“Atdığınız hər bir addım bizləri arzuladığımız xoşbəxt həyata yaxınlaşdıracaq.”

 

 

 

 

 

07.04.2012

ACP lideri xalqı mitinqə səslədi: «Bu aksiya Azərbaycanı zəlil günə salan bir rejimlə vidalaşma mərasimidir»

Azərbaycan parlamentinin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin Azpolitika.info-ya müsahibəsi

– Rəsul müəllim, ölkə başçısı Almaniyada səfərdə olarkən, «bəzi qüvvələr ölkəmizi inqilaba sürükləmək istəsələr də bunu görməyəcəklər» – deyə, bəyan etmişdi. Siz isə son aylarda verdiyiniz çoxsaylı müsahibələrdə, videomüraciətlərinizdə inqilab ehtimalından danışır və bunun Sizi qorxutduğunu ifadə edirsiniz. Niyə belə düşünürsünüz?

– Azərbaycanda kütlə inqilabı baş verəcəyi ehtimalından qorxduğumu deyəndə mən mütləq mənada səmimiyəm. Həm öz vicdanımın, həm xalqımın qarşısında, həm də indiki hökumətdə oturanlarla münasibətdə. Mən düşünmürəm ki hökumətdə oturanların hamısının gözünü pul örtüb və manqurtlaşıblar, vətənlərinin dağılmasına göz yumacaqlar. Saysız-hesabsız haqsızlıqlara nə vaxtsa cavab verilməlidir, camaat nə qədər passiv olsa belə. Faktiki olaraq, Azərbaycanda klandan başqa haqsızlıqlara məruz qalmayan bir şəxs belə tapmaq mümkün deyil. Hətta camaatın qanını soran o nazirlər də haqsızlıqdan gileylənirlər. Rüşvət və korrupsiya ‘’qanunları’’ da dəyişir. Klandaxili imtiyazların birinin əlindən başqasına keçməsi hər dəfə cinayətkarlar dünyasından fərqli olaraq rüşvət ‘’qanunlarını’’ dəyişdirir və onları çaş-baş qoyur.

Bu narazılıqlar fonunda istənilən güclü bir qığılcım alovlanıb görünməmiş bir yanğına çevrilə bilər. Kütlənin Abşeron yarımadasında xalqdan oğurlanan pullarla tikilən 100-lərlə, bütün ölkə üzrə minlərlə dəbdəbəli saraylara od vurub atəşfəşanlıq yaratmaq ehtimal var və heç bir qüvvə onun qarşısını ala bilməz.

İqtidar bu siyasətinə davam edəcəyi təqdirdə Azərbaycanı hansı aqibət gözləyir?

– Bayaq bəhs etdiyim kimi, bu siyasətin davamı ölkəni qarşısı alınmaz proseslərə doğru aparır. Xalq üsyanlarını zərurətə çevirir. Artıq bunun ilkin əlamətləri də nəzərə çarpır. İstər Qubada baş verən hadisələr, istər Bakı ətrafında binaları sökülən sakinlərin etirazları, istərsə də Sabirabadda və s. yerlərdə yüksələn protest səsləri bu ehtimalın ilkin əlamətləridir. Arzuolunmaz belə bir hadisə baş versə, bu həqiqətən realdır, vəziyyətin nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq çox çətindir. Mən yalnız iki ehtimal üzərində dayanmaq istəyərdim.

Variantların biri hələ axıra qədər inamını itirməmiş Azərbaycanın tanınmış adamlarının bir yerə toplaşıb (sözsüz, o adamların içərisində mən də olacağam) yaranmış vəziyyəti müzakirə edib, müəyyən bir fikr formalaşdırması və xalqa müraciət etməsidir. Əgər bunu həyata keçirmək mümkün olarsa, 10 gün müddətində hərəkatın məcrasını müsbət yöndə dəyişmək bəlkə reallaşa bilər. Bu, ağır nəticələrlə qurtaracaq ikinci variantla müqayisədə ən yaxşı variandır. İkinci varianda isə Rusiya şimaldan, İran cənubdan Azərbaycanı parçalamağa başlaya bilərlər. İki əldəqayırma dövlət yaradılar. Bu variantda sözsüz ki, ermənilərin işğal etdikləri torpaqların da bütövlüklə, onlara verilməsi ehtimalı var. Bax, bu dəhşətdir.

