Qarabağ: Müqavimətsizlikdən Doğan Faciə – 4-cü Kitab, 4-cü hissə

 

 

 

 

 

Epizod 1 (ardı)

 42 yaşlı Dəmirçiyanı 1-ci katib təyin edəndə, o özünü beynəlmiləl göstərirdi, cəmi bir ildən sonra isə tamam başqa cür davranır. Leonid İliç, birinci katiblərə biz – KQB müavinləri təsir göstərə bilmirik. Gürcüstanda ziyalılar arasında həmişə, hətta 1937-ci il repressiyası dövründə də rejimə müxaliflər olub. Onlarda millətçilikdən daha çox şovinizm inkişaf edib. Şevardnadze, baxmayaraq ki, KQB-nin yetirməsidir, korrupsiyaya qarşı mübarizə aparır, ancaq ziyalılara dəyib toxunmur. Kefqom gürcülər yeyib-içmək məclislərində lətifələr şəklində bizim əleyhimizə danışırlar. Ancaq onlar ukrainlər, pribaltlar və ermənilər kimi təhlükəli deyillər, Şevardnadze onlarla dil tapa bilib.

Sviqun susub, Brejnevə baxdı.

– Bəs Azərbaycan? – Brejnev sordu.

Sviqun:

– Azərbaycanda hər şey yaxşıdır. Bağırovu 1954-cü ildə xalq düşməni elan edib, güllələsələr də, o öz işini görmüşdü. Artıq o dövrdə Azərbaycanda bir nəfər də rejimdən narazı adam qalmamışdı. 1956-cı ildən sonra qorxa-qorxa dili açılan Azərbaycan ziyalılarına qarşı tədbirləri hələ mən orada işləyəndə Əliyevlə birgə başlamışdıq. Arada Qurbanov familiyalı bir yazıçı-alim baş qaldırmaq istəyirdi, səsi vaxtında kəsildi. Bilirsiniz, Gürcüstan və Ermənistandan fərqli olaraq, burada ziyalıları təkləyib məhv etmək asandır. Heç kim təklənənin müdafiəsinə qalxmayacaq. Əliyev 1-ci katib olduğu 6 il müddətində ziyalıların hamısını rejimi tərifləyən alətə çevirə bilibdir. Korrupsiya və rüşvətə qarşı mübarizə adı altında təkcə rejimin yox, paralel olaraq, özünün də düşmənlərini neytrallaşdırıb. Korrupsiya ittihamı ilə Azərbaycanda onlarla təsərrüfat rəhbəri güllələnib. Düzdür, ölkədə korrupsiyanın səviyyəsi yaradılmış gizli sexlərin hesabına daha da qalxıb, ancaq həmin pullar Əliyevin adamlarının əlində toplanıb, rejimin əleyhinə xərclənmir. Azərbaycan respublikasındakı vəziyyət hal-hazırda idealdır. Əhalisi Orta Asiya camaatından fərqli olaraq, Avropa tiplidir, Şərqin ifrat yaltaqlığının əvəzinə hökuməti “elmi tərif” formaları ilə mədh edirlər…

Bu yerdə Brejnev gülümsədi: partiyanın 1971-ci il qurultayında hamıdan çox Əliyevin çıxışı ona ləzzət etmişdi. Sviqunun dediyi kimi, onun Marks və Lenindən sitatlar gətirməklə Brejnevi tərifləməsi çox böyük ustalıq tələb edirdi. Ondan sonra, demək olar ki, bütün plenumlarda Brejnev Əliyevə söz verilməsinə xüsusi nəzarət edirdi. Hər dəfə özü haqqında tamamilə yeni bir şey eşidir, riqqətə gəlib ağlamaq istəyirdi. Hətta bir dəfə Sviqun kefli vaxtı “Əliyev xəbəri olmadığı marksizm-leninizmidən MK üzvlərinə dərs keçir»,- deyəndə, Brejnevin qəzəbinə gəlmişdi. Ondan sonra Brejnevin yanında bir də heç vaxt Əliyev barədə olan lətifələrdən danışmadı…

Sviqun isə davam edirdi:

– Əliyevin iclaslarda hətta özləri yox, arvadları məscidə gedən ziyalıların adlarını qəzəblə çəkib, bir neçəsini partiyadan xaric etməsi bu sahədə də itaətkarlığı təmin edib…

Boris Ponomaryov özünü saxlaya bilmədi:

– Belə ifrat repressiyalar stalinizmi xatırladır, onun axırı yoxdur. Bizim Konstitusiyada din azadlığı var. Xarici ölkələrin kommunistləri Əliyevin bu hərəkətlərini qəbul etmir. “Azadlıq” radiosu verlişlərini hər dildə bu hadisələrlə başlayır. Bizim nüfuzumuza təsir edir, xüsusilə Helsinki Deklarasiyasından sonra…

Andropov asta səslə söhbətə qarışdı:

– Leonid İliç, “Azadlıq” radiosu SSRİ-də ideoloji təxribat aparmaq üçün yaradılıb. Kommunizm bəşəriyyətin bərabər və xoşbəxt yaşaması üçün yeganə ideyadır. Bu ideyanın qələbə çalmasından təşvişə düşən burjua imperalizmi ölkə daxilində xaos yaratmaq üçün hər şeydən, o cümlədən dinin fundamentalistləşdirilməsindən də istifadə edir. Boris Nikolayeviç bu faktların hamısını nəzərə almır. Biz imkan verə bilmərik ki, camaatda bizim ideyalara, partiyanın qərarlarına qarşı şübhə yaransın. Sizin böyük ideyalarınızı həyata keçirmək üçün, gərək, ölkə daxilində müqavimət göstərə biləcək kiçicik güc belə, olmasın. Xalqın gələcəyi naminə bu işi görmək lazımdır.

Ponomaryov Andropovu sancdı:

– Yuri Vladimiroviç, düşünürsünüz ki, Xruşşovun elan etdiyi «1981-ci ildə indiki nəsil kommunizmdə yaşayacaq» şüarına indi bizdə çox adam inanır?

Brejnev yenidən məsələyə qarışdı:

– Boris, imperialistlərə qarşı Sovet hökuməti həmişə mübarizə aparıb və aparacaq da.

Sonra üzünü Andropova tutdu:

– Yura, Stalin metodları ilə dissidentlərə qarşı mübarizə aparmaq olmaz. Sizə kifayət qədər səlahiyyət vermişik, istifadə edin. Sovet hökumətini yıxmaq istəyən daxili düşmənlərlə amansız mübarizə aparan partiya təşkilatlarına MK-nın münasibəti onların işlərinin dəstəkləndiyini göstərən barometrdir. Məsələn, biz sizin də rəyinizi nəzərə alıb, beş ildir Azərbaycan Respublikasına keçici “Qırmızı Bayraq” veririk. Baxmayaraq ki, Nazirlər Soveti, başda Aleksey və bakılı Baybakov olmaqla, etiraz edir, heç bir iqtisadi inkişafın olmadığını, statistikanın daim saxtalaşdırılığını deyirlər. Ancaq bu siyasi məsələdir, iqtisadiyatın buna nə dəxli var?!

Sviqun:

– Bu gün dissident hərəkatı ilə amansızcasına mübarizə aparmaq lazımdır. Onların həbs edilməsinə və istintaqın KQB-də aparılmasına partiya icazə verməlidir. Ukraynada Fedarçuka dissidentləri və Helsinki Xartiyasının müdafiəçilərini total həbs etdiyinə görə, “Lenin ordeni” verildi. Yuri Vladimiroviç və biz belə hesab edirik ki, Heydər Əliyevin communist ideologiyasının mökəmləndirilməsi uğrunda ardıcıl mübarizəsi qiymətləndirilməlidir ki, qonşuları Dəmirçiyan və Şevardnadzeyə dərs olsun.

 

 

Haşiyə

 70-ci illərin əvvəllərindən vüsət alan dissident hərəkatı hər respublikada müxtəlif aktivliklə inkişaf edirdi. Zaqafqaziyada həmişəki kimi, Ermənistan birinci, Azərbaycan axırıncı yerdəydi. Zaqafqaziya respublikalarının qismən gənci hesab olunan (60-dan yuxarı yaşları olan Siyasi Büro üzvləri ilə müqayisədə) MK katiblərinin bu məsələyə münasibətləri fərqli idi. Ermənistanın katibi Dəmirçiyan, faktiki olaraq, bu hərəkatı gizli şəkildə dəstəkləyirdi. Amma o, ziyalılarla razılaşmışdı ki, hədəf Kommunist Partiyası, Moskva yox, ermənilərin torpaq iddialarının təmini olmalıdır. Beləliklə, Dəmirçiyan öz xalqını Azərbaycan torpaqlarını aneksiya etməyə hazırlaşdırırdı.

Şevardnadze Sovet imperiyası və kommunist rejiminin düşməni olan Qamsaxurdiya və onun tərəfdarlarını neytrallaşdırmağa çalışırdı. Gürcüstanın müstəqilliyinin tərəfdarlarıyla, «Politbüro» üzvlərinə lətifələr qoşanlar, bədii əsərlərdə və kinolarda rejimi ələ salanlarla işi yox idi.

Əliyev isə istənilən fərqli fikir daşıyıcısını, – istər hökumət daxilində, yaradıcı ziyalılar arasında, müəllim-professor heyətində, istərsə də tələbələr sırasında olsun, – repressiya etmək siyasəti aparırdı. Ən təhlükəlisi isə o idi ki, ermənilərin Azərbaycana qarşı təxribat hazırladıqları barədə səslərini çıxaranların ağızlarını amansızlıqla yumdururdu. 1937-ci ildəki kimi, repressiya olunanların qohum-əqrabasına qarşı da sanksiyalar tətbiq olunurdu. Bununla yanaşı, o, ermənilərin təcavüz planından yaxşı xəbərdar idi və sözsüz ki, qarşısını almaq istəyirdi. Ziyalıların köməyindən istifadə etməyin onun şəxsi karyerasını təhlükə altına sala biləcəyindən ehtiyatlanan karyerist Əliyev başqa variantlar üzərində baş sındırırdı. Azərbaycanın daxilində ermənilərin aktivliyini aşağı salmağın yolunu Dağlıq Qarabağa Azərbaycana sadiq ermənini partiya rəhbəri qoymaqda və onun köməyi ilə o regiona azərbaycanlıları məskunlaşdırıb, ermənilər və azərbaycanlılar arasında müəyyən bir balans yaratmaqda görürdü. Bu, onun tapdığı yeganə çıxış yolu idi.

Əliyev Moskvanın köməyi ilə millətçi Melkumyanı Dağlıq Qarabağdan uzaqlaşdırıb, onun yerinə arvadı azərbaycanlı olan ermənini yerləşdirməyi bacardı. Ancaq planının ikinci hissəsini həyata keçirə bilmədi. Hətta bir azərbaycanlı ailəsinin Dağlıq Qarabağa köçürülməsi belə, erməni qəzetlərinin sayəsində böyük hay-küyə səbəb olur, Moskvada MK-ya müraciət edən tanınmış erməni ziyalılarının sayını artırırdı. Bu təzyiqlərə dözməyən Əliyev ideyasından əl çəkəsi oldu. Əlbəttə, alternativ variant olaraq, bizim qəzetlərdə əks hucumlar təşkil etmək, erməniləri millətçilikdə, insanların öz ölkələrinin daxilində yerlərini dəyişmək hüququna hörmət qoymamaqda ittiham etmək olardı. Azsaylı olsalar da, Moskvada yaşayan Azərbaycan və rus ziyalılarının müdafiəyə qalxmasını da təşkil etmək olardı. Ağıllı məntiq bu addımları atmağı tələb edirdi. İstənilən Birinci katib bunu edərdi, Əliyev yox. Əliyev üçün tutduğu vəzifə Azərbaycanın torpaqlarından qat-qat qiymətli idi. Sonrakı həyatı boyu da Əliyev özünün bu xislətini dəfələrlə öz əməlləri ilə təsdiqləyəcəkdi…

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

11 Cavab to “Qarabağ: Müqavimətsizlikdən Doğan Faciə – 4-cü Kitab, 4-cü hissə”

  1. Sag olun Resul bey. Sizin yeriniz her addimda gorunur. Bu meshshanlar -ucuz shohret dushgunleri ve acgoz mexluqlar milletin axirina chixmaqdadirlar. Genclik mehv olub gedir. Tehsil sifirdir. Meneviyyatimiza her addimda tecavuz olunur. En pisi de odur ki, bu ishler sistemli shekilde reiyyetin duymadigi(belke de qavramadigi) terzde aparilir. Belke de bu planlar Moskvadaki bashbilenleri terefden idxal edilir. Hech bir idareetme orqani oz funksiyasini heyata kechire bilecek kadr potensiali ile temin edilmeyib. Kriteriya ve indikatorlar avtokratiyaya uygunlashdirlilmish halda erse getirilir. Kim chox yaltaqlanirsa, kim ozunden vezifece yuxaridakiya ezilmeyi gule-gule hezm edir ve ozunden ashagidakilari eze bilirse, bacariqli hesab olunurlar. Savadlilar kuchelerde veyllenir, rusdilli bisavadlar bacariq sahibidirler. Ve, olke bashdan ayaga beledir .

  2. Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır. (Ç.Kolton)
    Biz hamimiz calishmaliyiq ki, Azerbaycanda demokratik cemiyyet yaransin. Teesufler olsun ki, hele bunu anlayanlarin sayi kifayet qeder deyil. Tebligati quclendirib coxlu ishler gormeliyik. BIZ SIZINLEYIK RESUL MUELLIM! MEQSEDIMIZE CATANA QEDER DOYUSHMEYE HAZIRIQ!!!!!!!

  3. Rəsul müəllimə qarşı paxıllıq,represiyalar davam edir.QAFQAZİNFO.AZ dan və digər vebsaytlardan hətta bloqu çıxarılmışdır.Amma belə təzyiqlər nə Rəsul müəllimə nədə onu dəstəkləyən qüvvələrə təsir edə bilməz,əksinə daha da mətinləşdirər.Biz Rəsul müəllimin başçılıgı ilə Azərbaycanda demokratiyanı bərba edəcəyik və xalqımızı bu böhrandan çıxaracagıq!Bizi bu yoldan heç bir təzyiqlər döndərə bilməz!Eşq olsun Rəsul müəllimə və onu dəstəkləyən qüvvələrə!Ar olsun ona qarşı paxıllıq edənlərə!

  4. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icraçı katib Əli Əhmədov bildirir ki,Azərbaycan xalqı 2013-cü ilin prezident seçkiləri ilə əlaqədar öz mövqeyini açıq şəkildə müəyyən edib.Onu da bildirib ki,xalq Rəsul Quliyevə səs verməz.Amma Əli Əhmədov fikirində çox yanılır,onların Hakimyyətinin 2013-cü ildə sonudur.Əgər o əsil Azərbaycan xalqından söhbə edirsə bu belə olacaq.

  5. Almaniya prezidenti Christian Wulf,son günlər artıq prezident kimi insanların etibarını itirdiyi bildirərək istefa verib.Demokratiyanın incəliyinə,gücünə fikir verin.Ölkənin şəhər prokuroru Prezidentin toxunulmazlığının ləğvini tələb edir.Wulff Aşağı Saksoniya əyalətinin rəhbəri olanda dostu olan iş adamından 500 min avro güzəştli ipoteka krediti almaqda ailəsiylə tətilə gedərkən biletlərini havayı olaraq biznes-klassa dəyişdirilməsi və bir neçə dəfə havayı varlı bir adamın villalarında tətil etməyə görə tənqid edib,ittiham olunur.
    Deməli insanlarda abır həya var,ikinci kadrlar öz yerində düzgün təyin olunub,bizdəki kimi “robort” deyillər üçüncü isə millətin qüruruna hörmət olunur,qul,kölə deyil.
    Görün biz özümüzü nə vəziyyətə salmışıq,hətta insan kimi qiymət qoyulmur bizə.Bəs bunun günahı kimdir?Biz yaltaq olmasaq,köləliyi özümüzə rəva bilməsək,belə haqsızlıqlar edə bilərlərmi?Əlbəttə ki,yox!
    VALLAH hələ bu millətə bu da azdır,hələ sabah elə bir vəziyyətə düşəcəyik ki,Afrikadakı dilənçilərdən də fərqimiz olmayacaq.

  6. Xalqımızın bədbəxtliyi,məzlumlugu ondadır ki,qəzet oxumuruq,internetdən başımız çıxmır,dünyada baş verənləri düzgün qavramırıq,yaltaqlıgımızın anoloqu yoxdur.Avtoritar rejim sistemində mofioz struktorlar insanlara heyvan kimi baxırlar,hüquqlarımızı tapdalayıb istədiklərini edirlər.Hətta demokratiya deyib qışqırmaga belə can çəkirik!Azəri Türkləri,çox gurultulu səslənir,deyilmi?

  7. 1000 (min) nəfər qürurlu,qorxmaz,mərd,hətta ölümdən belə çəkinməyən,yumruq kimi bir olan insanlarla (lyuboy),ən qatı Diktatorları diz üstə süründürmək olar!….

  8. Urekli olmaq lazimdir!!! Geleceyini dushunen bu gun mubarize aparmalidir. Hec narahat olmayin BIA.az, QAFQAZINFO tezyiqlere dozmeyib, Resul muellime qarshi bele etdiler. Inshallah bu yaxinlarda, ele butun metbuat Resul Quliyevden musahibe almaq ucun novbeye duzlenecek. Cunki nehayet anlayacaqlar AZERBAYCANIN XILASKARI AZERBAYCANLI RESUL QULIYEVDIR!!!!!!!

  9. DRONGO bey bezi qazetlere indi tezyiq etmirler, sadece pul verirler ve susdururlar. Amma bu gün BIA.az Resul müellimin bloqunu yeniden yayimlayib. Demek ki, her kesi pul ile almaq olmur, deyanetli insanlarimiz var hemishe de olacaq. Indiki rejimin heyatina rahatliq vermeyen RESUL QULIYEV xofu, Azerbaycan xalqina, gelecek nesillere örnek ola bilecek bir tarix miras qoya bilmesi ücün Tanri terefinden verilmish fürsetdir. Eger bu shansida deyerlendire bilmesek, gelecekde qeyri milletlerin diktesi altinda yashamaga mecbur edileceyik.

    • Tanri Inshallah bizlere bu doyushde yardimci olacaq. Hatem qardashim men niye bele yaziram, ona gore ki, Azerbaycan boyuk dovlet olub, bizim “rehberlerimizin agilli siyaseti” neticesinde parcalanib olub bir rayon boyda. Biz indiki nesil onlari gunahlandiririq, zeif olduqlarina gore qinayiriq. Men istemirem ki, gelecek nesiller bizi tendiq etsin. Siz demishken bu fursetden yararlanmaq lazimdir Tanrinin verdiyi fursetden. Men Sizi inandirim ki, indiki rejimde olan bezi memurlar da bu rejimden narazidirlar, sadece BIZLERE ve onlara TEKAN VEREN, ONDE GEDEN, YOL GOSTEREN, UREKLENDIREN LIDER – RESUL QULIYEV LAZIMDIR!!!!!!!

  10. B.Vahabzadə
    Biz nə qədər yaşayaq
    Başımız üstündə yumruq?..
    Öz doğma şəhərində
    Sən kimin heykəlini
    İstəyirdin ucala
    O heykəlin yerində?
    – Koroğlunun,
    – Babəkin.
    – Yox, dostum yox, bilmədin!
    Mən istərəm tarixə
    Bu gündən də iz qala,
    O heykəlin yerində
    O heykəli yıxanın
    Tunc heykəli ucala…

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: