim Discoverime esaslanan chox effectli ve yeni Huceyre Culture Mediumu Invent etdim ve menim bu Invention-um 2008-de UC Davisde geyde alindi! Menim bu keshvim mene milyonlarla gelir getire biler, lakin, Yahudi Elmi Mafiyasi UC Davis Universitetinde (elece de bashqa Universitetlerde) mene teklif etdi ki, men bu keshvimden pul etmek uchun “boyuk”, lakin, kutbeyin bir Yahudi alimin yaninda 2-ci dereceli bir alim kimi ishleyim!? Men buna razi olmadigima gore, bu high tech produktumu buraxa bilmedim!
    Sonraki tedqiqatlarim meni daha boyuk bir keshve dogru apardi: A possibility of creation of a permanent Immune Tolerance between two allogeneic tissue cells! Bu haqda men sensassion meqale ile 5-ci Stem Cells World Congress (2011) chixish etdim ve en boyuk bir maraga sebeb oldu! Eger men bu “know-how” elmi ishimi qurtarib, Patentleshdirsem, bu mene 100 miyon dollarla gelir getirecek! Chunki, chox guclu olan ve bir chox mualice edile bilmeyen xestelikleri mualice ede bilen Stem Celleri Klinika ve Xestexanalarda genish tetbiq edilmesine komek edecekdir! Amma, butun Stem Cellerin Immune Rejection problemi var ve Dunyada ancaq menim keshvim bu problemi aradan qaldirir! Yene de ishim UniversitetinYahudi administrative mafiyasina dushdu ve yene de bu qeddar mafia menim ishlerimi tormozladilar!!! Indi ozume Capital Stem Cells Research Corporation companisi duzeltmishem ve diger olkelerde olan high tech Companilerle danishiq apariram ve ola bilsin ki, hansisa bir companinin terkibine kechim! Eger Azerbaijanda esl basha dushen hakimiyyet olsa, men oz tedqiqatlarimi Azerbaijanda davam etdirer ve Azerbaijana kulli miqdarda gelir getire bilerem! Men USA-de discriminasiyaya meruz qalmamaq uchun, USA vetendashligi alanda oz adimi Vaqif Allahverdi-den Victor Alexander-e deyishdim.

    • Çox sağ olun geniş məlumatınıza görə.Ümid edirəm ki,elmi fəaliyyətinizi Azərbaycanda davam etdirməyə nail olacaqsınız.Xalqımızın əsas dərdi bir çox talantların Azərbaycandandan didərgin düşməsidir. Ölkədə demokratik rejimin yaradılması sizin kimi alimlərə nəinki vətəndə fəaliyyət göstərməyə həmdə özünüzün məktəbinizi yaratmağa imkan verər. Belə bir prosesin həyata keçrilməsi üçün sizdən real addımlar gözləyirik.Sizin keçən dəfə göndərdiyiniz strateji planı elan etməklə bir şeyə nail olmaq mümkün deyildir. Ona bənzər strategik planlar daima səslənir.

  11. Eziz Resul bey, sozsuz ki, men oz arzuladigim ve muveffegiyyet qazandigim Stem Cell sahesinde ishlemeyi daha ustun sayiram, neinki, 1988-den siyasete bash qoshmagimi! Lakin, bir alim kimi Azerbaijan xalqina ve onun ovladlarina xeyir vermek, olkemizi dunyada en guclu elmi merkezlerden birine chevirmek uchun Azerbaijandaki ogru sulale hakimiyyetinin esl demokratik bir hakimiyyetle deyishmesi lazimdir!
    Lakin bunu size ve diger muxalifet liderlerine demeliyem ki, sizin bu sahede apardiginiz mubarize effectli deyil! Ona gore de men sizlere komek etmek isteyirem!
    Menim muxalifete meslehet gorduyum Azerbaijanda MILLI DEMOKRATIK SOSIALIZM sistemi yaratmaq Xalqimiz uchun en qebul edilen bir sistemdir. Milli servetlerimizin edalet esasinda butun xalqimiza arasinda bolunmesi ancaq Demokratik Milli Sosializm sistemini Azerbaijanda gurmaq esasinda yarana biler ve Xalqimiz muxalifetin bu strategiyasini boyuk sevincle garshilayacaq ve Muxalifetin ardinca gedecek! Bu strategiya xalqin menafeyine uygudur ve eger muxalifet bele bir strategiyani qebul ve teblig etse, butun xalq onun ardinca gedecek!
    Eger bele strateji planlar seslenirse (men hele ki eshitmemishem!), bes niye gebul edilmir?! Eger sizin daha ustun Strateji Planiniz varsa, xahish edirik bu haqda yazasiniz ve bize, potensial sechicilerinize bildiresiniz ki, neye gore size ve ya bashqa muxalifet liderine ses vermeyimizi bilek! Eger Xalqimiza xeyir olan fundamental Strategiyanizi achiqlamasaniz, Xalq sizin(elece de bashqa muxalifet liderlerinin) arxanizca getmeyecek! Men Xalqimiza xeyirli olan fikirlerimi elmi-tarixi shekilde bildirmekle, ozum de gozlemediyim choxlu terefdar toplamisham! Ogru sulale hakimiyyetini tenqid etmek ishin bir terefidir! Lakin, daha vacib ve qelebeye dogru geden diger terefi ise, muxalifetin Xalqa xeyir olan hansi strateji deyishiklikleri xalqa bildirmekdir! Yoxsa Xalq muxalifetle bu ogru sulale hakimiyyeti arasinda olan ferqi bilmir! Yoxsa kendli demishken “aglar gelir soyurlar, qirmizilar gelir yene de soyurlar” olmasin! Prinsipal ferqleri xalqa izah etmek lazimdir!
    Men Azerbaijanda olan muxalifete meslehet gordum ki, Ilham Aliyevin cinayetkar sulale hakimiyyetinin etdikleri iqtisadi-kriminal faktlara esasen Qanuni Istefa gerari versinler ve belelikle onu legitimsiz etsinler! Bu muxalifetin borcudur! Bu Istefa Qerarinin chox boyuk ehemiyyeti var! Xususi ile de eger Xarici Guclu dovletlerin desteyini almaq isteyirlerse! Eger muxalifet hakimiyyetin bu qanunsuz hereketlerini gorurlerse ve ona qarshi danishmaq yox, qanuni hereket edib, Istefa haqqinda gerar gebul etmirlerse, Xarici Guclu Dovletler ele basha dushurler ki, muxalifet hakimiyyetle elbirdir!!! Eger muxalifet bu boyuk faktlardan istifade etmek istemirlerse, o, hech bir vaxt qelebe chala bilmez! Vallah, axirda ozum ortaya dushub Liderlik etmekden bashqa elacim qalmayacaq!
    Ozum haqqinda bir neche elave factlar: Menim elmden bashqa, ilde 800 min dollar dovriyyesi olan biznesim var ve menim oglum bu biznesi aparir. Ozum Kaliforniyanin paytaxti olan Sakramento sheherinin en gozel yerlerinin birinde 2 mertebeli, gozel arxitekturali bir evde yashayiram ve “kasib” Resul beyle muqayisede bahali Leksus avtomobili sururem (“Kasib”Resul bey ise ozu yazdigi kimi ucuz “Wolksvagen” surur! Ede, senin canin uchun bu dunyani basha dushmek mumkun deyil!).

    • Hörmətli cənab deyəsən mənim sizinlə nəzakətlə davranmağım əsas verdiki həddinizi aşa bilərsiniz çox təəssüf. Birincisi nəzərinizə çatdırım ki həqiqətən volçvaqen 2012 cc markalı maşınını sürürəm və məni yalan danışmaqda suçlamağınız göstərirki, sizin özünüzün xislətinizdə yalançılıq çox inkişaf edib.Çünki özü düz danışan adam heç bir dəlili sübutu olmadan başqasını qəsdən səhv informasiyada suçlamaz,ona görə görkəmli alimliyiniz barədə də dediklərinizi şübhə altına qoyursunuz.Sizin USA diskriminasiyadan qorxub adınızı Viktor Alexander (Amerikada vikepidiyaya adı düşən yeganə bir Viktor Alexander var o da basketbolistdir) qəbul etməniz lap qorxunc nağıla bənzədi.Yəni o ad olmasaydı siz söylədiyiniz 800 min dollarlıq dövriyəsi olan biznesi qura bilməzdiniz kimi başa düşmək olar. Əgər həqiqətən belə bir biznes varsa. Sizin o iki mərtəbəli eviniz barədə yazmağınız mənə bir hadisəni xatırlatdı. Əbülfəz bəy yeni prezident seçilmişdi,iclas keçirməyə mənidə çağırmışdı. Onun qəbul otağında müxalifətdən olanlardan biri görürsən o adamı türk milyoneridir. Mən soruşanda haradan bilirsən onun vizit kartoçkasını çıxardıb mənə göstərdi Bir ikimərtəbəli ev dayanmışdı altında da yazılmışdı Əhməd bəyin evi yəni həmin o milyonerin.Məni gülmək tutdu, o anlaya bilmədi niyə gülürəm.Bir aydan sonra rastlaşanda nə oldu milyoneriniz.əşi boş çıxdı prezident ondan iki nəfər müharibə əlilini müalicə üçün Türkiyəyə aparmağı xahiş etdi,dediki məndə sərbəst pul yoxdu hamısı dövriyədədir,pulunu verin aparım. Sizin adınızı dəyişməyinizin bəlkə başqa səbəbi olub,mən amerikanın hökümət idarələrində 10-larla müsəlman tanıyıramki yuxarı vəzifələrdə çalışırlar.
      İndi gələk stratrjiya məələsəni. Strategiya 20 səhifədən ibarət mənim yazdığım ”Mübarizəmizin məqsədi” və ”Diktatorla üz üzə” kitablarımda verilib təəssüf edirəmki xaricilərin çoxu oxuyub ancaq siz yox.Elə bloqun özündədə çox yazılıb bu barədə. Siz yazırsınız ki,əgər üstün proqramınız varsa ortaya qoyun,mən bilmirən nə ilə müqayisədə. Siz doğrudan fikirləşirsiniz ki nəsə strateji plan ortaya qoymusunuz,allah xatirinə sizin yazdığınızı heç sadə proqramda adlandırmaq olmaz. Yazırsınız Azərbaycanda milli demokratik sosializm yaradılmalıdır. İzah edə bilərsiniz bu əcaib ad haradan peyda olub. Birincisi milli demokratiya nə deməkdir,ruslar süveren demokratiya sözünü ortaya atmışdılar sonra utanıb geri götürdülər.Bəs milli sosializm nədir. Məgər demokratiya və sosializmində milləti olur. Elə həmin gülünc nəzəriyyəni Əliyev rejimidə deyir. Baş ideoloq Ramiz Mehdiyevin milli idealogiya teoriyasını oxumamısınızsa oxuyun o sizdən fərqli olaraq daha yaxşı fəlsəfi dildə yazır.Bəlkə siz neft sektorunun milliləşdirməsindən yazmaq istəmisiniz. Əgər elədirsə nəzərinizə çatdırmaq istəyirəm ki,neft sektorunu heç kim özəlləşdirməyib həllədə millidir. Siz yazırsınız ki,müxalifət sivil yolla gedib hökümətin istefası və ya qeyri leqitim olması barədə qanun qəbul etməlidir.Belə bir addım atsa xarici ölkələr hamısı onları dəstəkləyəcək. Doğrudan siz bilmirsiniz ki,azərbaycanda o cümlədən dünyanın bütün ölkələrində qanunu ancaq parlament qəbul edə bilər.
      Yazırsınız ki,artıq özünüzə xeyli tərəfdarlar toplamısınız,olmaz ki,o qanunu öz tərəfdarlarınızla birlikdə qəbul edib milləti bu bəladan qurtarasınız.Mən birinci dəfə sizin məktubunuzu oxuyub haranı qurtarmısınız harada işləyirsiniz soruşanda elə bildim ki,bu təklifləri ola bilər hələ kifayət qədər təhsil almamış gənc adam yazıb,onun həvəsini sındırmamaq üçün cavab vermədim. İkinci dəfə sizin kifayət qədər yaşı olan alim olduğunuz bildiyimdən dərinə getmədim hörmətli bir cavab verdim. Çox təəssüf ki, siz bunu cavab verə bilməmədiyim kimi qəbul etdiniz. Bir məsləhətimdə var.Siz Amerikada yaşayırsınız. Nə bilim yəhudilər əjdaha kimi qabağımı aldılar və sair söhbətləri ilə özünüzün zəifliyinizi pərdələməyə cəhd etməyim.Siz bilirsiniz ki, nobel mükafatlı alimlərin heç bir faizidə yəhudi deyildir.Siz bilirsiniz ki,bütün amerikanın yas saxladığı Maykl Cekson və Job Stivin heç biri xristiyan və ya yəhudi dininə qulluq etmirdilər. Müzakirə edə biləcəyiniz nəsə bir ideyanız varsa xahiş edirəm heç bir ambisiyaya qapılmadan, heç kimin başına ağıl qoymaq səviyyəsində olduğunu düşünmədən buyurun. Kobud dillə yox, o dildə hamı danışa bilər.

    • Qaqaş,qaqaş ona görə deyirəm ki,yaşımız demək olar ki,eynidir.İstəyirdim ki,yazdıqlarına fikirimi bildirim.Amma adını dəyişib Victor Alexander-e qoyduguna görə özümə rəva bilmədim.

  12. Eziz Resul bey,gelin bir-birimizden incimeyek! Menim sesim Xalqin sesidir! Menim yalan danishmiram! Eger sizlere yazdigim faktlara shubheniz varsa, deyin, men size butun bunlari tesdig eden senedler gondere bilerem! Amma siz de menim kimi duz olun! Siz de yazin gorek Azerbaijanin neftinden gelen milyonlarin ne gederini menimsemisiniz?! Inanin, men sizi, indiki sulale hakimiyyeti ile bir yere goymuram! En azi ona gore ki, siz, gumarbaz Ilham Aliyevin eybecer sulale hakimiyyetine qarshi vurushursunuz! Biz muttefiklerik ve agsaqqal adamlariq! Ona gore de gelin bir yerde olaq ve Qelebe chalmaq uchun guvvelerimizi birleshdirek! Xahish edirem menden incimeyesiniz! Esl Siyasetchi gerek dozumlu olsun! (Bu gun ayin 13-u dur, nes gundur, bunu da nezere almaq lazimdir!)

    • Sizin məni Əliyevlərlə bir səviyəyə qoyub qoymamağınızın isti soyuğu yoxdur. Neft pullarını nə etmişəm soruşursunuz,bu pulların mənim tərəfimdən mənimsənildiyini deməyə əlinizdə fakt var.Deməli siz Əliyevlərin mənə söylədiyi böhtan və şərə inanıb belə sual verirsiniz.Bu səsinizi siz xalqın səsi adlandırırsınız. Hansı xalq və ya onun bir hissəsi sizə mandat verib ki, xalqın adından danışdığınızı elan edirsiniz? Siz bilirsiniz ki,mən Azərbaycanda olanda ölkədə nə qədər neft çıxarılırdı? Yox.Siz bilirsiniz ki, o vaxtlar nə qədər neft ixrac olunurdu? Yox.Siz bilirsiniz ki, o dövrdə neftin bir bareli neçə dollar idi? Xahiş edirəm əvvəl bunları və indi o rəqəmlərin hansı səviyyədə olduğunu müəyyənləşdirin sonradan ümid edirəm ki,növbəti böhtanınıza görə üzr istəyin.

  13. Eziz Resul bey, siz yazirsiniz: “Məgər demokratiya və sosializmində milləti (yeqin milliliyi demek istemisiniz) olur?”. Eger Sosializm ve Demokratiya haqqinda yeniden diqqetle oxusaniz, gorersiniz ki, beli, hem Sosializmin, hem de Demokratiyanin muxtelif formalari var(men bu melum faktlari genish shekilde yazmaq istemirem, chunki ensklopediyadan ozunuz oxuya bilersiniz!)! Ona gore de muxtelif MILLI formalari ola biler ve movcuddur! Butun kechmish Sovet olkelerinde movcud olmush dictatura tipli “sosializm”-i ancaq heqiqi Milli Demokratik Sosializm evez ede biler ve bu olkelerin Xalqlari uchun bu en optimal ve xalq terefinden qebul edilen bir qurulushdur!
    Menim Milli Strateji Planimi, bash ogrulardan biri olan Ramiz Mehdiyevin yalanchi „milli ideologiya” ile bir yere qoymayin! Menim teklif etdiyim MILLI DEMOKRATIK SOSIALIZM-de ogurluq etmeyin qarshisi tam shekilde alinib! Lakin, eger, Ramiz Mehdiyevin ozu bash ogrulardan biridirse, onun yazdigi “idealogiya” da tamamile elmi esaslari olmayan yalan-palandan ibaretdir!
    Eziz Resul bey, men Istefa haqqinda Gerardan danishiram, Qanundan yox! Lakin , eger bu Gerar factlara esaslanibsa, onu hami Qanuni hesab edir! Onsuz da butun Guclu Dovletler bilirler ki, Azerbaijan Parlamenti –Milli meclis Xalqi temsil etmir! Yalanchi ve lazimsiz bir qurulushdur! Ona gore de Muxalifetin faktlara esaslanmish ISTEFA QERARI bizim xalgimiz uchun, hem de guclu olkeler uchun daha muhum olan bir Qerardir, neinki, bizim yalanchi “Milli Meclis”-in qebul etdiyi Qerarlar! Bu onu gosterir ki, Xalqin Muxalifeti qorxmadan heqiqeti deye bilir ve vaxtinda qeti Qerarlar chixara bilir! Bunu etmeyen Muxalifete ne Xalq inanar, ne de Dunya Ictimayyeti!!! Bele Muxalifetin hakimiyyete gelmesi mumkunsuzdur!
    Deyirsiniz ki, eger men choxlu terefdarlar toplamishamsa, ele ozumuz bu Istefa Qerari qebul edek! Duzdur menim choxlu terefdarlarim var! Amma heyif ki, vaxtim yoxdur! Hem de men, indiki Muxalifetden elimi hele uzmemishem ve guman edirem ki, onlar menim duz dediyimi basha dushecekler ve bu Istefa Qerarini verecekler! Axi sen ozun yaxshi bilirsen ki, Dunya Dovletleri avtoritar-diktatura hokm suren olkelerde onlarin yalachi “Parlamentine” fikir vermirler ve sozun duzunu deyen gucsuz Muxalifete daha chox fikir verir ve onlara komek edirler! Ona gore de Muxalifetin vaxtinda hereket etmesi vacibdir! Bu Tunisde, Misirde ve Liviyada da bele olub! Azerbaijanin Muxalifeti zeif olsa da, eger oz sozunu vaxtinda deyib, vaxtinda Qerar chixartsa, ona oz Xalqi ve guclu dovletler inanar ve Qelebe chalmaq uchun butun komeyi ederler!

    • Siz izah edə bilərsiniz milli demokratik sosializm nədir.Sizin bundan öncə yazdıqlarınız yadınızdan çıxıb nədir. Konkret yazın görək milli demokratik sosializm nədir bir ikincisi müxalifət nə qanun qəbul etməlidir.İndiyə qədər azı 4 dəfə elan edib ki,hökümət qeyri leqitimdir. Solializmin müxtəlif formaları var deyəndə nəyi nəzərdə tutursunuz. Konkret ümumi sözlərlə yox. Ətrafınızda dəhşət çoxlu adamlar var ancaq özünüzün vaxtınız yoxdur nə deməkdir,800 min dollarlıq illik dövriyəsi olan biznes sizin vaxtınızı belə məhdudlaşdırıb.

  14. “Ərəb İnqilabları”bütün dünya ölkələrini silkələyərək demokratiyaya dogru dəyişiklik və islahatlar aparmaga məcbur etdi.Azərbaycanda isə
    əksinə,avtoritar rejim sistemi daha da güclənməyə başladı.
    Bu silkələnmə Azərbaycan müxalifətini də səs-küy salmaga vadar etdi,
    amma xalq hələ də susur.Qərb demokratiya ugrunda müdafiə gücünü Azərbaycan hakimiyyətinə görsətməsə xalqın oyanması müşkül məsələdir.

  15. Oxudum yazınızı, amma commentlər daha maraqlı gəldi. Mən ümumiyyətlə həm iqtidara həm də “müxalifətə” rəğbət bəsləmirəm. Amma indiki vəziyyətimizdə bu hakimiyyət ən azından indi əvəzsizdir. Xalqın seçimidir ya yox deyə bilmərəm, amma kimsə daha ideal platformada çıxış etsə və yeni və daha gözəl ideya ilə çıxış etsə, mən ürəyim rahat ona səsimi verərəm… Amma heyif ki bir çox müxalif liderlər platformalarında məhz hakimiyyəti pisləməklə seçilir.. Əvəzində isə heç bir yeni fikir irəli sürmür… Müxalifət partiyaların da ən böyük səhvi kimi aktiv gəncləri önə çıxarmamaları, onlardan ancaq mitinq üçün ləvazimat kimi istifadə eləməklərini görürəm. Mən müxalif düşərgədə sizdən daha çox Dalğa və Nidaçıların ideyalarını bəyənirəm.. Onlardan istifadə etsəniz bəlkə gənc kütlə arxanızca gedər… Nəsə, ən azı 15 il bu ölkədə siyasi hakimiyyət normal olmayacaq, nə indiki hakimiyyət nə də mümkün müxalifət başda olsalar. Sizdən isə bircə istəyim var. Öz qoca fikirlərinizlə elə ABŞ-da qalın… Meydanı gənclərə buraxın.

    • Siz həqiqətən o yazıları və blokda çıxan başqa yazıları oxuyub bu qənaətə gəlmisiniz,afərin.Mən özümün qoca fikirlərimdən əl çəkməyə hazıram ancaq bir şərtlə. Bir neçə gənc fikirinizi yazın belə bir qərar qəbul etmək mümkün olsun.

    • ceyhunavar,Düz deyirsən hamı sənin kimi cavan fikirdə olsa ən azı 15 il bu ölkədə siyasi hakimiyyət normal olmayacaq.

    • ceyhunavar cəg kimi meydana çıx görək arxanca neçe adam gedir ondan sonra irad tut RISUL BƏYƏ Qaldı faliyət görsətmək istəyirsənsə buyur DCUMH NA qoşul aktiv şəkildə mübarizə apar səni kim tutub saxlayıb. nə qədər ki bu diktator hakimiyət mövcudur heçnə yaxşı ola bilməz ilk öncə bu hakimiyəti devirməyə kömək et sonra səs vermək haqqında qərar verərsən yoxsa bu hakimyət mövcud olduqca sənin səsinin heç bir önəmi yoxdur

  16. Əmin olun ki, bütün bu commentləri oxudum. O dediyim gənclər belə siz böyüklərdən narazıdırçünki, istifadə etmirsiz… onların gənclər arasında nüfuzu böyükdür.. Siz əgər öz ideyalarınız varsa onların vasitəsilə daha rahat həyata keçirə bilərsiz…
    p.s.. mən o gənclərdən deyiləm…. Amma onları yaxşı tanıyıram. İqtidarçı gənclərə nisbətən intellektləri daha yüksəkdir.. Amma heç nəyə istifadə edə bilmirlər.

    • Siz bir qədər konkret hansı gənclərdən söhbət getdiyini yaza bilərsiniz ya yox.Bəs o narazı gənclər niyə narazılıqlarını açı bildirmirlər. O daha maraqlı olardı. Ya biz onların ağlından istifadə edərdik ya da onlar bizim.

      • Nida və Dalğa təşkilatlarının fəal üzvlərindən… tez-tez sədr dəyişmələri olur o təşkilatlarda ona görə konkretad çəkmək mümjün deyil… siz maraqlansaz daha asan taparsız

    • Ceyhunavar bəy,bəs sən özün nədən narazısan?Hakimiyyətin avtoritar rejiminin sistemindənmı,yoxsa Xalq Müqavimət Hərakatındanmı,İctimai palatadanmı,yoxsa hər hansı bir siyasi partiyadanmı?Axı sən də vətəndaşsan,bu haqsızlıqlara göz yummaga mənəvi haqqın yoxdur.Bəs bu haqqsızlıqlara qarşı nə kimi addımlar atırsan,bunun yollarını nə də görüsən?Xalqı bu bəladan qurtarmaga səy göstərənlərə atmaca sözlər atmaqdamı?

      • Cənab… Atmaca ən nifrət etdiyim işdir, olanı dedim. Mənim planlarım az deyil.. bunu zamanla eşidəcəksiz.. bu ölkənin siyasətində olan heç bir şeydən razı deyiləm…

  17. Blogdakı digər yazılarınızı oxumamışam… çünki, mənə maraqlı deyilsiz. Bu yazınızı oxudum çünki, mənim yazım ilk dəfədi sizin yazınızı keçdi. dedim bu qədərmi maraqsız yazıdır ki, birinciliyi əldən verib? oxudum gördüm ki, yox.. yetərincə əla yazıdı

  18. Nə yaxşıki Rəsul Quliyevin səyi nəticəsində Xalq Müqavimət Hərakatı
    yaradıldı və 5 partiya da bu ideyanı dəstəkləyərək buna qoşuldu.Deyək ki,ictimai Palata və sair siyasi müxalifət partiyaları da var və öz etirazlarını avtoritar rejimə qarşı bildirərək bəyanatlarını da verirlər.
    Hakimiyyətin avtoritar rejimindən isə demək olar ki,hamı narazıdır,
    hətta kiçik dövlət məmurları da,bir yaltaqlardan başqa.Hətta QƏRB də bu rejimin əleyhinədir.Bəs o zaman başı qapaz altda qalan bu məzlum xalq nə düşünür,nəyi və kimi gözləyir?
    Hal-hazırda Prezident seçkisi deyil,biz prezident seçmirik,sadəcə bu
    rejimi devirmək üçün bu xalq nə etməlidir? Axı bu rejimin xalqın əleyhinə qarşı elədiyi haqsızlıqlar Azərbaycan üçün BÖYÜK LƏKƏDİR!
    Bəlkə xalq dogrudan qapaz altda,qul,kölə halında yaşamagı özünə şərəf bilr? Xalqa qarşı bütün bu haqsızlıqlara dözüb səsini çıxarmayan vətəndaşa nə ad vermək olar?Nankormu,şərəfsizmi,yoxsa nə?Kim hansını qəbul edirsə özü bilər.Mən əminəm ki,bu xalqın hünərli ogulları var və bu varlıqlarını biruzə verəcəklər!

  19. Ceyhunavara verdiyim suallar eyni zamanda bloqda atmaca sözlərlə çıxış edənlərin hamısına aiddir,o cümlədən,sərdar,fəqan,illik gəliri olan Victor Alexander-e və digərlərinə

  20. M.Araz
    MƏNİM DƏ YAŞIM AZ DEYİL

    Mənim də yaşım az deyil,
    Bu dünyada nə görmədim!
    Bir-birinə yamaq gördüm,
    Calaq qərinə görmədim!

    Çiçəyindən alağı çox,
    Kişisindən papağı çox,
    Köpəyindən yalağı çox,
    Bu dünyada nə görmədim!

  21. Korrupsiya və monopoliya o qədər azgınlaşıb ki,tamah adi şeyləri
    də ələ alır.Bunların gözü niyə doymur,ALLAH?
    Fevral ayından etibarən Azərbaycanda mobil operatorların şəbəkələrində mobil cihazların “İMEİ” (İnternational Mobile Equipment İdentification) kodlarının monitorinqinə başlanılıb
    “Monitorinq nəticəsində aşkarlanmış qeydiyyatsız mobil cihazların şəbəkədən istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub.

  22. Eziz Resul bey, menim Azerbaijan uchun teklif etdiyim Yaxin 1-ci Strategiya – MILLI DEMOKRATIC SOSIALIZM nedir ve niye xalgimiz onu ireli suren Muxalifeti 100% destekleyecek ve ona ses verecek?!
    Sosializm- Ictimai Sahibkarliga eseslanan iqtisadi bir sistemdir ve bunu teblig eden siyasi Felsefedir!
    Bu, indiye geder kechmish SSRI-de yashayan insanlarin, “kolxoz, covxoz, kooperative, zavod, fabrik” kimi eshitdiyi sozlerde ve bu “ictimai mulkiyyetde” yashayan heyat terzinden ibaret olub.
    Lakin, bu sistemin mehv olmasina sebeb, dovlet seviyyesinde siyasi ve idare-edici hakimiyyetin xalq terefinden demokratik yolla sechilmemesi idi! Bu, hem xalqi geride qoydu, hem de satqinliga ve yaltaqliga esaslanmish antixalq parazit hakimiyyet “elitasi” yaratdi. Azerbaijanda da, hele indiye kimi, bu leyaqeti ve biliyi olmayan, parazt,kutbeyin, antixalq “elita” hokm surur! Sossuz ki, bu uzun sure bilmez! Bu AntiXalq sulale hakimiyyeti mehv olmalidir, chunki, bu vezife ve pul narkomanina donmush “elitanin” SSRI adlanan dayagi artig mehv olub! Lakin, bu narkoman sulale hakimiyyeti, xalqin hele de etalet ichinde yashamasindan, geri qalmasindan ve onlara chatan milli servetleri teleb etmemesinden istifade ederek ve eslinde milletine nifret ederek, butun Millete chatan milli servetleri menimseyir ve xalqi oz gullarina chevirirler ve ona gore de butun milletin inkishafinin garshisini alirlar! Bu hakimiyyet, oz pul ve vezife narkomanligina gore millete vurdugu bu amansiz zerbelere gore hebs edilmeli ve dar agacindan Xalqin gozu garshisindan asilmalidir!
    Menim teklklif etdiyim ve xalqimiza ve ovladlarimiza en inkishaf etmish varli heyat terzi veren MILLI DEMOKRATIC SOSIALIZM nedir:
    Milli erazimizde olan tebii milli servetlerimizden istifade ederek, artiq hem bilikde, hem de yaxshi yashamaqda 20-30 il geride galmish xalqimizi cox suretle (5-10 ilin erzinde) en irelide geden dunya xalqlarina (Avropa, USA, Japon, Tayvan, Cenubi Koreya, Sinqapur) chatdiracaq, 2 pilleli Parlament Demokratiyasi ile yox, 1 pilleli birbasha esl Ymumixalq ses vermesi (bir etapli Referendum Demokratiyasi) vasitisi ile yalniz 5 il muddetine sechilen ve meqsedi, milli servetlerimizden gelen gelirden duzgun ve elmi shekilde istifade ederek, muasir texnologiyani ve bu texnologiyadan semereli istifade etme elmini Azerbaijana getirerek, Ictimai Sahibkarliga ve onun inkishafina gadir olan muasir savadli Xalq yaradacaq Merkezleshmish Sosialist Hakimiyyetidir!!!
    Bu Milli Demokratik Sosializm hakimiyyeti sechilen kimi, butun yalanchi Kapitalizm adi altinda yaradilan, milli servetlerimizi qanunsuz ve cinayet yolu ile menimsemish butun kechmish sulale hakimiyyetinin ve onlara qulluq eden ve xalqimiza xeyanet eden “Milli Meclis Deputatlarinin” ve onlarin gohumlarinin elinde olan butun biznesler (banklar da daxil olmaqla) millileshdirilmeli ve butun bu gunahkar ve xeyanetkar hakimler ve “deputatlar” esl Xalq Mehkemesi qarshisinda laiq olduqlari cezani almalidirlar!
    Bu, milletimizin geyri duzgun terbiyesi ve heyat terzi neticesinda gebul etdiyi muthilik, satqinlig ve xeyaneti aradan qaldiracaq, milletin gozunu achacaq, yaxshi heyat trerzini gordukce, onun daha geleceye olan inamini artiracaq, Kishiliyini ve Gururunu ozune qaytaracaqdir!
    Menim teklif etdiyim ve qurulmasi daha Uzun Muddet teleb eden 2-ci , lakin daha vacib Strategiya ise: terkibinde Azerbaijani, Turkiyeni, Irani, Qazaxstani, Ozbekstani, Turkmenstani, Qirgizstani, Tacikstani, Afqanstan ve Pakistani ozunde birleshdirecek ve umumi dili Osmanli Turk dili olan (chunki Turk milletleri bu Birlikde choxluq teshkil etdir!) Merkezi Asiya Iqtisadi Birliyini (Ingilisce: Central Asia Economic Union – CAEU) yaratmaqdir!!! Bu birlik ozunde milli servetlerle daha zengin olan olan Turk-Muselman olkelerini birleshdirdiyine gore dunyada en guclu bir Birlik olacaqdir! Bu ise, hem bu Birliye daxil olan dominant Turk Milletine, hem de daha az sayli butun milletlere varli ve gozel heyat terzi verecekdir!!! Ona gore de butun bu erazilerde yashayan milletler terefinden desteklenecekdir!!!
    2. Muxalifet, siz dediyiniz kimi, duz 3 defe deyib ki, indiki hakimiyyet legitimsizdir (Malades bu curetine gore! Zdorovo!). Lakin, bu demek bes deyil, Muxalifet partiyalarinin bir nechesinin ishtiraki ile Istefa haqqinda faktlara esaslanmish Gerar verilmelidir!!! Ve bu Qerarin suretleri butun guclu olkelere, eyni zamanda guclu gonshularimiza ve Beynelxalq Mehkemeye gonderilmelidir!!! Bu Kriminal ve boyuk meblegde Iqtisadi Cinayet faktlarina esaslanmish Muxalifet Partiyalari Birliyinin Istefa Qerari, Xalqin sechmediyi yalanchi Parlamentin (Milii Meclisin) butun gebul etdiyi qerarlardan ustundur ve heyecanlandiricidir ve dogrudur! Bu Guclu Dovletleri ve Qonshularimiza geti xeberdarligdir ki, Azerbaijanda dozulmez cinayetkar hakimiyyet getmelidir, eks halda Xalq Inqilab yolu ile bu hakimiyyeti mehv edecek!!! Bu Qerar hem de guclu dovletlerde yashayan ve haqli olarag Ogrulari yox, oz Xalqini seven Muxalifeti destekleyen bizim kimi Hakimiyyete tesir ede bilen Lobbi Qruplarinin hakimiyyete olan tezyiqlerini artirmasina sebeb olacaq!
    3. beli, men bir alim kimi USA de Molecular Biology-nin en muasir ve gelirli sahesi olan Stem Cells ve Immunology sahesinde gazandigim ve USA Universitetlerinde geyde alinmish Discover ve Ixtiralarimla ve 2 Dunya Konqresslerinde bu haqda olan chixishlarimla fexr edirem! Menim yaratdigim ve oglumun idare etdiyi, ilde 800 min dollar dovriyesi olan kichik biznessim ise USA seviyyesinde orta tebeqe seviyyesinde olan bir biznesdir ve boyuk bizness deyil! Men boyuk biznesi, Stem Celleri haqqinda olan oz keshvlerimle edeceyem ve bu mene Bill Geyt kimi Milyardlarla gelir getirecek, inshallah! Menim ona gore de cox siyasetchiden yaxshi bacardigim Siyasete goshulmagima vaxtim azdir! Lakin, Milletimize bacardigim ve mumkun vaxt limitimin hesabina komek etrmeye ve en azi duzgun meslehet vermeye ozumu borclu sayiram!
    Incimeyin Resul bey, sizin kimi veziyyetden sui-istifade ederek neftden gelir goturmush ve bu pullari gizli shekilde ya Russ, Avropa vey a USA banklarinda gizleden insanlar bu pullarin yerleshdirildikleri olke hakimiyyetinden asili olur ve onlarin barmagi ile, lazim gelende, siyasi meydana atilir! Eger siz bele olmasaniz da, menimsediyiniz pula gore, bu ehtimal boyukdur ve hemishe size qarshi shubheler doguracaqdir! Siz bunu faktlarla tekzib ede bilmelisiniz! Lakin bunu ede bileceksinizmi?! Xalq size inanacaqmi?! Xarici Dovletlerin bu siyaseti de artig suguta ugrayir! Gerek bunu bilek! Her halda azerbaijanda indiki sulale hakimiyyetini devirmek ishine komek etdiyiniz uchun chox sag olun! Men bildiyimi dedim, duzunu allah bilir!
    Bizim yashli olmagimizi bize irad tutan Ceyhun Avara uz tutub deyirem ki, Azerbaijanda yashayan Avar milletinin gelecek xoshbextliyi, russiya vey a bashqa milletlerin mekaninda deyil, mehz turk mekanindadir! Bu mekan daha boyuk, daha varlidir ve bu mekanda olan diger az sayli Xalqlarin daha varli ve xoshbext yashamasi uchun daha elverishlidir! Biz Avar Xalqini sevirik ve onlarla kishi kimi Qardash munasibetlerde olacagimiza soz veririk! Eger indi size chetinlik varsa, elece de bize, Azeri Turklerine chetinlik var! lakin birlikde, qardash kimi bu chetinlikleri aradan qaldiracag ve size, Turklerle beraber, qardash kimi daha varli bir heyat terzi vereceyik! Inshallah!
    Sizlere can sagligi arzularimla: Vaqif Allahverdi!

    • Hörmətli həkim siz normal idealogiyası olmayan bolşeviksiniz.Yazdıqlarınızın nə elmlə nə də cəmiyyətin inkişafı ilə heç bir əlaqəsi yoxdur.Sizin ”strategiyanız” Lenin oğurlayandan oğurla şüarından başqa bir şey deyilmiş. Yeni imperiya yaratmaq ”strategiyanıza” isə nağıl danışmaq erasının çoxdan bitdiyini demək istəyərdim. Sizə yeganə bu ”dahi”ideyalarınızı başqa auditoriyada müzakirəyə çıxartmağı məsləhət görərdim.Neft pullarına gəldikdə təəssüf edirəm ki, üzr istəmək hissini itirmisiniz. Alimliyiniz barədə yazdıqlarınızda böyük şübhə altındadır. Xudahifz sizə uğurlar.

  23. Proletariatın böyük babası Leninin də heç bu termindən xəbəri olmayıb.
    MILLI DEMOKRATIC SOSIALIZM

  24. MILLI DEMOKRATIC SOSIALIZM = FORUM, MEYDAN

  25. RESUL BEY SİZİ ÜRƏKDƏN SALAMLAYIRAM VƏ QƏLƏBƏLƏR ARZULAYIRAM! SİZİN FİKİRLƏRİNİZLƏ RAZIYAM VƏ MÜBARIZƏNİZƏ QOŞULURAM.

  26. HÖRMETLİ RƏSUL BƏY! VAQİF ALLAHVERDİ KİMDİRSƏ, MƏQSƏDYÖNLÜ ŞƏKİLDƏ SİZİN VAXTINIZI ALMAĞA ÇALIŞIR. QORXUSUNDAN ADINI DƏYİŞƏN, AMERİKADA OTURUB, KİC-KİC “NƏZƏRİYYƏ” “İCAD” EDƏN ADAMDAN MÜBARİZƏ APARAN OLMAZ, VAXTINIZI, BİLİYİNİZİ, ƏSƏBİNİZİ ONA SƏRF ETMƏYİN, O ADAMDA OLA BİLƏR Kİ, PSİXOLOJİ PROBLEMLƏR VAR VƏ YA OTURUB AMERİKADA PUL QAZANIR, DARIXANDA DA SİZİNLƏ YAZIŞMAQLA VAXTINI KEÇİRİR. XAHİŞ EDİRƏM ONUN SƏVİYYƏSİNƏ ENMƏYİN!

    • Çox düz deyirsiniz.

    • Vaqif Allahverdi xalqının halına yanan olsaydı,özünün kəşf elədiyi terminlərlə məsləhətlər yox xalqının bu çətin günündə illiyi 800 min olan qazancından 20 faiz xalqına xərcləyərdi.
      Bunu edə bilmirsə düz deyirsiniz ki boş söhbətlər aparır.

  27. BMT Baş Məclisi Suriya qətnaməsi yenidən Fevralın 16-da qəbul olunan qətnamədə prezident Bəşər Əsədə istefa vermək çağırışı yer alır.Amma rusiya öz inadından dönmək istəmir.Belə çıxır ki,Rusiya müsəlmanların qırılmasını istəyir.Bəşər Əsəd isə elə düşünür ki,Rusiyanın buna canı yanır,Qəddafinin yolunu tutan B.Əsəd artıq uçurumdadır.Lakin mən başa düşə bilmirəm ki,belə küt beyin adamlar necə olur ki,30-40 il xalqı özünün əsarətində qul kimi saxlaya bilir.

  28. Xalqı diktator rejimində qul kimi saxlayıb onun varidatını talayan dövlət başçısı ən qatı cinayətkardır.Amma əfsuslar olsun ki,Demokratik dövlətlər hələ də belə cinayətkarlarla əlaqə saxlayırlar.Belələrini dərhal ifşa etmək lazımdır ki,xalqı qırgına çəkməsinlər.

  29. Rasul muallim,har vaxtiniz xeyir,Azarbaycana hazirda ela bir lider lazimdir ki,o,coxsayli problemlarla,huquqlari pozulmus insanlarla,Qarabag masalasi ila,uzlasa bilsin.Nainki uzlasa,onlarin halli yolunu tapa bilsin,agar Siz dogrudanda bir LIDER kimi ozunuzu formalasmis hiss edirsinizsa-buna man asla subha etmiram-mubarizanizdan al cakmayin,Azarbaycanda Sizi sevanlar coxdur,arxanizca galanlar cox olacaq.Icazanizla Siza bir sual vermak istayiram.Agar Siz qarsidan galan prezident seckilarinda qalaba calsaniz indiki iqtidarda olanlarin taliyi neca olacaq,onlarin hamisi qacib getmayacaklar ki.

    • Bu gün prezident seçkisindən danışmaq tezdir.Düzdür mən 2013-cü il prezident seçkisində iştirak edəcəyimi elan etmişəm bu belədə olacaqdır,çünki ölkədə normal seçki atmosferi yaradacağımıza inanıram. O ki qaldı indiki hökümətdə işləyənlərə onların vəziyyətlərinin necə olacağı daha çox özlərindən asılı olacaq. Kimlərki heç olmazsa indi xalqa qarşı aparılan siyasətdə iştirak etməyib onun yanında olacaq,səhvlərini boynuna alıb üzr istəyəcək əlbəttə onlara müəyyən güzəştlər olacaq. Kimlərsə öz bəd əməllərini davam etdirəcəklər onlar Azərbaycan qanunları və konstitusiyasını kobud pozanlar kimi çox ciddi cəzalandırılacaqlar. Əlbəttə bir çoxları qaçmaqla canlarını qurtarmağa cəhd edəcəklər.Onların taleyi daha acınacaqlı olacaqdır,artıq cinayət törətmiş adamın hansı isə bir ölkədə gizlənməsi qeyri mümkündür,onlar planetin istənilən nöqtəsində təqib ediləcəkdir.

  30. Rəsul müəllim,Siz Turqut Ərin : “AZADLIQDAN TİRANLIĞA”kitabını oxumusunuzmu? Hətta “SƏS”qəzetinin 08-12-2010-il tarixində çap edilən məqalədə bu kitabın çapı üçün maliyə dəstəyi Sizin tərəfinizdən göstərildiyi bildirilir.Mən buna inanmıram və bunu Sizə qarşı tərxibat kimi qiymətləndirirəm.Əgər kitabı oxumusunuzsa məni maraqlandıran odur ki,kitabdakı faktların və dəlillərin mənbəyi varmı?Türkiyə vətəndaşı olan Turqut Ər ola bilərmi ki,kimlər tərəfindənsə öyrədilmiş müəllifdir?

  31. Cavabınıza görə çox sag olun. Kitabın çapının maliyələşməsini Sizə yönəldənlər bilirdim ki,Sizə qarşı təxribat xarakteri güdür.
    Müəllifin bir neçə məsələləri oldugu kimi verirəm və Sizin bu məsələlərə münasibətinizi bilmək maraqlı olardı:“Elçibəyin iddia etdiyi kimi PKK-nı Primakov və Heydər Əliyev qurubmu? Heydər Əliyevi Moskvadan Bakıya Türkiyəmi gətirib?”.
    Və yaxud:Hakimiyyətiniz deyəcək ki, Bişkek protokolu, OMON-un güllələnməsi olmayıb? Sürət Hüseynovu Heydər Əliyev təyin etməyib və bütün digər əməllər ona aid deyil?”
    “Ölkənin neft strategiyası Əliyevdən çox-çox əvvəl qurulmuşdu, o heç vaxt rus qoşunlarını qovmağa və Qərbin neft şirkətlərini dəvət etməyə cürət etməzdi. Bu, ondan əvvəl edilib. Yeri gəlmişkən, Heydər Əliyevin etmək istədiyi ilk şey Rusiyaya xoş gəlmək üçün neft müqavilələrini dayandırmaq oldu, bu alınmadıqda isə onları həyata keçirməyə başladı, amma daha pis şərtlərlə. Əvəzində o, və ailəsi hədsiz dərəcədə varlandı. Budur onun tərifli neft strategiyası!”, deyə T.Ər istehza ilə fikrini ifadə edib.
    “Qarabağ ətrafında əraziləri təslim etdikdən sonra Əliyev ruslara baş əyməkdən yaxşı bir şey tapmadı. Sonra da yüksək döyüş qabiliyyətli hissələri ləğv edib, polisin sayını 9 mindən 150 minə qədər artırdı. Amma bütün bunlar Qarabağın azad edilməsi üçün deyil, bu rejimin cəzasız idarə etməsi və xalqın hesabına varlanması üçün edilmişdi”.
    Xalqını sevən adam belə etmir, bu, xalqıni yox taxt-tacını dünyadakı hər şeydən üstün tutan monarx davranışıdır”, deyə T.Ər qeyd edib

  32. Mən bu kitabı oxumamışam,sadəcə qəzetlərdə və internet səhifələrində nədən bəhs olunmasını oxumuşam,hətta yuxarıda göndərdiyim internet səfifəsində 126-cı (Resul Guliyevin suç Duyurusu) səhifədə Sizin də haqqınızda yazı getdiyi görsədilir.Yəni Sizin də heç nədən Hakimiyyət tərəfindən suçlanmagınızı yazır.

  33. Mən ilk dəfə idi ki,SƏS qəzetini internet səhifəsində oxudum.Və belə qənatə gəldim ki,qəzetin əsas məramı,məqsədi yalnız Respublikada hörməti olan şərəfli insanlara qarşı şər,böhtan atıb SƏS salmaqdır.
    Mən bilirəm ki,2013-cü ildə SƏS qəzetinin səsi ərşəya qalxacaq amma səsinə hay verən olmayacaq.

Rasul Guliyev - Rəsul Quliyev üçün bir cavab yazın Cavabı ləğv et