Son vaxtlar Azərbaycanın qonşu dövlətlərlə diplomatik əlaqələrində də soyuqluq yaranıb. Bu bizə nə perspektiv vəd edir? Həqiqətənmi Azərbaycandakı mövcud vəziyyətin gərginləşməsindən istifadə edən qonşularımız ölkəmizi ilhaq etmək fikrinə düşə bilərlər?

– Bəli, vəziyyətin bu istiqamətdə inkişaf etməsi variantı da mümkün ola bilər. Özünüz fikirləşin, Azərbaycanın son iki ildə apardığı xarici siyasət xarici siyasətə yox, iki uşağın aşıq-aşıq oyununda bir-birlərinə hədə-qorxu gəlməsinə oxşayır. İki il müddətində prezident qonşularımız Rusiya və İranla əlaqələri dağıdıb, Türkiyə ilə real dostluq şüar dostluğuna çevrilib. Qərb ölkələrinin rejimə inamını sıfıra endirib. Nəticədə xarici neft kompaniyaları tez bir zamanda mümkün qədər çox neft çıxarıb resursları tükənmiş ölkədən qaçmaq istəyirlər.

İsraillə 1.5 milyard dollarlıq hərbi sursat kontraktı bağlamaqla ölkəni hansı ağır vəziyyətə saldıqlarını görəsən, bu ağlını itirmiş adamlar az da olsa dərk edə bilirlər? Sözsüz, bu kontraktdan sonra Rusiya Ermənistan ordusunu gücləndirəcək, şimal sərhədlərimizdə isə terrorizmlə mübarizə adı altında yeni ordu formalaşdıracaq. Liviyanın prezidenti Muammar Kaddafi də ildə 10 milyard dollarlıq silah-sursat alırdı, ancaq ondan bir dəfə də istifadə edə bilmədi, sadəcə hərbi paradları bər-bəzəkli etmək üçün alırdı.

Bu kontraktın şərtlərini xaricdə bilməyən yoxdur. Yeganə bu kontraktın şərtlərini ona xərclənən pulun sahibi Azərbaycan xalqı bilmir. Ortada hansı firmanın olduğunu bilmək çox maraqlı olardı. Onda məlum olar ki bu kontrakt prezident Əliyevə niyə lazımdır?

Son dövrlərdəki siyasi fəaliyyətiniz daha çox ABŞ yetkililəri ilə görüşlər üzərində ağırlıq qazandı. Bu görüşlərdən istədiyiniz nəticəni ala bildinizmi?

– ABŞ regionda sabitliyin olmasını dəstəkləyir və istənilən variantda nə Azərbaycan-Ermənistan münasibətində, nə də ölkəmizin daxilində müharibənin, xalq üsyanının baş verməsini istəmir. Çünki, coğrafi mövqeyinə görə Amerikanın Azərbaycanın daxilində baş verənlərə müdaxilə etmək şansları demək olar ki, sıfır vəziyətindədir. Necə ki, 2008 Rus-Gürcü müharibəsində hətta reqionda kiçik hərbi kontingenti olmasına baxmayaraq hadisələrə müdaxilə edə bilmədi. Hərbi donanmasının bir neçə gəmisini Qara dənizə çıxartmaqla kifayətlənməli oldu. Amerikanın Xəzər dənizinə donanma çıxarmaq şansı belə yoxdur. Deməli, ehtimal olunan dağıdıcı proseslərin əvvəlcədən qarşısını almaq ABŞ-ın marağındadır. Bununla əlaqədar mən Konqresin həm xarici əlaqələr, həm Helsinki, həm də insan hüquqları komisiyalarının ya sədrləri, ya da iclasları təşkil edən komandası ilə görüşlər keçirdim. Əvvəlcədən hansı əməli tədbirlərin qəbul olunmasının vacibliyini yazıb hazırlamışdıq. Konkret bu sənədlər müzakirə olunurdu. Soruşa bilərsiniz, yaxın vaxtlarda Konqresdə Azərbaycanla əlaqədar nələr baş verməlidir?

1.Senatın və Nümayəndələr Palatasının xarici əlaqələr komisiyaları demokratiya ilə əlaqədar qərara baxacaq. Vaxtını əvvəlcədən demək çətindir, bildiyiniz kimi orada noyabr ayında seçkilərdir.

2.Helsinki prinsipləri və insan haqları komisiyasında xüsusi dinləmə təşkil olunacaq və bununla əlaqədar qərar qəbul ediləcək.

Rəsul müəllim, məlumdur ki, aprelin 8-də müxalifət etiraz aksiyası keçirəcək, Siz də bu aksiyanı dəstəkləyirsiniz, lideri olduğunuz ACP də orda iştirak edəcək. Tərəfdarlarınıza nə tövsiyyə edərdiniz?

– Açığı, 8 aprel mitinqini tək dəstəkləmirəm, insanları orada aktiv iştirak etməyə çağırıram. Kütlə üsyanının qarşısını alan yollardan biridə idarə olunan mitinqlərin keçirilməsidir. Məni hansı mitinqdə kiminsə, o cümlədən, özümün də siyasi kapital toplamağım qətiyyən maraqlandırmır, əsas məsələ ehtimal olunan faciələrin qarşısını almaqdır. Ona görə bir daha Bakı sakinlərini 3-4 saatlıq vaxtlarını ölkənin gələcəyi naminə mitinqə həsr etməyə çağırıram. Atdığınız hər bir addım bizləri arzuladığımız xoşbəxt həyata yaxınlaşdıracaq. Siz bu hərəkətinizlə hökumətə xalqın var olduğunu göstərməlisiniz. Kim istəmirsə, heç bir partiyanın bayrağı altında getməsin, sadəcə olaraq ölkənin gələcəyi naminə mitinqdə iştirak etsin. Özünüzün haqlarınız uğrunda mitinqə getməniz daha effektli olar, nəinki hansısa bir partiyanın dəstəkçisi kimi, inanın bu belədir. Mitinq seçkilərə həsr olunmayıb ki, kimisə dəstəkləyəsiniz. Bu aksiya Azərbaycanı zəlil günə salan bir rejimlə vidalaşma mərasimidir. Ürəyində Vətən eşqi olan hər kəs orada iştirak etməlidir.

Rasul Guliyev - Rəsul Quliyev haqqında

Rasul Guliyev is the former Speaker of the Parliament of Azerbaijan (1993-1996) and is currently leader of the Open Society Party, one of Azerbaijan’s opposition parties. He is a passionate proponent of democracy. He actively participates in efforts to secure democracy and human rights in Azerbaijan, an oil-rich nation by the Caspian Sea and a former Soviet Republic. He writes and speaks out forcefully against the dangers of resurgent dictatorships in the former Soviet Republics. Mr. Guliyev resigned from his post as Speaker in 1996 to protest the human rights violations, censorship policies, widespread bribery and corruption, and anti-democratic policies of the Heidar Aliyev regime. Since that time he and his relatives and colleagues have been continually harassed by the government, now headed by Heidar Aliyev’s son, Ilham. Mr. Guliyev and his family live in political exile in the United States. During the past several years Mr. Guliyev has devoted his efforts to writing political and historical books that reveal the realities of life in Azerbaijan today. His books have enjoyed widespread interest in the Azeri diaspora forced to leave their homeland because of political persecution. Millions now live across Europe, in Russia, and the U.S. Recently, when excerpts from his latest book were published in an opposition newspaper in Azerbaijan and the book began selling within Azerbaijan, the government intervened to halt its distribution. Mr. Guliyev has presented briefings to US policy makers in numerous forums, including those sponsored by the National Democratic Institute (NDI), the International Republican Institute (IRI), the Congressional Human Rights Caucus, the Carnegie Endowment for International Peace, and the Kennan Institute of the Woodrow Wilson International Center. He has testified before the US Congress’ Helsinki Commission (Commission on Security and Cooperation in Europe) on the issue of Elections, Democratization, and Human Rights in Azerbaijan. Government Service and Political Involvement Following a career in the oil industry (in 1992 Mr. Guliyev was named Vice President of SOCAR, the State Oil Company of Azerbaijan Republic), and with the advent of Azerbaijan’s independence from the Soviet Union, Mr. Guliyev became involved in the political process in Azerbaijan. He served as Speaker of the Parliament during the early years of independence but became increasingly disenchanted after former KGB General Heidar Aliyev seized power. Since the late 1990’s he has been a leading opposition figure and party leader. In 2005 he was his party’s candidate for the parliamentary elections, but was prevented from returning from exile to Azerbaijan to participate in the election process. In dramatic events, the government closed and sealed off the airport to prevent his plane from landing and arrested many of his supporters. Despite this, he garnered the majority of votes in his precinct – yet the authorities would not validate his victory in this election that international observers decried as marred with irregularities and falsifications. Two years later Mr. Guliyev co-founded the Open Society Party and was elected party leader. Since the 2008 presidential elections, the entrenchment of Ilham Aliyev’s power, and the growing reliance on Azerbaijan by the US, repression in Azerbaijan has increased. Journalists and American-educated Azeri bloggers have been arrested for talking and writing against Ilham Aliyev and his family. The office and home of a leading human rights activist was recently bulldozed by the government. This climate creates dilemmas for the U.S. government which looks to Azerbaijan for energy resources for the West and for cooperation with regional security needs. The next Azerbaijan presidential election will be held in 2013. Ilham Aliyev will be the leading candidate. The opposition in Azerbaijan has been crushed. And under Aliyev’s leadership and direction, the country’s Constitution has been amended to remove term limits and set the stage for Aliyev’s being “president for life.” It is in this context that Rasul Guliyev is renewing his efforts to remind and inform U.S. policy makers of the on-going repression and corruption that plagues Azerbaijan, and encouraging U.S. policy makers to speak out about these realities. Personal Rasul Guliyev is married to Elmira Guliyeva, formerly an oil engineer. He is the father of three and has six grandchildren.

8 Cavab to ““Atdığınız hər bir addım bizləri arzuladığımız xoşbəxt həyata yaxınlaşdıracaq.””

  1. Mən bloqdan istifadə edib,Fəxrəddin Quliyevə anası Lətifə xanımın rəhmətə getməsi ilə əlaqədar baş sağlığı verir,Allahdan səbr diləyirəm.Allah rəhmət eləsin

  2. Azərbaycan xalqının ilham almadığı , ancaq xalqa etdiyi zülümündən, xalqı pis yola çəkməkdən, əl altından düşmən tabeçiliyində yaşatmaqdan ilham alan ölkə prezidenti İlham Əliyev rayonların və şəhərlərin İcara Başçısı kreslosuna elələrini atıb ki, kreslo fırlandığı kimi onlarda şəhəri, rayonu istədikləri kimi fırladırlar. Beləki, hər bölgəyə bir Yezid təyin olunub. Təbii ki, Müaviyədə başda oturub və “siz hərəkt edin mən sizinləyəm” şüarı ilə onlara imkanlar yaradır, necə ki, Yezidlər də hakimiyyəti saxlamqda ona yardım edir.

    Yezid adını almış, elə adına layiq və necə deyərlər adını qoruyub saxlayan Gəncə İcra Başçısı Elmar Vəliyev Müaviyyədən ilham alaraq növbəti çirkin əməlini həyata keçirdi. Gəncədə məscidləri bağladı, iş yerlərində namaza qadağa qoydu. Bir sözlə Allah qanununa qadağa və Allah evinin qapısana da qıfıl vurur.

    Terroristi bəhanə edib, harda görülmüşdü ki, məscid bağlanılsın və ona əmr verəndə o kəsdir ki, Gəncə ətrafında terrorist kürdlərə himayədarlıq edirdi. Niyə məhz terroristin ancaq məsciddə olduğunu deyir. Məscid bağlandı terroristdə çıxıb getdi eləmi, Elmar düşmən qulu? Sən xalqı bu qədərmi avam , savadsız sayırsan ? Terrora dəstək verənlərin dəstəkçisi deyilsənmi? Millətin başında oturub , şəhərin dinini aradan qaldımağa , tarixini silməyə çəhd edən sən deyilsənmi? Sən deyilsənmi bu əməllərinlə terroristə qarşı çıxırmış kimi özünü göstərib İslama zərbə vurmaq istəyən və şəhərin tarixi abidəsini sökən? Bunu bir ölkə üçün ancaq o ölkənin düşməni istəyə bilər ya da düşməninə çalışan biri edə bilər.

    Prezident milyonlarla pul ayırır Gəncəyə və bu pullardan sonra Gəncə Yezidinin dahada quduzlaşması artır. Xalqa etdiyi zülmünü artırır. Gəncəni od içində yandırır. Gəncəni idarə edən bir terroristdir . Əsl terroru Allaha ibadət edən , müsəlman əhlini ləkələməkdir və bununlada din düşmənlərinin əmrini yerinə yetirməkdir. Vəzifədə olan terrorist ölkədə qarışıqlıq yaratmağa səbəb olur. Bu da bir şəhərin deyil, bir ölkənin məhvinə doğru yol açır.

    Elmar kimilərinin ləkələmək istədiyi möminlər isə ölkəsində Allahın hiss olunmasınıi tanınmasını və Allah qanunun yaşanmasını istər. Sizlər kimi düşmənin ölkəyə soxulmasını və onlara qul olmağı istəməzlər.

    Hər kəs bilir ki, heç bir namaz əhli nəinki öz millətinə, hətta heç bir insan övladına pislik etməz. Heç vaxt mömin insanlar terrora dəstək verməz. Bu iğtişaşlı fikirləri ancaq Yezid ləqəbli Elmar və onun kimi ölkəni məhv etmək istyənlər deyə bilər.

    Bu da məlum məsələdir ki, kənar qüvvələr məmurlar arasında lazımı yeri alıb. Hazırda ölkədə başqa bəhanələrlə İslam dininə zərbələr vurub insanları dinindən uzaqlaşdırmaq niyyətindədirlər. Bunlara başqa nə ad vermək olar. Niyə əməllərindən yox, verilən ləqəblərindən xoşları gəlmir. Kimin davamçısısan, onunda adına layiq görüləcəksən də.

    • Sakit siz deyəsən ölkədə rejimin ancaq dinə yaratdığı problemdən başqa bir şey görmək istəmirsiniz.Çox təəssüf edirəm.

    • Sakit bəy,təkcə dindarlara qarşı deyil,ümumiyyətlə bütün xalq bu böhranın qurbanıdır.Təbbi ki,dindarlar da Azərbaycanda böyük qüvvədir.Əfsuslar olsun ki,mollalarımız yas yerlədində kosmosdan,siyasətdən danışaraq Allah ölkə başçısına ömür versin,onu xatadan-bəladan qurtarsın siyasəti yürüdürlər.Heç bir molla demir ki,bu gün xalqımız zülmət içində yaşayır,ona divan tutulur.Amma onların mərasimlərdə ki,xalqın lehinə çıxışları xalqda oyanış yaradar və özünü dərk edib haqqı ugrunda birliyə,mübarizəyə qalxar.

  3. Azərbaycanda özbaşnalıqdır və siyasi hakimiyyət yalnız repressiv üsullarla işləməyə üstünlük
    Verir və bununla da sübut edirki,mən heç kimi saymıram,nə xalqı nə də demokratıyanı dəstəkləyən qüvvələri. Insanların yerlərdə narazı olduğu icra başçıları işdən birdəfəlik azad olunmaq əvəzinə, digər rayonun keçmiş rəhbəri ilə yerdəyişmə oyunları da buna bariz misaldır.
    Yəni bir rayonda xalqı narazı salan,onun hüquqlarını tapdalayan icra başçısı gedib digər rayonda
    Nəsə bir yenilik yaradacaq?Ataların yaxşı bir kəlamı var”balıq başdan iylənər”Nazirlərin,icra başçılarının və digər səlahiyyətli dövlət məmurlarının gücü,hüququ yalnız xalqı tapdalamaq siyasəti üzərində həyata keçirilir ki, bu da bir ailənin tapşırıgına xidmət edir.Deməli dövlət məmurları bu ailənin quludur,xaıq isə bu qulların təpik altı.Bu çox acınacaqlı bir faciədir.
    Bu acınacaqlı faciəyə dözmək özü də ondan daha çox acınacaqlı faciədir.Bunu hamı bilə-bilə dərk edir amma nəticə çıxara bilmir.Bəs görəsən niyə?Yəni dogrudanmı bu xalq bu dərəcədə acizdir?Yox,əslində bu axı belə deyil.Hamımız bilirik ki,El gücü sel gücüdür.Bizə deyən yoxdur ki,silaha sarılıb “Aganıza”qarşı üsyana qalxın,buna heç ehtiyac da yoxdur.Sadəcə bir olub dinc mitinqlərə gedib haqqımızı tələb etməliyik.Məgər bilmirik ki,aglamayan uşaga “pəpə” yoxdur?
    Mən bu birliyin yolunu yalnız Xalq Müqavimət Hərakatına qoşulub,kütləvi dinc mitinqlərdə haqqımızı tələb etməkdə görürəm!Bunu bu gün etməsək,sabah biz balalarımızın qarşısında xəcalət çəkib içimizdə yanacagıq!Fikirləşməyin ki,hakimyyətə gələn kəs bunlardan pis olacaq.
    kütləvi birliyimizin qaşısında hər bir kəs aciz olacaq və fikirləşəcək ki,sabah onun da başına bu gələcək!Bax elə indiki hakimiyyət də bizim acizliyimizdən istifadə edib başımıza olmazın haqsızlıqlarını edir.

  4. Torpaqlarımız əlimizdən getdi dinmədik,Azərbaycan qız-gəlinlərinin abır,isməti ilə oynalınır,varidatımız talanır,haqqımız tapdalanır dinmirik.Bəs biz nə zaman oyanıb,qürurlanıb,qeyrətə gəlib dinəcəyik?Kimi və nəyi gözləyirik görəsən?Nə qədər biri-birimizdə səhvlər axtarıb irad tutacagıq?Ay millət,gəlin daşı ətəyimizdən töküb bir olaq!İnanın ki,acizliyimizi,yaltaqlıgımızı görən xarici ölkələr də bizə bir millət deməyə dilləri gəlmir.Gəlin milliliyimizi sübut edək,ayaga qalxıb azadlıgımıza nail olaq.Azadlıgı,müstəqilliyi olmayan millətə millət demək olarmı heç?

  5. gold-dia@mail.ru Bey (üzr isteyirem adinizi bilmediyim ücün bucür müraciyyet edirem) yaziqlarinizla tam raziyam. Ancaq ne qeder ki, xalqimiz mariflenmeyecek, tehsil sistemi tamam deyishilmeycek bu birlik bash tutmayacaq. O xalqlar birleshe bilirler ki, onlarda ölkede bash veren hadiseleri, veziyyetlerini derk edenlerin sayi cox olur. Bunu derk etmek ücün savad lazimdir, bashqa xalqlarin yashayish terzlerini örgenmek görmek qabiliyyeti lazimdir, bunu etmeyin o qeder cetin olmadigini anlamalidirlar. Bu rejm ilk önce Misir Merdanov, rüshvet ve Heydar Aliyevin dash heykelleri ile memleketin tehsil sistemini tam mehv eledi. Insanlari resmen kor veziyyete getirdi. Insanlarda rüshvetle, savadli olsada hec bir shansi yoxdur tessuratini yaradaraq, cörekle sinaga cekerek övladlarinin tehsili ücün vaxt ayirmaglarina imkan vermediler ve bununlada artiq 20-ildir hakimiyyetlerini qoyruyub saxlaya bilibler. Men düshünürem ki, her bir vetendash oldugu yerlerde, meclislerde, toplantilarda demokratik bir dövletin ne qeder azad, gözel yashadigini ve bele bir memleketin inkishaf etmekden bashqa shansi yoxdur aksiyomasini anlatmalidir. Eger bütün bunlari bilen insanlar haminiqla bu istiqametde fealiyyet gösterseler qeyd etdiyiniz birliye yaxinlashmaq shansimiz coxalar. Fikir verin hal hazirda Azerbaycanda veziyyet hecde internet, sosiyal shebekelerden istifade etmek baximindan yaxin zamanlarda inqilab etmish ölkelerdekinden hecde pis deyil. Yeni internetden istifade etmek bir o qeder cetin deyil. Internet vasitesile sadaladigim melumatlara cox asanliqla yiyelenmek olar. Amma ne olsun ki, oxuyan yoxdur. Ancaq heyatin menasi pul qazanmaqdadir deye qebul olunur (nece qazanilmasindan asili olmayaraq) ve insanlara hörmet ancaq onun elde etdiyi servete göre qoyulur. Cox tessüf ki, bu hörmeti müqedeslesdiren xaqlimiz özüdür. Düshünürler ki, eger menim pulum varsa oxumaq neye lazim, imkansizlar da imkan tapa bilmir övladlarina tehsil verdirmeye. Beli mende düshürem ki, eger bele davam ederse biz bir milliliyimizi itireceyik ve bu cox uzaqda deyil. Tehsilsiz, genclerinin 60% faizi narkotikaya qurshamish millet, gelecekde bashqa xalqlarin esareti altina girmeye mehkumdur ve gelecek neslillerini onlara qul kimi tehvil verecekdir. Bunu bizim etmeyimize ve yaxud bunlari edenlerin qarshisinda susmaga haqqimiz varmu deye sorushmaq lazimdir.

    • Hatem bəy,bagışlayın mən də Sizin dediklərinizlə razılaşa bilmirəm.Bizim xalqımız
      “oxumamış”alimdir.Xalqın birliyinin də savada ehtiycı yoxdur,sadəcə insanlar öz şəxsi məqsədlərini güdürlər və məndən ötsün sənə dəysin düşüncəsi ilə yaşayırlar.Bunun da səbəbi odur ki,uzun illərdi xalqda parçalama siyasəti aparılır və qorxu siyasəti yürüdülür.Səsini çıxaranı zindanlara atıb sındırırlar və yaxud da pul ilə satın alıb xalqın sözünü deyən mərd ogullara qaşı qoyurlar.Xalq bütün bunları görür və dərk edib öz başını dolandırır.Yoxsa kimdən soruşsan deyəcək ki,bunlara güc çatdırmaq olmaz və eyni zamanda müxalifəti də hakimiyyətə satılması ilə qınayırlar.Budur xalqın birliyinə əngəl.Xalq özlüyündə birlik yaratmır onu birləşdirən “QÜVVƏ”lazımdır.Neçə ki,insanlar biri-birinə iradla yanaşır,müxalifətinə inanmırsa
      heç bir birlikdən danışa bilmərik.Eyni zamanda bəzi agzı göyçək “ziyalılarımız”yerliçilik siyasəti salıb insanları biri-birinə qoyurlar,fikir ayrılıgı yaradırlar.Paxıllıq,yaltaqlıq bu millətin evini yıxıb və ona görə də bundan istifadə edib xalqı bu vəziyyətə salırlar.İndi hamı gözləmə mövqeyində olub bütün bu hoqqabazlıqları seyr edir ki,sonu necə olcaq.Sabah təşkil edilib meydana 10 min adam toplaya bilsələr deməli görəcəyik bu millətdə birlik yaratmaq olar.
      Belə bir olmuş əhvalat var adlarını çəkmək istəmirəm.Biri şöbə rəisidir digəri isə müavin.Rəis buna sataşmaq üçün anikdotlar danışır və hadisələri bunun kəndi ilə baglayır və müavində xoş gəlmək üçün gülür,guya anikdot çox gülməli imiş.Bir gün müavin həmin regiona rəhbər təyin edilir və dərhal həmin rəisi işdən azad edir.Yanına çagırıb deyirki,o zaman anikdot danışırdın men də gülürdüm elə bilirdin ki,xoşuma gəlir?Bax əzizim, indi dediyin heykələrin açılışında yalandan çəpik çalıb şadyanlıq edənlər sabah bunlara elə divan tutacaqlar ki,”ƏRƏBLƏR”yalan olacaq.Odur ki,xalqın birliyi ugrunda mübarizə aparmalıyıq!!!

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: